Məhkəmə qərarları › İş №2(103)-184/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-184/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-184/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(008)-5733/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin boşaldılması və ona məxsus yaşayış evinin ona qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. Bu cütlüyun toyları 26 oktyabr 2013-cü ildə olmuş, lakin rəsmi nikahları, Bakı şəhəri Sabunçu rayonunun qeydiyyat şöbəsində 02 aprel 2014-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 362 nömrəsi ilə qeyd edilmişdir. Toydan sonra, yəni 2013-cu ilin 26 oktyabr tarixdə cəvabdeh Cavabdeh2, Şirvan şəhərində mülkiyyətində olan evə gəlin gəlmişdir. Cavabdehlər (ərarvad) Şirvan şəhəri Xəqani küçəsindəki mülkiyyətində olan 70 №-li evdə bir ay yaşadıqdan sonra, işlə əlaqədar olaraq Bakı şəhərinə köçmələrini nəzərə aldılar. ünvan 2 ünvanında yerləşən yaşayış evini 24 sentabr 2005-ci il tarixdə AN İ ******* №-li Daşmmaz Əmlakin Alqı-Satqı müqaviləsinə əsasən satıcı X1 45000 manata satın almış, həmin alqısatqı müqaviləsi Bakı şəhəri 16-cı dövlət notariat kontorunda 4Ə4-679 saylı nömrə ilə Reystrdə qeyd edilmişdir. Alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDR-dən MH seriyalı 0012815№-li çıxarış verilmişdir. Cavabdehlər, 2013-cü ilin dekabr ayının ortalarından ünvan 3 ünvanında yerləşən və mülkiyyətində olan evdə yaşamağa başlamışlar. Cavabdehlərin birgə rəsmi nikahlarından iki qız övladları Bakı şəhərində doğulmuşdur. Şirvan şəhərində yaşayış evi olmağına baxmayaraq, o, Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən nəqliyyat idarəsində növbə mexaniki işləyir, növbəli işdən sonra Bakıxanov qəsibəsindəki evinə gedib orada yaşayır. Son vaxtlar cavabdeh, yəni gəlini Cavabdeh2 onun mülkiyyətində olan evdə yaşamağına razı olmadığı üçün, öz əri ilə də narazılıq yaratmağa başlamış, ailə üzvlərindən arvadını, qızını, ikinci oğlunu hətta onu da həmin mənzilə girməklərini qadağan etmişdir. Bununla da onun mülkiyyət hüquqlarını məhtudlaşdırmağa başlamışdır. Ona görə də cavabdehlərin üzərinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin boşaltmağı və ona məxsus yaşayış evinin ona qaytarılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(008)- 5733/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 üzərinə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Akif Mustafayev küçəsindəki 6 saylı evin 3 saylı mənzilinin boşaldılması və İddiaçı məxsus yaşayış evinin ona qaytarılması vəzifəsinin qoyulması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(008)-5733/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərdən birinin, yəni iddiaçının oğlu olan Cavabdeh1 iddianı etiraf etməsinə dərhal reaksiya verərək həmin etirafın iş üzrə başqa tərəfin mənafelərinə zidd olub-olmadığını araşdırmadan iddianı təmin edib. Birinci instansiya məhkəməsi cavabdehə münasibətdə qərəzli olmuşdur. Eləcə də işin mahiyyətinə, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə və həqiqi hallara uyğun gəlməyən normalara istinad etməklə, iş üzrə düzgün nətiəyə gəlməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin” surətindən görünür ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsində yerləşən 6 saylı evin 13 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 935357 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasında olan nikah 02.04.2014-cü ildə bağlanmış, nikah bağlandıqdan sonra arvad Kərimova soyadını qəbul etmişdir. İşdə olan AZ-İİİ seriyalı, 448038 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 30.08.2014-cü ildə anadan olmuş, atası Cavabdeh1, anası isə Cavabdeh2dır. İşdə olan AZ-İV seriyalı, 226820 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 10.12.2018-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası isə Cavabdeh2dır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, hazırkı iş üzrə İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13 saylı mənzilini öz qardaşı X6 bağışlamış, sonuncu həmin mənzilə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyatdan keçirmiş və bu barədə müvafiq Çıxarış almışdır. Həmin qətnamə ilə X4 Cavabdeh2 qarşı sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması və özünün həmin mənzilə köçürülməsinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyun 2021-ci il tarixli, 2(103)- 4728/2021 saylı qətnaməsi ilə, həmin qətnamə isə öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(102)-5384/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi hallardan görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13-cü mənzilinin hazırkı mülkiyyətçisi X7r, hazırkı iddiaçı Rafael Kərimovun həmin mənzilə heç bir aidiyyatı yoxdur. Başqa sözlə, iddiaçının hazırkı iddia tələbi onun sonradan aradan qalxmış mülkiyyət hüquqlarına əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Bundan başqa, M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin müəyyən edilən hallarına və qanunvericiliyin yuxarıda göstərilən normasına və Konstitusiya Məhkəməsinin oxşar məsələrlə bağlı hüquqi mövqeyinə istinad edərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi həmin mənzilə dair pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdikdən sonra həmin mənzili özgəninkiləşdirdiyindən, bununla da həmin mənzilə dair hüquqlarını digər şəxsə (yeni mülkiyyətçiyə) ötürdüyündən, onun cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ olmamışdır. Mübahisəli mənzilin yeni mülkiyyətçisi isə eyni cavabdehə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş və həmin tələb üzrə iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilərək hazırda qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıməhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(008)- 5733/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar