Məhkəmə qərarları › İş №2(103)-1858/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1858/2023

01.03.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1858/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə Yasamal Rayon Məhkəməsinin 2(006)-4826/2022 saylı işinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı "müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(006)-4826/2022 saylı, 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Yasamal Rayon Məhkəməsindən sorğu daxil olmuş və cavabdeh tərəfindən verilmiş protokola dair qeydlərə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında tərəflər mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilənlərə əsasən mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Yasamal Rayon Məhkəməsinin sorğusuna əsasən 2(103)-1858/23 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar