Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1865/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Cavabdeh4, Cavabdeh1, 19 saylı Dövlət Notariat Kontoruna qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Cavabdeh4 və Cavabdeh1 adına mənzilin xüsusi mülkiyyətə verilməsinə dair aparılmış reyestr qeydiyyatı və çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu 19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh4 və Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində 1/4 hissədə X4 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh X3, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzili üzrə Bakı şəhəri Yasamal rayonu19 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyun 2021-ci il tarixli, 2V-156 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; qanun üzrə şəhadətnamə əsasında Bakı şəhəri Yasamal rayonu A.M. Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzilinə dair tam pay hüququ üzrə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 02 iyun 2022-ci il tarixdə, ********** sayla reyestrdə qeydə alınmış çıxarışın ləğv edilməsi; Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 94 saylı evin 47 saylı mənzili üzərində qanun üzrə vərəsə kimi vərəsəlik hüquqlarının tanınması, miras əmlak üzərində 1/4 hissədə X4 və ¼ hissədə İddiaçı1 Oqtay qızının və 1/4 hissədə cavabdeh X3, ¼ hissədə Cavabdeh1 payının müəyyən edilməsi və həmin əmlak üzərində müəyyən edilmiş paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin notariusun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 2V- 156 reyestrli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamə əsasında Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 94 saylı evin 47 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən eyni məzmunlu ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8083/2022 saylı 30 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasının qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən eyni məzmunlu ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş və apelyasiya şikayətlərinə müddətin bərpası barədə ərizə əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 09 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizələr təmin edilmiş, apelyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəyə baxaraq işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3531/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətləri geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1865/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1865/2023
31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver