Məhkəmə qərarları › İş №2(103)-1874/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1874/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1874/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-4/2020 nömrəli qətnaməsindən İddiaçıxxxx ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçıxxxx ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 11, 3 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıxxxx ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2016/00344-01 №-li İstehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 11400 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı ipoteka predmeti kimi İddiaçıxxxx ASC-nə təqdim etmiş və bu barədə xx.xx.2016-cı il tarixli, 3M-1363 saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Pirallahı Rayon Məhkəməsində iddia qaldırılmışdır. Pirallahı Rayon Məhkəməsinin 2(094)-637/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək Cavabdeh2 yaranmış borcun tutulması və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Pirallahı rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından "İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "İddiaçı”xxxx ASC-yə təklif edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC ilə İddiaçıxxxx ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X3 yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçıxxxx ASC-nin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın İddiaçıxxxx ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hal-hazırda da, ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçıxxxx ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görədə tərəflərindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-4/2020 nömrəli qətnaməsi ilə İddiaçıxxxx ASC-nin Cavabdeh2 qarşı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçıxxxx ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-4/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçıxxxx ASC-nin iddia tələbinin təmin edilməsi, birinci instansiya məhkəməsinə müraciət edilərəkən dövlət rüsumu kimi ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh2 tutularaq İddiaçıxxxx ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-637/2017 nömrəli qətnaməsi ilə İddiaçıxxxx ASC-nin Cavabdeh2 qarşı borcun tutulması və tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29cu məhəllə, 11 saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə olunan əmlak hesabına borcun ödənilməsi qət edilmişdir.Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Pirallahı rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçıxxxx ASC-yə 31875 manata təklif edilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC ilə İddiaçıxxxx ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X3 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçıxxxx ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır.Daha sonra Cavabdeh2 Yasamal rayon Məhkəməsində İddiaçıxxxx ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə, Pirallahı rayon İcra və Probasiya şöbəsinə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, hərracın yekunlarına dair protokolun, hərracın yekunlarına barədə alqı-satqı müqaviləsinin, İddiaçıxxxx ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və kreditin restrukturizasiya edilməsinə dair iddia qaldırmışdır. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4208/2019 saylı qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13158/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3404/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçıxxxx ASC mənzil balansa götürüldükdən sonra əldə olunan pul vəsaiti ilə borc arasında yaranan fərqin 8213.64 manat hissəsini xx xxxx 2019-cu il tarixində, fərqin qalan hissəsini-1791 manatı isə xx xxxxxx 2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsində 2(103)-3158/2019 saylı mülki işə baxılan zaman Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəmişdir. Cavabdeh2, Pirallahı rayon İcra və Probasiya şöbəsinin depozit hesaba ödənilən fərqin 8213.64 manat hissəsini tam şəkildə almışdır. Yaranmış fərqin digər hissəsi-1791 manat Pirallahı rayon İcra ə Probasiya şöbəsinin depozit hesabına köçürülmüş, lakin Cavabdeh2 həmin pulu əldə edə bilməmişdir. Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov fərqin qalan issəsini-1791 manatı Cavabdeh2 əldə edə bilməməsini əsas götürərək iddia tələbini təmin etməmişdir. Pirallahı rayon Məhkəməsinin 2(094)-4/2020 saylı, xx.xx.2020-ci il tarixli «qətnaməsində Cavabdeh2 1791 manat məbləğində fərqin hansı səbəbdən ala bilməməsi göstərilmişdir. Belə ki, Pirallahı rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi İsayev ifadəsində göstərmişdir ki, İddiaçıxxxx ASC 1791 manat fərqi Pirallahı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürmüşdür. İcra məmuru Cavabdeh2 başqa icra vərəqəsi ilə 1320 manat məbləğində borcu olduğundan icra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçıxxxx” ASC tərəfindən Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülən və Cavabdeh2 məxsus olan 1791 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması üçün təqdimatla Pirallahı rayon Məhkəməsinə müraciət etmişdir. Hakim Əkrəm Qəhrəmanov pul vəsaitinin üzərinə həbs qoyulmasına dair təqdimatı xx xxxx 2020-ci il tarixli qərardadla rədd etmişdir. Həmin qərardaddan icra məmuru tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçıxxxx ASC tərəfindən Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülən və Cavabdeh2 məxsus olan 1791 manat məbləğində pul vəsaitinin üzərinə zəruri olan həddə həbs qoyulmuşdur. İpoteka predmeti olan mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin cavabdeh tərəfindən alınmaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Çünki İddiaçıxxxx ASC öz vəzifələrini tam şəkildə yerinə yetirmiş və fərqi Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ipoteka predmeti olan mənzilin balansa götürülməsi və borc arsındakı fərqi ödəmişdir. Cavabdeh2 onun özündən asılı olan səbəblərdən-digər bir şəxsə borcu olması səbəbindən ödənilmiş fərqin bir hissəsini 1791 manatı ala bilməmişdir. Cavabdeh2 öz əməlləri nəticəsində yaranan problemə görə İddiaçıxxxx ASC məsuliyyət daşımır. Cavabdeh2 hər hansı bir şəxsə borclu olduğu üçün təşkilat öz mülkiyyətinə olan mənzildən istifadə edə bilmir. Cavabdeh2 İddiaçıxxxx ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır, o, həmin ünvanda yaşayır və mülkiyyətlərində olan mənzili onlara təhvil verməkdən imtina edir. Bu isə bir mülkiyyətçi kimi İddiaçıxxxx ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh2 digər bir şəxsə borcunun olması təşkilatlarının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz. Lakin Pirallahı rayon Məhkəməsinin 2(094)-4/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən də göründüyü kimi hakim Əkrəm Qəhrəmanov (Cavabdeh2 digər bir şəxsə borclu olmasını və bu buna görə də təşkilatları tərəfindən ona ödənilən fərqi ala bilməməsini rəhbər tutaraq iddia tələblərinin təmin etməmiş və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə çıxarmışdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddənin dispozisiyasından aşkar şəkildə görünür ki, mənzildə yaşayan və ya qeydiyyatda olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş mənzili həmin mənzilə tutma yönəldildikdə və o ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin mənzili tərk etməsi üçün hüquqi fakt, mənzil balansa götürüldükdən sonra əldə olunan pul vəsaiti ilə borc arasında yaranan fərqin ödənilməsi deyil, mənzilə tutmanın yönəldilməsi və mənzilin satılmasıdır.Göründüyü kimi, sözügedən şəxslərin mənzili tərk etməsi üçün hüquqi fakt, mənzil balansa götürüldükdən sonra əldə olunan pul vəsaiti ilə borc arasında yaranan fərqin ödənilməsi deyil, mənzilə tutmanın yönəldilməsi və mənzilin satılmasıdır. İpoteka predmeti olan mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin bir hissəsini-1791 manatın ödənilməsi, lakin Cavabdeh2 həmin pulu əldə etməməsi Cavabdeh2 İddiaçıxxxx ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə, Pirallahı rayon İcra və Probasiya şöbəsinə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, hərracın yekunlarına dair protokolun, hərracın yekunlarına barədə alqı-satqı müqaviləsinin, İddiaçıxxxx ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və kreditin restrukturizasiya edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə prosesi zamanı araşdırılmış və məhkəmə qətnaməsi çıxarılmışdır. Qeyd olunan iş üzrə məhkəmə müəyyən etmişdir ki, ipoteka predmeti olan mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin bir hissəsinin-1791 manatın ödənilməsi, lakin Cavabdeh2 həmin pulu əldə etməməsi hərracın etibarsızlığına səbəb ola bilməz. Çünki İddiaçıxxxx ASC qanunvericiliklə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş və fəqri ödəmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçıxxxx” ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin, 3 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 16/02 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 3 saylı mənzili xx xxxxxx 2019-cu il tarixdə hərraca çıxarılmış və ilkin satış qiyməti 50000 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC ilə "İddiaçı”xxxx ASC arasında Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 3 saylı mənzilə dair hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli **********84-05101-093008 nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 3 nömrəli mənzili "İddiaçı”xxxx ASC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Pirallahı rayon Məhkəməsinin 8(094)-16/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 334 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borcluya məxsus pul vəsaiti üzərinə həbsin qoyulması barədə Pirallahı rayon İcra şöbəsinin böyük icra məmuru Oqtay İsayevin təqdimatı rədd olunuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-377/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv olunmuş və borclu Cavabdeh2 məxsus Pirallahı rayon İcra və Probasiya şöbəsinin depozit hesabında olan pul vəsaitinin üzərinə Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-334/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası üçün zəruri olan həddə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ № 767077 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Pirallahı rayon məhkəməsinin 2(094)-4/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçıxxxx ASC-nin Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” hissəssində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, xx xxxxxx 2019-cu il tarixli “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC ilə "İddiaçı”xxxx ASC arasında Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, 11 saylı evin 3 saylı mənzilə dair hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən İddiaçıxxxx ASC mənzil balansa götürüldükdən sonra əldə olunan pul vəsaiti ilə borc arasında yaranan fərqin 8213.64 manat hissəsini xx xxxx 2019-cu il tarixində, fərqin qalan hissəsini-1791 manatı isə xx xxxxxx 2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsində 2(103)-3158/2019 saylı mülki işə baxılan zaman Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödəmişdir. Cavabdeh2, Pirallahı rayon İcra və Probasiya şöbəsinin depozit hesaba ödənilən fərqin 8213.64 manat hissəsini tam şəkildə almışdır. Yaranmış fərqin digər hissəsi-1791 manat Pirallahı rayon İcra ə Probasiya şöbəsinin depozit hesabına köçürülmüş, lakin Cavabdeh2 həmin pulu əldə edə bilməmişdir. Pirallahı rayon Məhkəməsi fərqin qalan issəsini-1791 manatı Cavabdeh2 əldə edə bilməməsini əsas götürərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin cavabdeh tərəfindən alınmaması iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Çünki İddiaçıxxxx ASC öz vəzifələrini tam şəkildə yerinə yetirmiş və fərqi Pirallahı rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ipoteka predmeti olan mənzilin balansa götürülməsi və borc arsındakı fərqi ödəmişdir. Cavabdeh2 onun özündən asılı olan səbəblərdən-digər bir şəxsə borcu olması səbəbindən ödənilmiş fərqin bir hissəsini 1791 manatı ala bilməmişdir. Həmçinin, killegiya qeyd edir ki, Cavabdeh2 öz əməlləri nəticəsində yaranan problemə görə İddiaçıxxxx ASC məsuliyyət daşımır. Cavabdeh2 hər hansı bir şəxsə borclu olduğu üçün təşkilat öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Cavabdeh2 İddiaçıxxxx ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır, o, həmin ünvanda yaşayır və mülkiyyətlərində olan mənzili onlara təhvil verməkdən imtina edir. Bu isə bir mülkiyyətçi kimi İddiaçıxxxx ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh2 digər bir şəxsə borcunun olması təşkilatlarının mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verə bilməz. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Kollegiya qeyd edir ki, İpoteka predmeti olan mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin bir hissəsini-1791 manatın ödənilməsi, lakin Cavabdeh2 həmin pulu əldə etməməsi Cavabdeh2 İddiaçıxxxx ASC-yə, “Daşmar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə, Pirallahı rayon İcra və Probasiya şöbəsinə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, hərracın yekunlarına dair protokolun, hərracın yekunlarına barədə alqı-satqı müqaviləsinin, İddiaçıxxxx ASC-nin adma verilmiş çıxarışın ləğv edilməsi və kreditin restrukturizasiya edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə prosesi zamanı araşdırılmış və məhkəmə qətnaməsi çıxarılmışdır.Hazırkı iş üzrə Cavabdeh2 Yasamal rayon Məhkəməsində İddiaçıxxxx ASCyə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” MMC-yə, Pirallahı rayon İcra və Probasiya şöbəsinə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, hərracın yekunlarına dair protokolun, hərracın yekunlarına barədə alqı-satqı müqaviləsinin, İddiaçıxxxx ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi və kreditin restrukturizasiya edilməsinə dair iddia qaldırmışdır. Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4208/2019 saylı qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13158/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-3404/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.Qeyd olunan iş üzrə məhkəmə müəyyən etmişdir ki, ipoteka predmeti olan mənzilin balansa götürülməsi ilə borcun silinməsi nəticəsində yaranan fərqin bir hissəsinin- 1791 manatın ödənilməsi, lakin Cavabdeh2 həmin pulu əldə etməməsi hərracın etibarsızlığına səbəb ola bilməz. Çünki İddiaçıxxxx ASC qanunvericiliklə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmiş və fəqri ödəmişdir.Həmin qətnamə qanuni qüvvəsini almışdır və hazırkı iş üzrə tərəflərə münasibətdə preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, müİkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-4/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh2 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 11, 3 saylı mənzildən istifadə hüququna xitam verilsin. O, əşyaları ilə birlikdə mənzildən çıxarılsın. İddia verilərkən ödənilən 20 manat dövlət rüsumu və apellyasiya şikayəti üçün 10 manat məbləğində rüsum Cavabdeh2 İddiaçıxxxx ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar