Məhkəmə qərarları › İş №2(103)-1855/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1855/2024

19.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1855/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Cavabdeh2 X1 sanatoriyasına qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Cavabdeh2 X1 sanatoriyasına qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və “Abşeron X1 sanatoriyası İddiaçı2 Ağalı qızına qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir və həmin iş məhkəmənin icraatındadır. Eyni zamanda iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Bu əsasla da iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırda məhkəmənin icraatında olan iş üzrə tərəf yalnız İddiaçı2dir. Ona qarşı irəli sürülən tələb qanunsuz tikilinin sökülməsi zəbt olunan sahənin geri qaytarılmasıdır. Hazırki iş üzrə isə verilən tələbdə iddiaçı başqa şəxsdir və o sərəncama əsasən verilən torpaq sahəsinin yerinin müəyyən edilməsini, yəni naturada yerinin müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə idda ərizəsinin qəbul etməkdən imtina edilir. Lakin göründüyü kimi bu iddia ərizəsində iddiaçılar eyni şəxslər deyil, və tələb fərqlidir. Bu iki əsasla hakim iddia ərizəsini icraata qəbul etməkdən imtina etməsi tamamilə əsassızdır və düzgün nəticəyə gəlinməmişdir. Eyni zamanda tələb də fərqlidir. Bundan başqa Xəzər Rayon Məhkəməsinin icraatında olan iş üzrə tələb tamamilə fərqlidir və onunla bağlı ekspertizanın keçirilməsindən də imtina olunmuşdur. Belə olduğu halda hakimin iddianın yolverilməzliyinə görə iddia tələbinindən imtina edilməsi tamamilə əsassızdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4924/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən yazılı etiraz daxil olaraq göstərilmişdir ki, hazırkı iddia tələbi ilə eyni məzmunda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur, qətnamə isə icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin iş üzrə də tərəflərdən biri X3r. Bu səbəbdən şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddianın icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Cavabdeh2 X1 sanatoriyası, "xxxx" QSC-nin cavabdeh İddiaçı1 irəli sürdükləri iddia tələbinin məzmununu Cavabdeh2 X1 sanatoriyasının daimi və qanuni istifadəsində olan, İddiaçı1 tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin, hasarın onun hesabına sökülməsi, sahənin əvvəlki vəziyyətinə gətirilməsi, ərazinin boşaldılması təşkil edir. Hazırkı iddia tələbinin məzmununu isə torpaq sahəsinin ərazisinin müəyyən edilməsindən ibarətdir. Göründüyü kimi hər iki iş üzrə iddianın predmeti fərqlidir. Eyni zamanda digər iş üzrə cavabdeh qismində İddiaçı1 olmuş, lakin hazırkı iş üzrə verilən iddia tələbində iddiaçılardan biri İddiaçı2dır. Bu isə qeyd edilən işlər üzrə tərəflərin də eyni olmadığını göstərir. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, prosessual qənaət prinsipi baxımından da işlərin bir-biri ilə bağlılığı olacağı halda isə həmin prosessual qanunvericilik işlərin bir icraatda birləşdirilməklə bir icraata baxılmasını özündə ehtiva etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəmənin prosesual qanunvericiliyin tələblərinə riayət etmədən iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar