Məhkəmə qərarları › İş №2(103)-1855/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1855/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1855/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X10, Cavabdeh X7 vəkili X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X9 və Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)-5230/2019 saylı qətnaməsindən cavabdeh A.Vəliyev tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X9 və Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh vurulmuş ziyana görə 119515,56 ABŞ dolları məbləğində pulun, habelə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Yasamal filialının əməliyyat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş Cavabdeh tanışı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, həmin filialın əmanətçisi X2 xx xxxxxx 2014-cü il tarixdə 5 faiz dərəcəsi ilə əmanətə qoyduğu 80000 ABŞ dolları məbləğində vəsaiti, xx xxxxxx 2015-ci il tarixdə məxaric orderinə bilə-bilə yalan məlumatları daxil etməklə və nəzarətçi qismində imza çəkməli olan Dünyaxanım Seyidovanın imzasını saxtalaşdırmaqla ələ keçirmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh və X13 Azərbaycan Respublikası CM-nin 179.3.2, 32.5,313.1-ci maddələri ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən məhkumlar Cavabdeh və X7 müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətləri əsasında Bakı Ağır Qinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək, məhkum Cavabdeh cəzası 1 il 6 ay, X7 cəzası 1 il müddətinə azaldılmışdır. Əmanətçi X2 xx xxxxxx 2014-cü il tarixli əmanət müqaviləsi üzrə Banka yerləşdirdiyi əmanət məbləği və ona hesablanmış faizlər Bank tərəfindən tam şəkildə əmanətçiyə qaytarılmışdır. Həmin cinayət işi üzrə İddiaçı ASC zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh və X7 dələduzluq əməllərinin məhz banka qarşı törədildiyi məhkəmə qərarları ilə müəyyən edilmişdir. Cavabdeh və X7 birlikdə Banka vurmuş olduqları maddi zərərin əvəzini Bank əmanət müqaviləsinin şərtlərinə uyğun olaraq əmanətçiyə qaytarsa da, cavabdehlər tərəfindən vurulmuş maddi zərərin əvəzi bu günə qədər banka ödənilməmiş, buna görə də bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 5230/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X5 və Cavabdeh vurulmuş ziyana görə 118043,72 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla), habelə ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh X13 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ondan və Cavabdeh müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 62752 manat pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassız və qanunsuz olmaqla, həm də ədalətsizdir. Belə ki, məhkəmə onların məhkəmə baxışında iştirakını təmin etməmişdir. O, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmənin Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə istinad edərək məhkəmə baxışını onun iştirakı olmadan keçirməsi tamamilə qanunsuzdur. İkincisi, məhkəmə onun və Cavabdeh barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı xx.xx.2018-ci il tarixli hökmünə əsaslansa da, həmin hökmdə müəyyən edilən halları Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə istinad etməklə səhv təfsir etmişdir. Belə ki, məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, onların cinayət əməlləri nəticəsində İddiaçına vurulmuş 80000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 62752 manata bərabər olmuşdur. Əgər iddiaçı bank öz müştərisinə vurulmuş ziyanı vaxtında ödəsəydi, onda əlavə ziyana düşməyəcəkdi. Lakin bank cinayət işi üzrə məhkəmənin sonunu gözləyərək sonradan onlara qarşı vurulmuş ziyanın ödənilməsi barədə ədalətsiz iddia qaldırmışdır. Məhkəmə bankın müştərisinin hesabından 2015-ci ilin yanvar ayında çıxarılan 80000 ABŞ dolarını həmin dövr üçün məzənnəni əsas götürməklə onlardan 62752 manat ziyanın əvəzinin tutulması barədə qətnamə çıxarmaq əvəzinə, absurd bir nəticəyə gələrək onlardan 118043,72 ABŞ dolları pul vəsaitinin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 vəkili Vüqar Xasayev apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin cəza çəkdikləri cəzaçəkmə müəssisələrinə bildiriş göndərilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etmək istədiklərini bildirməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)-5230/2019 saylı qətnaməsi cavabdeh X9 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli, RM579 nömrəli Klassik əmanət (depozit) hesabı haqqında müqavilədən görünür ki, əmanətçi X6 İddiaçı ASC-nin Yasamal filialına 80000 ABŞ dolları məbləğində pul vəsaitini əmanətə qoymuşdur. xx xxxx 2018-ci il tarixli Aktdan isə görünür ki, əmanətçi X6 (hesab nömrəsi ********************) xx.xx.2017-ci il tarixdə filiala 60 aylıq və 17 % dərəcəsi ilə yerləşdirdiyi 80000 ABŞ dolları məbləğdə əmanəti və 39515,56 ABŞ dolları məbləğində ona hesablanmış faizləri almaq üçün ilk tələbini irəli sürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı ASC-nin Yasamal filialı əmanətçi X2 ******************** saylı hesab nömrəsinə 118043,72 ABŞ dolları məbləğində pul köçürmüşdür. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, əmanətçi X6 şəxsən imza ettməklə İddiaçı ASC-nin Yasamal filialından 118043,72 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(101)-280/2019 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh xx xxxx 2013-cü il ildən İddiaçı ASC-nin “Yasamal filialı’nın əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçisi vəzifəsində işləməklə, faktiki olaraq əməliyyatçı-mütəxəssis vəzifəsi üzrə səlahiyyətlərini icra edən məsul şəxs kimi, Bakı şəhəri sakini X6 ilə qeyd edilən bankın arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında RM 579 saylı müqaviləyə əsasən 5 il müddətinə olmaqla illik 17 faiz dərəcəsi ilə, faiz məbləğlərinin əmanət müddətinin sonunda ödənilməsi şərti ilə İddiaçı ASC-nin Yasamal filialına əmanətə qoyduğu 80000 ABŞ dolları məbləğində pul vəsaitini talama məqsədilə, yaxın münasibətləri olduğu X13 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək Mirşahin Musayevin bu barədə məlumatı olmadığı və Anar Vəliyevə etibarnamə vermədiyi halda İddiaçı ASC-nin Yasamal filialı üzrə xx.xx.2015-ci il tarixli FJB**********423 nömrəli məxaric orderinin məzmununa, guya ki, müştəri Mirşahin Musayev tərəfindən həmin məbləğdə əmanətin Anar Vəliyevə qaytarılması barədə etibarnamənin mövcud olması barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edib, həmin rəsmi sənəddə nəzarətçi X1 imzasını icra etməklə saxtalaşdırıb onu Anar Vəliyevə vermiş, öz növbəsində X13 xx xxxxxx 2015-ci il tarixdə qeyd olunan saxta məxaric orderi əsasında Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 14 ünvanında yerləşən Yasamal filialının xəzinəsindən X2 adına olan hesabdakı 80000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 62752 manat pul vəsaitini xəzinədən götürdükdən sonra razılaşmalarına əsasən həmin məbləği Cavabdeh ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Yenə həmin Məcəllənin 1114.2-ci maddəsinə görə, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər X5 və Cavabdeh vurulmuş ziyana görə 118043,72 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla), habelə ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehlərin birgə törətdikləri cinayət əməli nəticəsində iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC həm əmanətçinin mənimsənilmiş 80000 ABŞ dolları məbləğində əmanətini, həm də əmanətə görə hesablanmış faizləri, cəmi 118043,72 ABŞ dolları məbləğində pulu əmanətçiyə ödəmişdir. İddiaçı bank vurulmuş zərərin əvəzini ödədiyindən, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Buna görə də cavabdehlərdən iddiaçı bankın xeyrinə 80000 ABŞ dollarının cinayət törədilən zaman müəyyən edilmiş məzənnəsinə uyğun olaraq 62752 manat pulun tutulmalı olması barədə apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X7 apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehlərin şəxsən iştirakının təmin edilməməsi barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən hər iki cavabdehin cəza çəkdiyi çəzaçəkmə müəssisələrinə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Buna görə də apelyasiya şikayətinin bu dəlili də əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X7 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 5230/2019 saylı qətnaməsi cavabdeh X9münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar