Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1850/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X12rşı mülki iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X12rşı (“İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 Sumqayıt şəhər Sukanal idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-486/2025 nömrəli qətnaməsindən cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin idarənin Kadrlar şöbəsində şöbə rəisinin müavini vəzifəsinə işə qəbul olunmuş, daha sonra həmin İdarənin xx.xx.2012-ci il tarixli, 26K nömrəli “başqa işə keçirilmə haqqında” əmri ilə kadrlar şöbəsində 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmiş və bununla bağlı həmin tərəflər arasında qeyd edilən tarixdə əmək müqaviləsi bağlanmışdır.
2. “Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X17 yaradılmışdır.
3. "xxxx" ASC-nin “Sumqayıt Sukanal” idarəsinin qulluqçularının xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin cəmi 10 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 9-u isə digər vəzifələrdir.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X11 “X11 fəaliyyətinin təşkili haqqında” xx.xx.2024-cü il tarixli, 09 saylı əmrinə əsasən X15 strukturunda idarəetmə mexanizminin yaradılması və fəaliyyətinin təşkili məqsədilə X15 strukturuna daxil olan xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayının təsdiq edilməsi və ştat cədvəlləri üzrə işçilərin əmək münasibətlərinin mövcud qanunvericiliyə uyğun tənzimlənməsi ilə bağlı zəruri tədbirlərin görülməsi əmr edilmişdir.
5. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin qulluqçularının xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlinə əsasən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin cəmi 5 ştat vahidi olmaqla, onlardan 1-i şöbə rəisi, 4-ü isə digər vəzifələr olmuşdur.
6. İddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “Ştat vahidlərinin ixtisara düşməsi barədə” xəbərdarlığa əsasən iddiaçıya X15 xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş X15 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşdüyü, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq verilən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə 1 iş günü əmək funksiyasının icrasından azad edildiyi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının iki misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilməsinin mümkün olduğu bildirilmişdir.
7. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin Həmkarlar Komitəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan təşkilati strukturu və ştat cədvəlinə əsasən bir sıra işçilərin tutduqları vəzifələr və peşələr üzrə ştat vahidlərinin ixtisara düşdüyü, həmin işçilərə rəsmi xəbərdarlıq məktubunun təqdim edildiyi, əmək Məcəlləsi ilə müəyyən edilmiş imkanların yaradıldığı bildirilmiş və həmin işçilərin siyahısı təqdim edilməklə onlarla bağlanan əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir.
8. Sumqayıt şəhər Sukanal İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş ştat cədvəlində ştat vahidlərinin ixtisarı ilə əlaqədar təqdim edilmiş siyahıda adları göstərilən işçilərin, o cümlədən iddiaçının Əmək Məcəlləsinə əsasən güzəştləri nəzərə alınaraq, qanunvericiliyə uyğun ixtisar aparılmasına etiraz edilməmişdir.
9. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 Sumqayıt şəhər Sukanal idarəsinin xx.xx.2024-cü il tarixli, 745-K saylı əmrinə əsasən “Sumqayıt Sukanal” İdarəsi Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsində işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş və iddiaçı həmin tarixdən vəzifədən azad edilmişdir. Eyni zamanda, həmin əmrlə iddiaçıya istifadə etmədiyi 22 məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi, iddiaçının 12 il 8 ay 15 gün əmək stajının olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X7rşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 745-K saylı əmrinin ləğv edilməsi, onun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqının ödənilməsi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 450 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmiş, cavabdeh tərəfindən müvafiq ştatın hansı səbəbdən ixtisar olunması əsaslandırılmamışdır. Belə ki, cavabdeh şirkət sübut etməlidir ki, həqiqətən ixtisara zərurət yaranmışdır. İş materiallarından görünür ki, şöbədəki digər işçilər işdə saxlanılaraq yalnız o, işdən azad olunmuşdur. O, öz peşəsi üzrə yüksək göstəricilərə malik ixtisaslı kadrdır. İşəgötürən digər işçilərin ondan hansı göstəriciləri ilə üstün olması barədə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, o, işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. İşəgötürən həqiqətən daha az xərc çəkmək niyyətində idisə, yəni həqiqətən xərcləri minimallaşdırmaq istəyirdisə, belə halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (əmək haqqının azaldılması) imkanından istifadə edə bilərdi. Həmçinin ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məlumat verilməmişdir. İşçilərin ixtisarı barədə qərar hər gün qəbul edilən sıradan qərarlardan deyil. Bunun üçün şirkətin fəaliyyətinin analizi aparılmalı, ixtisar nəticəsində qarşılaşılacaq itkilərlə əldə ediləcək qazancın çəkisi öyrənilməli, müzakirə olunmalı və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilməli, müzakirə olunmalı və qərar verilməlidir. Əmrə görə cavabdeh tərəfindən ixtisar xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədi ilə aparılmışdır. Halbuki, cavabdeh tərəfindən bu əsaslar üzrə heç bir analiz aparılmamış, hansı işçilərin ixtisar olunması, ixtisar nəticəsində əldə olunacaq nəticələr, ixtisar olunacaq işçilərin üstün hüquqlarının qorunması və s. kimi zəruri məlumatlara dair ona heç bir məlumat təqdim olunmamışdır. Əmrdə dörd ştat üzrə ixtisar qeyd olunmuş, lakin digər üç ştat üzrə ixtisar formal olmuş, yalnız o, işdən azad olunmuşdur. Məhkəməyə təqdim olunmuş işçi və işəgötürən arasında elektron poçt (email) yazışmalarından aydın olur ki, o, cavabdehdə əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı tələblər irəli sürmüş və öz hüquqlarının qorunması ilə bağlı etirazlarını bildirmişdir. Şöbədə bir neçə işçinin olmasına baxmayaraq, məhz onun işdən azad edilməsi, onun peşəkar keyfiyyətləri ilə bağlı deyil, böyük ehtimalla öz hüquqlarını həmişə tələb edən işçi olması səbəbindən baş vermişdir. Beləliklə, cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əsassız olmuş və əmək qanunvericiliyinin normaları cavabdeh tərəfindən pozulmuşdur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 486/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 745-K saylı əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18dən tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 450 manat pulun cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı” X18dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim X9)
13. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, işçinin işləmiş olduğu vəzifə və ştatın ixtisar edilmədiyi müəyyən edilmişdir. Belə ki, şöbənin ümumi ştat sayı 10-dan 5-ə salınsa da, müvafiq ştat üzrə “şöbə rəisi” ştatı ləğv edilməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi yuxarıda göstərilən xüsusata dair əsaslı arqument gətirə bilməmişdir. Ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operativ və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-71-ci, 77-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi və ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan X11 xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 yaradılmışdır. Azərbaycan Dövlət X6 xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin tərkibində olan Sumqayıt şəhər Sukanal İdarəsinin ştat vahidlərinin sayı 445-dən 85–dək azaldırılmışdır. Hazırda Sumqayıt şəhər Sukanal İdarəsinin ştat vahidlərinin sayı 360 olmuşdur. Mübahisəli əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Daha sonra iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X4 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli, 3-53-3-15/2-264/2024 nömrəli müraciət ünvanlanmış və həmkarların xx.xx.2024-cü il tarixli, 01 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya iş axtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş S u TəchizatıXidməti” X15 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyrimümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd olunmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir; 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir; 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilir; 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cəmiyyətə kadrlar şöbəsində şöbə rəisinin müavini vəzifəsinə işə qəbul olunmuş və daha sonra, xx.xx.2012-ci il tarixdə kadrlar şöbəsində 14-cü dərəcəli şöbə rəisi vəzifəsinə keçirilmişdir. “Azərbaycan Dövlət X6 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət X6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X17 yaradılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən cavabdehin strukturunda idarəetmə mexanizminin yaradılması və fəaliyyətinin təşkili məqsədilə xidmətin aparatı və tabeli qurumların ştat vahidlərinin sayının təsdiq edilməsi və ştat cədvəlləri üzrə işçilərin əmək münasibətlərinin mövcud qanunvericiliyə uyğun tənzimlənməsi ilə bağlı zəruri tədbirlərin görülməsi əmr edilmişdir.
27. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya “Ştat vahidlərinin ixtisara düşməsi barədə” xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş və həmin məktub iddiaçı tərəfindən qəbul edilmişdir. Bununla bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq siyahı təqdim edilməklə, məsələ ilə bağlı “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X15 Sumqayıt şəhər Sukanal İdarəsinin Həmkarlar Komitəsinə müraciət edilmiş və həmin siyahıda göstərilən işçilər, o cümlədən iddiaçı ilə bağlanan əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Sumqayıt şəhər Sukanal İdarəsinin Həmkarlar Komitəsi xx.xx.2024-cü il tarixli məktubla siyahıda adları göstərilən işçilərin, o cümlədən iddiaçının Əmək Məcəlləsinə əsasən güzəştləri nəzərə alınaraq, qanunvericiliyə uyğun ixtisar aparılmasına etiraz etməmişdir.
28. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini, onun tutduğu ştatın ixtisar edilmədiyini və bugün də mövcud olduğunu bildirir və öz mövqeyini konkret dəlillərlə (hallarla) əsaslandıraraq, onun barəsində qəbul edilmiş əmrin ləğv edilməsini, tutduğu vəzifəyə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının, hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin və mediasiya xərcinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərinə riayət edilməklə xitam verildiyini, iddiaçının tutduğu ştatın ixtisar edildiyini bildirir və iddianın rədd edilməsini tələb edir.
29. Məhkəmə kollegiyası cavabdeh qurumda ştatların ixtisarı ilə bağlı qeyd edir ki, belə bir zərurət idarəetmə mexanizminin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı yaranmışdır. Belə ki, "xxxx" ASC-nin “Sumqayıt Sukanal” idarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəlinə əsasən cəmi 10 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 9-u isə digər vəzifələr olmuşdur. "xxxx" ASC-nin çevrilmə yolu ilə yenidən təşkilindən sonra yenidən struktur üzrə ştat vahidləri təsdiqlənmiş və cavabdehin Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlinə əsasən Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin cəmi 5 ştat vahidi olmaqla, onlardan 1-i şöbə rəisi, 4-ü isə digər vəzifələr olmuşdur.
30. Məhkəmə kollegiyası iş materiallarında olan həm xx.xx.2024-cü il tarixədək, həm də bu tarixdən sonrakı dövr üçün ştat cədvəllərini müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı nəzərdə tutulsa da, yeni təsdiq edilmiş ştat cədvəlində də Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi üzrə şöbə rəisi (ştatı) vəzifəsi nəzərdə tutulmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçının tutduğu vəzifə (ştat) ixtisar olunmamış, hazırda da mövcuddur. Başqa sözlə, ixtisarın hüquqi əhəmiyyəti qarşıya qoyulmuş məqsədlərə xidmət etməmiş, hüquqi nəticə etibarı ilə vəzifə üzrə ştat vahidi saxlanılmaqla yeni işçinin işə qəbul edilməsi funksiyasını daşımışdır. Belə olan halda, cavabdeh qurumun ştatların ixtisarı ilə bağlı prosedur qaydalarına riayət etməsi (xəbərdarlıq müddətinə riayət edilməsi və gözlənilməsi, həmkarlar komitəsinin razılığının alınması, əmək haqqını, müavinətini və əlavə ödənişləri vaxtında ödəməsi) özü-özlüyündə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsaslı olması anlamına gələ bilməz.
31. Həmkarlar Komitəsi isə ümumiyyətlə məsələnin mahiyyətinə varmamış, cəmi 1 gün ərzində (müraciətin alındığı (28 avqust) və göndərildiyi (29 avqust) saatların cəmi etibarı ilə istisna deyil ki, 10-12 saat ərzində) bu barədə hər hansı əsaslandırılmış yazılı qərar qəbul etmədən, sadə bir məktubla faktiki olaraq ştat vahidi ixtisara düşməmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə etiraz etməmişdir. Halbuki, Həmkarlar Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba həmçinin, Sumqayıt şəhər Sukanal İdarəsinin xx.xx.2024cü il tarixdən qüvvədə olan ştat cədvəlinin surəti qoşma edilmişdir. Bu ştat cədvəlinin birinci səhifəsinin sonunda Azərbaycan dilində, latın əlifbası ilə və görməni mümkün edən şriftlə “Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin şöbə rəisi ştatı (1 vahid)” qeyd edilmişdir.
32. Bununla belə, cavabdeh qurumda ştatların ixtisarı ilə bağlı qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş prosedurlar keçirilmiş, lakin ixtisar nəticəsində şöbənin ştatlarının sayı 10 vahiddən 5 vahidə endirilmiş və nəticə etibarı ilə iddiaçının tutduğu ştat vahidi ixtisar edilməmiş, bu ştat vahidi hazırda da mövcuddur. Belə olan halda, cavabdehin iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi mövqeyindən çıxış etməsi nəinki əsassız, ümumiyyətlə anlaşılmazdır. Bu baxımdan iddiaçının Əmək Məcəlləsinin “b” bəndinə əsasən işdən azad edilməsi hüquqi nəticə etibarı ilə əsassız və qanunsuz olmuş, sadəcə olaraq iddiaçının tutduğu vəzifədən azad edilməsi məqsədi daşımışdır. Bu da iddianın həmin hissədə əsaslı, apellyasiya şikayətinin dəlillərinin isə əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.
33. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməsi qənaətinə gəldiyini, iddia üzrə "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinin törəmə tələb olduğunu və bu tələblərin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia üzrə "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbləri də əsaslıdır və bu səbəbdən təmin edilməlidir.
34. Məhkəmə kollegiyası iddia tələbinin vəkilə çəkilən xərclərə görə 450 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.
35. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, konkret halları və təqdim edilmiş məlumatları qiymətləndirib, eyni zamanda, vəkilin ümumilikdə 4 məhkəmə iclasında iştirak etməsinə diqqət edib, belə qənaətə gəlir ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə tutulan 450 manat məbləğ etibarı ilə ağlabatandır. Birinci instansiya məhkəməsi bu tələb üzrə düzgün qənaətə gəlmişdir.
36. Məhkəmə kollegiyası iddia tələbinin mediasiya xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin hissədə də qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas görmür.
37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-486/2025 nömrəli qətnaməsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X16 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.