Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1831/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı “evə köçürülmə” barədə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(009)- 1328/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən də apelyasiya şikayəti verildiyini bildirərək, mülki işin apelyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hazırki iclasın gedişatında “elektron sistem” vasitəsilə yoxlanılarkən iddiaçının qətnamədən verdiyi apelyasiya şikayətinin 09.03.2022-ci il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 2(009)-1328/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1831/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1831/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver