Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1851/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2976/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. ünvan ndən Cavabdeh çıxarılaraq həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi barədə iddiaçının iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2976/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 217.1, 217.4; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84,111; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1139 saylı bağ sahəsində yerləşən 0,0495 ha. torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Eyni zamanda cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatı ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi cavabdehə başqa şəxs tərəfindən qeyri qanuni satılmış və cavabdeh tərəfindən tikili aparılmış və torpaq sahəsinə və tikiliyə dair cavabdehin hər hansı hüquqmüəyyənedici sənəd yoxdur.Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1139 saylı bağ sahəsində yerləşən 0,0495 ha. torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz istifadə edilən torpaq sahəsi qanunsuz sahiblikdən azad edilməli, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikili sökülməlidir
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A302553 nömrəli xx.xx.32018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə, ünvan İddiaçı mülkiyyətindədir - Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli seriya RX ******* nömrəli çıxarışın surətinə əsasən, ünvan İddiaçı mülkiyyətindədir (iş.səh.19, 21).
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 3.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Azərbaycan Respublikası Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(003)- 2976/2021 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsində mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını və bunun hüquqmüəyyənedici sənədlərlə iddiaçıya məxsus olmasını qeyd etsə də cavabdeh tərəfindən inşa edilmiş tikilinin məhz iddiaçıya məxsus torpaq sahəsində inşa edilməsi ilə bağlı müvafiq ekspertiza təyin etməmişdir. Yəni məhkəmə sadəcə iş materiallarında olan çıxarış və toprağın plan ölçüsü ilə kifayətlənmiş, cavabdeh tərəfindən inşa edilmiş tikilinin koordinatlar əsasında iddiaçıya məxsus olan torpaq sahəsində yerləşib yerləşməməsinə aydınlıq gətirməmişdir.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, əlavə məhkəmətikinti texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54 reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan ünvanda yerləşən 0,0495 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ İlə qeydiyyata alınmış torpaq sahəsinin 0,018 ha (180 kv.m) hissəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin üzərində cavabdeh tərəfindən istifadə olunan 8x8 metr ölçüdə yaşayış evi mövcuddur.Torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən cizgi rəyin tədqiqat hissəsində göstərilmişdir.Tədqiqatın dəyəri 100 manat meəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, başqasının torpaq sahəsini ona satdıqlarını, aldadılmasını artıq torpaq sahəsi üzərində ev tikildikdən sonra bildiyini, torpaq sahəsini ona satan şəxsin artıq vəfat etdiyini, torpaq satılan zaman ona verilmiş sənədlərin saxta olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 47, 67, 111; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, iddia edilən məsələ üzrə tikilinin inşa edilən zaman iddiaçının, habelə tikintiarxitektura və qanunvericilik tələblərinə müvafiq cavabdehin əmlakının hüquqi statusunun müəyyən edilməməsi iddiaçının mülkiyyət hüquqlarının kobud sürətdə pozulması ekspert rəyi ilə təsdiq olması apellyasiya şikayətinin əsassız olmasına dəlalət edir. Şikayət əsassız olduğundan və ümumiyyətlə mübahisənin mahiyyətinə aid müzakirə ediləsi dəlillər təqdim edilmədiyindən, maddi hüquq normalarının tətbiqi üzrə araşdırmanın prosessual mümkünsüzlüyü, prosessual hüquq normalarının isə pozulmadığı müəyyən edilir. Apellyasiya şikayəti əsassız olduğundan və tələb olmadığından dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli, əlavə ekspertiza xərci cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2976/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz ) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.