Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1852/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və X3 cavabdehlər Cavabdeh1 MMC-yə və Şahin Serdara qarşı “pul” tələbinə dair 2(004)-3868/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş, habelə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və X6 cavabdehlər Cavabdeh1 MMC-yə və Şahin Serdara qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 530.000 manatın 2 mislinin, yəni 1.600000 manatın, həmin məbləğə gecikdirilmiş hər gün üçün 2%-lə hesablanmış 17066000 manatın, mənəvi zərərə görə 100.000 manatın, bank faizlərinə görə 60.000 manatın və əldən çxxmış fayda qismində 876.004 manatın cavabdehlərdən tutularaq onlara ödənilməsi və xx.xx.2014-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2020-ci il tarixdə iddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə əsasən ödənilmiş 530.000 manatdan yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunmuş 230.126,5 manat çıxılmaqla, qalan 299.873.5 manat, 100.000 manat mənəvi zərər, 60.000 manat bank faizləri, 876004 manat əldən çıxmış fayda və iltizam öhdəliyinin 9-cu abzasının tələbinə əsasən 3.869.000 manat olmaqla, cəmi 5.204.877,50 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, xx.xx.2014-cii il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçılar yenidən dəftərxana vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 530.000 manatın, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış illik 26.500 manat olmaqla, cəmi 132500 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 100000 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 762.530 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və X4 adından etibarnamə əsasında çıxış edən X6 (birincinirı əri və ikincinin atası) ilə Cavabdeh1 MMC-nin direktoru Şahin Serdar arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən Serdar Şahin ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1125 kv.m olan qeyriyaşayış sahəsində öz materiallarından istifadə etməklə təmir və yenidənqurma işlərini aparmağı və butik otel ərsəyə gətirərək xx.xx.2014-cü il tarixdə tam hazır vəziyyətdə sifarişçilərə təqdim etməyi öhdəsinə götürmüşdür. Obyekt xx.xx.2014-cü il tarixdə təmir üçün cavabdeh Şahin Serdara təhvil verilmişdir. Müqavilənin 3.4-cü bəndində işin sifarişçiyə vaxtında təhvil verilməməsi halında podratçının gecikdirilən hər gün üçün ödənilmiş məbləğin 2% miqdarında cərimə ödəyəcəyi nəzərdə tutulmuşdur. Həmin bəndin 13-cü cümləsində isə sifarişçinin işi yarımçıq qoyduğu halda aldığı pulun 2 mislini qaytarmalı olduğu deyilir. İşin hallarına görə, X6 razılaşdırılan işin görülməsi üçün podratçı Serdar Şahinə ümumilikdə 530.000 manat məbləğində pul vermişdir. İşin bu halı iş materiallarında olan qəbzlərlə yanaşı, cavabdeh X9 RPİ-nin xx.xx.2015-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarında verdiyi izahatla da öz təsdiqini tapmaqdadır. Belə ki, iş materiallarında olan qəbzlər ilə cavabdeh Şahin Serdarın xx.xx.2015-ci il tarixdə 420.000 manat, xx.xx.2015-ci il tarixdə 20.000 manat, xx.xx.2015-ci il tarixdə 2 ayrı nömrəli qəbz üzrə cəmi 40.000 manat, xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə 20.000 manat, xx.xx.2015-ci il tarixdə isə 10.000 manat olmaqla cəmi 530.000 manat pul aldığı müəyyən edilir. X9 RPİ-də verdiyi izahatında, Telman Səfərovdan 2014cü ilin avqust ayınadək 100.000 manat, xx.xx.2014-cü il tarixinədək daha 200.000 manat, xx.xx.2015-ci il tarixinədək 70.000 manat, 2015-ci ilin fevral ayınadək 130.000 manat və həmin ilin mart ayınadək isə daha 20-30 min manat məbləğində pul aldığını göstərmişdir. Bu məbləğlərin toplamı yenə də 530.000 manat təşkil edir. Bununla belə, X6 ilə Şahin Serdar arasında xx.xx.2015-ci il tarixdə imzalanmış “iltizam sənədi” adlandırılan sənəddə xx.xx.2014- cü il tarixli podrat müqaviləsi üzrə bəzi əlavə və dəyişiklik nəzərdə tutulmuşdur. Bu mənada həmin sənəd mahiyyət olaraq xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə əlavə və dəyişiklik kimi qəbul edilməlidir. Buna əsasən, işin icra müddəti xx.xx.2015-ci il tarixədək uzadılmış, cavabdeh X14 Səfərovdan 491.450 manat pul aldığını etiraf etmiş, işin gecikdirdirməsi səbəbilə qalan 129.000 manatı almayacağı və indiyədək aldığı pulla işi tamamlayacağını öhdəsinə götürmüşdür. Həmin “iltizam sənədi” ilə eyni zamanda müqavilənin 3.4-cü bəndinin yuxarıda göstərilən tələblərinin tətbiq edilməyəcəyi razılaşdırılmışdır. xx.xx.2015-ci il tarixli dəyişikliklə tərəflər həmçinin razılaşmışlar ki, xx.xx.2015-ci il tarixədək iş başa çatdırılmasa və ya yarımçıq qoyulsa, həmin tarixədək alınan pulun hamısı (530000 manat) elə həmin tarixdə sifarişçiyə qaytarılır. Əks təqdirdə, bu halda hər gecikdirilən gün üçün ümumi məbləğin 2% əlavə olaraq cərimə ödənilməlidir. Cavabdeh Şahin Serdar xx.xx.2015-ci il tarixədək işi başa çatdırmamışdır. Göründüyü kimi, işin başa çatdırılmaması və ya yarımçıq qoyulması halında tərəflərin razılaşdırdıqları normanın tətbiqi üçün zəmin yaranmışdır. Bu isə o deməkdir ki, iddiaçılar cavabdeh Serdar Şahin tərəfındən müxtəlif tarixlərdə alınmış cəmi 530.000 manat pulu iş üzrə cavabdehlərdən tam şəkildə tələb etməkdə haqlıdırlar. Bu zaman podratçının aldığı vəsaitin hansı hissəsini işə sərf etdiyini və hansı hissəsini mənimsədiyini araşdırmağa, bundan ötəri ekspert rəylərini nəzərə almağa ehtiyac yoxdur.Yuxarıdakı izahatlardan, cavabdeh Şahin Serdarın öhdəsinə götürmüş olduğu işi başa çatdırmayaraq yarımçıq qoyduğu və bu səbəblə 530.000 manat pulu iddiaçılara qaytarmağa borclu olduğu mübahisəsiz şəkildə aydın olur. Cavabdehlərin borclu olduqları həmin pul məbləğinin ödənilməsini gecikdirdikləri də mübahisə mövzusu deyildir. Belə olan halda iddiaçılar MMnin 445.7-ci maddəsinin tələbləri baxımından 530.000 manat pul üçün illik 5%, yəni, 26.500 manat olmaqla, cəmi 132.500 manat məbləğində pul vəsaitini də cavabdehlərdən tələb etmək hüququna malikdirlər. Bundan başqa, cavabdeh Şahin Serdarın əməlləri nəticəsində iddiaçılara mənəvi zərər də dəymişdir. Belə ki, Telman Səfərov keçirdiyi iztirablar nəticəsində ağır xəstəliklərə düçar olmuş, xx.xx.2015-ci il tarixində komaya düşmüş və X2 daxil olmuş, ona kəskin dissirkulyator ensefalopatiya, şəkərli diabet tip 2, dekompensasiya, ÜİX, AKŞ əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuş, 14.042015-ci il tarixinə kimi xəstəxanada yatmışdır. MNX-nın xx.xx.2015-ci il tarixli 419 saylı arayışı. Bundan sonra da o, uzun aylar bu stressdən çıxa bilməmiş və demək olar ki, otelin təmiri ilə bağlı heç bir işlə məşğul ola bilməmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 491450 (dörd yüz doxsan bir min dörd yüz əlli) manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçılar (İddiaçı2 Mehti qızı və İddiaçı3) ilə Cavabdeh1 MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların işin görülməməsinə (başa çatdırılmamasına, yarımçıq qoyulmasına) görə 530000 manat pulun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların cavabdehlərə qarşı tələbi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən və xx.xx.2015-ci il tarixli “iltizam sənədi”ndən irəli gəlir. Qeyd edir ki, xx.xx.2014-cü il tarixli müqavilə və xx.xx.2015-ci il tarixli “iltizam sənədi” Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq olunsada Serdar Şahin icraçı kimi öz adından çıxış edir, pul vəsaitlərini öz adından qəbul edir. Belə ki, iş materiallarında olan qəbzlər ilə cavabdeh Serdar Şahinin xx.xx.2015-ci il tarixdə 420000 manat, xx.xx.2015-ci il tarixdə 20000 manat, xx.xx.2015-ci il tarixdə iki ayrı nömrəli qəbzlə cəmi 40000 manat, xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə 20000 manat, xx.xx.2015-ci il tarixdə 10000 manat olmaqla cəmi 530000 manat pul aldığı müəyyən edilir və qəbzlərdə Cavabdeh1 MMC-nin möhürü olsa da, iddiaçıların verdiyi pul vəsaitlərinin heç birisinin Cavabdeh1 MMC-nin kassasına mədaxil edilməsinə dair İş materiallarında sənəd yoxdur. Müqaviləyə əlavə edilmiş “iltizam” sənədində cavabdeh Şahin Serdar “mən” ifadəsi işlətməklə həmin pul vəsaitlərinin şəxsən öz adından qəbul etdiyini təsdiq edir. Beləliklə, Şahin Serdar xx.xx.2015-ci il tarixinə 491450 manat pul aldığını etiraf etmiş, öhdəsinə götürdüyü işi xx.xx.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə şəxsən geri qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, Səbayel RPİ-nin xx.xx.2015-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, zərərçəkmiş şəxs Telman Səfərova 530.000 manat məbləğində, külli miqdarda ziyan Serdar Şahin tərfindən vurulmuş və Serdar Şahin pulları vəd etdiyi təmir işlərinə deyil öz şəxsi məqsədləri üçün sərf etmişdir. Əgər həmin zərərin hüquqi şəxs Cavabdeh1 tikinti şirkəti tərəfindən vurulması təsdiqini tapsa belə qanunvericiliyin tələbinə görə hüquqi şəxs Cavabdeh1 tikinti şirkətini təmsil edən direktoru Şahin Serdar məsuliyyət daşıyır. “İltizam sənədi”ni Serdar Şahin hüquqi şəxs Cavabdeh1 MMC-nin adından verməmiş, öz adından vermişdir. Təcrübədən də məlumdur ki, hüquqi şəxsin adlndan iltizam verilmir, fiziki şəxslər öz adından iltizam verərək öhdəlik götürürlər. Şahin Serdar formal olaraq “iltizam sənədi”ni Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq etmişdir. Hüquqi şəxs adından verilən sənədlər hüquqi şəxsin rəsmi blanklarında tərtib edilir. “İltizam sənədi” isə adi vərəqdə tərtib edilmişdir. Cavabdeh Şahin Serdar müqavilə üzrə Cavabdeh1 MMC-nin təmsilçisi olsada icraçı kimi öz adından çıxış etmiş, pul vəsaitlərini öz adından qəbul etmiş, Cavabdeh1 MMC-nin kassasına mədaxil etməyərək şəxsən mənimsəməklə iddiaçılara ziyan vurmuşdur. İddiaçılarla cavabdeh Şahin Serdar arasında müqavilədən kənar öhdəlik münasibətləri yaranmışdır. İddiaçılara vurulmuş ziyana görə cavabdehlərin hər ikisi müştərək qaydada məsuliyyət daşıyır. Məhkəmə qətnamə qəbul edərkən hüquqi şəxs Cavabdeh1 MMC-nin hazırda fəaliyyət göstərib-göstərməməsi, hüquq qabiliyyətinin olubolmamsı, ödəmə qabiliyyətinin olub-olmamasını yoxlamamışdır. Hazırda fəaliyyət göstərməyən, heç bir əmlakı olmayan, ödəmə qabiliyyəti olmayan, formal olaraq adı qalmış Cavabdeh1 MMC tərəfindən həmin pul vəsaitinin necə ödəniləcəyi sual altındadır. Müqavilənin 4.3-cü bəndində qeyd edilir ki. Bu ödənişlə əlaqədar bütün vergi ödənişləri Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir və ödəmə mənbəyindən vergiyə cəlb olunur. Məhkəmə iddiaçılar tərəfindən cavabdeh Serdar Şahinə verilmiş 530000 manat pulun Cavabdeh1 MMC-nin kassasına mədaxil edilib-edilməməsini və vergiyə cəlb edilib-edilməməsini yoxlamamışdır. Əgər araşdırılma aparılsa məlum olar ki, Cavabdeh1 MMC ümumiyyətlə fəaliyyət göstərmir və formal olaraq adı vardır. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi araşdırması zamanı hər iki cavabdehin vəkil və nümayəndələri ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Cavabdehlərin nümayəndələri bu tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlər tərəfindən guya öhdəliklərin yerinə yetirilməməsi sifarişçiyə, yəni iddiaçılara xx xxxxxxx 2014-cü il tarixdə məlum olmasına baxmayaraq, iddiaçılar məhkəməyə xx xxxx 2020-ci il tarixdə, yəni 5 il 9 ay 7 gün sonra müraciət etmişlər. İddiaçıların xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınaraq yenə də, iddia müddəti keçmiş olur, Belə ki, hətta məhkəmənin qeyd etdiyi kimi götürülsə, iddiaçılar hüquqlarının pozulduğunu xx xxxx 2015-ci il tarixdə bilmişlər. Göründüyü kimi, həm Mülki Məcəllənin 373.2-ci maddəsinin, həmdə, Mülki Məcəllənin 776-cı maddəsinin normalarına əsasən iddia müddəti keçmişdir. Cavabdeh isə ümumiyyətlə hesab edir ki, hazırki iş üzrə Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq edilməlidir. Bütün qeyd edilənlərə baxmayaraq, məhkəmə hansısa özünə məxsus analogiya tətbiq edərək podrat müqaviləsini daşınmaz əmlakla bağlı müqavilə kimi hesab edərək, 6 illik müddəti əsas götürərək iddia müddəti tətbiq etməmişdir. Bütün göstərilənlərə əlavə qeyd edirlər ki, məhkəmənin sübut kimi qeyd etdiyi sənədlərin bir qismi (Səbail RPİ-də istintaqı aparılan cinayət işinin materialları) sübut kimi qiymətləndirə bilməz ona görə ki, həmin iş üzrə icraata xitam verilmişdir. Həmçinin xahiş edirlər ki, apellyasiya instansiya məhkəməsi iddiaçıların iddia tələblərinə dəfələrlə düzəliş etdiyinə nəzər yetirərək, iddiçıların özlərinin də cavabdehlərdən nə istədiyini bilmədiyini, tələbin ilk iddia ərizəsindən başlayaraq sonrakı dəqiqləşdirmə ərizələrində də olduğu kimi, qeyri-müəyyən olduğuna diqqət yetirsin. Qeyd edilənlərlə yanaşı, bir məsələni xahiş edirlər, apellyasiya məhkəməsi nəzərə alsın ki, Səbail RPİ-də istintaqı aparılan cinayət işinin materiallarına diqqət yetirməli olsalar, orada tam məlum qeyd edilib ki, iddiaçılar cavabdehlərə qarşı tam qərəzli mövqədə daim olublar və hətta cavabdeh Türkiyə Respublikası vətəndaşı Şahin Sərdara qarşı hədə-qorxu ilə tələb etmə məsələləri olmuş və X8 Respublikasının Azərbaycan Respublikasındaki səfirliyinə müraciətindən sonra hüquq-mühafizə orqanları işə qarışmış və Şahin Sərdarın hüquqları bərpa edilmişdir. Əlavə olaraq qeyd edirlər ki, məhkəmə qətnaməsində və iclas protokolunda cavabdehin nümayəndəsinin izahatı olduğu kimi qeyd edilməmiş, bununla əlaqədar qeydlər verilmişdir. Bir daha göstərirlər ki, cavabdeh tərəfindən podrat müqaviləsi üzrə götürülmüş öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər qeyd edilən obyektin təmiri üzrə öhdəliyi yerinə yetirmədikləri üçün iddiaçılar məcbur qalıb əlavə xərc çəkərək həmin qeyri yaşayış sahəsini təmir etdirmişlər. Cavabdehin təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli qeyri yaşayış sahəsinin təmirinə görə ödənilmiş pul vəsaitinin Şahin Serdar tərəfindən Cavabdeh1 MMC-yə mədaxil olunmasını təsdiq edən sənədlərin saxlanma müddəti bitdiyi üçün həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində istifadədə olan 0.16659 ha torpaq sahəsində yerləşən 37/43 nömrəli binanın 3cü mərtəbəsində 581.3 kv.m ümumi, 565.6 kv.m əsas, 15.7 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4037 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. 159388 sayli etibanamə əsasında İddiaçı2 və X4 adından çıxış edən sifarişçi X6 ilə direktor Şahin Serdarın şəxsində icraçı Cavabdeh1 tikinti şirkəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, icraçı hazırkı müqavilə üzrə sifarişçiyə məxsus olan Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 37/43 ünvanında yerləşən 1125 kv.m. qeyri-yaşayış sahəsində təmir və yenidənqurma işini müqavilə ilə müəyyən edilmiş müddət ərzində yerinə yetirməyi, sifarişçi isə icra olunmuş işi qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqı ödəməyi öhdəsinə götürür. İşin başlanma tarixi xx.xx.2014-cü il, qurtarma tarixi isə xx.xx.2014-cü il kimi müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli akta əsasən, xx.xx.2014-ci il tarixli müqaviləyə uyğun olaraq müqavilədə göstərilən təmir obyekti (birinci mərtəbənin girişdən, ikinci mərtəbədə holl və 200 kv.m qeyri-yaşayış sahəsindən və üçüncü mərtəbədə 865 kv.m qeyri-yaşayış sahəsindən, cəmi 1125 kv.m) həmin tarixdə icraçının nümayəndəsi Serdar Şahinə təhvil verilmişdir. İddiaçılar tərəfindən təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün tikinti şirkətinin nümayəndəsi cavabdeh Şahin Serdara xx.xx.2015ci il tarixdə 420000 manat, xx.xx.2015-ci il tarixdə 20000 manat, xx.xx.2015-ci il tarixdə 2 ayrı nömrəli qəbz üzrə cəmi 40000 manat, xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərdə 20000 manat, xx.xx.2015-ci il tarixdə isə 10000 manat olmaqla, cəmi 530000 manat məbləğində pul ödənilmişdir. X6 ilə Şahin Serdar arasında xx.xx.2015-ci il tarixdə imzalanmış “İltizam sənədi” adlandırılan sənədə əsasən, tərəflər arasında olan xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə dəyişikliklər olunmuş, müqavilənin 3.4-cü bəndinin 10-cu abzasında nəzərdə tutulmuş 2% cərimənin, həmin maddənin 13-cü bəndində nəzərdə tutulan öhdəliyin tətbiq edilməməsi razılaşdırılmışdır. Şahin Serdar yuxarıda göstərilənləri nəzərə alaraq başladığı işi xx.xx.2015-ci il tarixinə tamamlayacağına söz vermişdir. Şahin Serdar ilkin şərtləşməyə görə işin tamamı üçün, yəni oteli hazır vəziyyətdə açar təhvil verildikdə, ona 620000 manatın pul ödənilməsi nəzərdə tutulmasına baxmayaraq xx.xx.2015-ci il tarixinə 491450 manat aldığını etiraf etmiş, öhdəsinə götürdüyü işi xx.xx.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Səbail RPİ-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarının surətindən görünür ki, cinayət işi materiallarına əsasən Cavabdeh1 tikinti şirkətinin direktoru, Türkiyə Respublikasının vətəndaşı Şahin X1 etibarından sui-istifadə edərək onunla bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə əsasında ünvan 2 ünvanda yerləşən 1125 kv.metr qeyri-yaşayış sahəsində təmir işləri apararaq xx.xx.2014-cü il tarixdə otel kimi tam hazır vəziyyətdə istifadəyə təqdim etməyə dair yalan vəd verib aldatmaqla onun inamını qazanmış və 2014-cü ilin iyul-oktyabr ayları ərzində həmin ünvanda hissə-hissə 530000 manat məbləğində pulları ələ keçirərək T.Səfərovu inandırmaq üçün az miqdarda söküntü və digər işlər görüb qalan pulları vəd etdiyi təmir işlərinə deyil, öz şəxsi məqsədləri üçün sərf etməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmuşdur. Araşdırma zamanı X7 verdiyi ifadəsində Telman Səfərovla onun qeyd etdiyi obyektdə təmir tikinti işlərinin aparılması barədə razılığa gələn vaxt Cavabdeh1 MMC-ni təsis etdiyini, həmin MMC-nin direktoru olduğunu, lakin MMC-nin hər hansı işçisi olmadığını, xx xxxx 2014-cü ildə Telman Səfərovla Cavabdeh1 MMC-nin adından müqavilə bağladığını və həmin müqaviləyə fiziki şəxs kimi imza etdiyini bildirmişdir. Aparılmış istintaqla Şahin Serdarın əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Həmin materiallarda olan məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli, 9233 saylı rəyinə əsasən ünvan 3 ünvanda yerləşən "Butik" oteldə yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 230126,50 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 21-ci maddəsində əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Hazırkı iş üzrə İddiaçı2 və Lalə Səfərovanın təmsilçisi ilə Cavabdeh1 tikinti şirkəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, icraçı sifarişçiyə məxsus qeyri-yaşayış sahəsində təmir və yenidənqurma işini xx.xx.2014-xx.xx.2014-cü ərzində yerinə yetirməyi, sifarişçi isə icra olunmuş işi qəbul edib müqavilə ilə müəyyən olunmuş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məzmunca podrat müqaviləsi olan həmin müqavilə üzrə tərəflərin hüquq və vəzifələri yaranmışdır. xx.xx.2014-cü il tarixdə təmir obyekti icraçıya təhvil verildikdən sonra iddiaçılar tərəfindən işlərin yerinə yetirilməsi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ayrı-ayrı vaxtlarda 530000 manat məbləğində pul ödənilmişdir. Beləliklə, iddiaçılar müvafiq öhdəliklərini icra etmiş, ona uyğun olaraq tələb hüququ yaranmışdır. Belə ki, iddiaçıların təmsilçisi Telman Səfərov ilə Şahin Serdar arasında xx.xx.2015-ci il tarixdə imzalanmış iltizam adlanan sənədə əsasən tərəflər arasında olan xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə dəyişikliklər edilmiş, Şahin Serdar qeyd edilən işi xx.xx.2015-ci il tarixə tamamlayacağına söz vermiş, xx.xx.2015-ci il tarixə 491450 manat aldığını etiraf etmiş, işi xx.xx.2015-ci il tarixə qədər bitirməyəcəyi və ya yarımçıq qoyacağı təqdirdə, aldığı bütün pulu həmin tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd edilən dəyişikliklərlə müqavilə üzrə podratçının öz öhdəliklərini sonradan yerinə yetirməsi sübuta yetirilmir. Cavabdeh Şahin Serdar müqavilə üzrə Cavabdeh1 MMC-nin qanuni təmsilçisi olsada icraçı kimi öz adından çıxış etmiş, pul vəsaitlərini öz adından qəbul edərək Cavabdeh1 MMC-nin hesabına ödəməyərək şəxsi məqsədləri üçün sərf etməklə iddiaçılar İddiaçı2 və İddiaçı3 ziyan vurmuşdur. Qeyd edilən səbəbdən Cavabdeh1 MMC ilə yanaşı onun qanuni təmsilçisi olan Sərdar Şahinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ayrı-ayrı vaxtlarda iddiaçı tərəfdən aldığı 530000 manat məbləğində pulu qaytarmaq öhdəliyi yaranmış olur. Bu hal habelə, Səbail RPİ-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarı ilə təsdiqlənmişdir ki, Cavabdeh1 tikinti şirkətinin direktoru olan Şahin Serdar 530000 manat pulu vəd etdiyi təmir işlərinə deyil, öz şəxsi məqsədləri üçün sərf etməklə zərərçəkmişə külli miqdarda ziyan vurmuşdur. İstintaq orqanında araşdırma zamanı Şahin Serdar verdiyi ifadəsində Telman Səfərovla onun qeyd etdiyi obyektdə təmir tikinti işlərinin aparılması barədə razılığa gələn vaxt Cavabdeh1 MMC-ni təsis etdiyini, həmin MMC-nin direktoru olduğunu, lakin MMC-nin hər hansı işçisi olmadığını, xx xxxx 2014-cü ildə Telman Səfərovla Cavabdeh1 MMC-nin adından müqavilə bağladığını və həmin müqaviləyə fiziki şəxs kimi imza etdiyini bildirmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 MMC-nin təmsilçisi mübahisəli qeyri yaşayış sahəsinin təmirinə görə iddiaçılar tərəfindən Şahin Serdara ödənilmiş pul vəsaitinin sonuncu tərəfindən Cavabdeh1 MMC-yə mədaxil olunmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiklərini həmin sənədlərin saxlanma müddətinin bitdiyi üçün saxlanılmadığı ilə izah etmiş, lakin bu dəlilini təsdiq edən hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Bundan başqa, qeyd edilən araşdırma materiallarında olan məhkəmə mühəndistexniki ekspertizasının xx.xx.2016-cı il tarixli, 9233 saylı rəyinə əsasən ünvan 3 ünvanda yerləşən "Butik" oteldə yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 230126,50 manat olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlərin qeyd edilən obyektin təmiri üzrə öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçılar məcbur qalıb əlavə xərc çəkərək həmin qeyri yaşayış sahəsini artıq təmir etdirmişlər. Cavabdehlər tərəfindən məhkəmə mühəndistexniki ekspertizasının xx.xx.2016-cı il tarixli, 9233 saylı rəyi mübahisələndirilməmişdir. Odur ki, hazırkı mülki mübahisə üzrə həmin ekspertiza rəyi nəzərə alınaraq, Sərdar Şahinin iddiaçı tərəfdən aldığı pullar hesabına gördüyü işlərin qiyməti çıxılmaqla (530000- 230126,5=299873,5) yaranan fərq məbləğində pulun ödənilməsi öhdəliyi yaranır. Bununla yanaşı, iddiaçı tərəf pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış borcun ödənilməsini tələb edir. İşin tədqiq edilmiş halları əsasında Sərdar Şahinin 299873,5 manat pulu iddiaçı tərəfə ödəməli olduğu müəyyən edildiyindən həmin məbləğə illik 5 faizlə hesablanmış borc olan 14994 manat pulu ödənilməli olduğu 5 il üçün hesablamaqla (14994x5=74968) iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin tədqiq edilməsi ilə hesablanmış ümumi borc məbləği (299873,5+74968=374841,5) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh1 MMC-nin tək təsisçisi Şahin Serdardır. Beləliklə, Cavabdeh1 MMC-nin fəaliyyəti ilə bağlı vurulmuş zərər üçün Şahin Serdarın qoyduğu mayanın 100 faiz dəyəri həddində risk daşıdığından 374841,5 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 MMC-dən və Şahin Serdardan tutulmalıdır. Məhkəmə kollegiyası iddia tələbini iddiaçı X5 münasibətdə əsaslı hesab etməyərək qeyd edir ki, həmin şəxs müqavilənin tərəfi kimi deyil, digər iddiaçıların adından təmsilçi (etibarnaməyə əsasən) kimi çıxış etmişdir. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmçinin, iddiaçılar cavabdehlərin hərəkətləri nəticəsində keçirdikləri mənəvi sarsıntılar barədə məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edə bilməmişlər. Buna görə də, iddia tələbinin “mənəvi zərərə görə 100000 manatın ödənilməsi” hissəsi əsaslı hesab edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin apellyasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlilini əsaslı saymır. Belə ki, iddiaçı tərəfindən vurulmuş zərərin ödənilməsi barədə hazırkı iddia tələbi ilə iddia müddəti ötrülmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 3868/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Şahin Serdardan 299873,5 manat pul vəsaiti, həmin pul vəsaitinin ödənilməsini gecikdirdiyi üçün illik 5 faiz dərəcəsi ilə hesablamaqla 74968 manat olmaqla, cəmi 374841,5 (üç yüz yetmiş dörd min səkkiz yüz qırx bir manat əlli qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1852/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1852/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver