Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1873/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan ev hazırda iddiaçının mülkiyyətindədir və iddiaçının qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. 2.İddiaçı xüsusi mülkiyyətində olan həmin mənzildən qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 12.000 manat kompensasiya ödənilməklə ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətindəki 4 otaqlı evindən xx.xx.2014-cü il təvəllüdlü övladı X15 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, onlara başqa yaşayış sahəsi təqdim etmədən həmin yaşayış sahəsinin boşaldılması və onların azyaşlı uşaqları ilə birgə həmin yaşayış sahəsindən əşyaları ilə birgə çıxarılaraq köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehlərə təklif olunan kompensasiya məbləğinin 12000 manatdan 18000 manata dəyişdirərək, onların xx.xx.2022-ci ildə doğulmuş övladları X7 da istifadə hüququna xitam verilməklə iddia tələbindəki son məzmunda qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvandakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam payla iddiaçıya məxsusdur. Bunu Az. Res. ƏMDK-nin DƏDRX-nin ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* №-li çıxarış da təsdiq edir və bu əmlakı reyestr №-si **********92-10301, qeydiyyat №-si ********** olmaqla Daşınmaz əmlakın dövlət reyestrində 463 №-li reyestr kitabının 43409 №-li vərəqində qeydiyyata alınmışdır. Bu evdə iddiaçı valideyinləri ilə birgə 1989-cu ildən başlayaraq yaşamışdır. Hal-hazırda isə bu evdə iddiaçı, həyat yoldaşı X16, oğlu Cəfərov Elbrus, qızları Cəfərova Sevil və Cəfərova Zəhra ilə birgə yaşayırlar. Digər qardaşı X8, onun həyat yoldaşı Cəfərova Mətanət və onların övladları: xx.xx.2000-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X11 özlərinə məxsus başqa bir ünvanda yaşayır. Eləcə də digər qardaşı Cavabdeh1 və onun 2-ci həyat yoldaşı Cavabdeh2 ilə bu ünvandakı evdə yaşayırlar. Onu da qeyd edir ki, xx.xx.2017-ci ildə anası X9 vəfat etdikdən sonra xx.xx.2017-ci ildə 5 saylı Bakı “Asan Xidmət" mərkəzində istər Arzuman və istərsə də Cavabdeh1 özlərinə düşən miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər və həmin vaxtda bildirmişdilər ki, özlərinin ayrıca ev-eşikləri olduğu üçün xx.xx.2018-ci ildən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan bu evinin pasport qeydiyyatından özlərinin azyaşlı uşaqları da daxil olmaqla ailəvi çıxacaqlar və ayrı yaşadıqları evlərinə pasport qeydiyyatına düşəcəklər. Həmin vaxtdan indiyədək iddiaçı onlara evinin qeydiyyatından çıxmalarından ötrü dəfələrlə müraciət etmiş, lakin onlar verdikləri sözlərinə əməl etmir və süründürməçiliklə məşğul olurlar. Odur ki, onunla bir damın altında yaşamaq mümkün deyildir. Odur ki, iddiaçı onların pasport qeydiyyatından azyaşlı uşaqları ilə birgə çıxarılmalarından ötrü xx.xx.2021-ci il tarixli ərizəsilə Bakı şəhəri Nərimanov RPİ-nə müraciət etmişdir. Həmin idarədən poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə aldığı xx.xx.2022-ci il tarixli, 078-338C3222 saylı məktubla iddiaçıya imtina cavabı verildi və həmin məktubda qeyd olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri polis orqanının səlahiyyətində olmadığından bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməkləri məqsədəmüvafiqdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 6.Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözü gedən ev tərəflərin anaları Dilarə Cəfərovadan miras qalmışdır və qardaşlar öz aralarında müəyyənləşdirmişlər ki, ev iddiaçının adına keçsin və bunun nəticəsində də qardaşlar həmin mənzildən iddiaçının xeyrinə imtina etmişlər. Lakin həmin ərizədə qeydiyyatdan çıxacaqlarını göstərməmişdirlər. Hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.1989-cu il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşayır və bir gün də olsa yaşayış yerin tərk etməyib, iş materiallarından da görünür ki, bir ünvan olsa da, orada iki ayrıayrı çıxışı olan mənzillər mövcuddur və hər iki qardaşın özünün ayrıca kommunal xidmətləri və ayrıca giriş-çıxışları var. Mühəndis-texniki eskpertizası nəticəsində müəyyən olmuşdur ki, hüquqlarını müdafiə etdiyi şəxsin istifadəsində olan fərdi-yaşayış evi tam şəkildə iddiaçıya məxsus çıxarışda göstərilən yaşayış sahəsi əhatə olunmur və çıxarışda əlavə tikililər var. Qarşı tərəf bildirir ki, o hissələr sonralar tikilib və texniki pasporta uyğun deyil və belə olan təqdirdə iddiaçının çıxarışa əsas subyektiv hüququ mövcud deyil ki, onu oradan çıxarsın. Cavabdeh 1989-cu ildən həmin mənzildə yaşadığına görə bu məsələyə 2000-ci ildən əvvəl mövcud olmuş Mənzil Məcəlləsi tətbiq olunmalıdır, çünki xx.xx.2001-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında da qeyd olunmuşdur ki, əgər xx.xx.2000-ci ildən sonra yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi, həmin vaxta qədər yaranmış münasibətə isə Mənzil Məcəlləsinin 128-ci maddəsi şamil olunur. Hazırda ona görə qüvvədə olmayan Mənzil Məcəlləsinə istinad edir ki, orada göstərilir ki, icarədarın ailə üzvləri kimlər sayılır: ər, arvad, uşaqlar, valideyinlər, birdə icarədarın razılığı ilə oraya köçürülmüş şəxslər və onlarda oradan bərabər şəkildə istifadəhüququna malikdirlər. Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilir ki, əgər şəxs 6 ay müddətinə yaşayış yerini tərk etməyibsə istifadə hüququ saxlanılır və cavabdeh də bir gündə olsa belə yaşayış yerini tərk etməyib, hətta yeni doğulmuş övladı var. Göstərilən 12.000 manat kompensasiya məbləği ilə cavabdeh ailəsi ilə birgə harada yaşamalıdır, daha sonra mübahisələndirirlər ki, vərəsəlik qaydada mülkindən imtina edib, amma Mülki Məcəllənin 158.4-cü maddəsində qeyd olunub ki, mülkiyyətçinin dəyişməsi digər əmlak hüquqlarının xitamına səbəb olmur. Digər bir məsələ isə Cavabdeh2 yəni cavabdehin arvadının həmin mənzilə köçürülməsidir. Tərəflərin nikahları 2001-ci ildən sonra yəni 2019-cu ildə bağlandığına görə qüvvədə olan Mənzil Məcəlləsi 30.4-cu maddəsi şamil olunur. Həmin şəxs mülkiyyətçinin razılığı ilə mənzilə köçürülüb və hazırda da ailə münasibətlərinə xitam verilməyib. Həmçinin qiymətləndirmə tərəfin xəbəri olmadan keçirilib və hətta onun mənzilinə baxış keçirilməyib. Əvvəlki ekspertizada göstərilirdi ki, iddiaçıya məxsus ümumi yaşayış sahəsi 205 kv.m ibarətdir, lakin sonuncu rəydə çıxarışda qeyd olunan sahəyə uyğun qiymətləndirmə aparıblar. Likvid dəyəri və icarə haqqıda olduqca aşağı qiymətləndirilib. Cavabdeh hazırda orada arvadı və yeni doğulmuş övladı ilə birgə yaşayır. İddiaçı tərəfindən təklif olunan 18.000 manatla bir ailənin özünə yaşayış qura bilməsi qeyri-mümkündür və hesab edir ki, bu məbləğ təxminən 80.000 manat civarında olmalıdır ki, şəxs özünə bir yaşayış yeri ala bilsin, hazırda cavabdehlər 80.000 manat tələb edirlər. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsi ilə (hakim-Səbinə Nuriyeva) iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan: 8.Cavabdeh1 tərəfindən notariat qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum anası X3 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina edir və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. 9.X8 tərəfindən notariat qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum anası X3 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından İddiaçı xeyrinə imtina edir və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəkdir. 10.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resystri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən İddiaçı tam payla xüsusi mülkiyyətindədir. 11.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyəti daxilində olmadığından pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılmasının onlar tərəfindən mümkün olmadığı, odur ki məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. 12.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 4 ünvanında 14 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. Ünvandaqeydiyyatda olan digər şəxslər X8, X17, X10, X16, X11, X18, X19, X20, Cavabdeh1, X4r. 13.Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 6 ünvanında qeydiyyatdadır. 14.Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ƏEM/İ 28- 435/22 saylı, 14 iyun 2022-ci il tarixli daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə arayışdan görünür ki, ünvan 4 ünvanı və yaxın ətraf ərazidə yerləşən orta təmirli, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 14 iyun 2022-ci il tarixinə 200–250 manat təşkil edir. 15.18 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 027370 saylı Arayışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında pasport qeydiyyatındadır. xx.xx.1989-cu il tarixdən bu ünvanda qeydiyyatdadır və hal-hazırda bu ünvanda yaşayır. Yoldaşı Cavabdeh2 Fəxrədd qızı qeydiyyatsız yaşayır. 16.AZ-İİ seriyalı, 377276 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X5 arasında 03 dekabr 2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır. 17.AZ-İV seriyalı 803841 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh1, anası Cavabdeh2dır. 18.Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı, 01 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 yaşadığı yaşayış evinin daxilində yerləşən bir otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m təşkil etdiyi müəyyən edilir. Qeyd olunur ki, Cavabdeh1 yaşadığı yaşayış evinin əlavə inşa olunmuş tikililəri ilə birlikdə 51,3 kv.m təşkil edir. ünvan 4 ünvanında yerləşən İddiaçı yaşadığı yaşayış sahəsinin texniki pasportda öz əksini tapan tikililərin ümumi sahəsi 63,6 kv.m, texniki pasportda öz əksini tapmayan (əlavə inşa olunmuş) tikililərin ümumi sahəsi 205,1 kv.m təşkil etdiyi müəyyən edilir. ünvan 4 ünvanında yerləşən Cavabdeh1 yaşadığı yaşayış sahəsi olan 2 otaq və 1 mətbəxdən ibarət yaşayış sahəsi AR ƏMDK DƏDRX tərəfindən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş daşınmaz əmlakın ümumi sahəsi olan 109,0 kv.m evin 45,4 kv.m (otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m) təşkil etdiyi müəyyən edilir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi texniki pasportun məlumatlarına uyğun gəlmədiyi və texniki pasportda qeyd edilməyən tikililərin mövcud olduğu müəyyən edilir. 19.“B+Ş Audit” Konsaltiq MMC-nin A-02/48 saylı 08 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evinin bir hissəsinin (45.0 kv.m - 2 otaq) mövcud aylıq icarə haqqı 29 aprel 2023-cü il tarixə 500 manat məbləğində təşkil edə bilər. Fərdi yaşayış evinin 3 illik dövr (2023 aprel – 2026 aprel) ərzində ümumi icarə haqqının dəyəri 18000 manat təşkil edə bilər. 20.“B+Ş Audit” Konsaltiq MMC-nin A-02/49 saylı 08 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evinin 06 may 2023-cü il tarixə bazar dəyəri 140000 manat məbləğində müəyyən edilmişdir, likvid dəyəri isə 130000 manat məbləğində təşkil edilə bilər. 21.Məhkəmə müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzil hazırda iddiaçının mülkiyyətindədir və iddiaçının qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır, iddiaçı xüsusi mülkiyyətində olan həmin mənzildən qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilməklə çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. 22.Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, tələb üzrə müvafiq hüquqi qiymətləndirilmənin aparılması zamanı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması araşdırılmalıdır. Belə ki, işin hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzil iddiaçının və Cavabdeh1 anası mərhum X6 məxsus olmuşdur, Cavabdeh1 doğulduğu vaxtdan həmin ünvanda yaşamış, xx.xx.1989-cu il tarixdə mənzilə daimi qeydiyyata düşmüşdür. Həmçinin digər Cavabdeh2 Cavabdeh1 ilə 03 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür və hazırda faktiki olaraq həyat yoldaşı və uşaqları ilə birlikdə orada yaşayır. İşin hallarından göründüyü kimi cavabdehlərin mülkiyyətçinin ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. 23.Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı mənzilin bazar qiyməti müəyyən edilmişdir. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, mənzilin bazar dəyəri 140000 manatdır. Bu səbəbdəndə məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərə ödənilməli kompensasiya məbləğini cəmi 80.000 manat müəyyən etmişdir. Qeyd olunan kompensasiya məbləği müqabilində cavabdehlər mənzildən çıxmağa razı olmalarına baxmayaraq iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiyaməbləğini yüksək olması səbəbindən ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə tərəflər arasında yaranmış tənzimləyən maddi hüquq normalarını rəhbər tutaraq iddia tələbini əsassız hesab etmişdir. 24.Həmçinin məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı 01 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzilə əlavə tikililər inşa olunduğu, həmin tikililərin ünvan üzrə texniki pasportda öz əksini tapmaması, yəni özbaşına tikili olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının yalnız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan hissəyə mülkiyyət hüququ tanınmışdır və özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, iddiaçı əşyanın mülkiyyətçisi kimi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Göründüyü kimi iddiaçının yalnız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan hissəyə mülkiyyət hüququ vardır ki, bu da onun yalnız 109 kv.m sahəyə daxil olan əmlaka (cavabdehlərin faktiki yaşadığı 45.4 kv.m sahəyə dair) mülkiyyət hüquqlarını mümkün edir. Yəni, iddiaçının mülkiyyət hüququ ünvan 1 ünvanında yerləşən 109 kv.m sahə ilə məhdudlaşır və həmin mənzilə tikilmiş əlavə - özbaşına tikililəri əhatə etmir. Beləliklə iddiaçı özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməməklə, cavabdehlərin həmin sahədən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciəti əssasızdır. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 228.1, 228.2, 180.1, 180.2, 180.3-cü; Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarına;Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.1-ci; Mülki Prosessual Məcəlləsinin 135.10, 217.2, 217.3, 217.4, 119, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin dəlillərinə uyğun, yəni cavabdehlər Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə ünvan 7 ünvanında yerləşən xüsusi mülkiyyətindəki dörd otaqlı evindən xx.xx.2014-cü il təvəllüdlü övladı X15 və onların xx.xx.2022ci ildə doğulmuş övladları X12 ilə birgə istifadə hüquqlarına xitam verilməsi, onlara başqa yaşayış sahəsi təqdim etmədən həmin yaşayış sahəsinin boşaldılması və onların azyaşlı uşaqları ilə birgə həmin yaşayış sahəsindən əşyaları ilə birgə çıxarılaraq köçürülmələri barədə yeni qətanmə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti iddia ərizəsinə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi işə baxıb xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmaqla yalnız cavabdehin maraqları baxımından hərəkət etmiş, iddiaçının, ailə üzvlərinin hüquqlarını və qanuni maraqlarını ciddi və kobud şəkildə pozmuş, qeyd olunan qanunvericilik normalarının tələblərini ciddi və kobud şəkildə pozmaqla çıxarmış olduğu həmin qətnamə ilə onu və onunla birgə yaşayan ailə üzvlərinin hüquqlarını ciddi təhlükə qarşısında qoymuşdur. İddiaçı qardaşı Asifə dəfələrlə təklif etmişdir ki, ona 18 min manat kompensasiya kimi pul verir ki, gedib özünə başqa yerdə şərait qursun və öz həyat yoldaşı ilə onlardan ayrı yaşasın. Amma cavabdehlərin hər ikisi ona qarşı ədəbsiz sözlərlə cavab verərək hörmətsizlik edir və iddiaçıdan onlara 80.000 (səksən min) manat pul verməyini tələb edirlər. Əks təqdirdə isə, evini boşaltmayacaqlarını, evindən çıxmayacaqlarını və öz bildikləri kimi hərəkət edəcəklərini bildirdilər. Mülkiyyətində olan məlum yaşayış sahəsində hazırda iddiaçı, arvadı Validə, iki qızı və bir oğlu ilə yaşayır, habelə həmin yaşayış yeri üzrə pasport qeydiyyatdadılar. Uzun müddətdir ki, davam edən bu mübahisədə cavabdehlər inadından əl çəkmir. İddiaçı bu dözülməz əsəbi gərginliyə son qoymaq məqsədi ilə mülkiyyətçi hüququndan istifadə edərək, Cavabdeh1 18 (on səkkizmin) manat kompensasiya ödəməklə onun, arvadı Cavabdeh2 və azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2022-ci ildə doğulmuş övladları X7 yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi və onların sözügedən yaşayış sahəsini boşaldaraq, bu mənzilindən şəxsi əşyaları ilə birgə köçürülmələrini - çıxarılmalarını qərara almışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri vəistinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tamqərəzli mövqe tutmuş, onun dedikləri, verdiyiizahatları və izahatlar verərkən səsləndirdiyi fikirləri, izahatlar verən zaman istinad etdiyi fakt və sübutları, dəlilləri, təqdim etdiyi sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, nəzərə almaq istəməmiş, iddiaçı tərəf kimi ona qarşı tam qərəzli, qeyriobyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Nərimanov Rayon Məhkəməsi işə baxıb qətnamə çıxaran zaman cavabdeh tərəfə xüsusi himayədarlıq etmiş, yalnız cavabdeh tərəfin maraqları nöqteyinəzərdən hərəkət etmiş, iddiaçı tərəf olaraq onun hüquq və qanuni mənafelərini nəzərə almamış, almaq istəməmiş və bu barədə heç düşünməmişdir. İşə baxan məhkəmə bu cür hərəkət etməklə qanunvericiliyin tələblərini ciddi və kobud şəkildə pozmuş və nəticədə iddiaçı tərəf olaraq onun hüquqlqrına və qanuni mənafeyinə cavab verməyən, hüquq və mənafelərinin ciddi və kobud şəkildə pozulması ilə nəticələnən xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır. Bu şəkildə çıxarılmış məhkəmə qətnaməsi isə heç vaxt qanuni və əsaslı ola bilməz və ona görə də ləğv edilməlidir. Digər tərəfdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsi eyni zamanda Azərbaycan Respublikası MPM-nin 217.1, 217.2, 217.3-cü maddələrinin tələblərinə və AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1, 2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan həmin qətnamə qanuni və əsaslı hesab oluna bilməz və ona görə də ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz tədim edərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Daş karxanası küçəsi ev 688 A saylı ev mərhum anası X2 miras qalmışdır. Həmin miras əmlakın bir nəfər şəxsin adına rəsmiləşdirilməsi üçün o və qardaşı iddiaçının xeyrinə miras əmlakın onlara düşən hissəsindən imtina etmiş, nəticədə həmin evə dair Akif öz adına çıxarış almışdır. O, 30 may 1989-cu il tarixdən həmin evdə qeydiyyatda olmaqla yaşayır. O, 03 dekabr 2019-cu il tarixdə Cavabdeh2 ilə ailə həyatı qurmuş və Firuzə həmin evə gəlin köçmüşdür. Hazırda həmin evdə birlikdə yaşayırlar. Belə ki, sözügedən evi qardaşı ilə aramızda razılığa əsasən bölmüş, evin giriş-çıxışını ayrıca etmişlər, kommumal xidmətlər də ayrıcadır. Yaşadıqları evlər 1 damın altı sayıldığından eyni ünvan sayılır və yaşadıqları yer üzrə də qeydiyyatdadır.Yaşadıqları ev 2 otaq və 1 mətbəxdən ibarətdir. Onların həmin evə istifadə hüquqları mövcuddur. Cavabdeh1 30 may 1989-cu il tarixdən sözgedən evdə qeydiyyatda olmaqla yaşayır. Başqa yaşayış evi də yoxdur. İddiaçının iddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh anasından qalan miras əmlakdan qardaşının, yəni iddiaçının xeyrinə imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3cü maddəsinə görə, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli mənzil cavabdehin istifadə hüququ ilə yüklü qaydada iddiaçının mülkiyyətinə keçmiş və bu hüquq hazırda da, mövcuddur. Mübahisəli mənzildən iddiaçının xeyrinə imtina edilən zaman istifadə hüququndan imtina ilə bağlı razılıq bildirməmiş, əksinə həmin vaxtı mənzildə yaşamağa davam etmişdir.Göstərilən əsasla cavabdehin istifadə hüququnun itirilməsi və bunun nəticəsində onun mübahisəli mənzildən çıxarılması qeyri-mümkündür. Cavabdeh2 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq sözügedən yaşayış evinə köçürüldüyündən iddiaçı ilə Cavabdeh2 arasında 2019-cu ildə yeni hüquq münasibətləri yarandığı üçün, münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İstifadə hüququnun kompensasiya verilməklə xitam olunması zamanı digər diqqətəlayiq hallarla yanaşı, həmçinin istifadə hüququna malik olan şəxslərin istifadə hüququnun yaranması əsasları, mənzildə hansı müddətdə yaşamaları, ailə və maddi vəziyyətləri, uzun illər ərzində təsərrüfatın idarə olunmasında iştirak dərəcəsi və digər diqqətəlayiq məqamlar da nəzərə alınmalı, mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüquqları arasında ədalətli tarazlığa nail olunmalıdır. Göstərilən amillər nəzərə alınmadan təklif olunan kompensasiyanın istifadə hüququna xitam verilməsi üçün yetərli olub-olmaması barədə qənaətə gəlmək qanunun məqsədləri baxımından əsaslı hesab edilə bilməz. Qanunverici, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna adi əsasla deyil, məhz müvafiq kompensasiya ödənilməklə xitam verilməsi qaydasını müəyyən etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin (Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli qərarı). B+Ş Audit Konsaltinq” MMC-nin birinci instansiya məhkəməsinə təqdim etdiyi 29 aprel 2023-cü il tarixli mütəxəssis rəyində fərdi yaşayış evinin 3 illik icarə haqqının ndəyərinin 18000 mmanat olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, mənzilin bazar dəyəri 140000 manatdır. Bu səbəbdən də məhkəmə tərəfindən mənzilin müəyyən edilmiş dəyərinə mütənasib olaraq cavabdehlərə ödənilməli kompensasiya məbləğini cəmi 80.000 manat müəyyən etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı 01 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzilə əlavə tikililər inşa olunduğu, həmin tikililərin ünvan üzrə texniki pasportda öz əksini tapmaması, yəni özbaşına tikili olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının yalnız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan hissəyə mülkiyyət hüququ tanınmışdır və özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, iddiaçı əşyanın mülkiyyətçisi kimi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Göründüyü kimi iddiaçının yalnız ünvan 8 ünvanında yerləşən Ümumi sahəsi 109 kv.m olan hissəyə mülkiyyət hüququ vardır ki, bu da onun yalnız 109 kv.m sahəyə daxil olan əmlaka (cavabdehlərin faktiki yaşadığı 45,4 kv.m sahəyə dair) mülkiyyət hüquqlarını mümkün edir. Yəni, iddiaçının mülkiyyət hüququ ünvan 9 ünvanında yerləşən 109 kv.m sahə ilə məhdudlaşır və həmin mənzilə tikilmiş əlavə - özbaşına tikililəri əhatə etmir. Beləliklə iddiaçı özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməməklə, cavabdehlərin həmin sahədən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciəti əssasızdır. Bakı şəhəri Nərimanov Məhkəməsi tərəfindən qəbul edilən sözügedən qətnamə qanuni və əsaslıdır. Mövcud sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Apcllyasiya şikayətində göstərilən arqumentlər əsassızdır və reallığı əks etdirmir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, onun məzmunua uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 30.Məhkmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 31.13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 32.29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.Maddə 27.2. on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 34.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 152.2.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 36.Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 37.Maddə 152.4.Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 38.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 39.Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 40.Maddə 123. 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 41.Maddə 53. 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bəradər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. 42.Maddə 53. 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 43.Maddə 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 44.Maddə 30.2.Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 47.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 48.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 50.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. 52.Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan ev iddiaçının və Cavabdeh1 anası mərhum X6 məxsus olmuşdur. Cavabdeh1 doğulduğu vaxtdan həmin ünvanda yaşamış, xx.xx.1989-cu il tarixdə mənzilə daimi qeydiyyata düşmüşdür. Həmçinin digər Cavabdeh2 Cavabdeh1 ilə 03 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür və hazırda faktiki olaraq həyat yoldaşı və uşağı ilə birlikdə orada yaşayır. 53.Hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 109 kv.m olan mənzil iddiaçının mülkiyyətindədir və iddiaçının qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır, iddiaçı xüsusi mülkiyyətində olan həmin mənzildən qardaşı Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqlarının istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi və çıxarılmaları barədə tələblə məhkəməyə müraciət etmişdir. 54.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. 55.Həmin Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 56.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, 2000ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 57.Kollegiya iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 mübahisəli evdə yaşaması, 1989-cu il tarixdə həmin mənzilə daimi qeydiyyata düşməsi nəzərə alınmaqla, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 58.Qanunvericiliyin qeyd olunan normasından göründüyü kimi Cavabdeh1 mübahisəli evə istifadə hüququ yaranmışdır. 59.Hazırki halda iddiaçı cavabdehin mülkiyyətində olan evdən kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində istifadə hüququnun yaranması əsasları qeyd olunsa da, istifadə hüququna xitam verilməsi institutu nəzərdə tutulmamışdır. 60.“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. 61.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 62.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına vəqanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. 63.Beləliklə kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən qanunun analogiyasını əsas tutaraq, hazırki mübahisə ilə bağlı oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. 64.Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bununla belə, qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. 65.Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı, qardaşı olan Cavabdeh1 qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan evə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçisidir, cavabdehin isə həmin evdə istifadə hüquqları vardır. İddiaçı ilə cavabdeh arasında mübahisəli evdən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil. 66.Kollegiya həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/7323 saylı, 01 mart 2023-cü il tarixli ekspert rəyinə münasibətdə qeyd edir ki, Cavabdeh1 yaşadığı yaşayış evinin daxilində yerləşən bir otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m təşkil etdiyi müəyyən edilir. Qeyd olunur ki, Cavabdeh1 yaşadığı yaşayış evinin əlavə inşa olunmuş tikililəri ilə birlikdə 51,3 kv.m təşkil edir. ünvan 4 ünvanında yerləşən Cavabdeh1 yaşadığı yaşayış sahəsi olan 2 otaq və 1 mətbəxdən ibarət yaşayış sahəsi AR ƏMDK DƏDRX tərəfindən İddiaçı RX seriyalı ******* nömrəli çıxarışda göstərilmiş daşınmaz əmlakın ümumi sahəsi olan 109,0 kv.m evin 45,4 kv.m (otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m) təşkil etdiyi müəyyən edilir. 67.Göründüyü kimi, cavabdehin yaşadığı 45,4 kv.m (otağın sahəsi 18,4 kv.m, mətbəx və otağın (studio) sahəsi 27,0 kv.m) hissə iddiaçının mülkiyyətində olan 109,0 kv.m evin daxilindədir. Cavabdehin yaşadığı hissədə olan artıq 5,9 (51,3-45,4=5,9) kv.m mülkiyyətə daxil olmasa da, eyni ünvanda olmaqla, iddiaçı anasının vəfatından sonra miras əmlakı həmin hissə ilə birlikdə qəbul etmişdir. Həmçinin cavabdeh öz etirazında da qeyd edir ki, ünvan 4 ünvanında yerləşən ev vahid dam altında yerləşir. Beləliklə, mülkiyyətə daxil olmayan 5,9 kv.m sahə iddiaçının anasının mülkiyyəti dövründən mövcud olmuşdur. 68.İddiaçının qardaşı Cavabdeh1 rəsmi nikahda olduğu həyat yoldaşı olan digər Cavabdeh2 evə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlı məsələyə qiymət verərkən kollegiya qeyd edir ki, sonuncu Cavabdeh1la 03 dekabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli evə köçdüyündən, həmin mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən həll olunmalıdır. Qeyd olunan normaya əsasən yaşayış sahəsi mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən evə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 69.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 70.Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, Cavabdeh2 iddiaçının qardaşının həyat yoldaşı olmaqla, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü deyildir. Həmçinin qeyd olunan maddənin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin təsiri dairəsinə düşmədiyindən, yəni cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs kateqoriyasına aid edilmədiyindən Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. Buna görə də, iddiaçı Cavabdeh2 kompensasiya ödənilmədən də, mənzildən çıxara bilər. Lakin nə qədər ki, iddiaçı mülkiyyətçi olaraq Cavabdeh2 kompensasiya təklif edir və bu qanunvericiliklə qadağan olunmayıb, Cavabdeh2 kompensasiyanın məbləği müzakirə edilmədən verilməsi məsələsinə baxılmalıdır. 71.Belə olan halda kollegiya qeyd edir ki, iddia tələbinin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət, eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. 72.Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ) digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. 73.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 74.Nümayiş etdirilən bu hüquqi mövqeyə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verlməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. 75.Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır. 76.Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. 77.Təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 78.İş materiallarında olan “B+Ş Audit” Konsaltiq MMC-nin A-02/48 saylı 08 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evinin bir hissəsinin (45.0 kv.m - 2 otaq) mövcud aylıq icarə haqqı 29 aprel 2023cü il tarixə 500 manat məbləğində təşkil edə bilər. Fərdi yaşayış evinin 3 illik dövr (2023 aprel– 2026 aprel) ərzində ümumi icarə haqqının dəyəri 18000 manat təşkil edə bilər. 79.Məhkəmə kollegiyası iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan mənzilin kirayə dəyəri 500 manat təşkil etməsini, oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehlərə 3 il üzrə kompensasiya hesablanmalıdır. 80.Kollegiya iddiaçının 18000 manat məbləğində kompensiya ödəməyə razı olmasını və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun olmamasını nəzərə alaraq qeyd edir ki, cavabdehlərə 18000 manat kompensasiya ödənilməklə cavabdeh İddiaçı mənzilə istifadə hüquqununa xitam verilməlidir. 81.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, onlar xx.xx.2022-ci il təvəllüdlü övladları X12 ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməsi və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, onların xx.xx.2022-ci il təvəllüdlü övladları X12 ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları eyni vaxtda icra edilməlidir. 82.Kollegiya eyni vaxtda icranın hər iki tərəfin qanuni mənafelərinin qorunmasının və hüquqdan sui-istiadənin qarşısının alınması məqsədi ilə edilməsini məqsədəmüvafiq hesab edir. 83.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlməmişdir. 84.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(005)-166/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin, onlar xx.xx.2022-ci il təvəllüdlü övladları X12 ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18000 (on səkkiz min) manat məbləğində kompensasiya ödənilməsi və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, onların xx.xx.2022ci il təvəllüdlü övladları X12 ilə birgə yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları eyni vaxtda icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1873/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1873/2024
06.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver