Məhkəmə qərarları › İş №2(103)-187/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-187/2025

04.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-187/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 hüquqi varisi X8, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması, hasarın sökülməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X7 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha ölçüdə 646 saylı bağ sahəsi sonuncuya verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X4 verilmişdir. 569 saylı və 569a saylı bağ sahələri müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyindədir. Hazırda iddiaçı ona ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsinin qaytarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə müqaviləsi əsasında onun sahibliyinə və istifadəsinə verilmiş 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş hissəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, zəbt olunmuş torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş hasarın cavabdehlərin vəsaiti hesabına sökülməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən 1.000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, iddiaçının istifadəsinə 0,12 ha ölçüdə torpaq sahəsi verilmiş və həmin vaxt topraq sahəsi məhz qeyd edilən ölçüdə olmuşdur. Həmin torpaq sahəsi ilə cavabdehlərə məxsus olan torpaq sahəsi qonşu olmaqla həmsərhəddir. Onların arasında torpaq sahəsinin zəbt edilməsi halı ilə bağlı 2009-2010-cu illərdə artıq bir dəfə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, həmin vaxt Cavabdeh1 ona məxsus olan 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edərək, onlara qarşı iddia qaldırmışdır. Mübahisə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001)-55/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnamə ilə 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən boşaldılaraq, əvvəlki vəziyyətə gətirilməsi qət edilsə də, bu şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)- 432/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnamə ilə həmin qətnamə qismən ləğv edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlara sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun, yəni sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 metr enində və yol tərəfdə 8,3 metr enində olmaqla, ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Bununla bağlı icra tədbirləri həyata keçirilmişdir. Lakin bundan sonra cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsini zəbt etmişlər, o cümlədən bağ sahələrinə yol çəkmişdilər ki, həmin yol bilavasitə iddiaçının sahəsini təşkil edir. Bu hal aparılmış ekspert tədqiqatları ilə də öz təsdiqini tapır. Lakin iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün azalması yalnız zəbt etmə halı ilə deyil, həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin düzgün icra edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçıya məxsus olan bağ sahəsi yalnız zəbt edilmə nəticəsində azalmamış, həmçinin həmin qətnamənin icrası zamanı ölçmə işlərinin düzgün aparılmaması nəticəsində azalmışdır. Bu da ilk növbədə ölçmə işlərinin qətnaməyə uyğun olaraq 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlamaqla aparılmaması ilə bağlıdır. Belə ki, 568 saylı bağ sahəsinin ölçüsü sənəd üzrə ona ayrılmış sahədən artıqdır və həqiqətdə 569 və 569a saylı bağ sahələrinin müəyyən hissəsi həmin bağ sahəsi tərəfindən zəbt edilmişdir. Nəticədə 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə ölçüsünü təmin etmək üçün 646 saylı bağ sahəsi istiqamətində sürüşmə olmuşdur. Bu hal da iddiaçının bağ sahəsinin ölçüsünün azalmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, 569 saylı bağ sahəsi onun babasına məxsus olmaqla ilk olaraq 0,25 ha olmuş, sonradan isə onunla onun qohumu olan digər cavabdeh arasında iki, yəni hər biri 0,12 ha olmaqla 569 və 569a saylı bağ sahələrinə bölünmüşdür. Hazırda 569a saylı bağ sahəsi onun istifadə və sahibliyindədir. O, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etməmiş və həmin sahə üzərində hasar inşa etməmişdir. 569a saylı bağ sahəsinə əvvəllərdə yol olmuş və həmin yol, habelə hasar onun sahəsi üzərində yerləşir. Hər bir halda, bağ sahəsinə daxil olmaq üçün onun yolu olmalıdır. Ona məxsus olan bağ sahəsindən sonra yerləşən ərazi bütünlüklə dəmir yolunun mühafizə zonasına daxildir. Bu səbəbdən iddiaçının iddia etdiyi bağ sahəsinin orada yerləşməsi qeyrimümkündür. Həmçinin, həmin sahə ölçü baxımından heç vaxt 0,12 ha olmamışdır. Bu səbəbdən iddiaçı onun bağ sahəsinin müəyyən hissəsini zəbt etmişdir. Sonradan ona aid olan və zəbt edilmiş hissəsini məhkəmə qaydasında iddiaçıdan geri almışdır. İddiaçının mübahisələndirdiyi bağ sahəsinin nömrəsi baxımından da onun qonşuluğunda yerləşməsi mümkün deyil. Belə ki, həmin ərazidə olan bağ sahələrinin nömrəsi 558-569 arasında dəyişir, iddiaçının mübahisələndirdiyi bağ sahəsi isə 646 nömrəlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən, İddiaçı icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 257 kv.metr ölçüdə hissəsinin ondan alınaraq İddiaçı verilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 257 kv.m. ölçüdə hissəsi üzərində inşa edilmiş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülməsi; iddianın qalan hissədə rədd edilməsi; ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi; ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsinin İddiaçı, 50 (əlli) manat hissəsinin isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X7 və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 ha öçüdə 646 saylı bağ sahəsi iddiaçıya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir. Həmin ünvanda olmaqla bu sahənin qonşuluğunda yerləşən 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X4 verilmişdir. 569 saylı və 569a saylı bağ sahələri də hazırda müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyindədir. Həmin ərazidən dəmir yolu xətti keçir və bu xətdən şimala doğru ilk olaraq iddiaçıya məxsus 646 saylı bağ sahəsi yerləşir. Cavabdeh2 məxsus 569 saylı bağ sahəsi və hazırda Cavabdeh1 məxsus 569a saylı bağ sahələri 646 saylı bağ sahəsinə münasibətdə eninə (qarşı-qarşıya) yerləşməklə (ilk olaraq 569 saylı, ondan sonra 569a saylı) 546 saylı bağ sahəsinin şimal sərhəd qonşularıdır. 2009-2010-cu illərdə tərəflər arasında zəbt etmə halı ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin mübahisə çərçivəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-55/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş cavabdehlər tərəfindən 569a saylı baş sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qismən ləğv edilmiş, iddia təmin edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 m enində və yol tərəfdə 8,3 m enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportundan göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsi boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-3090 saylı, xx.xx.2020-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəlmiş və icra edildikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 8(103)-114/2012 saylı qərardadı ilə təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 112 saylı arayışına əsaslanaraq ona məxsus olan 0,12 ha ölçüdə 646 saylı bağ sahəsinin 620 kv.m. hissəsinin Cavabdeh1 tərəfindən, 250 kv.m. hissəsinin isə Cavabdeh2 tərəfindən zəbt edilərək, istifadə olunduğunu, o cümlədən həmin sahə üzərində daş hasarın inşa edildiyini iddia edir və zəbt edilmiş sahənin cavabdehlərdən alınaraq ona qaytarılmasını, inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsini və bu hərəkətlər nəticəsində ona vurulmuş 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 iddianı qəbul etmir, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyini, həmin sahə üzərində hasar inşa etmədiyini, 569a saylı bağ sahəsinə əvvəllərdə yolun olduğunu və həmin yolun, habelə hasarın onun sahəsi üzərində yerləşdiyini, ona məxsus olan bağ sahəsindən sonra yerləşən ərazinin bütünlüklə dəmir yolunun mühafizə zonasına daxil olduğunu, bu səbəbdən iddiaçının iddia etdiyi bağ sahəsinin orada yerləşməsinin qeyrimümkün olduğunu, həmin sahənin ölçü baxımından heç vaxt 0,12 ha olmadığını, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin nömrəsi baxımından da onun qonşuluğunda yerləşməsinin mümkün olmadığını, həmin ərazidə olan bağ sahələrinin nömrəsinin 558-569 arasında dəyişməsinə baxmayaraq, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin 646 nömrəli olduğunu bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 17666 nömrəli ekspert rəyində 569 nömrəli bağın sahəsinin əvvəllər 0,25 ha olduğu, sonradan həmin sahədən 0,12 ha hissəsinin 569 nömrəli bağ kimi müqavilə əsasında Cavabdeh2, digər 0,12 hissəsinin isə 569a nömrəli bağ sahəsi kimi müqavilə əsasında X2 istifadəsinə verildiyi, 0,12 ha sahəsi olan 646 saylı bağ sahəsinə dair İddiaçı adına icarə müqaviləsinin olduğu, "xxxx" MMC tərəfindən təqdim edilmiş sxemdə göstərilən ümumi 3.287 kv.m. mübahisəli sahənin bir hissəsinin 1.515 kv.m, bir hissəsinin isə 1.142 kv.m. olduğu və keçid yolu saxlanılmaqla hasarlandığı, hasarlanmış sahənin cənubunda yerləşməli olan 646 saylı bağ sahəsinin dəmir yolu xətti ilə arada qalan sahənin 630 kv.m. təşkil etdiyi, bağ sahələrinin yerləşdiyi ümumi cərgədə hasarlanma işlərinin sxematik xəritəyə və arxiv cizgisinə uyğun plan üzrə aparılmaması səbəbindən qonşu bağlarda tam sərhəd dəqiqləşdirilməsinin aparılmasının mümkün olmadığı, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlar daxilindəki sahənin 524 kv.m. hissəsinin dəmir yolunun mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmamışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində 646 saylı bağın sənəd üzrə sahəsi 1.200 kv.m. olsa da, faktiki 630 kv.m. qalıb, 569 saylı bağın sahəsi 1.142 kv.m, 569a saylı bağın sahəsi isə 1.311 kv.m. və keçid yolu 204 kv.m. olmaqla cəmi 1.515 kv.m. hasarlanaraq ayrılıb. Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2.500 kv.m, sonradan 1.600 kv.m., sonuncu müqavilədə sənəd üzrə sahəsi 2.500 kv.m., sonradan 1.600 kv.m., sonuncu müqavilədə isə 1.200 kv.m. göstərilir. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1.630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1.200 kv.m. və həmin icarə müqaviləsində 1y/ot– 9.76 kv.m. olan tikilidə göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1.200 kv.m. aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sənədlərini tam dəqiqləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1.200 kv.m. göstərilsə də, arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi 2.075 kv.m. sahə göstərilib. Bu səbəbdən 569 və 569a saylı bağların arxiv cizgisinə görə hər birinin 1.200 kv.m sahələrinin sərhədlərini dəqiqləşdirmək mümkün olmadı. 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3.287 kv.m. təşkil edir, lakin sənəd üzrə sahələri isə 3.600 kv.m. təşkil edir. Yuxarıda qeyd edildiyi kimi 646 saylı bağın 1.200 kv.m-nə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Ümumi 5.120 kv.m. sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü işləri aparılmalıdır. 646 saylı bağla 568 saylı bağ həmsərhəd deyil. Sxematik xəritəyə əsasən 568 saylı bağ sahəsi 569 saylı bağın şimal tərəfdəki qonşusudur. Arxiv araşdırılmasına əsasən 568 saylı bağ sahəsi, 568a və 568b saylı bağ sahələrindən ibarətdir və onların hər birinin sahəsi sənəd üzrə 700 kv.m. göstərilbdir. Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xuraman adlı şəxsin bildirdiyinə əsasən 568 saylı bağ (700 kv.m.), 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1.833 kv.m. təşkil edir. Sahə 433 kv.m. artıqdır. Arxiv cizgisində 568, 568a və 568b sahələrinin qərb hissəsində hər birinin eni 7,5 m, şərq hissəsində isə 8,3 m göstərilibdir. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keçid yolu kimi sahə ştrixlə 569 saylı bağın cənub hissəsində göstərilibdir. 569a saylı bağ sahəsinə faktiki keçid yolu kimi hasarlanmış sahə və 646 saylı bağın icarə müqaviləsində göstərilən tikili 646 saylı bağın arxiv cizgisində göstərilən 1.630 kv.m sahəyə düşür. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunda 568a, 568b, 569, 569a, 646 saylı bağ sahələrinin sənəd üzrə və faktiki mövcud olan ölçüləri, habelə keçid yolu barədə məlumatlar yuxarıda göstərilən məlumatlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq edilmiş sübutlara əsasən gəldiyi nəticə üzrə qənaətində göstərmişdir ki, iş materiallarında olan sübutları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli, **********59 nömrəli məktubunu nəzərə alıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17666 nömrəli və xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəylərini mötəbər sübut kimi qiymətləndirib qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan müvafiq olaraq 646 saylı, 569a və 569 saylı bağ sahələrinin hər birinin sahəsi 0,12 ha təşkil edir. Lakin faktiki olaraq 646 saylı bağın sahəsi 630 kv.m., 569 saylı bağın sahəsi 1.142 kv.m., 569a saylı bağın sahəsi isə 1.311 kv.m. ölçüdədir. 569a saylı bağın hasarlanaraq ayrılmış ümumi sahəsi isə 204 kv.m. ölçüdə olan keçid yolu da nəzərə alınmaqla 1.515 kv.m. təşkil edir. Başqa sözlə, mövcud vəziyyətdə 646 saylı bağın sahəsində (1.200-630 = 570) 570 kv.m. ölçüdə, 569 saylı bağın sahəsində isə (1.200-1.142 = 58) 58 kv.m. ölçüdə kəsir var. 569a saylı bağın sahəsi isə sənəd üzrə müəyyən edilmiş sahədən (1.515- 1.200 = 315) 315 kv.m. artıqdır. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keçid yolu kimi sahənin 569 saylı bağın cənub hissəsində göstərildiyi qeyd edilsə də, bu sahənin dəqiq ölçüsü (eni və uzunu), onun statusu (sahələr arasında neytral sahə olubolmaması, 569a saylı bağın 0,12 ha sahəsinin daxilində olub-olmaması və sair) müəyyən edilməmişdir. Bu səbəbdən keçid yolu 646 saylı bağ sahəsi ilə 569a saylı bağ sahəsi arasında neytral sahə (bu bağların hər hansı birinin sahəsinə daxil olmayan sahə) kimi qiymətləndirilə bilməz (bu iki sahə əvvəllər 569 saylı bağ sahəsi olmuş və bu baxımdan vahid sahə olaraq onun avtomobil yolu tərəfindən girişi olmuşdur). 646 saylı bağ sahəsi isə nömrə baxımından orada yerləşən digər bağ sahələrindən fərqlənsə də, hüquqi nəticə etibarı ilə və faktiki baxımdan 569 və 569a saylı bağ sahələri ilə həmsərhəd olan bağ sahəsi kimi mövcuddur. Hər bir halda, uydurulmuş şəkildə deyil, məhz arxiv sənədlərinə əsaslanaraq iddiaçı ilə X7 və istismarı birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilədə bu bağın 0,12 ha ölçüdə olması göstərilmişdir. Başqa sözlə, mövcud vəziyyətdə Cavabdeh1 nəticə etibarı ilə iddiaçının istifadə və sahibliyində olan sahə hesabına özünə keçid yolu düzəltmiş və bu yolun sahəsi hesabına öz sahəsini artırmışdır. Nəticədə iddiaçı icarə müqaviləsi əsasında ona məxsus olan 646 saylı bağ sahəsinin müəyyən hissəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək imkanını və sərbəstliyini qanunsuz və əsassız olaraq itirmişdir. Birinci instansiya məhkəməsi, qanunsuz olaraq iddiaçının istifadə və sahibliyindən alınmış sahənin ölçüsü məsələsində mötəbər sübut kimi qiymətləndirdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən ekspert rəylərini əsas götürərək, hesab etmişdir ki, iddiaçıya məxsus bağ sahəsinin iddia edildiyi kimi 620 kv.m. hissəsi deyil, 257 kv.m. hissəsi faktiki olaraq Cavabdeh1 istifadə və sahibliyindədir. Belə ki, nəinki 646 saylı bağın, həmçinin 569 saylı bağın sahəsində ölçü baxımdan kəsir var və bu bağların həmsərhəd olması nəzərə alındığı halda, məhz 569a saylı bağın artıq olan 315 kv.m. sahəsinin 58 kv.m. 569 saylı bağa aid edilməlidir. Bu səbəbdən 315 kv.m. sahədən həmin sahənin çıxılması nəticəsində yaranmış fərq də (315-58=257) məhz 257 kv.m. təşkil edir. Nəzərə alınmalıdır ki, araşdırma zamanı cavabdehin həmin sahədən (257 kv.m.) istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında bu sahə ilə bağlı icarə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə həmin sahə bu cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və hazırda onun qanunsuz sahibliyindədir. İddiaçı, həmin sahənin qanuni sahibi olmasına baxmayaraq, hazırda qeyd edilən sahəyə sahiblik və ondan istifadə edə bilmir, o, bağın bu hissəsindən faktiki olaraq məhrum edilmişdir. Məhkəmə bir daha qeyd etmişdir ki, bu hal iş materiallarında olan və məhkəmə tərəfindən mötəbər kimi qiymətləndirilmiş sübutlarla öz təsdiqini tapır. Sadə yanaşma ilə Cavabdeh1 sahəsi cənuba, yəni məhz iddiaçının bağ sahəsi istiqamətinə 257 kv.m. artıqdır. Lakin həm bu, həm də iddiaçının hazırda faktiki istifadəsində olan sahəsin ölçü baxımından cəmi (630 + 257 =887) 887 kv.m. təşkil etmiş olur ki, bu vəziyyətdə də onun sahəsi yenə də ona müqavilə üzrə ayrılmış 0,12 ha sahədən (1.200-887=313) 313 kv.m. ölçüdə az olur. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)- 432/2010 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 8(103)-114/2012 saylı qərardadı ilə xitam verilməsinə baxmayaraq, hər bir halda hesab etmişdir ki, iddiaçının sahəsinin az qalması məhz həmin icra sənədinin düzgün icrasının təmin edilməməsi ilə bağlı olmuşdur. Belə ki, həmin qətnamə ilə 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədin pozulduğu müəyyən edilmiş və bu səbəbdən bağ sahələrinin əvvəlki vəziyyətə gətirilməsi, yəni 569a saylı bağın sxem planına uyğun sahəsinin müəyyən olunması üçün 568 saylı bağ sahəsində olan ev “A” tikilisi istinad nöqtəsi kimi götürülməklə, 568 saylı bağın sərhəd zolağından plan sxemə uyğun olaraq 569a saylı bağın ölçülərinin müəyyən edilməli olması qənaətinə gəlinmiş və məhkəmə kollegiyası tərəfindən bu mövqe əsas götürülməklə qətnamə çıxarılmışdır. 568 saylı bağ sahəsinin isə 568a və 568b saylı bağ sahələrindən ibarət olması, onların sənəd üzrə hər birinin 700 kv.m. olmasına baxmayaraq, ümumi sahəsinin 1.833 kv.m. təşkil etməsi və nəticə (1833- 1400=433) 433 kv.m. artıq olması da iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu baxımdan həmin qətnamə icra edilən zaman 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq ölçmə işləri aparılmalı və bu zaman həmin 433 kv.m. sahənin də müqəddaratı həll edilməli idi. Belə ki, artıq olan 433 kv.m. sahənin Cavabdeh1 və ya digər cavabdehə aid olduğu müəyyən edildiyi təqdirdə onların sahələrinin yerləşdiyi yer yenidən müəyyən edilməklə məhz 433 kv.m. ölçüdə şimala doğru, yəni 568 saylı bağ sahəsi tərəfə çəkilməli idi. Bunun da nəticəsində 433 kv.m. artıq sahə yaranmış olur ki, onun da 313 kv.m. hissəsi hesabına iddiaçının sahəsi tamamlanır, qalan 120 kv.m. sahənin isə yol kimi istifadə edilməsi mümkün olur. Bu vəziyyət həm iddiaçı, həm də yol keçidinə ehtiyacı olan Cavabdeh1 üçün daha əlverilşli olardı. Lakin 568 saylı bağın sahəsi mübahisə predmeti olmadığından, habelə bu məsələyə artıq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə hüquqi qiymət verildiyindən məhkəmə hazırki mübahisə çərçivəsində bu məsələyə hüquqi qiymət verə bilməz. Məhkəmə bununla belə qeyd etmişdir ki, bu cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq iddiaçıya aid olan sahənin 257 kv.m. hissəsindən istifadə və ona sahiblik etməsi iddiaçının icarə hüququndan irəli gələn hüquqlarının, o cümlədən bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının əmlak hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və iddia tələbi bu hissədə qismən təmin edilməklə Cavabdeh1 qanunsuz olaraq istifadə və sahibiliyində olan 257 kv.m. ölçüdə torpaq sahəsi ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə eyni zamanda o halı da nəzərə almışdır ki, iddiaçıya məxsus olmaqla Cavabdeh1 qanunsuz istifadə və sahibliyində olan (zəbt edilmiş) sahə boş deyil, onun üzərində daş hasar inşa edilmişdir. Bu baxımdan həmin sahənin iddiaçıya qaytarılması onun bu sahəyə olan hüquqlarını tam bərpa etmiş olmur. Bu səbəbdən qeyd edilən sahənin iddiaçıya qaytarılması ilə yanaşı, həmin sahə üzərində bu cavabdeh tərəfindən inşa edilmiş hasar da cavabdehin vəsaiti hesabına sökülməli və həmin sahədən çıxarılmalıdır. Başqa sözlə, sahə cavabdehə məxsus olan hasardan tam azad edilməlidir. Məhkəmə, iddia tələbinin “zəbt olunmuş torpaq sahəsinin Cavabdeh2 alınması, hasarın onun vəsaiti hesabına sökülməsi və vurulmuş mənəvi zərərin əvəzinin ondan tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı onun tərəfindən 250 kv.m. sahənin zəbt edildiyini iddia etsə də, artıq müəyyən edildiyi kimi, bu cavabdehin istifadə və sahibliyində olan torpaq sahəsi sənəd üzrə müəyyən edilmiş ölçüdən 58 kv.m. azdır. Başqa sözlə, bu cavabdeh hər hansı digər şəxsə məxsus bağ sahəsinin hər hansı hissəsini zəbt etməmiş, əksinə özü sahə baxımından məhdudlaşmaya məruz qalmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra– Mülki Məcəllə) 5.3, 6, 148.2, 152.1, 152.5, 157.2, 157.8, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq qətnamə qəbul edib. Belə ki, iddiaçı ilə X7 və istismarı birliyi arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli "Bağın icarəyə verilməsi haqqında" müqavilədə bağın 0,12 hektar ölçüdə olması göstərilmişdir. Lakin xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən, bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmamışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində iddiaçıya məxsus 646 saylı bağın sənəd üzrə sahəsi 1200 kv.m olsa da, faktiki 630 kv.m qalmışdır. Mövcud vəziyyətdə 646 saylı bağın sahəsində 570 kv.m ölçüdə kəsr var (1200-630=570). Eyni zamanda iş materiallarında olan plan cizgidə 646 saylı bağ sahəsinin dəmir yolunun mühafizəsi sahəsinə hansı məsafədə (qeyd olunan ölçü 18.40) yerləşməsi və bağ sahəsinin eni və uzunluğu dəqiq ölçülərlə öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən iş materialları hərtərəfli və obyektiv qaydada araşdırılmamış, iş materiallarında olan bütün sübutlara hüquqi qiymət verilməmişdir. Cavabdehlər tərəfindən iddiaçıya məxsus bağ sahəsinin qanunsuz zəbt edilməsi, həmin sahədə hasarın tikilməsi və iddiaçının mülkiyyət hüquqlarının pozuntusu məhkəmədə şübhə yaratmamalı və iş materialları ilə bir daha təsdiq olunmalı idi. Məhkəmə tərəfindən işə baxılarkən yalnız Cavabdeh1 tərəfindən iddiaçıya məxsus bağ sahəsinin zəbt edildiyini qeyd etmişdir. Halbuki, digər Cavabdeh2 tərəfindən iddiaçıya məxsus bağ sahəsi qanunsuz olaraq zəbt edilmişdir və bu fakt aparılmış ekspertiza rəyləri ilə də öz əksini tapmışdır. Həmçinin məhkəmə tərəfindən 569 saylı bağ sahəsinin sahibi Cavabdeh2 və 569a saylı bağ sahəsinin sahibi Cavabdeh1 qohum olması və bir-birlərinə qarşı hər hansı iddia tələbinin olmaması nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsinin icrası zamanı ölçmə işləri düzgün aparılmamış və iddiaçıya məxsus bağ sahəsinin ölçüləri yalnız cavabdehlər tərəfindən zəbtetmə deyil, həmçinin ölçmə işlərini nəticəsində azalmışdır. Belə ki, 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədlər pozulmuş və 646 saylı bağ sahəsi istiqamətində sərhədlər sürüşmüşdür. 568 saylı bağ sahəsinin ümumi sahəsinin sənəd üzrə ölçülərdən artıq olması iş materiallarındakı sübutlarla bir daha öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən hər iki cavabdehin 646 saylı bağ sahəsini qanunsuz olaraq zəbt etməsi və bu sahədə hasar tikilməsi faktı gözardı edilərək, iddianın qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Goradil bağ massivində yerləşən, xx.xx.1999-cu il tarixli 26759 saylı İcarə müqaviləsi ilə X5 (anasına) məxsus 569a saylı bağ sahəsi ona anasından miras qalmışdır. O, bir müddət bağ sahəsinə getmədiyindən, həmin bağ sahəsi xalası oğlu, Biləcəri qəsəbəsi Xəqani küçəs ev 24 ünvanında yaşayan Cavabdeh2 tərəfindən və tanımadığı, ünvan 1 ünvanında yaşayan İddiaçı Bahərəddin oğlu tərəfindən zəbt edilmişdir. O, özünə məxsus bağ sahəsinin boşaldılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyun 2009-cu il tarixli 2(001)-55/2009 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlar sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə "A" tikilisi tərəfdə 7.5 m enində və yol tərəfə 8.3 m enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0.12 ha torpaq sahəsi boşaldılaraq Cavabdeh1, ona təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(102)- 3090 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli, 2(103)- 432/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 13 oktyabr 2010-cu il tarixində qanuni qüvvəyə minmiş, icra vərəqəsi 05 noyabr 2010-cu ildə verilmişdir. Qətnamə xx.xx.2012ci il tarixində Binəqədi rayon İcra şöbəsi tərəfindən icra edilmiş, ona məxsus torpaq sahəsi qətnaməyə uyğun, əvvəlki texniki pasporta uyğun ölçülməklə ayrılaraq zəbtdən boşaldılaraq ona təhvil verilmişdir. 2016-cı ilin sentyabr ayında ona məlum olmuşdur ki, İddiaçı Bahərəddin oğlu və arvadı ona məxsus bağ sahəsinin daş hasarlarını uçurmuşlar, ağacları kəsmişlər, ona maddi ziyan vurmuşlar, torpaq sahəsini zəbt etmişlər, bağ sahəsində ev tikmişlər. Odur ki, xx.xx.2016-cı il tarixində Binəqədi rayon Polis İdarəsinə, Binəqədi rayon prokuroruna şikayət ərizələri yazmış, lakin İddiaçı Bahərəddin oğlu özbaşına əməllərindən əl çəkməmişdir. Bunlarla yanaşı, icra sənədi icra ediləndən sonra İddiaçı Bahərəddin oğlunun Binəqədi Rayon Məhkəməsində ona qarşı yenidən qaldırdığı iddia tələbi rədd edilmişdir. Hazırkı mübahisə ilə bağlı da, Binəqədi Rayon Məhkəməsi işin faktiki hallarını aydınlaşdırmamışdır. Məhkəmə qətnaməsindən də görünür ki, məhkəmə həm xx.xx.2019-cu il tarixli, 17666 nömrəli ekspert rəyinə, həmçinin xx.xx.2021-ci il tarixli 10/2003 nömrəli ekspert rəyinə əsaslanır, bağ sahələrinin ölçülərinin, cizgi planlarının olmadığı halda ekspert rəyinin, "Bağ sahələri arasında hasarlanma işlərinin arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmadığını təsdiq edir. Hazırkı yol əvvələr olmuşdur, indi də öz yerində bərpa edilmişdir. Bunlarla yanaşı, artıq barəsində məhkəmənin qüvvəyə münmiş qətnaməsi olan mübahisə zamanı müəyyən edilmişdir ki, bağ sahəsini sonradan kimdənsə almış İddiaçı Bəharəddin oğluna bağ sahəsi deyil, sadəcə onun sənədləri satılmışdır. Onun müqavilə bağlamış olduğu bağ sahəsinin böyük bir hissəsi, yeni inşa edilmiş dəmir yol xəttinin altında qalmışdır.Əks halda, dəmir yolunun mühafizə zonasında, bağ sahəsi verilməzdi? Çünki, əgər həmin dəmir yolu xətti əvvəlcədən mövcud olmuş olsaydı, dəmir yoluna bitişik sahədə bağ sahəsi olmazdı və bu bağ sahəsinin icarə müqaviləsini də iddiaçı ilə bağlamazdılar. Məhkəmə özü qeyd etdiyi halda ki, 646 saylı bağın 1.200 kv.mnə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır, ancaq bunlara əhəmiyyət verməyərək sonda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən, ona məxsus bağ sahəsinin ölçülərinin artıq olması, bağ sahəsinin yolunun hazırkı yolla üstüstə düşmədiyini qeyd etməsi, faktiki sənədlərlə sübut edilmir. Beləliklə, qətnamədə göstərilmiş nəticə məhkəmənin onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsinə dair, yeni yolun çəkilməsinə dair qənaəti işin hallarına uyğun gəlmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-379/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərmiş, X7 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X8 faktiki istifadəsində(zəbt edilmiş)olan, (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569 569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun(sxem və kordinatlar icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasarın(tikili) onların hesabına sökülməsi və 570 kv.metr bağ(torpaq) sahəsinin zəbt edilmiş hissələrə müvafiq ölçüdə cavabdehlərdən alınaraq iddiaçının istifadəsinə qaytarılması, iddia tələbi qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın 50 manat hissəsi İddiaçı, digər 50 manat hissəsi isə Cavabdeh2 prosessual hüquqi varisi X6 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun və imkan verdiyi həddə, dəfələrlə edilən israrlı cəhdi nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən həqiqəti müəyyən etməyə imkan verən rəylər əldə edildi. Məhkəmə tərkibi ona görə bu halı xüsusi vurğulamışdır ki, qeyd olunan idarə ilk dəfədən daha mütərəqqi, konkret, mübahisəni birdəfəlik həll etməyə imkan verən rəy təqdim edə bilərdi, ancaq etməyərək, hər dəfə natamam rəylər verirdi ki, bu da iş üzrə tam düzgün nəticəyə gəlməyə imkan vermirdi. Bir daha, yuxarıda qeyd olunanlara əsasən bəlli olur ki, arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də, sonuncu hüquqmüəyyənedici sənəd olan müqavilə üzrə sahəsi 1200 kv.m təşkil edib və iddiaçının subyektiv hüququ da məhz bu ölçü ilə məhdudlaşır. Başqa sözlə, 646 saylı bağın arxiv cizgisindəki ölçüsündən ümumilikdə 1000 kv. metri cavabdehlər tərəfindən zəbt edilsə də, iddiaçının cəmi 570 kv. metr hissənin qaytarılmasını tələb etmək hüququ mövcuddur. Düzdü, vaxtı ilə 646 saylı bağ sahəsinə aid olmuş, qalan 430 kv. metrinə dair iddiaçının subyektiv hüququ yaranmasa da, cavabdehlərin də həmin 430 kv.metr hissəyə subyektiv hüququ yoxdur. Ancaq hazırkı iddianın predmeti bilavasitə 646 saylı bağa aid, çatışmayan 570 kv. metrlə məhdudlaşır ki, həmin sahənin də cavabdehlər tərəfindən zəbt edilməsi açıq-aşkar apellyasiya baxışı zamanı əldə edilmiş sübutlarla təsdiq olundu. Sonuncu rəydə və ona əlavə edilmiş sxem və koordinatda qeyd olunduğu kimi 646 saylı bağın arxiv cizgisindəki ölçülərə uyğun sahəsi ayrıldıqda 569 saylı bağa 860,0 kv.m, 569a saylı bağa isə 797.0 kv.m sahə qalır. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m, 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda isə 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə (860.0+797.0) 1657.0 kv.m təşkil edir. Lakin cavabdehlərin istifadəsində olan bağ sahələrinin çatışmayan hissəsi iddiaçının istifadəsində olan bağ sahəsinin ərazisi ilə üst-üstə düşmür. Arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.metri faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalıb. Həmin sahəni nəzərə aldıqda 569 və 569a saylı bağ sahəsinin ümumi sahəsi (1657.0+418.0)=2075.0 kv.m olur ki, bu da iddiaçının hazırki tələbi irəli sürməkdə haqlı olduğunu bir daha təsdiq etmiş olur. O da nəzərə alınmalıdır ki, 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.metrinin faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalması hazırki iddianın və icraatın predmetinə aid olmadığı üçün həmin məsələlər üzrə apellyasiya icraatında hüquqi dəyərləndirmə aparılmır. Beləliklə, 646 saylı bağın əskik gələn 570 kv.metrin hansı hissələrinin cavabdehlərin faktiki istifadəsində olan 514,0 kv.m, 282,0 kv. m və 204,0 kv.m sahələrə düşməsinin rəylərdə göstərilən səbəblərdən konkret rəqəmlərlə ölçüsü göstərilməsə də mövcud vəziyyətdə bu hissələrin(sahənin) cizgisi və koordinatları idarə tərəfindən çəkilmişdir. Buna görə də, xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçıya icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquqi varisi X8 faktiki istifadəsində (zəbt etdikləri) olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m-ə uyğun sxem və koordinatları üzrə, faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m, 204.0 kv.m hissələri göstərən sxem və koordinatlara uyğun (icra vərəqəsinə əlavə olunacaq) 570 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onların hesabına sökülməli və 570 kv.metr bağ(torpaq) sahəsi cavabdehlərin istifadəsində olan ölçüyə müvafiq onlardan alınaraq iddiaçının istifadəsinə verilməlidir. Yəni, 570 kv. metr sahə cavabdehlərin zəbt etdiyi ölçüyə uyğun onlardan alınaraq iddiaçıya geri qaytarılmalıdır. Çünki, cavabdehlərin zəbt etdiyi ərazinin yeri və ölçüsü fərqli olduğundan onlardan geri alınmalı olan sahənin ölçüsü də istər-istəməz fərqli olacaqdır. Bu cür nəticə qətnamənin icrası zamanı yarana biləcək çətinliyin, anlaşılmazlığın və ziddiyyətin aradan qaldırılmasını da təmin edəcəkdir. Buna baxmayaraq, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddianın rədd edilməsi əsassız olmamışdır. Çünki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təsdiq olunmur. Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-385/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-379/2023 nömrəli qətnaməsinin iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə mövqeyini əsaslandırarkən Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-432/2010 nömrəli qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımamasını, həmin qətnamənin icrası nəticəsində İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh1 təhvil verilmiş torpaq sahəsi ilə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən 646 saylı bağın əskik gələn 570 kv. metrinin Cavabdeh1 tərəfindən faktiki istifadə edilən hissələri kimi müəyyən edilən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məsələlərini araşdırıb hüquqi qiymət verməmişdir. Həmin məsələlər araşdırılıb hüquqi qiymət verilmədən gəlinən nəticənin əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellaysiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 oğlunun hüquqi varisi X13 izahat verərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 385/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərarında göstərilənlərə nəzərən hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində yoxlanılması təşkil etməli idi. Lakin məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki apellyasiya məhkəməsinin qətnaməsində 646 saylı bağın əksik gələn 570 kv.metrin hansı hissələrinin cavabdehlərin faktiki istifadəsində olan bağ sahələrinə aid olması konkret açıqlanmadığından və kassasiya instansiyası məhkəməsi də yalnız kassatora münasibətdə qətnamə ləğv etdiyindən kassasiya şikayəti verməyən digər cavabdehə münasibətdə də qətnamə yoxlanılmalıdır. Başqa sözlə, mövcud vəziyyət qətnamənin bölünməz olduğu üçün tam yoxlanılmasını zəruri edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X7 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha ölçüdə 646 saylı bağ sahəsi sonuncuya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X4 verilmişdir. 569 saylı və 569a saylı bağ sahələri müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 17666 nömrəli ekspert rəyində 569 nömrəli bağın sahəsinin əvvəllər 0,25 ha olduğu, sonradan həmin sahədən 0,12 ha hissəsinin 569 nömrəli bağ kimi müqavilə əsasında Cavabdeh2, digər 0,12 hissəsinin isə 569a nömrəli bağ sahəsi kimi müqavilə əsasında X2 istifadəsinə verildiyi, 0,12 ha sahəsi olan 646 saylı bağ sahəsinə dair İddiaçı adına icarə müqaviləsinin olduğu, "xxxx" MMC tərəfindən təqdim edilmiş sxemdə göstərilən ümumi 3.287 kv.m. mübahisəli sahənin bir hissəsinin 1.515 kv.m, bir hissəsinin isə 1.142 kv.m. olduğu və keçid yolu saxlanılmaqla hasarlandığı, hasarlanmış sahənin cənubunda yerləşməli olan 646 saylı bağ sahəsinin dəmir yolu xətti ilə arada qalan sahənin 630 kv.m. təşkil etdiyi, bağ sahələrinin yerləşdiyi ümumi cərgədə hasarlanma işlərinin sxematik xəritəyə və arxiv cizgisinə uyğun plan üzrə aparılmaması səbəbindən qonşu bağlarda tam sərhəd dəqiqləşdirilməsinin aparılmasının mümkün olmadığı, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlar daxilindəki sahənin 524 kv.m. hissəsinin dəmir yolunun mühafizə zonasında yerləşdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə xx.xx.2021-ci il tarixli, 10/2003 nömrəli ekspert rəyinə əsasən bağ sahələri arasında hasarlanma işləri arxiv cizgisində göstərilən ölçülərə və sənəd sahələrə uyğun aparılmamışdır. Belə ki, ərazidə aparılmış hesablama işləri nəticəsində 646 saylı bağın sənəd üzrə sahəsi 1.200 kv.m. olsa da, faktiki 630 kv.m. qalıb, 569 saylı bağın sahəsi 1.142 kv.m, 569a saylı bağın sahəsi isə 1.311 kv.m. və keçid yolu 204 kv.m. olmaqla cəmi 1.515 kv.m. hasarlanaraq ayrılıb. Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2.500 kv.m, sonradan 1.600 kv.m., sonuncu müqavilədə sənəd üzrə sahəsi 2.500 kv.m., sonradan 1.600 kv.m., sonuncu müqavilədə isə 1.200 kv.m. göstərilir. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1.630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1.200 kv.m. və həmin icarə müqaviləsində 1y/ot-9.76 kv.m. olan tikilidə göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1.200 kv.m. aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sənədlərini tam dəqiqləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1.200 kv.m. göstərilsə də, arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi 2.075 kv.m. sahə göstərilib. Bu səbəbdən 569 və 569a saylı bağların arxiv cizgisinə görə hər birinin 1.200 kv.m sahələrinin sərhədlərini dəqiqləşdirmək mümkün olmadı. 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3.287 kv.m. təşkil edir, lakin sənəd üzrə sahələri isə 3.600 kv.m. təşkil edir. Yuxarıda qeyd edildiyi kimi 646 saylı bağın 1.200 kv.m-nə və 569, 569a saylı bağların hər birinə 1.200 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Ümumi 5.120 kv.m. sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü işləri aparılmalıdır. 646 saylı bağla 568 saylı bağ həmsərhəd deyil. Sxematik xəritəyə əsasən 568 saylı bağ sahəsi 569 saylı bağın şimal tərəfdəki qonşusudur. Arxiv araşdırılmasına əsasən 568 saylı bağ sahəsi, 568a və 568 b saylı bağ sahələrindən ibarətdir və onların hər birinin sahəsi sənəd üzrə 700 kv.m. göstərilbdir. Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xuraman adlı şəxsin bildirdiyinə əsasən 568 saylı bağ (700 kv.m.), 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1.833 kv.m. təşkil edir. Sahə 433 kv.m. artıqdır. Arxiv cizgisində 568, 568a və 568b sahələrinin qərb hissəsində hər birinin eni 7,5 m, şərq hissəsində isə 8,3 m göstərilibdir. Arxiv cizgisində 569a saylı bağ sahəsinə keçid yolu kimi sahə ştrixlə 569 saylı bağın cənub hissəsində göstərilibdir. 569a saylı bağ sahəsinə faktiki keçid yolu kimi hasarlanmış sahə və 646 saylı bağın icarə müqaviləsində göstərilən tikili 646 saylı bağın arxiv cizgisində göstərilən 1.630 kv.m sahəyə düşür. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubunda 568a, 568b, 569, 569a, 646 saylı bağ sahələrinin sənəd üzrə və faktiki mövcud olan ölçüləri, habelə keçid yolu barədə məlumatlar yuxarıda göstərilən məlumatlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi, qanunsuz olaraq iddiaçının istifadə və sahibliyindən alınmış sahənin ölçüsü məsələsində mötəbər sübut kimi qiymətləndirdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən ekspert rəylərini əsas götürərək, həmçinin hesab etmişdir ki, iddiaçıya məxsus bağ sahəsinin iddia edildiyi kimi 620 kv.m. hissəsi deyil, 257 kv.m. hissəsi faktiki olaraq Cavabdeh1 istifadə və sahibliyindədir. Belə ki, nəinki 646 saylı bağın, həmçinin 569 saylı bağın sahəsində ölçü baxımdan kəsir var və bu bağların həmsərhəd olması nəzərə alındığı halda, məhz 569a saylı bağın artıq olan 315 kv.m. sahəsinin 58 kv.m. 569 saylı bağa aid edilməlidir. Bu səbəbdən 315 kv.m. sahədən həmin sahənin çıxılması nəticəsində yaranmış fərq də (315- 58=257) məhz 257 kv.m. təşkil edir. Nəzərə alınmalıdır ki, araşdırma zamanı cavabdehin həmin sahədən (257 kv.m.) istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onunla iddiaçı arasında bu sahə ilə bağlı icarə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə həmin sahə bu cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və hazırda onun qanunsuz sahibliyindədir. İddiaçı, həmin sahənin qanuni sahibi olmasına baxmayaraq, hazırda qeyd edilən sahəyə sahiblik və ondan istifadə edə bilmir, o, bağın bu hissəsindən faktiki olaraq məhrum edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı iş üzrə 3 mütəxəssis rəyi alınmışdır:

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 fevral 2023-cü il tarixli rəyində bildirilmişdir ki, arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də sənəd üzrə sahəsi 1200 kv.m dir və həmin icarə müqaviləsində 1 y/ot- 9,76 kv.m olan tikili də göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sərhədlərini tam dəqiqləşdirmək mümkün olmadı. Bu səbəbdən ərazidə 646 saylı bağ sahəsinin faktiki əskik olan 570,0 kv.m hissəsinin dəqiq yerini müəyyənləşdirmək mümkün olmadı. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də, arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m. Əlavə olaraq bildiririk ki, 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. Vahid elektron kadastr bazası NECAS (TEKUİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən ) 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafızə zolağına düşür.

2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli məktubu ilə göndərilmiş rəydə göstərilmişdir ki, arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstərilsə də, sənəd üzrə sahəsi 1200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot- 9,76 kv.m olan tikili göstərilib. 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282,0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, 204,0 kv.m hissəsi isə 569a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m. 646 saylı bağın sənəd üzrə 1200 kv.m sahəsinə aid arxiv cizgisi olmadığından, 1200,0 kv.m sahənin ölçüləri və koordinatları göstərilmədiyindən həmin 1200,0 kv.m sahənin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən ərazidə 646 saylı bağ sahəsinin faktiki əskik olan 570,0 kv.m hansı hissələri 514,0 kv.m, 282,0 kv.m və 204,0 kv.m sahələrə düşməsinin konkret rəqəmlərlə göstərmək mümkün olmadı. 646, 569 və 569a saylı bağların yerləşdiyi ümumi sahə 3287,0 kv.m təşkil edir, lakin sənəd üzrə sahələri isə 3600,0 kv.m. Qeyd edildiyi kimi, 646 saylı bağın 1200,0 kv.m-nə və 569- 569a saylı bağların hər birinin 1200,0 kv.m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün olmadı. Arxiv cizgisində göstərilən ölçülərə əsasən, 646 saylı bağın ərazisi 1630.0 kv.m, 569 və 569a saylı bağ sahələrinin ümumi yerləşdiyi sahə 2075,0 kv.m təşkil edib, cəmi 1630,0+2075,0=3705.0 kv.m olmalıdır. Buradan belə məlum olur ki, 569 və 569a saylı bağ sahəsinin 418,0 kv.m hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən 569 saylı bağın şimal tərəfdəki qonşusunda, 568 saylı bağ sahəsinin hasarı daxilində qalıb. 568 saylı bağ sahəsi isə arxiv araşdırılmasına əsasən 568, 568a və 568b saylı bağ sahələrindən ibarətdir (hər birinin sahəsi sənəd üzrə 700.0 kv.m göstərilib). Ərazidə ölçmə işləri aparılan zaman 568a saylı bağın sahibi Xuraman adlı xanımın da bildirdiyinə əsasən 568 saylı bağ (700,0 kv.m) 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir. 567 və 567a saylı bağlar qeydiyyatdan keçib. 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1833,0 kv.m təşkil edir. Sahə 433,0 kv.m artıqdır. Arxiv cizgisində 568, 568a və 568b saylı bağ sahələrinin qərb hissədə hər birinin eni 7.5 metr şərq hissədə isə 8.3 metr göstərilib. Araşdırma nəticəsində məlum oldu ki, ümumi 5120,0 kv.m sahədə 568a, 568b, 569, 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə sahələri, arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü və hasarlanma işləri aparılmalıdır. 646 saylı bağ sahəsinin əskik qalan 570,0 kv.m hissəsi faktiki 569 və 569a saylı bağ sahələri və keçid yolu kimi ayrılmış sahəyə düşür, dəmir yolu xəttinin altında qalmır. Vahid elektron kadastr bazası NECAS (TEKUİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən) 569a və 569 saylı bağ sahələrinin 293,0 kv.m hissəsi, 646 saylı bağ sahəsinin isə 1546,0 kv.m hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. 3.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 02 avqust və 09 avqust 2023-cü il tarixli məktubu ilə göndərilmiş koordinatları əks etdirən sxem və rəylərdə qeyd olunur ki: Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2500 kv.m, sonradan 1600 kv.m, sonuncu müqavilədə isə 1200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1630 kv.m göstəriisə də, sənəd üzrə sahəsi 1200 kv.m və həmin icarə müqaviləsində 1 y/ot- 9,76 kv.m olan tikifi də göstərilib. 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m uyğun sxem və koordinatları həmçinin faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrrlmrş sahə ilə üst-üstə düşən 514,0 kv.m, 282,0 kv.m,204.0 kv.m hissələri göstərilməklə sxem və koordinatları əlavə olundu. 646 saylı bağın arxiv cizgisindəki ölçülərə uyğun sahəsi ayrıldıqda 569 saylı bağa 860,0 kv.m, 569a saylı bağa isə 797.0 kv.m sahə qalır. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də (ümumi 2400,0 kv.m ), arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə 2075,0 kv.m. 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə (860.0+797.0) 1657.0 kv.m təşkil edir. Digər tərəfdən bildirmişlər ki, arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 418.0 kv.m faktiki şimal qonşusu olan 568 saylı bağın hasarı daxilində qalıb. Həmin sahəni nəzərə aldıqda 569 və 569a saylı bağ sahəsinin ümumi sahəsi (1657.0+418.0)=2075.0 kv.m olur. Vahid elektron kadastr bazası NECAS (TEKÜİS) məlumatlarına əsasən (arxiv cizgisində göstərilən ölçülərə əsasən) təqdim olunan 1630.0 kv.nn sahənin böyük bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. Bununla belə işin obyektiv həlli məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-432/2010 nömrəli qətnaməsinin icrası nəticəsində İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh1 təhvil verilmiş torpaq sahəsi ilə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən 646 saylı bağın əskik gələn 570 kv. metrinin Cavabdeh1 tərəfindən faktiki istifadə edilən hissələri kimi müəyyən edilən torpaq sahələri ilə üst-üstə düşüb düşməməsinin müəyyən edilməsi iş üçün əhəmiyyətli olduğundan həmin halların müəyyən edilməsi isə xüsusi bilik tələb etdiyindən apellyasiya baxışı zamanı iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq hesab edilmişdir ki, mütəxəssis rəyi alınmaqla iş üzrə məhkəmə əlavə tikinti- texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, əvvəllər də 569, 569a və 646 saylı bağ sahibləri arasında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuşdur.Həmin vaxt Cavabdeh1 ona məxsus olan 569a saylı bağ sahəsinin qonşuları İddiaçı və Cavabdeh2 tərəfindən zəbt edildiyini iddia edərək onlara qarşı iddia qaldırmışdır.Mübanisə üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001 )-55/2009 saylı,xx.xx.2009cu il tarixli qətnamə ilə 569a saylı bağ sahəsinin İddiaçı və Cavabdeh2 tərəfindən boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi qət edilsə də, bu şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)- 432/2010 saylı, xx.xx.2010 cu il tarixli qətnamə ilə həmin qətnamə qismən ləğv edilmiş, Bakı şəhəri Binəqədi rayon Göradil bağlar massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlara sərhəd zolağından başlayaraq ,568 saylı bağın texniki pasportuna uyğun yəni plana görə "A" tikilisi tərəfdə 7.5 m enində və yol tərəfdə 8.3 metr enində olmaqla ölçüləri nəzərə alınmaqla ,569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0.12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 Məmməd oğluna təhvil verilməsi qət edilmişdir.Bu qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya isə təmin edilməmişdir. İş materillarında göstərilən məlumatlardan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-432/2010 saylı qətnaməsində İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh1 təhvil verilməsinə dair konkret olaraq nə qədər sahənin təhvil verilməsi göstərilməyib, yalnız 568 saylı bağın 569 və 569a saylı bağlara sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna və 568,568a,568b saylı bağların ümumi bölgüsünə uyğun "A" tikilisi tərəfdə 7.5 m enində və yol tərəfdə 8.3 metr enində olmaqla ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0.12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 Məmməd oğluna təhvil verilməsi qət edilmişdir. Bu səbəbdən mütəxəsis rəyində göstərilən suallara konkret cavab vermək mümkün olmadı. 646,569 və 569a saylı bağların faktiki yerləşdiyi ümumi sahə 3287 kv.m təşkil edir,lakin sənəd üzrə sahələri isə 3600 kv.m-dir. 646 saylı bağın 1200 kv.rı-nə və 569- 569a saylı bağların hər birinin 1200 kv m-nə uyğun dəqiq ölçülər arxiv cizgisində göstərilmədiyindən bağ sahələrinin dəqiq sərhədlərini tərəflərindən müəyyənləşdirmək mümkün olmadı. Arxiv araşdırılması zamanı məlum olmuşdur ki, 646 saylı bağın ilkin müqaviləsində sənəd üzrə sahəsi 2.500 kv.m, sonradan 1.600 kv.m, sonuncu müqavilədə isə 1.200 kv.m göstərilib. Arxiv cizgisində 646 saylı bağın perimetrik ölçüsü 1.630 kv.m göstərilsədə sənəd üzrə sahəsi 1.200 kv.m-dir və həmin icarə müqaviləsində 1 y/ot - 9,76 kv.m olan tikili də göstərilib, lakin 646 saylı bağın sənəd üzrə 1.200 kv.m-nə aid arxiv cizgisi olmadığından həmin sahənin dəqiq sərhədlərini tam dəqiqləşdirmək mümkün olmadı . 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630,0 kv.m sahəsinin faktiki 514,0 kv.m hissəsi 569a saylı bağ sahəsi kimi, 282.0 kv.m hissəsi 569 saylı bağ sahəsi kimi, kv.m hissəsi isə 569 a saylı bağa keçid yolu kimi hasarlanaraq ayrılıb. Məlumat üçün 646 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən 1630 0 kv.m-ə uyğun sxem və koordinatları həmçinin faktiki 569-569a saylı bağ sahəsi kimi hasarlanmış sahə və keçid yolu kimi ayrılmış sahə ilə üst üstə düşən 514.0 kv.m, 282.0 kv.m, 204.0 kv.m hissələri göstərilməklə sxem və koordinarları əlavə olundu. 569 və 569a saylı bağ sahələrinin sənəd üzrə sahələri hər biri 1200 kv.m göstərilsə də, (ümumi 2400.0 kv.m) arxiv cizgisində göstərilən perimetrik ölçülərdə ümumi sahə kv.m -dir. 646 saylı bağın arxiv cizgisindəki ölçüləri nəzərə alındıqda 569 və 569a saylı bağ sahəsinə ümumi qalan sahə-(860.0 +797.0) 1657.0 kv.m təşkil edir. Yuxarıda da göstərildiyi kimi 569, 569 a və 646 saylı bağların sənəd üzrə 1200.0 kv.m sahəsinə dair arxiv cizgisi yoxdur. Belə ki, idarədə mövcud olan arxiv məlumatlarında 646 saylı bağ arxiv cizgisində göstərilən sahə 1630.0 kv.m, 569 və 569 a saylı bağların ümumi sahəsi isə arxiv cizgisindəki perimetrik ölçülərə görə 2075.0 kv.m kimi göstərilib. 569 və 569 a saylı bağ sahələrinin sahibləri isə bağ sahələrinin azalması ilə razılaşmırlar. Digər tərəfdən bildirilir ki, arxiv cizgisindəki ölçülərə əsasən 569 və 569a saylı bağ sahələrinin 1 hissəsi faktiki şimal qonşusu olan 568 (568, 568a və 568b saylı) bağın hasarı daxilində qalıb. Beləki, arxiv məlumatlarına əsasən 568 saylı bağ sahəsi 568- 708.0 kv.m, 568a -708.0 kv.m və 568b-700.0 kv.m hissələrə bölünüb. 568 saylı bağ sahəsi bağ evi kimi qeydiyyatdan keçib və torpaq sahəsinin çox hissəsi 567 saylı bağın hasarı daxilində qalıb. Qeydiyyatdan keçmiş evin düşdüyü hissə isə faktiki 568a və 568b saylı bağ sahəsi kimi istifadə olunan ərazidə qalıb.(arxiv cizgisinə əsasən ev 2 hissəyə bölünüb. 1 hissəsi 568 saylı bağin, 1 hissəsi isə 568a saylı bağın ərazsində göstərilib) 568 ,568a və 568b saylı bağ sahələrinin hər birinin eni şərq hissədə 8.3 metr, qərb hissədə isə 7.5 metr kimi göstərilib. Ərazidə ölçmə işləri aparan zaman Xuraman adlı xanımında bildirdiyinə əsasən 568 saylı bağ digər 567 və 567a saylı bağlarla eyni hasar daxilindədir.(567 və 567a saylı bağlar qeydiyyatdan keçib). 568a və 568b saylı bağların yerləşdiyi ümumi sahə isə 1833.0 kv.m təşkil edir.Həmin sahədən isə 568 saylı bağ evi kimi qeydiyatdan keçmiş evin tikinti altı sahəsini çıxdıqda sahə 1718.0 kv.m qalır. Artıq olan 318 .0 kv.m sahənin isə bir hissəsi 569 saylı bağın bir hissəsi isə 569a saylı bağın ərazisinə uyğun gəlir. Araşdırma nəticəsində məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)-432/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsində göstərilənləri nəzərə alaraq ,ümumi 5120 .0 kv.m sahədə 568, 568a. 568b, 569. 569a və 646 saylı bağ sahələrinin sənəd üzrə sahələri arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü və hasarlanma işləri aparılmalıdır. Məlumat və müqayisə üçün arxiv cisgisində göstərilənlər və faktiki hasar daxilində olan vəziyyət nəzərə alınmaqla bağ 568a-708.0 kv.m və bağ 568b-700.0 kv.m ,bağ 569 kv.m,bağ-569a-1200.0 kv.m(keçid yolu ilə birlikdə),bağ 646 -1200.0 kv.m sənəd üzrə sahələrə uyğun olaraq şərti bölgü sxemi tərtib edilərək əlavə edildi. Bölgü sxemi notarial qaydada təsdiq edildikdən sonra bağ sahələrinin sənəd üzrə sahələrinə uyğun qeydiyyata alınması məsələsinə yenidən baxıla bilər. Sözügedən 646 saylı bağ sahəsi dəmir yolu xəttindən 6.4-6.8 metr məsafədə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən son ətraflı planda qeyd olunan 646 saylı bağ sahəsinə ayrılan sahə tamamilə, 569 saylı bağ sahəsinin bir hissəsi və 569a saylı bağ sahəsinin bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. Hazırda faktiki vəziyyəti əks etdirən sxem.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/9909 saylı rəyindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)-432/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsində göstərilənləri nəzərə alaraq, ümumi 5120.0 kv.m sahədə 568, 568a, 568b, 569, 569a va 646 saylı bağ sahələrinin sənəd üzrə sahələr arxiv cizgisində göstərilənlər və sahədəki tikililər nəzərə alınmaqla vətəndaşların qarşılıqlı razılığı əsasında yenidən bölgü və hasarlanma işləri aparılmalıdır. Məlumat və müqayisə üçün arxiv cizgisində göstərilənlər və faktiki hasar daxilində olan vəziyyət nəzərə alınmaqla bağ 568a-708.0 kv.m və bağ 568b-700.0 kv.m, bağ 569-1200.0 kv.m, bağ-569a-1200.0 kv.m (keçid yolu ilə birlikdə), bağ 646-1200.0 kv.m sənəd üzrə sahələrə uyğun olaraq şərti bölgü sxemi tərtib edilərək əlavə edildi. Bölgə sxemi notarial qaydada təsdiq edildikdən sonra bağ sahələrinin sənəd üzrə sahələrinə uyğun qeydiyyata alınması məsələsinə yenidən baxıla bilər. Sözügedən 646 saylı bağ sahəsi dəmir yolu xəttindən 6.4-6.8 metr məsafədə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən son ətraflı planda qeyd olunan 646 saylı bağ sahəsinə ayrılan sahə tamamilə 569 saylı bağ sahəsinin bir hissəsi və 569a saylı bağ sahəsinin bir hissəsi dəmir yolu xəttinin mühafizə zolağına düşür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bununla yanaşı, hazırki apellyasiya baxışı zamanı mübahisəli torpaq sahəsinə yerli müayinə zamanı eləcə də təqdim edilmiş torpaq sahəsinin sxeminə və baxışda iştirak edən mütəxəssisin izahatına əsasən müəyyən edilmişdir ki, 646 saylı bağ sahəsi ilə qonşuluqda yerləşən 569a bağ sahəsinə keçid yolu kimi nəzərdə tutulan 204 kv.m və Cavabdeh1 aid olan və faktiki sahəsi 1331 kv.m olan bağ sahəsinin rəsmi sənədlər üzrə 1200 kv.m.dən artıq olan 111 kv.m sahə ilə birlikdə ümumilikdə 315 kv.m ölçüdə iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə edilməklə zəbt edilmişdir. Hazırki apellyasiyа baxışı zamanı Məhkəmə Kollegiyasının iclasında izahat vermiş mütəxəssis bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 0,12 ha öçüdə 646 saylı bağ sahəsi iddiaçıya verilmiş və hazırda da onun istifadə və sahibliyindədir. Həmin ünvanda olmaqla bu sahənin qonşuluğunda yerləşən 569 saylı bağ sahəsi ilk olaraq 0,25 ha olmuş, sonradan həmin sahənin 0,12 ha hissəsi 569 saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 13038 nömrəli müqaviləyə əsasən Cavabdeh2, 0,12 ha hissəsi isə 569a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli, 26759 nömrəli müqaviləyə əsasən Cavabdeh1 anası X4 verilmişdir. 569 saylı və 569a saylı bağ sahələri də hazırda müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 istifadə və sahibliyindədir. Məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-432/2010 saylı qətnaməsi ilə 568 saylı bağın 569 saylı bağın ərazisinə girməsi nəticəsində 569 saylı bağ sahəsi ilə 569a saylı bağ sahələri arasında sərhədin pozulduğu müəyyən edilmiş və bu səbəbdən bağ sahələrinin əvvəlki vəziyyətə gətirilməsi, yəni 569a saylı bağın sxem planına uyğun sahəsinin müəyyən olunması üçün 568 saylı bağ sahəsində olan ev “A” tikilisi istinad nöqtəsi kimi götürülməklə, 568 saylı bağın sərhəd zolağından plan sxemə uyğun olaraq 569a saylı bağın ölçülərinin müəyyən edilməli olması qənaətinə gəlinmiş və məhkəmə kollegiyası tərəfindən bu mövqe əsas götürülməklə qətnamə çıxarılsa da faktiki icrada səhvə yol verilmişdir. Həmçinin izahatda göstərilmişdir ki, 646 saylı bağ sahəsinin əvvəlki nömrəsi 1634a olmuşdur. 569a ilə 569-un torpaq sahəsi azalsa çatışmayan sahəsi 568-ə aiddir. O vaxtı icra düzgün aparılmayıb, sahələr düzgün bölüşdürülməyib. Bölgülər şərtidir 3 bağın üçünün də 12 sotuna dair arxiv cizgisi yoxdur. 1311 kv. metr 569a saylı bağ sahəsindədir. 204 kv metr də və 646 bağ sahəsinə aiddir. Cavabdeh1 qanunsuz istifadə etdiyi yol 204 kvadratdır. Hazırda Cavabdeh1 istifadəsində olan sahə 1200 kvadrat metr əvəzinə 1311 kvadratdır. Yəni cavabdehin istifadəsində olan sahədə 111 kv.metr əlavə torpaq sahəsi var. Cavabdeh1 torpaq sahəsinə yol Cavabdeh2 istifadəsində olan torpaq sahəsindən keçir. Lakin Cavabdeh1 iddiaçıya aid olan 204 kv metr torpaq sahəsini zəbt edib yol kimi istifadə edir. Lakin əvvəlki sxematik planlara əsasən cavabdehlərin istifadəsində olan bağlar bir bağ olub, sonradan bölünsə də, 569a bağın yolu 569 saylı bağ sahəsindən olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş torpaq sahəsinə dair cizgidə ştrix kimi göstərilib. 646 saylı bağ sahəsindən 569a bağ sahəsinə yol olmayıb. Məhkəmə Kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarının göstərşlərinə əsasən qeyd edir ki, 2010-cu ilin qətnamənin icrası ilə bağlı hazırki işə hər hansı preyudisial hal yoxdur. Belə ki, 2010-cu ildə 568 saylı torpaq sahəsinin bölgüsü aparılanda 569 və 569a saylı torpaq sahələrinə müdaxilə olunmuş, düzgün bölgü aparılmaması qeyd edilən bağ sahələrinin faktiki ölçülərinin azalmasına səbəb olmuşdur. Başqa sözlə, düzgün bölgü aparılmaması ilə həmin torpaq sahələrinin çatışmayan sahələri 568, 568a və 568ğ saylı bağ sahəsinə düşmüşdür. İş materiallarından da görünür ki, 568, 568a və 568b sahələri üzrə 438 kv.m artıqdır. Təqdim edilmiş sənədlərdən görünür ki, 569a saylı bağ sahəsinə keçid yolu kimi sahə ştrixlə 569 saylı bağın cənub hissəsində göstərilibdir. Bu faktı kollegiya iclasında dindirilmiş mütəxəssis də təsdiq etmişdir. Kollegiya da mütəxəssisin bu barədə mövqeyi ilə razılaşır ki 569 və 569a saylı torpaq sahələrinin bölgüsünün 646 saylı bağ sahəsinə heç bir aidiyyatı olmadığı halda 569a bağ sahəsinin sahibi tərəfindən 646 bağ sahəsi göstərilən ölçülərdə zəbt olunmuşdur. Bu zəbt etmə 569 saylı bağ tərəfindən olması müəyyən olunmur. 646 saylı bağ sahəsinin arxiv cizgisi olmadığı üçün onun dəqiq sahəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin 646 saylı bağın, həmçinin 569 saylı bağın sahəsində ölçü baxımdan kəsir olduğu halda bu bağların həmsərhəd olması nəzərə alındığı halda, məhz 569a saylı bağın artıq olan 315 kv.m. sahəsinin 58 kv.m. 569 saylı bağa aid edilməli olmasına dair və beləliklə də bu səbəbdən 315 kv.m. sahədən həmin sahənin çıxılması nəticəsində yaranmış fərq də (315-58=257) məhz 257 kv.m. təşkil etməsinə dair nəticəsi ilə razılaşmır. Belə ki, Kollegiya qeyd edilən kəsirin olması ilə razılaşır, lakin həmin kəsirin 315 kv.m sahədən çıxarılması anlaşılan deyil. Çünki, yuxarıda qeyd edildiyi kimi 569 və 569a saylı bağ sahələrinin çatışmayan sahələrinin 568 saylı bağa aid olması müəyyən edilmişdir. Məhkəmə Kollegiyası, həmçinin iddiaçının sahəsinin az qalması məhz həmin icra sənədinin düzgün icrasının təmin edilməməsi ilə bağlı olmasına dair məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, mütəxxəsisin rəyi və izahatlarından görünür ki, icra sənədi üzrə bölgü aparılarkən 646 saylı bağ sahəsinə heç bir aidiyyatı olmamış və onun sahəsinin azalmasının bu bölgü ilə əlaqəsi olmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, 568, 568a və 568b saylı bağ sahələrinin ölçüsünün artıq olması faktı olduğu üçün 569 və 569a saylı bağ sahələrinin çatışmayan sahələri ilə bağlı müvafiq iddialar qaldırıla bilər. Məhkəmə Kollegiyası həmçinin iş üzrə kassasiya instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(103)-432/2010 nömrəli qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması barədə göstərişlərinə münasibətdə qeyd edir ki, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır. Belə ki, həmin qətnamədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 568 saylı bağın 569 və 569a saylı bağlarla sərhəd zolağından başlayaraq, 568 saylı bağın texniki pasportuna uyğun (sxematik plana görə “A” tikilisi tərəfdə 7,5 metr enində və yol tərəfdə 8,3 metr enində) ölçüləri nəzərə alınmaqla, 569a saylı bağın texniki pasportunda göstərilən ölçülərə uyğun 0,12 ha torpaq sahəsinin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. 2010-cu ilin qətnamənin icrası ilə bağlı hazırki işə hər hansı preyudisial hal yoxdur. O vaxt 2010-cu ildə 568 saylı torpaq sahəsinin bölgüsü aparılanda 569 və 569a saylı torpaq sahələrinə müdaxilə olunub. 646 saylı bağ sahəsinə müdaxilə olmayıb. Beləliklə də, müəyyən edilir ki, 646 saylı bağın əksik gələn 315 kv. metrinin Cavabdeh1 tərəfindən faktiki istifadə edilən hissələri kimi müəyyən edilən torpaq sahələri ilə üst-üstə düşür. Göründüyü kimi, hazırki apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri baxımından Bakı Apellyasiya Məhkəməsinin 13 may 2010cu il tarixli 2(103)-432/2010 nömrəli qətnaməsinin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması işin faktiki halları ilə yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı məxsus 646 saylı bağdan torpaq sahəsinin ayrılmasına dair mövqe olmadığı üçün sözügedən qətnamənin hazırki işə aidiyyatı yoxdur. Məhkəmə Kollegiyası kassasiya instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(103)-379/2023 nömrəli qətnaməsinə yalnız iddianın Cavabdeh1 qarşı təmin olunan hissəsində ləğv edilərək bu hissədə iş yeni baxışa göndərilməyi bağlı qeyd edir ki, bu sözügedən qətnamənin Cavabdeh2 prosessual hüquqi varisi X10 münasibətdə qüvvədə qalması anlamına gəlsə də, işin araşdırılmış halları ilə tam təsdiqinmi tapmışdır ki, Cavabdeh1 bağ sahəsi ilə bağlı yaranmış problemlər, yəni çatışmayan sahələr 646 saylı bağ sahəsinə deyil, 568a saylı bağ sahəsinə aid olmuşdur. Başqa sözlə, Cavabdeh1 məhz 646 saylı bağ sahəsindən 315 kv.m sahəni zəbt etməsi faktı mövcuddur. Hazırda 569a saylı bağ sahəsinə giriş məhz zəbt edilmiş 646 saylı bağ sahəsindən həyata keçirilir. Halbuki, iş materiallarında olan 1989-cu ilin plan sxeminə əsasən 569a və 569 saylı bağ sahələrinin girişi ümumi yoldan olmaqla 646 saylı bağ sahəsinə aidiyyatı olmamışdır. 569a saylı bağ sahəsinin yolu 569 saylı bağ sahəsindən keçir və bu hal iş materiallarında olan 1989-cu ilin plan sxemində ştrixlə göstərilmişdir (səh. 179, cild 1). 646 saylı bağlı sahəsinin göstərilən bağ sahələri ilə qonşuluqda yerləşməsi təqdim edilmiş X9 və İstismarı Birliyinin ərazi üzrə bağların nömrələri göstərilmiş geniş plan sxemində də əksini tapmışdır. Kollegiya cavabdeh tərəfin 646 saylı bağ sahəsin nömrə sayına görə 569 saylı bağlı sahəsinin qonşuluğunda yerləşməsininin mümkünsüzlüyünü bildirsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 01 avqust 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 14489 saylı bağ sahəsinin arxiv qovluğunda mövcud olan 1973-cü il tarixli akt sənədində bağ nömrəsi 1634a/646 kimi qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 13038 saylı bağ sahəsinin arxiv qovluğunda mövcud olan 1972-cü il tarixli akt sənədində bağ nömrəsi 1634/569 kimi qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, Goradil bağ massivində yerləşən 26759 saylı xx.xx.1999-cu tarixli müqavilə əsasında ayrılmış 569a saylı bağ sahəsi 569 saylı bağın bölünənidir. Goradil bağ massivində yerləşən 31533 saylı xx.xx.2003-cü tarixli müqavilə əsasında ayrılmış 569b saylı bağ sahəsi 568 saylı bağın bölünənidir. 568 saylı bağ sahəsinin arxiv qovluğunda mövjud olan 1972-cü il tarixli akt sənədində bağ nömrəsi 1633/568 kimi qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh1 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq iddiaçıya aid olan sahənin 315 kv.m. hissəsindən istifadə və ona sahiblik etməsi iddiaçının icarə hüququndan irəli gələn hüquqlarının, o cümlədən bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının əmlak hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və iddia tələbi bu hissədə qismən təmin edilməklə Cavabdeh1 qanunsuz olaraq istifadə və sahibiliyində olan 315 kv.m. ölçüdə (204+111) torpaq sahəsi ondan alınaraq iddiaçıya qaytarılmalı, 315 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onların hesabına sökülməli və o həmin sahədən çıxarılmalıdır. Məhkəmə Kollegiyası, iddia tələbinin “zəbt olunmuş torpaq sahəsinin Cavabdeh2 alınması, hasarın onun vəsaiti hesabına sökülməsi və vurulmuş mənəvi zərərin əvəzinin ondan tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, cavabdeh hər hansı digər şəxsə məxsus bağ sahəsinin hər hansı hissəsini zəbt etməmiş, əksinə özü sahə baxımından məhdudlaşmaya məruz qalmışdır. Mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı kollegiya hesab edir ki, həmin hissədə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təsdiq olunmur. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri İcra hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərmiş, X7 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən icarəyə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 faktiki istifadəsində (zəbt edilmiş) olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş sxem və koordinatları üzrə, faktiki 569a saylı bağ sahəsi kimi hasarlanmış sahədən 111 kv.m və keçid yolu kimi ayrılmış sahədən 204 kv.m, cəmi 315 kv.m sahə Cavabdeh1 alınaraq İddiaçı istifadəsinə qaytarılmalı, 315 kv.metr hissəsinin üzərində inşa olunmuş hasar(tikili) onun hesabına sökülməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, tərəflərin özlərinə aid edilməlidir. Həmçinin, birinci instansiya və apellyasiya baxışları zamanı aparılmış ekpertiza tədqiqatlarının cəmi dəyəri olan 250 manatın 125 manat hissəsi iddiaçıdan, qalan 125 manat hissəsi isə Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-35/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. xx.xx.2001-ci il tarixli, 14489 nömrəli Bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən, İddiaçı icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş sxem və koordinatları üzrə, faktiki 569a saylı bağ sahəsi kimi hasarlanmış sahədən 111 kv,m və keçid yolu kimi ayrılmış sahədən 204,0 kv.m cəmi 315 kv.metr ölçüdə hissəsinin ondan alınaraq İddiaçı qaytarılsın. Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 646 saylı bağ sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 315 kv.m. ölçüdə hissəsi üzərində inşa edilmiş hasarın Cavabdeh1 vəsaiti hesabına sökülsün. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, tərəflərin özlərinə aid edilsin. Birinci instansiya və apellyasiya baxışları zamanı aparılmış ekpertiza tədqiqatlarının cəmi dəyəri olan 250 manatın 125 manat hissəsi iddiaçıdan, qalan 125 manat hissəsi isə Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar