Məhkəmə qərarları › İş №2(103)-185/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-185/2023

17.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-185/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2021-ci il tarixli qətnamədən iş üzrə tərəflərin verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı, onun qanuni sahibliyinə verilmiş və Bakı şəhəri, Xəzər rayonu, Abşeron rayon donuzkökəltmə sovxozunda yerləşən 1,6 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində üçüncü şəxs kimi Maraqlı şəxs qeyd edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi Maraqlı şəxs tərəfindən 99 il müddətinə (hazırki iş üzrə tərəf olmayan) X3 icarəyə verilmişdir. Ağacan Əhmədovun həmin torpaq sahəsi üzərində icarə hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır. Hazırki iş üzrə iddiaçı ilə Ağacan Əhmədov arasında əldə olunmuş razılığa əsasən həmin hüquq sonuncu tərəfindən iddiaçıya satılmış, bununla bağlı olaraq onların arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada “Torpaq sahəsi üzərində icarə hüquqlarının alğısatqısı müqaviləsi” bağlanmışdır (reyestr nömrəsi: 3M-1921). İddiaçının həmin müqavilə üzrə yaranmış hüquqları “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə “Plan və ölçü”, xx.xx.2016-cı il tarixdə isə “Daşınmaz əmlakın dövlət reyestrindən” RX seriyalı, ******* nömrəli “Çıxarış” verilmiş, torpaq sahəsinin hüdudları və ölçüləri naturada müəyyən edilmişdir. Bunlara baxmayaraq iş üzrə cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, orada bir neçə qanunsuz tiklilər inşa etdirmiş, bununla da iddiaçının həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsinə maneələr yaratmışdır. İddiaçının şikayəti əsasında torpaq sahəsinin zəbt edilməsi faktı ilə bağlı cinayət işinin icraatı başlanmış, istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmə cinayət işi üzrə xx.xx.2018-ci il tarixdə müvafiq hökm çıxarmışdır. Hökmlə həmçinin mülki iddia təmin edilərək cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Cavabdehin həmin hökmdən verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-cu il tarixli qərar ilə həmin hökm mülki iddianın təmin edilməsi hissəsində dəyişdirilmiş, mülki iddia baxılmamış saxlanılmışdır. Göstərilənlərə əsasən, iddiaçı, mülki mühakimə icraatı qaydasında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin Abşeron İcra Hakimiyyətinin balansında olan və icarə hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. Cavabdeh həmin torpaq sahəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır, iddiaçının qanunla qorunan hüquqlarını pozur. Buna görə də, cavabdeh həmin sahədən çıxarılmalıdır. Bundan başqa, iddiaçı, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililərin inşa edilməsini bildirsə də, bu halları sübuta yetirə bilməmiş, həmin tikilinin mövcud olması və cavabdeh tərəfindən inşa olunması məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır. Buna görə də, iddianın “qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” hissəsi təmin edilməməlidir. c) apellyasiya şikayətləri barədə məlumat

6. İş üzrə tərəflər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

6. İddiaçı tərəfindən verilmiş və iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iddianın bir qismini təmin etməməklə əsassız və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin tikililərin cavabdeh tərəfindən və qanunsuz inşa olunması faktı aşkardır. Göstərilənlərə əsasən, iddiaçı, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş edir.

7. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçının özününki kimi qələmə verdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşmədiyinin müəyyən olunması üçün iş üzrə tikinti-texniki ekspertizası təyin etməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh, bankdan küllü miqdarda kredit götürərək mübahisəli torpaq sahəsində iddiaçının özünün və (hazırki iş üzrə tərəf olmayan) Ağacan Əhmədovun razılığı ilə xeyli işlər görmüş, orada tikililər və hasar inşa etdirmiş, müəssisə yaratmış, müəssisəni avadanlıqla təchiz etmişdir. Bu baxımdan da görünür ki, iddia əsassızdır. Göstərilənlərə əsasən, cavabdeh, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş edir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh əvvəlki apellyasiya baxışı iclasında iştirak edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin məzmununa və əsaslarına uyğun izahat verdi.

10. Cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil növbəti apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alan Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

11. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin vəkili (nümayəndəsi) Vəkil ərizə ilə Məhkəməyə müraciət edərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh, onun hazırki iş üzrə üçüncü şəxs olan Maraqlı şəxsnə ((hazırki iş üzrə tərəf olmayan) X5 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “sərəncamın etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və iş hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının icraatındadır. Həmin iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı hazırki mülki işin nəticəsinə təsir göstərə bilər. Bu səbəbdən də, hazırki mülki iş üzrə icraat qeyd edilən inzibati iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qüvvəyə minənədək dayandırılmalıdır.

13. Məhkəmə mübahisəli torpaq sahəsi üzərindəki icarə hüququnun “Daşınmaz əmlakın dövlət reyestrində” əvvəlcə Ağacan Əhmədovun, sonra isə hazırki iş üzrə iddiaçının adına qeydə alınmasını nəzərə alaraq “iş üzrə icraatın dayandırılması barədə” ərizəni protokol qaydasında qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadla təmin etməmişdir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə əsaslı olduğundan təmin edilməlidir.

15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi Maraqlı şəxs tərəfindən 99 il müddətinə (hazırki iş üzrə tərəf olmayan) Ağacan Əhmədova icarəyə verilmişdir. Ağacan Əhmədov, həmin torpaq sahəsi üzərində əldə etdiyi və “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmış icarə hüququnu onunla hazırki iş üzrə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış “Torpaq sahəsi üzərində icarə hüquqlarının alğı-satqısı müqaviləsi” (reyestr nömrəsi: 3M-1921) əsasında sonuncuya satmışdır.

16. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına xx.xx.2016-cı il tarixdə verilmiş A seriyalı, 109748 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür həmin torpaq sahəsinin hüdudları və ölçüləri müəyyən edilmişdir.

17. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən “Torpaq sahəsi üzərində icarə hüquqlarının alğı-satqısı müqaviləsi” üzrə iddiaçının həmin torpaq üzərində yaranmış hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.

18. İddiaçı bildirir ki, yuxarıda göstərilənlərə baxmayaraq iş üzrə cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, orada bir neçə qanunsuz tiklilər inşa etdirmiş, bununla da iddiaçının həmin torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsinə maneələr yaratmışdır. Bununla əlaqədar olaraq onun etdiyi şikayət əsasında, torpaq sahəsinin zəbt edilməsi faktı ilə bağlı cinayət işinin icraatı başlanmış, istintaq başa çatdıqdan sonra cinayət işi baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Torpaq üzərinə mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlı 188.3-cü və “Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” adlı 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(003)-136/2018 saylı cinayət işi üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə cavabdehə, onun CMnin 188.3-cü maddəsi ilə təqsirləndirılməsinə dair cinayət işi üzrə bəraət verilmişdir. Bununla yanaşı, cavabdeh, CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin ona cəza təyin edilməmişdir. Bundan başqa, cinayət iş üzrə cavabdehə qarşı irəli sürülmüş mülki iddialar təmin edilmiş, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması qərara alınmışdır.

20. Xəzər Rayon Məhkəməsi cinayət işi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh mübahisəli torpaq sahəsini zəbt etməmiş, torpaq sahəsinin əvvəlki icarədarı Ağacan Əhmədovun razılığı ilə həmin sahədə yerləşmişdir. Buna görə də, CM-nin 188.3-cü maddəsi ilə ona bəraət verilməldir. Bundan başqa Cavabdeh mübahisəli torpaq sahəsinə dair saxta sənədlər hazırlayıb, onlardan istifadə etsə də CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olan şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Buna görə də, Cavabdeh CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin ona cəza təyin edilməməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh torpaq sahəsinin hazırki icarədarı olan İddiaçı sahibliyində olan sahədən istifadə etməsinin hüquqi əsası yoxdur. Buna görə də, Cavabdeh qarşı irəli sürülmüş mülki iddialar təmin edilməli və o, həmin sahədən çıxarılmalıdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-cu il tarixli qərarından (İş № 1(103)-255/2021) görünür ki, həmin qərarlar Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən məhkum (hazırki iş üzrə cavabdehin) verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Xəzər Rayon Məhkəməsinin hökmü mülki iddiaların təmin edilməsi hissəsində dəyişdirilmiş, mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh qarşı irəli sürülmüş mülki iddialar baxılmamış saxlanılmışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası mülki iddia ilə bağlı iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsi, Cavabdeh əməlində CMnin 188.3-cü maddəsinin tərkibinin olmamasına baxmayaraq, olmayan cinayət əməlinə görə mülki iddianı təmin etmişdir.

23. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdeh, mübahisəli torpaq sahəsi üzərində onun icarə hüququnun olduğunu, bu hüququnun sahənin əvvəlki icarədarı olan Ağacan Əhmədov tərəfindən ona ötürüldüyünü bildirsə də, cavabdehin həmin sahədən istifadənin qanuni əsası mövcud deyil. Çünki onların arasında bununla bağlı notarial qaydada hər hansı bir müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququn yaranması ilə bağlı əqdlər notariat qaydasında təsdiq edilməlidir.

24. İşin hallarından həmçinin müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində icarə hüququ Ağacan Əhmədov tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçıya satılmış, bununla bağlı olaraq onların arasında notarial qaydasında müqavilə bağlanmış, iddiaçının həmin müqavilə üzrə yaranmış hüquqları “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmışdır.

25. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsinin qanuni sahibidir. Çünki, Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

26. Cavabdeh, qətnamədən verdiyi apellyasiya şikayətində mübahisəli torpaq sahəsində iddiaçının razılığı ilə orada tikililər və hasar inşa etdirdiyini, müəssisə yaratdığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişdir.

27. Odur ki, bu hal sübuta yetmədiyindən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslı deyil.

28. Mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını, bununla da iddiaçının həmin sahə üzərində əmlak hüququnun olmasını və həmin sahədən istifadə etmək üçün hüquqi əsasların olmamasına baxmayaraq cavabdehin oradan istifadə etməsini nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır (158.1.) Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər ( 157.2.).

29. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılması barədə” hissəsini təmin etməkdə haqlı olmuşdur. Bu nəticənin səhv olması barədə cavabdehin mövqeyi əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamənin müzakirə edilən bu hissəsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın “cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” hissəsini təmin etməməklə iş üzrə səhv və uyğun olmayan nəticəyə gəlmişdir. Bu nəticənin səhv olması barədə iddiaçının mövqeyi əsaslıdır.

31. Belə ki, qeyd edilən bu tələbin təmin edilməməsi barədə mövqeyini Rayon Məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililərin inşa edilməsini bildirsə də, bu halları sübuta yetirə bilməmiş, həmin tikilinin mövcud olması və cavabdeh tərəfindən inşa olunması məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır.

31. Amma apellyasiya icraatı zamanı müəyyən edildi ki, mübahisəli tikililər cavabdeh tərəfindən inşa edilmişdir. Cavabdeh özü bu halı qətnamədən verdiyi apellyasiya şikayətində etiraf etmişdir.

32. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinin mənasına görə, buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Bu kimi tikililər icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin mənasına görə, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

34. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamənin müzakirə edilən bu hissəsi ləğv edilməli və qeyd edilən bu tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

35. Cavabdeh, apellyasiya şikayətində bildirir ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçının özününki kimi qələmə verdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyinin müəyyən olunması üçün iş üzrə tikinti-texniki ekspertizası təyin etməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

36. Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır. İddiaçının qanuni istifadəsində olan torpaq sahəsi, cavabdehin qanunsuz istifadə etdiyi torpaq sahəsi ilə eynidir. Belə ki, cavabdehin təqsirləndirilməsinə dair yuxarıda qeyd edilən cinayət işi üzrə Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2018ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə ifadələr verərkən cavabdeh istifadə etdiyi sahənin eyni (hazırki iş üzrə mübahisə predmetini təşkil edən) sahə olmasını bildirmişdir.

37. Beləliklə də, apellyasiya baxışının nəticəsini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2021-ci il tarixli qətnamə qismən, yəni iddia ərizəsində ifadə olunmuş “cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” tələbin təmin edilməməsi barədə hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddianın “cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə” hissəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Abşeron rayon donuzkökəltmə sovxozunun ərazisində yerləşən 1,6 hektar torpaq sahəsindən çıxarılsın və onun tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililər boşaldılaraq onun vəsaiti hesabına sökülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar