Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1852/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X5 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4414/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 100000 ABŞ dolları məbləğində əmanətin, ona hesablanan 11268 ABŞ dolları məbləğində faiz məbləğinin və gecikdirilmiş vaxt üçün hesablanmış 16500 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan X4ndan tutularaq ona kompensasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 4414/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 100000 ABŞ dolları məbləğində pul və ona hesablanan 11268 ABŞ dolları məbləğində faiz məbləği, cəmi 111268 ABŞ dolları məbləğində pula görə kompensasiya ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə hesablanaraq cavabdeh Azərbaycan X4ndan tutularaq İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Azərbaycan X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə əmanətin qorunan əmanət olub-olmaması, hansı əsasla və maddi hüquq normalarına əsaslanaraq əmanətə görə kompensasiya ödənilməsi göstərilməmişdir. İddiaçı ilə “xxxxxxxxx” ASC arasında əmanətlə bağlı münasibətlər sığorta hadisəsi baş vermədən öncə yaranmışdır. Belə ki, xx xxxxxx 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə “xxxxxxxxx” ASC müflis elan edilmiş və onun barəsində iflas proseduruna başlanılmışdır. İddiaçı bankın lisenziyasının alınmasından əvvəlki dövrdə məhkəməyə müraciət edərək əmanətin qaytarılmasını tələb etmiş, bununla bağlı müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki, İddiaçı əmanəti üzrə kompensasiya ödənilməsi öhdəliyi X3 aid deyil, bu bankla əmanətçi arasında yaranmış münasibətlərdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə «xxxxxxxxx» ASC-nin Bayıl filialı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1098 nömrəli Bank əmanəti müqaviləsinə (Yığım Əmanət) əsasən bank əmanətçidən daxil olmuş 100000 ABŞ dolları məbləğində olan pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün illik 15 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. İddiaçı cavabdeh «xxxxxxxxx» ASC-yə qarşı bankın fəaliyyəti dövründə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 100000 ABŞ dolları məbləğində pulun və həmin müqaviləyə uyğun olaraq əmanət məbləğinin 15%-i həcmində ödənilməli olan faiz məbləğində 11268 ABŞ dolları məbləğində faizin bankdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-6222/2016 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2367/2017 saylı qətnaməsi ilə «xxxxxxxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 4866/2017 saylı qərarı ilə «xxxxxxxxx» ASC-nin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra «xxxxxxxxx» ASC-nin lisenziyası ləğv edilmiş, «xxxxxxxxx» ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış və ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi Azərbaycan X4 təyin edilmişdir. İddiaçı bildirir ki, əmanəti qorunan olmuş və daha sonra sığorta hadisəsi baş vermişdir. Buna baxmayaraq, onun 100.000 ABŞ dolları həcmində olan əmanəti X4 tərəfindən hələ də kompensasiya edilməmişdir. O, həmin məbləğlərin geri qaytarılması ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən müxtəlif bəhanələrlə pulun qaytarılmasından imtina edilmişdir. Halbuki əslində həmin məbləğlər üzrə faiz dərəcəsi 3 faizi aşmadığından onlar tam məbləğdə sığortalanmışdır. Həmçinin onun xeyrinə məhkəmə qərarı qəbul edilməsinə baxmayaraq, qərar bu günədək icra olunmamışdır. Həmin məhkəmə qərarındakı məbləğ birmənalı olaraq bankın iddiaçıya olan faizsiz borcudur, əmanətdir. Buna görə də, tam sığortalanmış məbləğdir. Əlavə olaraq cavabdehdən aşağıda göstərilən məbləğdə faiz tutularaq iddiaçıya ödənilməlidir: xx xxxx 2016-cı il tarixdən xx xxxx 2017-ci il tarixədək 5500 ABŞ dolları, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək 5500 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək 5500 ABŞ dolları, cəmi 16500 ABŞ dolları. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə görə qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X4 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. Həmin Qanunun 8.1 və 8.1.20-ci maddələrinə görə X8 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X2 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə görə qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X2 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, qorunan əmanət – cəlb edildiyi, yəni bank əmanətinin depozitə yerləşdirildiyi günə X2 Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan (həmin həddi aşmayan) əmanətdir. Həmin həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər isə qorunan əmanətlərə aid edilmir. Eyni zamanda həm cəlb edildiyi, həm də “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün X2 Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər tam sığortalanır. Digər qorunan əmanətlərin, yəni cəlb edildiyi gün X2 Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddində olan, lakin “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi gün həmin həddən yuxarı olan əmanətlərin tam sığortalanması üçün isə tələb olunur ki, əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilərək, faiz dərəcəsi X2 Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə illik faiz dərəcəsi həddinə salınsın. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı mübahisənin həllində ilk olaraq tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 1098 nömrəli bank əmanəti müqaviləsi üzrə depozitə qoyulmuş 100000 ABŞ dolları məbləğində əmanətin qorunan əmanət olubolmaması müəyyən edilməlidir. Həmin müqavilədə əmanətçiyə illik 15 faizin ödənilməsi nəzərdə tutulmuşdur. X2 Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 12 faiz müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı ilə bağlanmış müqavilə üzrə faiz dərəcəsi X6 həmin tarix üçün müəyyən etdiyi illik faiz dərəcəsinin həddindən çoxdur. Belə olan halda isə iddiaçının əmanəti “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə görə qorunan əmanətlərə aid edilmir. Bu səbəbdən də, onun həmin Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş kompensasiya almaq hüququ yaranmamışdır. İddiaçının istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, iddiaçının yalnız 1 il üçün faiz məbləğinin tələb etməsi və faktiki olaraq həmin tarixdən sonra əmanətin faizsiz bankda qalması həmin əmanətin avtomatik olaraq qorunan əmanət kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Çünki yuxarıda ətraflı təfsir edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3 və 4-cü maddələri yalnız qorunan əmanətlərə şamil olunur. Qorunmayan əmanətin sonradan qorunan əmanətə çevrilməsi isə yalnız müqaviləyə müvafiq dəyişiklik edilməsi ilə mümkündür. Lakin tərəflər arasındakı müqaviləyə belə dəyişiklik edilməmişdir. Həmçinin nəzərə alınır ki, iddiaçı belə dəyişiklik edilməsinə cəhd də etməmişdir. Çünki o, müqavilənin müddəti bitdikdən sonra «xxxxxxxxx» ASC-yə müraciət edərək, faiz dərəcəsinin aşağı salınaraq əmanətin qorunan əmanətə çevrilməsi üçün deyil, əmanətin və ona hesablanmış faizlərin qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və istinad olunan maddi hüquq normaların tələblərini pozmuşdur. Məhkəmə tərəfindən müqavilənin 6.2-ci bəndinə istinad etməsinə dair kollegiya qeyd edir ki, əmanətlərin sığortalanması bankla əmanətçi arasında bağlanmış müqavilə ilə deyil, yuxarıda istinad olunan qanunlarla tənzimlənir. Eyni zamanda müqavilənin 6.6-cı bəndində qorunan əmanətlərə aid edilməyən əmanətlər sadalanmış və onlardan biri kimi cəlb edildiyi günə Fond tərəfindən müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4414/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan X1rşı ona məxsus 100.000 ABŞ dolları məbləğində əmanətin, ona hesablanan 11.268 ABŞ dolları məbləğində faiz məbləğinin və gecikdirilmiş vaxt üçün hesablanmış 16.500 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan X4ndan tutularaq ona kompensasiya edilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-1852/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1852/2020
19.02.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver