Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-185/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və vurulmuş ziyanın ödənilməsi" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2905/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 22 may 2020-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına görə iddiaçıya dəymiş 5 166,57 manat məbləğində ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı 26 oktyabr 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair Ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 22 may 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti kimi cavabdehin sahiblik və istifadəsinə verilmiş İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına görə iddiaçıya dəymiş 5 166,57 manat məbləğində ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2905/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 22 may 2017-ci il tarixli AZ/B02/MR11/MN75/KRD/220517 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 2 saylı binanın 11-ci mərtəbəsində yerləşən 75 nömrəli, 3 otaqlı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MTK-ya qaytarılması, Cavabdeh 15 manat məbləğində dövlət rüsumunun İddiaçı Mənzil Tikinti Kooperativinin xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MTK dəftərxana vasitəsilə məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2905/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı MTK-nın iddiadan imtinası qəbul edilsin. İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılaraq iddiaçıya qaytarılması və vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2905/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-185/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-185/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver