Məhkəmə qərarları › İş №2(103)-1866/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1866/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1866/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2079/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, özünün, oğlu Anarla birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməyi və həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 256 saylı müqaviləsi ilə Buzovna Bələdiyyəsinin mülkiyyətində olan Araz küçəsi ilə Nəriman Əliyev küçəsinin kəsişməsində yerləşən 900 kv.m. torpaq sahəsi X1 istifadəsinə verilmişdir. İcarəçi K.Ə.Nuriyeva tərəfindən həmin torpaq sahəsində ümumi sahəsi 88.56 kv.m. olan yaşayış sahəsi inşa edilmişdir. İcarəçi 2007-ci ildə istifadəsində olan yaşayış sahəsini və həmin yaşayış evinin yerləşdiyi 552 kv.m. torpaq sahəsini ona satmışdır. Ev alınan vaxtdan o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və evin bütün kommunal xərclərini ödəmişdir. Onun göstərilən evdə ailəsi ilə yaşadığı qonşularının notarial qaydada təsdiq edilmiş ərizələri ilə təsdiq olunur. 2011-ci ildə onun əri Cavabdeh1 ilə olan nikah qeydi ləğv edilmiş, birgə nikahdan olan oğlu onunla yaşamağa davam etmişdir. Keçmiş əri ilə aralarında olan razılaşmaya görə istifadələrində olan evin bir otağında o oğlu ilə, digər otağında isə əri yaşamağa davam etmişlər. 2019-cu ilin snetyabr ayında cavabdehlər, baldızları onların evinə gəlib onunla mübahisə edərək onu oğlu ilə birlikdı evdən qovmuş və ona məxsus olan ev əşyalarını həyətə atmışlar. Bununla bağlı o, polis idarəsinə müraciət etmişdir. Hazırda oğlu qonşuda, özü də qonşuların, qohumların evində qalır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2079/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiа tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, aşağıdakı əsaslara görə, həmin qətnaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. İddiaçı 2009-cu ildən başqa yerdə yaşayır, yəni mübahisəli evdə yaşamır və iddiaçının həmin evlə nə hüquqi, nə də faktiki bağlılığı yoxdur. Birinci instansiya məhkəməsi işə baxarkən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 prosesdə iştirakını təmin etməməklə, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi Buzovna Bələdiyyəsini və həmin torpaq sahəsinin icarəçisi X2 prosesə üçünçü şəxs qismində cəlb etməməklə, çəkişmə, tərəflərin bərabərliyi prinsipini təmin etməmiş, prosessual pozuntuya yol vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməli olduğu halda, bunu etməmişdir. Belə ki, hazırkı işin materiallarından göründüyü kimi, tərəflər arasında ailə münasibətləri 2009-ci ildən qurtarmışdır və bu müddətdə, yəni nikah pozulduqdan ötən 11 il ərzində iddiaçı tərəfindən iddia qaldırılmamışdır. Ona görə də hesab edirlər ki, hətta iddia əsaslı olsa belə, yenə də mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2079/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər və əlavə olaraq göstərdilər ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Bundan başqa, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməli olduğu halda, bunu etməmişdir. Belə ki, hazırkı işin materiallarından göründüyü kimi, tərəflər arasında ailə münasibətləri 2009-ci ildən qurtarmışdır və bu müddətdə, yəni nikah pozulduqdan ötən 11 il ərzində İddiaçı tərəfindən iddia qaldırılmamışdır. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2079/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, İddiaçı ilə 2007-ci ildən zavodda bir yerdə işləmiş, ailəvi dost olmuş, iddiaçının ərini də uzaqdan tanımışdır. Tünzalə indi kirayə qalır. Nikah pozulduqdan sonra da Tünzalə bir neçə ay əvvələdək mübahisəli evdə yaşayıb, evdən qovulanda gecə oğlu ilə birlikdə onlara gəlmiş, bir neçə gün qalmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid X4 izahatında göstərmişdir ki, o, mübahisəli evdə Vaqif və Tünzalənin qonşusu olmuşdur. Digər cavabdehlər Səidə və Gülbaharı tanımır. 3-4 aydır Tünzaləni görmür. Tünzalə həmin evdə oğlu və qızı ilə yaşamış, qızı sonradan ailə qurub köçmüşdür. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmini Məcəllənin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmini Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilmişdir ki, şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mübahisə predmeti olan özbaşına tikilidə yaşamasına etiraz etmək, onun həmin tikilidə yaşamasına mane olmağa və ya onu həmin tikilidən çıxarmağa subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının köçmək istədiyi yaşayış sahəsinin özbaşına tikili olmasını, cavabdeh tərəfin isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığını və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyini, nəzərə alıb cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmənin (tikilidə yaşamasına mane olma və etiraz etmə) qanunsuz olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçının yetkinlik yaşına çatmış oğlu X5 mənzilə köçürülməyi ilə bağlı iddia tələbi ilə müraciət etməyə hüququ və saləhiyyəti olmadığını nəzərə alıb, iddia tələbinin həmin hissədə təmin edilməməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətində göstərdikləri, yəni hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2079/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2079/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar