Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1835/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızının cavabdeh “Bakı Dövlət Universiteti” X9rşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı2 Səyyah qızının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı1 Cavabdeh “Bakı Dövlət Universiteti” X13 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızının cavabdeh “Bakı Dövlət Universiteti” X9rşı pul tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı2 Səyyah qızının valideynləri İddiaçı1 və X8 erməni işğalı səbəbindən Zəngilan rayonundan məcburi köçkün olmuşdur.
2. İddiaçı2 Səyyah qızı 2018-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə ödənişli əsaslarla qəbul olunmuş və “Bakı Dövlət Universiteti” ilə ödənişli əsaslarla təhsil alacaq təhsilalan arasında bağlanmış xx.xx.2018-ci il tarixli fərdi müqaviləsinə əsasən, 50201-Filologiya Rus dili və Ədəbiyyatı üzrə ödənişli təhsil alan İddiaçı2 Bakı Dövlət Universitetinə 2100 (iki min yüz) manat məbləğində pul köçürməsini öz öhdəsinə götürmüşdür.
3. 000İNTL18239A6W4 nömrəli 27 avqust 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, 27 avqust 2018-ci il tarixində İddiaçı2 2018-ci il qəbul (təhsil haqqı) üzrə Bakı Dövlət Universitetinə 2100 (iki min yüz) manat məbləğində pul köçürmüşdür.
4. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)- 2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Səyyah qızının və X3 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi təmin edilmiş, xx xxxxx 2001-ci il təvəllüdlü İddiaçı2 Səyyah qızına və 23 avqust 2002-ci il təvəllüdlü X4 məcburi köçkün statusunun verilməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara almışdir.
5. AA serialı 178069 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Cəbrayıl rayonundan məcburi köçkündür və AA serialı 440370 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Zəngilan rayonundan məcburi köçkündür.
6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Bakı Dövlət Universiteti” tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli 01-HS/1101 nömrəli məktubun surətindən görünür ki, İddiaçı2 məcburi köçkünlük statusunu təstiq edən müvafiq sənədlər universitetə təqdim edildikdən sonra onun təhsil haqqı ödənişinə güzəşt edilə biləcəyi bildirilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızı cavabdeh “Bakı Dövlət Universiteti” X9rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Dövlət Universitetindən 2100 (iki min yüz) manat tutularaq iddiaçılara ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Səyyah qızı erməni işğalı səbəbindən Cəbrayıl rayonundan məcburi köçkün olmuşlar. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 10a, mənzil 5-də məskunlaşmışdılar. İddiaçı2 Səyyah qızının atası X8 erməni işğalı səbəbindən Zəngilan rayonundan məcburi köçkün olmuşdur. Birgə nikahlarından övladları İddiaçı2 Səyyah qızı (birgə iddiaçı) 2001-ci il aprelin 07-də anadan olmuşdur. Səbail rayonu Məhkəməsinin 18 fevral 2016-cı il tarixli 2(009)-187/2016 saylı qətnaməsilə tərəflərin nikahına xitam verilmişdir. Uşaqlar məhkəmənin qərarı ilə analarının himayəsinə verilmişdir. İddiaçı2 Səyyah qızı 2018-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə ödənişli əsaslarla qəbul olunmuşdur, özünün məcburi köçkün olmasını təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə, 1-ci kursun hər iki semestri və 2-ci kursun 1-ci semestrinin ödənişini (cəmi 2100 manat) etmək məcburiyyətində qalmışdır. Tələbə yetkinlik yaşına çatmadığından ödənişini anası etmişdir. Buna paralel olaraq, Qaçqın və X5 üzrə Dövlət Komitəsinin ona məcburi köçkün sənədinin (vəsiqəsinin) təqdim edilməsindən əsassız imtinasından inzibati qaydada məhkəməyə şikayət edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2019 cu il tarixli 2- 1(81)-2285/2019 saylı qərarı ilə inzibati orqanın imtinası əsassız hesab edilərək,ona məcburi köçkün vəsiqəsinin verilməsi qərara alınmış və qərar faktiki olaraq 2020-ci ilin əvvəlində icra edilmişdir. Vəsiqə Bakı Dövlət Universitetinə təqdim edildikdən sonra Universitetdən bildirilmişdir ki, o yalnız vəsiqə verildiyi tarixdən sonra üçün təhsil haqqı ödənişindən azad edilir, əvvəlki dövr üçün alınmış təhsil haqqının qaytarılması üçün əvvəlki dövrdə də məcburi köçkün olmasını təsdiq edən sənəd təqdim etməlidir. Bu imtina əsassızdır. Belə ki, məcburi köçkün vəsiqəsinin 2020-ci ildə verilməsi o demək deyildir ki, İddiaçı2 Səyyah qızı 2020-ci ildən məcburi köçkündür. O məhz məcburi köçkün ailəsində (yəni həm ata həm anası 1993-cü ildən rəsmən məcburi köçkündür) anadan olduğu üçün, anadan olduğu gündən məcburi köçkündür (bu fakt inzibati iş üzrə məhkəmə qərarı və digər sənədlərlə də təsdiqini tapır). Sadəcə vəsiqəsini almamışdır. Dəfələrlə şifahi və yazılı müraciətlərinə baxmayaraq, vəsaitləri qaytarılmırdı. İstər işin məhkəmədən kənar həlli məqsədilə, iddiaçı istərsə də tələbənin təhsil aldığı müddətdə Universiteti məhkəməyə verməsinin yarada biləcəyi fəsadları nəzərə alaraq, bu müddət iddia qaldırmamışdır. Təxminən 3 ildir ki, onlar Təhsil Nazirliyi Komitə və Universitet arasında get-gələ salmışdılar.Təhsil bu il bitmişdir, diplom hələ verilməmişdir.Yekunda iddiaçı məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Məcburi köçkün ailəsi olaraq o vəsaitə çox ehtiyacları vardır. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə AR Prezidentinin 4 avqust 2011-ci il tarixli 1308 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət ali və orla ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqı ödəməkdən azad edilmişlər.
9. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızının cavabdeh “Bakı Dövlət Universiteti” X9rşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızı mməcburi köçkün statusunu əldə etməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduğu 2100 manat məbləğində təhsil haqqını tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Regional İdarəetmə və X11 sektoru tərəfindən xx.xx.2019-cu il tarixdə AA serialı 440370 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Göründüyü kimi İddiaçı2 məcburi köçkün statusu məhkəmə qərarı əsasında verilmişdir. Təhsil alanın ödənişli təhsildən azad edilməsi imtiyazı da Sərəncamda məhz statusun verilməsi ilə şərtləndirilmişdir. İddiaçının da bu imtiyazı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)- 2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı və həmin qərara uyğun Komitənin xx.xx.2019-cu il tarixli qərarından sonra yaranmışdır. Odur ki, İddiaçı2 2018- 2019-cu təhsil ili üçün ödəmiş olduğu təhsil haqqından məcburi köçkün statusu verilmədən məcburi köçkün kimi azad edilmiş hesab edilə bilməz. Bu səbəbdən iddiaçıların məcburi köçkün statusu verilməmişdən əvvəl müqavilə əsasında ödəmiş olduqları təhsil haqqını geri tələb edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazında qeyd etdiyi iddia müddətinin tətbiqi ilə bağlı bildirmışdir ki, iddia əsassız olduğundan rədd edildiyindən, tərəflər arasında olan münasibətlər etirazda qeyd edildiyi kimi əsassız varlanma deyil, müqavilə öhdəliklərinə əsaslandığından iddia müddətinin tətbiqinə münasibət bildirilməsini zəruri hesab etmir. Məhkəmə, eyni zamanda bildirir ki, iddia müddətinin tətbiqi barədə mübahisə tərəfi ərizə ilə məhkəməyə müraciət etməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydaların 1.1, 1.2, 2.1, 2.6, 3.3, 3.4, 3.5, 3.6-ci bəndinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2., 77.1., 78.1.,80, 81, 217.4, 218.3, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı2 Səyyah qızı apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, qanunun tələbinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İstər cavabdeh, istərsə də birinci instansiya məhkəməsi qanunun mənasını təhrif edərək, tələbənin məcburi köçkün statusunu formal olaraq vəsiqə aldığı tarixdən hesablayır. Halbuki, qanun bunu vəsiqənin alınması tarixi ilə hesablamır. Vəsiqə sadəcə sənəddir, hüquqi fakt (status) isə vəsiqənin verilmə tarixindən asılı deyil. Sərəncama əsasən Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. Məhkəmə təəssüf ki, sərəncamın tələblərini tətbiq etməli olduğu halda, etməmişdir. Yuxarıda sadalanan aktlara əsasən, tələbənin ödədiyi vəsait ona qaytarılmalıdır, qaytarılmaması ona zərər vurur. Məhkəmənin qətnaməsi sübutların mötəbərliyi və qiymətləndirilməsi, qətnamənin əsaslandırılması ilə bağlı prossesual tələblərə uyğun deyil. Məhkəmə iddianı təmin etməməsini və iddiaçı tərəfin sübutlarını qəbul etməməsi əsaslandırmamışdır, sadəcə normaları sadalamışdır. İş üzrə inzibati məhkəmənin qəbul etdiyi qərardan görünür ki, tələbəyə ona görə məcburi köçkün statusu verilib ki, onun atası da, anası da 1993 – cü ildən qərar çıxanadək məcburi köçkündür. Yəni tələbə vəsiqə aldığı gündən yox, anadan olduğu gündən məcburi köçkündür. Yəni Yasamal rayon Məhkəməsinin tələbəni məhz vəsiqə aldığı gündən məcburi köçkün hesab etməsi işin həqiqi hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Səyyah qızının nümayəndəsi və vəkili Nümayəndə X12 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, tələbə vəsiqə aldığı gündən yox, anadan olduğu gündən məcburi köçkündür. Yəni Bakı şəhəri Yasamal rayon Məhkəməsinin tələbəni məhz vəsiqə aldığı gündən məcburi köçkün hesab etməsi işin həqiqi hallarına uyğun deyildir.
16. Məhkəmə iclasında iştirak İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirir ki, apellyasiya şikayətinimüdafiə edir, təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. O univeristetlə əlaqə saxlayıb və ona bildiriblər ki, ödəniş edilməsə universitetdən imtina etmiş sayılır, onlar da məcbur qalıb ödənişi ediblər. O, Elm və Təhsil Nazirliyinə də müraciət edib və ona bildiriblər ki, pul ödənilməlidir.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bakı Dövlət Universiteti” X13 nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. Məcburi köçkün statusu olan təhsil alanların təhsil haqqını ödəməkdən azad edilərək, onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin hüquqi əsasını Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 nömrəli, 14 sentyabr 2011-ci il tarixli 1721 nömrəli və 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamları təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır. Daha sonra isə Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli Sərəncamının 14 sentyabr 2011-ci il tarixin kimi qüvvədə olan mətnində sadəcə “məcburi köçkün” ifadəsindən istifadə edilirdisə, həmin Sərəncama 14 sentyabr 2011-ci il tarixində edilən dəyişiklikdən sonra qüvvəyə minən mətndə “məcburi köçkünlər” ifadəsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” ifadəsi ilə əvəz edildi. Həmçinin onların təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını tənzimləyən hüquqi sənəddə də (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli, 1722 nömrəli Sərəncamında) yenə də “məcburi köçkün” ifadəsi deyil, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “məcburi köçkün statusu olan” Azərbaycan Respublikası vətəndaşları” ifadəsindən istifadə edilir. Bu aktlara uyğun olaraq təhsilalanın qeyd edilən imtiyazdan istifadə edə bilməsi üçün onun məcburi köçkün ailəsində doğulması faktı deyil, məhz məcburi köçkün statusunun olması hüquqi əhəmiyyət daşıyır. Təhsilalanın təhsil haqqını ödəməkdən azad edilməsi ilə bağlı Sərəncamda təsbit edilən imtiyazdan istifadə hüququ da onun statusunun olması ilə şərtləndirildiyi üçün təhsilalan həmin statusun ona verildiyi vaxtdan etibarən bu imtiyazdan istifadə etmək imkanı yaranır. Başqa sözlə, şəxsin bu imtiyazdan istifadə edə bilməsi üçün ona “məcburi köçkün statusu”nun olması mütləq şərtdir. Bu status isə qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanının qərarı ilə verilir və müvafiq vəsiqə ilə təsdiq edilir.
Tətbiq edilən hüquq normaları:
18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli, 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində qeyd edilir ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
19. Qanunun 6-cı maddəsində qeyd edilir ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq; müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlilliyi olan şəxslərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi dərman və tibb yardımı almaq; təhsil almaq; yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq; dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi; Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq; dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq; pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək; əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ.
20. Qanunun 9-cu maddəsində qeyd edilir ki, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər.
21. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalara əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
22. Qaydaların 1.1-ci bəndində qeyd edilir ki, “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir.
23. Qaydaların 1.2-ci bəndində qeyd edilir ki, məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. (2.1-ci bənd)
24. Qaydaların 3.5-ci bəndində qeyd edilir ki, “Məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır.
25. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilməsi qərara alınmışdır.
26. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamı ilə əvvəlki Sərəncamdakı “məcburi köçkünlər” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları” sözləri ilə əvəz edilmişdir.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Səyyah qızı Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığı 3 semestr üçün ödənilmiş 2100 manat pulun ona geri qaytarılmasını xahiş edir.
32. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 14 sentyabr 2011ci il tarixli, 1721 nömrəli Sərəncamına əsasən təhsil alanın ödənişli təhsildən azad edilməsi imtiyazı Sərəncamda məhz statusun verilməsi ilə şərtləndirilmişdir. İddiaçının bu imtiyazı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)- 2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı və həmin qərara uyğun Komitənin xx.xx.2019-cu il tarixli qərarından sonra yaranmışdır. Odur ki, İddiaçı2 2018- 2019-cu təhsil ili üçün ödəmiş olduğu təhsil haqqından məcburi köçkün statusu verilmədən məcburi köçkün kimi azad edilmiş hesab edilə bilməz.
33. Məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halları odur ki, tələbə İddiaçı2 Səyyah qızı valideynləri Zəngilan rayonundan məcburi köçkün olmasına baxmayaraq ona “məcburi köçkün” statusunun verilməsi vəzifəsi 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2-1(81)-2285/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
34. İddiaçı2 Səyyah qızı 2018-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə ödənişli əsaslarla qəbul olunmuş, təhsil haqqı ödənilməsi ilə bağlı “Bakı Dövlət Universiteti” ilə ödənişli əsaslarla təhsil alacaq təhsilalan arasında bağlanmış xx.xx.2018-ci il tarixli fərdi müqavilə imzalanmış və müqavilə tərəfi olan İddiaçı2 50201-Filologiya Rus dili və Ədəbiyyatı üzrə ödənişli təhsil alması ilə bağlı Bakı Dövlət Universitetinə pul köçürməsini öz öhdəsinə götürmüşdür.
35. Göründüyü kimi, İddiaçı2 ödəniş edilməsi ilə bağlı üzərinə öhdəlik götürmüş, bu müqavilənin icrası olaraq ilk 3 semestr üçün onun tərəfindən 2100 manat ödəniş edilmişdir.
36. İddiaçının iddia tələbinin və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, “Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən onlara əsassız olaraq “məcburi köçkün” statusu haqqından verilməsindən imtina edilmiş, bu səbəbdən İddiaçı2 Səyyah qızı ödənişli əsaslarla təhsil almaq məcburiyyətində olmuşdur. İddiaçının mövqeyinə görə şəxs “məcburi köçkün” statusu haqqında vəsiqənin verilməsindən asılı olmayaraq məcburi köçkün hesab edilməlidir, bu səbəbdən vəsiqə verilən tarixə kimi İddiaçı2 Səyyah qızının təhsil alması üçün universitetə ödənilən təhsil haqqı ona geri ödənilməlidir.
37. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçılar İddiaçı2 tərəfindən əsassız olaraq ödəniş edildiyini iddia etsə də, Bakı Dövlət Universiteti ilə ödənişli əsaslarla təhsil alacaq təhsilalan arasında bağlanmış xx.xx.2018-ci il tarixli fərdi müqavilə onlar tərəfindən bu günə kimi mübahisələndirilməmişdir, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı2 Səyyah qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5309/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev