Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1846/2021 19.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair ilk, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5187/2020 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» barədə qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı iddianın təmini tədbiri barədə ərizə verərək, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, H.Hüseynov küçəsi, 13 saylı evin, 61 saylı mənzilində yerləşən yaşayış sahəsinə işığın, suyun, qazın kəsilməməsi, evdə olan qonaq otağının qapısının açılması, ev telefonunun, modemin yerinə qaytarılması, evin açarının verilməsi, su qızıdırıcının bərpa edilməsi, televizorun anten xəttinin televizora qoşularaq işlək vəziyyətə gətirlməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 5187/2020 saylı qərardadı ilə (hakim Günel Abbasova) ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanında ünvanında yerləşən evə verilən işığın, suyun, qazın, telefonun və digər kommunal xidmətlərin dayandırılmasının qadağan edilməsi və bərpa edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin edilməmişdir. İlk iddia üzrə İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – mübahisə predmeti mənzilin xüsusi mülkiyyətində olması, cavabdeh Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızının ona məxsus evi zəbt etməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İşdən görünür ki, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı mübahisə predmeti olan evdə yaşamaqla, oradan istifadə edir. Hər iki iddia üzrə mübahisə də məhz həmin mənzildən istifadə sahəsində yaranmışdır. Cavabdehin şikayətdə göstərdiyi dəlillər isə əsasən mübahisənin mahiyyətinə aid olmaqla, məhkəmə baxışının araşdırma predmetinə aiddir və özü-özlüyündə iddianın təmini tədbinin seçilməsini istisna etmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair ilk, Məmmədova (Qasımova) Hüsniyyə Faiq qızı və Cavabdeh2 İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5187/2020 saylı qərardadından ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5187/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1846/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1846/2021
19.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver