Məhkəmə qərarları › İş №2(103)-1873/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1873/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1873/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 111/2024 saylı qətnaməsinə əsasən İddiaçı MTK-nın Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X3 üçüncü şəxs qismində qeyd edilməklə cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyriəmlak zərərin ödənilməsi barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 111/2024 saylı qərardadına əsasən, İddiaçı MTK-nın Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X3 üçüncü şəxs qismində qeyd edilməklə müqavilənin ləğv edlməsi tələbi «Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması» hissəsində baxılmamış saxlanılmışdır Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 111/2024 saylı qərardadına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-111/2024 saylı qərardadı ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 111/2024 saylı qərardadına əsasən İddiaçı MTK-nın Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X3 üçüncü şəxs qismində qeyd edilməklə cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyriəmlak zərərin ödənilməsi tələbi, iddia tələbinin «Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması» hissəsi barədə tələbdən ayrılması, ikinci tələbin ayrıca icraata ayrılması qərara alınmışdır. İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-111/2024 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(008)-111/2024 saylı qərardadından İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə qəbul etdiyi və prosessual hüquq normasında nəzərdə tutulmayan bir sıra qanunsuz hərəkətlərə yol verməklə hüquqi əsası olmayan qərardaddan verilmiş şikayətə baxılmaması üçün hazırkı qərardadı çıxarmış və bununla da tərəflərindən təqdim olunmuş “əlavə Qətnamənin çıxarılması barədə” ərizənin baxılmasına təkrar olaraq həm qanunsuz, həm də əsassız maneə yaratmışdır. Hazırkı qərardaddakı məhkəmənin qeyd olunan mövqeyi qəbul olunarsa və qərardad ləğv olunmazsa, gələcəkdə isə bu cür oxşar işlərin həllində mənfi presedent yaradılmasına və yekunlaşmış mülki məhkəmə işləri üzrə məhkəmə mübahisəsini hüquqi əsası olmayan qərardadlar əsasında davam etdirilməsinə şəraət yarada bilər. İşin faktiki hallarından da görünür ki, göstərilən prossesual hüquq normasının tələblərinə əməl olunmaqla tərəflərindən, “əlavə qətnamənin çıxarılması barədə” ərizə təqdim edilsə də, məhkəmə həmin ərizəni ümumiyyətlə qəbul etməmiş (yəni olmamış kimi göstərməklə) və iddianı “müqavilənin ləğv olunması» hissəsində əvvəlcə əsassız olaraq baxılmamış saxlanılması qərarına gəlmiş; sonra həmin qərardad əsassız olduğundan ləğv edərək, iddianı qeyd olunan hissədə ayrıca mülki işdə baxılması qənaətinə gəlmişdir. Digər tərəfdən, hazırkı qərardadın hüquqi əsasını da məhkəmə müəyyən edə bilməmişdir. Belə ki, qərardad- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsaslandırılmaqla “...apellyasiya şikayəri bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəri birinci instansiya məhkəməsi tərəfindən qaytarılır” qənaətinə gəlinsə də, məhkəmə, apellyasiya şikayətinin məzmununu müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində nəzərdə tutulan bir sıra müddəaların konkret olaraq hansı müddəasının tələblərinin pozulduğunu göstərə bilməmişdir. Bundan başqa, qətnamənin “qət etdi” hissəsinə diqqətlə nəzər saldıqda, açıqaşkar müəyyən edilir ki, yekunlaşmış məhkəmə işi üzrə baxılmış və qətnamə qəbul edilmiş tələb- “cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyriəmlak zərərin ödənilməsi” tələbidir. Belə olan halda, yəni yekun məhkəmə qətnaməsi çıxarılmış həmin tələbin ayrılması, ümumiyyətlə absurd bir məntiqə əsaslanan və hüquqi cəhətdən əsası olmayan bir nəticədir. Digər tərəfdən, iddia tələbinin dəyişdirilməsi barədə ərizədən də açıq-aydın və anlaşılan şəkildə müəyyən edilir ki, iddia tələbinin 1-ci hissəsi: Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi; 2-ci hissəsi: eləcə də qismən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsi; 3-cü hissəsi: və təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; 4-cü hissəsi: Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli, 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması; 5-ci hissəsi: və həmin müqavilədə göstərilən Sabunçu rayonu, ünvan 1 ünvanda İB nömrəli 14 mərtəbəli yaşayş binasının 5-ci mərtəbəsində yerləşən 30 №-li ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən mənzili başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması; 5- ci hissəsi: cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi; 6-cı hissəsi: məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun, 23 manat poçt xidmətləri üçün ödənişin, 200 manat mediasiya xidmət haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə”- olmuşdur. Xüsusi olaraq qeyd edilir ki, iddianın dəyişdirilməsi ilə bağlı tələb üzrə sübutlar məhkəmə iş materiallarına təqdim edildikdən sonra, məhkəmə mübahisəsi 1 il 7 ay davam etmiş və həmin müddət ərzində məhkəmənin 7 hazırlıq və 2 baxış iclası keçirilsə də, cavabdehin nümayəndəsi və vəkili tərəfindən müqavilənin ləğv edilməsi barədə məhkəmə iclaslarında verdiyi izahatlarında, eləcə də EMİS-dəki e-kabinet vasitəsilə müxtəlif vaxtlarda təqdim etdiyi vəsatətlərində, ərizələrində və iddiaya qarşı verilmiş etirazında, iddianı qəbul etmədiyini, o cümlədən müqavilənin ləğv edilməsi barədə iddia tələbinin qəbul etmədiyinin faktiki əsası kimi iddiaçı tərəfindən prosessual hüquqlardan sui-istifadə edərək cavabdehin qanuni əsaslarla əldə etdiyi mənzilin satılmasını məhkəmədən tələb etdiyini və hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.1-ci və 560.2-ci maddələrini qeyd etmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi və vəkili həm də tələb üzrə iddia müddətinin də ötürülməsi əsası ilə iddianın rədd olunmasını və hüquqi əsas olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 776.1-ci maddəsini göstərmişdir. Digər tərəfdən də güman edilməsi şübhə doğurmur ki, tərəflərindən iş materiallarına 1 il 7 ay əvvəl EMİS-dəki e-kabinet vasitəsilə təqdim olunmuş yuxarıda göstərilən sübutların məhkəmə tərəfindən gizlədilməsi və eləcə də iddianın baxılmamış saxlanılması üçün heç bir əsas olmadan 1 il 7 aydan sonra bu cür qərardadın çıxarılması, açıq-aşkar onu sübut edir ki, məhkəmə cavabdeh üçün əlverişli şəraət yaratmış və iddia tələbini kifayət qədər uzun müddət ərzində saxlamaqla, gələcəkdə həmin tələb üzrə iddia müddətinin keçməsinə şərait yaratmışdır. Tam məsuliyyətlə qeyd edilir ki, məhkəmə həmin tələbin əsaslı olduğunu yəqin ki müəyyən etdiyi üçün, hər hansı bir əsas olmadan hazırkı qərardadı çıxarmışdır ki, “əlavə Qətnamənin çıxarılması barədə” ərizənin baxılmasına maneə yaradılsın. Artıq şərhə ehtiyac qalmır ki, məhkəmə, qərardadı özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Odur ki, qərardad ləğv edilmədiyi halda, yəni hazırkı məhkəmənin mövqeyi qəbul olunarsa, gələcəkdə oxşar işlərin həllində mənfi presedentin yaradılmasına səbəb olacağı göz qabağındadır. Göstərilənləri nəzərə alaraq, hesab edilir ki, qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi formal mülahizələrə və fərziyyələrə əsaslanmış qərardadda adiyyəti olmayan hüquq normalarını sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; iş materiallarına təqdim olunmuş sübutları, o cümlədən iddiaçının və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatlarını sübutlarla müqayisəli təhlilini aparmadan, həqiqəti müəyyən etməməklə iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini, həmçinin bəzi faktları gizlətməklə cavabdehin hüquqlarına bilə-bilə qanunsuz üstünlük vermişdir. Eləcə də, məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Odur ki, qanunvericiliyin tələbinə görə məhkəmə səhv nəticəyə gəlmiş və əsassız qərardad çıxarmışdır. Hesab edilir ki, məhkəmə prosessual hüququn qeyd olunan imperativ normasını pozmaqla ədalətsizliyə yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən AR MPM-nin 363.1.1-1-ci maddəsi səhv olaraq tətbiq edilmiş və eləcə də işin halları hər tərəfli və obyektiv araşdırılmamış, qəbul edilmiş qərardad qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Şikayət Məhkəmənin xx.xx.2025-ci il tarixli qəardadı ilə təmin edilməyək baxılması üçün Bakı Apellyasya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardad onun xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayətinin geri qaytarılması barədə olmuş və məhkəmə şikayəti geri qaytararkən hesab etmişdir ki, həmin qərardadan şikayət verilə bilməsinin mümkünlüyü MPM-də nəzərdə tutulmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq bildirir ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Bu baxımdan, Mülki Prosessual Məcəllənin 169.1-169.2-ci maddələrinin mənasına görə, qanunvericilik tələbin ayrıca icaata ayrılması barədə qərardadlardan şikayət verilməsi imkanını təsbit etmir. Həmçinin, iş üzrə icraatın ayrılmasına dair qəbul edilmiş qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq edərək, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsinin nəzərdə tutulmadığına əsaslanmaqla iddiaçının şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Kollegiya şikayətin dəlillərini mübahisələndirilən qərardadın ləğvi üçün əsas hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar