Məhkəmə qərarları › İş №2(103)-1851/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1851/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1851/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4510/2020 nömrəli qətnaməsindən idiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC cəlb olunmaqla “zaminliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Lakin bu müqavilədə veriləcək kreditin faiz dərəcəsi göstərilməmişdir. İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014- cü il tarixli, 02L000012240 saylı X5 icrasına zamin olmuşdur. Lakin qeyd olunan X8ndə şərtlər göstərilərkən həmin məbləğ çərçivəsində vəsaitin "xxxx” MMC-ə hansı faiz dərəcəsi ilə veriləcəyi göstərilməmişdir. İddiaçı da növbəti dəfə kredit götürülərkən zamin olduğu üçün onun fikrinin öyrəniləcəyini gözləmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının xəbəri olmadan X8 üzrə "xxxx” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.650.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin müqavilə bağlanan zaman İddiaçı razılığı alınmamış, onun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. X8ndə isə faiz dərəcəsi göstərilmədiyindən onun zamin kimi götürdüyi risk də yalnız gələcəkdə bağlanacaq müqavilələrdə ona bildirilməli idi. Onun məlumatı olmadan “xxxx” MMC ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8 üzrə İddiaçının zaminlik müqavilələrinin əsaslılığına qanunvericiliyin tələbləri çərçivəsində hüquqi qiymət verilməlidir.Odur ki, İddiaçı məlumatı olmadan “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8 üzrə onun zaminliyinə xitam verilməlidir. X8nə görə bağlanmış zaminlik müqaviləsi sonradan ağlanmış kredit razılaşmasının təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı kredit razılaşmasına və həmin razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə razılaşmaya dair zaminlər ilə heç bir müqavilə bağlanılmamışdır. Zaminlərin kredit razılaşması üzrə öhdəliyi üzərlərinə götürmələrinə dair digər formada razılığı alınmadığından və həmin müqavilə üzrə onların öhdəliyi yaranmadığından bu öhdəliyə görə borc məbləği tələb oluna bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4510/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı zaminliyinə xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Lakin bu müqavilədə veriləcək kreditin faiz dərəcəsi göstərilməmişdir. İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X5 icrasına zamin olmuşdur. Lakin qeyd olunan X8ndə şərtlər göstərilərkən həmin məbləğ çərçivəsində vəsaitin "xxxx” MMC-ə hansı faiz dərəcəsi ilə veriləcəyi göstərilməmişdir. İddiaçı da növbəti dəfə kredit götürülərkən zamin olduğu üçün onun fikrinin öyrəniləcəyini gözləmişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının xəbəri olmadan X8 üzrə “xxxx” MMC Cavabdeh QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02R.000034105 saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.650.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin müqavilə bağlanan zaman İddiaçı razılığı alınmamış, onun bu barədə ümumiyyətlə məlumatı olmamışdır. X8ndə isə faiz dərəcəsi göstərilmədiyindən onun zamin kimi götürdüyi risk də yalnız gələcəkdə bağlanacaq müqavilələrdə ona bildirilməli idi. Buna görə də hesab edir ki, İddiaçı məlumatı olmadan “xxxx” MMC ilə Cavabdeh QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8 üzrə İddiaçı zaminlik müqavilələrinin əsaslılığına qanunvericiliyin tələbləri çərçivəsndə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X8ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X8ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Odur ki, İddiaçı məlumatı olmadan “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8 üzrə İddiaçı zaminliyinə xitam verilməlidir. Hesab edir ki, X8nə görə bağlanmış zaminlik müqaviləsi sonradan bağlanmış kredit razılaşmasının təminatı ola bilməz. Belə ki, kreditorun borcalanla bağladığı kredit razılaşmasına və həmin razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə razılaşmaya dair zaminlər ilə heç bir müqavilə bağlanılmamışdır. Zaminlərin kredit razılaşması üzrə öhdəliyi üzərlərinə götürmələrinə dair digər formada razılığı alınmadığından və həmin müqavilə üzrə onların öhdəliyi yaranmadığından bu öhdəliyə görə borc məbləği tələb oluna bilməz. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8nə üzrə bağlanmış 02R000034105 saylı Kredit razılaşmasına əsasən Bank məbləği 1,650,000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,125 % olmaqla 60 ay müddətinə Kredit Alana verir. Kredit Alan bu Kredit Razılaşmasının ayrılma hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Kredit razılaşmasına əlavə edilmiş ödəniş planından görünür ki, Məmmədov Kamadar xx.xx.2014-cü il tarixdə Ödəniş planı ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 02R000034105S, 02R000034105SA, 02R000034105SB, 02R000034105SC, 02R000034105SD, 02R000034105SE, 02R000034105SF, 02R000034105SG sayl Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişlərə əlavə edilmiş ödəniş planlarından görünür ki, Məmmədov Kamadar Ödəniş planları ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan zaminlik müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 02L0QQQ12240 saylı X8 və bu X5 ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1030/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı “xxxx" qapalı səhmdar cəmiyyətinin cavabdehlər “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə, İddiaçı, X2, İddiaçı və X7 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə ilk iddiası qismən təmin edilmiş, “xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə “xxxx” qapalı səhmdar cəmiyyəti arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8nə, xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı kredit razılaşmasına, xx.xx.2015-ci il tarixli, 02R000034105S saylı, xx.xx.2015-ci il tarixli, 02R000034105SA saylı, xx.xx.2015-ci il tarixli, 02R000034105SB saylı, xx.xx.2016cı il tarixli, 02R000034105SC saylı, xx.xx.2016-cı il tarixli 02R000034105SD saylı, 18.11,2016-cı il tarixli, 02R000034105SE saylı, xx.xx.2016-ci il tarixli, 02R000034105SF saylı, xx.xx.2017-ci il tarixli, 02R000034105SG saylı sazişlərə xitam verilməsi,cavabdehlər “xxxx” məhdud məsuliyyətli cəmiyyətindən, İddiaçı, İddiaçı, X4 müştərək qaydada iddiaçı “xxxx” qapalı səhmdar cəmiyyətinin xeyrinə 1419499,88 ABŞ dolları kredit borcu, 352025,04 ABŞ dolları faiz borcu, 10000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1781524,92 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, tələbin İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilinə, İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli, 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına, X6 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci paralel küçəsi, İnşaatçılar qəsəbəsində 0,6001 ha torpaq sahəsinə, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14 A saylı əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 1781524,92 ABŞ dollar məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlerinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının ödənilməsi, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinin ilkin satış qiymətinin 95000 manat, Sumqayıt şəhəri, 1-ci Paralel küçəsi, İnşaatçılar qəsəbəsi ünvanında xüsusi mülkiyyətdə olan 0,6001 ha torpaq sahəsinin ilkin satış qiymətinin 425000 manat, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində xüsusi mülkiyyətdə olan 1.74757 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 2174.3 kv.metrdən ibarət olan 14 A nömrəli əmlak kompleksinin ilkin satış qiymətinin ******* manat və Sumqayıt şəhəri, Azərbaycan prospekti ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 92,05 kv.metrdən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin isə 100000 manat məbləğində müəyyən edilməsi, açıq hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən, İddiaçı, İddiaçı, X4 iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması, İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə, 5/13 saylı evin 27 nömrəli mənzilinə, X6 mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci paralel küçəsi, İnşaatçılar qəsəbəsində 0,6001 ha torpaq sahəsinə, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən 1,74757 ha torpaq sahəsi və onun üzərində yerləşən 14A saylı əmlak kompleksi kimi müəssisəsinə və İddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Azadlıq prospektində yerləşən 2 girişli 92,05 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ilk iddia tələbinin qalan hissədə və “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin “xxxx” qapalı səhmdar cəmiyyətinə qarşı xx.xx.2014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2464/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. “xxxx” QSC-nin cavabdehlər “xxxx" MMC-nə, X3, X2, İddiaçı və X7 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi barədə ilk, “xxxx” MMC-nin Cavabdeh QSC-nə qarşı xx.xx.20014-cü il tarixli, 02R000034105 saylı krediti razılaşmasının ləğv edilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh “xxxx” QSC-nə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minənə qədər dayandırılması barədə qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən X8 niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, X8nə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X8ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X8ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, X5 təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda X8 üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Beləliklə birinci instansiya məhkəməsinin araşdırılması zamanı müəyyən edilmişdir ki, “Cavabdeh" QSC-nin "xxxx” MMC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 02L000012240 saylı X8nə əsasən 120 ay müddətinə 5.000.000 ABŞ dollar kredit xətti açılmışdır. İş materiallarında olan Zaminlik müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 02L0QQQ12240 saylı X8 və bu X5 ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarından da görünür ki, Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün X8ndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. X8ndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. İş materialarında olan olan xx.xx.2014-cü il tarixli 02R000034105 saylı kredit razılaşmasına əlavə edilmiş ödəniş qrafiklərində zamin və ipoteka qoyan İddiaçı imza edərək razı olduğunu bildirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4- cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Hazırki iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Zaminlik müqaviləsi isə xx.xx.2014-cü il tarixdə bağlanmış, yəni hüquq münasibətləri həmin tarixdə yaranmışdır. Zamin duran şəxsin kredit razılaşması və ona dəyişikliklər edilərkən razılığı alınmasaydı belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia ərizəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4510/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar