Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1858/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X5 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofqi qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh X3 və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(003)-1964/2021 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, X7 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 12500 manat pulu, ödənilmiş dövlət rüsumuna görə 30 manat və hüquqi yardıma görə ödədiyi 150 manat pulu, ümumilkdə 12680 manat pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2021 -ci il tarixli, 2(003)-1964/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qeyd olunan qətnamədən cavabdeh X7 tərəfindən 23 dekabr 2021-ci il tarixdə verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 18 yanvar 2022-ci il tarixli, 2(103)1858/2022 saylı qərardadı ilə şikayət üzrə apellyasiya mümköfı nesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1 -ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir.Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir Hazırki iş üzrə birinci instansiya məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(003)- 1964/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinə 23 dekabr 2021-ci il tarixdə daxil olsa da MPM-in yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma Azərbaycan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir). Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apellysiya şikayətində qeyri-dəqiqlik və uyğunsuzluqlar var.Elektron qaydada verilmiş Apellyasiya şikayətinin 1,2,4 və 7-ci bəndlərində çatışmazlıqlar və səhvlər yaranıb.(prossesual hüquq normaları əvəzinə maddi hüquq normaları qeyyd olunmuşdur.və.sair). Məhkəmə prosessində cavabdeh X3 vəkili və nümayəndəsi Nümayəndə Elektron qaydada verilmiş Apellyasiya şikayətinin 1,2,4 və 7-ci bəndlərində çatışmazlıqlar və səhvlər,qeyri-dəqiqlik və uyğunsuzluqlar olmasının ondan asılı olmayan səbəbdən baş verdiyini, yəni texniki problem olduğunu bildirmişdir. Digər tərəflər Apellyasiya şikayətinin mümkünlük məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişlər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Xəzər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(003)-1964/2021 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xəzər Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(003)-1964/2021 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(103)-1858/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1858/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1858/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver