Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1876/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-1876/2022 (Açar sözlər: miras əmlaka pay hüququnun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi) Bakı şəhəri, 22 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət mərkəzində notariat ofisi və xüsusi notarius X15) “miras əmlaka pay hüququnun tanınması, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 5067/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər 4 saylı Bakı “ASAN xidmət mərkəzində notariat ofisi və xüsusi notarius X15) “miras əmlaka pay hüququnun tanınması, miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən mənzilə dair onun 1/2 hissədə pay hüququnun tanınması, sözügedən mənzilə dair 4 saylı Bakı “ASAN xidmət daxilində yerləşən notariat kontorunun üzərinə 1/2 pay hüququnun tanınmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququnu özündə əks etdirən çıxarışın verilməsi öhdəliyinin qoyulmasını nəzərdə tutan qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “X8 MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Atam xx.xx.2020-ci ildə dünyasını dəyişmiş və heç bir vəsiyyətnamə qoymamışdır. xx.xx.2020-ci il tarixində 4 saylı Bakı Maraqlı şəxs daxilində yerləşən notariat ofisinə mirasın qəbulu barəsində yazılı ərizə ilə müraciət etmişəm. 4 saylı Bakı Maraqlı şəxs notariusu sözügedən mənzildə valideynlərimin birgə nikah dövründə alındığı üçün X1nın 1/2 hissədə əmlaka dair xüsusi mülkiyyət hüququnun olduğunu, bundan əlavə vərəsəlik hüququ üzrə X1nın, bacım X4, qardaşım Cavabdeh və mənim müvafiq olaraq hər birimizin ayrı-ayrılıqda miras əmlakdan 1/8 pay hüququmuzun olduğunu bildirmişdir. X1 və bacım X9 miras əmlakdan özlərinə düşən paylardan mənim xeyrimə imtina edərək yazılı ərizə təqdim etmişdirlər. Qardaşım Cavabdeh mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçirdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə notariat ofisinə gələrək miras əmlakdan payın qəbulu barədə ərizə yazmışdır. Bildirirəm ki, sonuncu 2017-ci ilin yanvar ayından etibarən özünün səbəb olduğu ailə münaqişələri səbəbindən miras əmlakda yaşamayıb, əmlakın qorunub saxlanılmasında, kommunal-təsərrüfat xərclərinin ödənilməsində iştirak etməyib. Həmçinin, qardaşım Cavabdeh 2017-ci ilin yanvar ayından bu günə qədər ünvan 1 ünvanına gəlməməsi ilə birlikdə atamın dəfn mərasiminə də gəlməmiş, yalnızca sonuncunun üç və qırx mərasimlərində kənardan gələn digər şəxslər kimi iştirak etmişdir. Məlumat üçün bildirirəm ki, hələ atamın sağlığında qardaşım sözügedən əmlakdan öz payını tələb etdiyindən və bunun üçün ailə daxili münaqişələr yaratdığından, atam Suraxanı Rayon Məhkəməsinə müraciət edərək miras əmlakdan qardaşıma düşən pay müqabilində Əmlak Ekspert Mərkəzi tərəfindən təyin edilmiş 9000 (doqquz min) manat kompensasiya məbləğini ödəyərək mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddia təmin edilərək, xx.xx.2019-cu il tarixində 2(010)-1134/2019 nömrəli qətanmə qəbul edilmişdir. Təyin olunmuş kompensasiya məbləğinin yarı hissəsi atamın sağlığında ikən özü tərəfindən, digər yarı hissəsi isə atamın vəfatından sonra tərəfimdən ödənilərək qətnamə tam şəkildə icra edilmişdir. Yəni, Cavabdeh mirasın qəbuluna dair ərizə verdiyi tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 1134/2019 nömrəli qətnaməsi hələ tərəfimizdən tam olaraq icra edilməmişdi. Cavabdeh miras əmlakda yaşamamasına, əmlaka faktiki sahiblik və ondan istifadə etməməsinə, mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hər hansı hərəkəti icra etməməsinə, mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsinə baxmayaraq, notariat kontoru tərəfindən cavabdehin 1/8, mənim 3/8 (1/8+1/8+1/8) pay hüququmuz tanınmışdır. Notarius müddətin keçməsinə baxmayaraq, cavabdehin 1/8 pay hüququnu tanımasını sırf sonuncunun mirasın qəbuluna dair ərizə verdiyi vaxt mübahisəli ünvanda qeydiyyatda olması ilə əlaqələndirmişdir. Halbuki, cavabdeh mübahisəli ünvanda qeydiyyatda olmasına baxmayaraq, orada uzun müddətdir ki, yaşamamış, əmlaka faktiki olaraq sahiblik etməmişdir. Sonuncunun 1/8 pay hüququnun tanınması mənim etirazıma səbəb olmuş, bu səbəbdən notarius X15 xx.xx.2021-ci il tarixli, 1418 nömrəli məktubla notariat hərəkətlərinin aparılmasından imtina etmişdir. Qardaşım Cavabdeh başqa ünvanda yaşamaqla, nə vərəsəlik açılan vaxt, nə də miras əmlakın qəbuluna dair ərizə verdikdə ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamadığına görə miras əmlakı faktiki olaraq qəbul etməmiş və vərəsəliyin qəbul edilməsi üçün vərəsəliyin açıldığı andan yalnızca 6 ay müddət keçdikdən sonra notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5067/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində 1/2 hissədə miras payını qəbul etmiş hesab edilməsi və mənzil üzərində onun 1/2 hissədə pay hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədrlik edən: Səlimə Miriyeva). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə prosesi zamanı iddiaya etiraz edərək sözügedən əmlaka miras hüququnun tanınmalı olduğunu, miras üzrə vərəsəliyə çağrıldığını bildiyi anda müraciət edərək mirasın qəbulu barədə ərizə yazmışdır. Cavabdehə sözügedən əmlaka dair onun payı üzrə pul verilərsə, həmin əmlakdan imtina edə bilər. Əks halda o əmlakı qəbul edir. Cavabdeh həmin əmlakda qeydiyyatda olmuş, sadəcə olaraq istifadə hüququna xitam verilib, yəni istifadə hüququna xitam verilməsi onun atasına məxsus əmlaka dair mirasdan pay almaq hüququnu məhdudlaşdırmır, cavabdeh onun vərəsəsidir. Atası onu vərəsəlikdən məhrum etməyib və belə olan halda digər vərəsələr kimi onun da həmin əmlak üzərində hüququ var. Qardaşı və ailəsi cavabdehlə soyuqluq etdiyindən, mübahisələr yaratdığından cavabdeh məcbur qalıb o evdən ayrılmışdır. Göründüyü kimi, qardaşı atasının vəfatından dərhal sonra anasını və bacısını da notariata apararaq öz xeyrinə paydan imtina etdirmiş, cavabdehə isə heç bir məlumat verməmişdir ki, müddət keçsin və bununla da əmlak üzərində istədiyi kimi hərəkət etsin. Cavabdeh hüquqi savadının olmadığını, mirası qəbul üzrə hansısa müddətlə bağlı müddəanın olmasından xəbərinin olmamasını və miras üzrə vərəsə olduğunu bildiyi an, yəni notariat tərəfindən ona məlumat verilən kimi mirasın qəbulu barədə ərizə verdiyini, müddəti üzürlü səbəblərdən buraxdığını qeyd edərək mötəbər halların diqqətə alınmasını xahiş etmişdir. Cavabdeh vərəsəliyə çağrıldığını notariat kontoru vasitəsi ilə bildiyi üçün dərhal, yəni xx.xx.2021-ci il tarixində mirasın qəbul edilməsinə dair ərizə yazmışdır. Cavabdehin müraciəti nəzərə alınmaqla iddiaçının tələbi təmin edilməyərək mübahisə olduğu bildirilmişdir. Odur ki, cavabdehin təqsiri olmadan mirasın qəbul edilməsi barədə vaxtında ərizə verməməsi cavabdehə düşən mirasdan məhrum olması üçün əsas ola bilməz. Mülki işin materiallarından və qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi cavabdeh atasından qalan mirasdan payı almaq hüququ olan qanun üzrə vərəsədir. Mirası qəbul üzrə qanunvericilik müddət müəyyənləşdirməklə yanaşı nəzərə alınmalıdır ki, həmin müddətdə digər vərəsələrin və eləcə də notariat kontorunun vərəsəni axtarmaq vəzifəsinin olması da müəyyənləşdirib. Belə olan halda, cavabdehə digər vərəsələr tərəfindən heç bir məlumat verilməmiş, özləri öz aralarında cavabdehə qarşı oyun quraraq, onu məlumatlandırmamaqla müddətin keçməsinə nail olmaq və bununla da onun haqqı olan paydan məhrum olmağına səbəb olmaq niyyəti daşımışlar. Qanunvericiliyin tələbində də birbaşa qeyd edilir ki, “Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Bu cür müddəanın olmasına baxmayaraq digər vərəsələrin cavabdehlə əlaqəsinin olduğu, ünvanını bildiyi halda ona məlumat verməməsi artıq qanunvericiliyin tələninin pozulması deməkdir. Birinci instansiya məhkəməsinin hakimi iddiaçının əsassız iddiasını təmin etmək üçün onun mənafelərinə uyğun olacaq vərəsəliklə bağlı müddəaları qeyd etsə də nədənsə cavabdehi məlumatlandırmaq öhdəlikləri ilə bağlı müddəaları qeyd etməmişdir. Bununla yanaşı hakim qətnamədə qeyd edir ki, “Belə ki, ilk növbədə, vərəsəlik işinin açılması tarixindən asılı olmayaraq miras şəxsin ölümü ilə açılır. Bu baxımdan Cavabdeh bilməli idi ki, atası X20 ölümü ilə ondan qalmış miras açılmışdır. O, atasının vərəsələrindən kimisə vərəsəlik işinin açılması ilə bağlı notariusa müraciət etməsini və orada məlumat verilməsini gözləməməli, özü vaxtında miras əmlakın qəbulu iləbağlı konkret hərəkətləri etməli idi. Cavabdeh miras əmlakın qəbulu ilə bağlı qanunvericiliyin tələblərindən məlumatlı olmaması bu müddətin ötürülməsinin üzürlü səbəbi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin üçüncü bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir.” Mülki Məcəllənin tələbində və eləcə də qeyd olunan Notariat haqqında qanunun tələbində vərəsəyə məlumat verilməsinin öhdəlik kimi digər vərəsələr üzərinə və eləcə də notariat kontorunun üzərinə qoyulduğu birbaşa qeyd olunsa da göründüyü kimi birinci instansiya məhkəməsinin hakimi iş üzrə maddi normaları kifayət qədər araşdırmamış, cavabdehə məlumat vermək öhdəliyi barədə qanunvericilikdə müddəanın olmasına baxmayaraq bunu nəzərə almadan əsassız yerə qətnamədə eləbir fikir qeyd edir. Qətnaməyə nəzərə yetirdikdə açıq-aydın görünür ki, hakim mirasla bağlı ümumi normalara, hansı ki iddiaçının mənafeyinə xidmət edən həmin normalara istinad edərək cavabdehin vərəsəlik, miras, əmlak və məhkəmə müdafiəsi hüquqlarını kobud şəkildə pozur. Məhkəmə cavabdehin qanunu bilməməyini üzürlü hal hesab etmir, lakin nəzərə alınmalıdır ki, hakimin də işin qanuni və obyektiv həlli üçün araşdırmalı olan maddi normaları araşdırmaması, diqqətə almaması da düzgün deyil. Hakimin işə bu cür qeyri-obyektiv yanaşması, iş üzrə düzgün araşdırma aparmaması, maddi normaların tələbini düzgün tətbiq etməməsi qanunun pozulması deməkdir. Qanunvericiliyin tələbində birbaşa qeyd edilib ki, vərəsə vərəsəliyə çağrıldığını bildiyi vaxtdan mirası qəbul barədə ərizə verə bilər. Cavabdehin mirasdan imtina barədə rəsmi şəkildə müraciət etməməyi və yalnız notariat kontoru tərəfindən ona məlumat verildikdən sonra mirasdan xəbəri olduğu üçün dərhal müraciət edərək mirası qəbul barədə ərizə verməyi artıq mirası qəbul etdiyini bildirir. Cavabdehin vaxtında müraciət etməməyinin səbəbi mirası qəbul üçün müddətin olduğunu bilməməyi, ikincisi də digər vərəsələrin və notariat kontorunun üzərinə düşən məlumatlandırma öhdəliyini icra etməməsidir. Belə olan halda qeyd olunan müddəalar cavabdehin müddəti üzürlü səbəbdən buraxdığını bildirir və buna görə də həmin müddət bərpa edilərək miras üzərində payı tanınmalıdır. Əgər cavabdehin mirasa hüququ çatmırdısa nəyə görə notariat kontoru cavabdehlə bu barədə məlumat verib, yaxud da nə üçün cavabdehin mirası qəbul barədə ərizəsini qəbul edərək digər vərəsəyə mübahisə olduğu bildirilmişdir? Göründüyü kimi vərəsələr məqsədli şəkildə cavabdehi mirasdan uzaq tutmaq, miras barədə məlumat verməmək məqsədində olublar və notariat kontoru da vəzifələrini düzgün yerinə yetirməyərək cavabdehə vaxtında məlumat verməmiş, müddət keçəndən sonra məlumat vermişdir ki, bu da hazırki mübahəsinin olmasına, cavabdehin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin hakimi cavabdehin miras barədə, yəni vərəsəliyə çarıldığını notariat kontoru tərəfindən məlumat verilməsi ilə bildiyi halda ərizə verdiyini, mirası qəbul etdiyini nəzərə almamaqla qanunvericiliyin vərəsənin vərəsəliyə çağrıldığını bildiyi, digər vərəsələrin cavabdehi məlumatlandırmaqd aborclu olduqlarını, lakin bunu etmədiklərini, eləcə də notariat kontorunun da vaxtında məlumatlandırmanı etmədiyini, müddəti üzürlü səbəblərdən buraxdığını nəzərə almayaraq icraatındakı işə qanunvericiliyin tələbləri çərçivəsində yanaşmamışdır ki, bu da maddi normalarla, işin halları ilə uzlaşmayan qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsinə səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı iddiaçı məhkəməyə etiraz göndərərək qeyd etmişdir ki, Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun vərəsəliyin açılmasından, mirasın qəbulu ilə bağlı Mülki qanunvericilikdə müddətin müəyyən olunmasından xəbəri olmamışdır, sonuncu bunu hüquqi savadsızlığı ilə əlaqələndirmişdir. Həmçinin notariusun onu mirasın açılmasından sonrakı 6 aylıq müddət ərzində axtarmalı olmasına baxmayaraq, 6 aylıq müddətin keçməsindən sonra telefon vasitəsilə onu məlumatlandırmasını, mənim və notariusun birgə qərəzli hərəkətləri nəticəsində müddəti üzürlü olaraq ötürdüyünü bildirmişdir. İddiaçı notariusa vərəsəliyin açılması ilə bağlı ərizə verərkən digər bütün vərəsələr, o cümlədən, Cavabdeh barəsində iddiaçıda olan bütün əlaqə vasitələri barədə olan məlumatları vermişdir. Cavabdeh Mülki Məcəllənin özünün axtarılması ilə bağlı müddəalarına əsaslanmışdır, halbuki o, itkin deyil və onun axtarılmasına da ehtiyac yoxdur. Bundan başqa, Cavabdeh qarşısında onun vərəsəliyin qəbuluna mane olan, iradəsi qarşısında duran qarşısıalınmaz heç bir qüvvə olmamışdır. Cavabdeh mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin o, qanunda nəzərdə tutulan müddət ərzində bununla əlaqədar hər hansı bir hərəkətlər etməyib. Belə ki, Cavabdeh mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiyini başqa bir formada nümayiş etdirməmişdir. Bu onun işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə iclasında verdiyi ifadəsində də öz təsdiqini tapır. Eləcə də o, miras əmlaka açıq qalan paya dair notariat orqanına vaxtında müraciət etməli idi, lakin vərəsəlik işinin xx.xx.2020-ci il tarixdə açılmasına baxmayaraq, cavabdeh 7 ay sonra, yəni xx.xx.2021-ci il tarixdə miras əmlakın qəbuluna dair ərizə ilə notariusa müraciət etmişdir. Halbuki, mirasın açıldığının ona bəlli olmasına və buna dair hər hansı mane olmamasına baxmayaraq, cavabdeh notariat kontoruna mirası qəbul etmək barədə ərizəsini qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişdir. Qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli mənzilə dair həmin hüququ itirmişdir. Apelyatorun atası mərhum X10 miras qalmış əmlakı qəbul etmək üçün qanunvericilikdə müddət nəzərdə tutulmasından xəbərsiz olması barədə dəlili əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh atasının yas mərasimində iştirak etməklə miras əmlak olan mənzilə dair vərəsələrin dairəsinin müəyyənləşməsindən, yəni onların miras paylarını qəbul etmələrindən, nəticədə mirasın açılmasından xəbərdar olmuşdur. Lakin o, vaxtında miras payının qəbul edilməsinə dair hər hansı hərəkət etməmişdir. Belə olan halda cavabdehin vərəsəliyə çağırılması yolunda zəruri tədbirlərin görülməsinə də hər hansı zərurət yoxdur. Mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edildiyi kimi, vərəsə vərəsliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində misarı qəbul edə bilər. Mirasın qəbulu və qəbulundan imtina müddətləri kəsici müddətlər sırasına aiddir. Hansı ki, göstərilən müddət ərzində səlahiyyətli şəxs özü ona məxsus olan hüquqları həyata keçirə bilər. Müddətin ötürülməsi isə səlahiyyətli şəxsin hüquqlarını həyata keçirə bilməsi imkanını məhdudlaşdırır. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzürlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin hazırki mübahisədə Cavabdeh vərəsəliyə çağırıldığını mərhum X16 vəfat etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən bildiyi və ya bilməli olduğu halda, kəsici müddəti ötürüb xx.xx.2021-ci il tarixdə miras əmlakın qəbuluna dair ərizə ilə notariusa müraciət etmiş, müddəti ötürməsinin üzürlü hesab edilərək, miras əmlakı tərəfindən qəbul edilməsinə dair Apelyasiya Məhkəməsi 3 qarşısında tələbi isə daha da sonrakı tarixə təsadüf edir. Göstərilən səbəbdən sonuncunun müddəti uzatmaq hüququnun müdafiəsi imkanlarına xitam verilib. Çünki, Mülki Məcəllənin 1248.1-ci və 1246-cı maddəsinin mənasına görə, mirasın qəbulu müddəti üç ay müəyyən edildiyindən və altı ay keçdikdə sonra qanun onun qəbuluna yol vermədiyindən, cavabdeh tərəfindən ötürülmüş müddət üç aydan sonra altı ayın tamamına qalan müddət ərzində uzadıla bilərdi. Hazirki halda isə cavabdeh mübahisəli mənzilə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 7 ay sonra ərizə ilə notariusa müraciət etmiş, hazırki Apelyasiya Məhkəməsi qarşısında müddəti ötürməsinin üzürlü hesab edilərək, miras əmlakın tərəfindən qəbul edilməsinə dair tələbi ilə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 1 il 5 ay sonra müraciət etmişdir. Qeyd edilən səbəblərdən vərəsəliyin qəbuluna dair müddətin üzürlü hesab edilərək uzadılması imkanı məhkəmə tərəfindən istisna edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
10. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
11. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
12. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
13. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
14. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
15. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
16. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
17. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
18. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
19. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.
20. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
21. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ciil tarixli, 1418 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində daxil olmuş mirasın qəbuluna dair ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X16 adına vərəsəlik işi açılmış, hazırda vərəsələr arasında mübahisə olduğu üçün müvafiq məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir.
26. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 1134/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh və X11 ümumilikdə, 9000 (doqquz min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh, X6 və onların yetkinlik yaşına çatmayan X12 və X13 ünvan 3 ünvanında yerləşən 201 nömrəli mənzildə olan istifadə hüququna xitam verilmişdir.
27. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 098344 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2020-ci ildə dəqiqləşdirilməmiş ürək çatışmazlığından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 564 nömrəsi ilə qeyd edilmişdir.
28. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzili X16 xüsusi mülkiyyəti kimi xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdır.
29. X5 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum əri X16 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından oğlu İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir.
30. X17 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum atası X16 ölümündən sonra miras qalmış əmlakın ona düşən payından qardaşı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir.
31. X5 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum əri X21 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə dair ona ərarvadın birgə mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
32. Cavabdeh tərəfindən Bakı şəhər 4 saylı Maraqlı şəxsndə notariat ofisinin xüsusi notariusuna ünvanlanmış xx.xx.2021-ci il tarixli miras qəbulu ərizəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüş atası X10 miras qalmış Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzili qəbul etdiyini bildirib mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında X7, X18, X22, X14, X5 qeydiyyatdadır.
34. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh xx.xx.2021ci il tarixdə verilmiş ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında X23, X25, X26, X24 qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
35. İş materiallarından, apellyasiya şikayətinin dəlillərindən və tərəflərin izahatlarından aydın olur ki, İddiaçı və Cavabdeh doğma qardaşdır. Onların atası X28 ölümündən bir neçə ilə əvvəl oğlu olan hazırkı iş üzrə Cavabdeh və onun arvadı X11 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 9000 manat məbləğində kompensasiya ödənilməsi ilə Cavabdeh və X6 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək 9000 manat məbləğində kompensasiya müqabilində Cavabdeh və X6 yetkinlik yaşına çatmayan iki uşaqları ilə birlikdə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə tam icra edilmiş, müvafiq kompensasiya məbləği iş üzrə cavabdehə tam ödənilmiş, o və digər ailə üzvləri mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışdır. Tərəflərin atası X28 xx.xx.2020-ci il tarixdə ölmüş, ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyatnamə tərtib etməmişdir. xx.xx.2020-ci il tarixdə hazırkı iş üzrə İddiaçı atası X10 miras qalmış əmlakın - Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin qəbuluna dair ərizə ilə notariusa müraciət etmiş, vərəsəlik işi açılmış, elə həmin tarixdə iddiaçının anası X5 və bacısı X17 notariusa ərizə ilə müraciət edərək miras əmlakda olan paylarından İddiaçı xeyrinə imtina etmişlər. Cavabdeh isə xx.xx.2021-ci il tarixdə mərhum atası X10 miras qalmış mənzilə olan payını qəbul etdiyini bildirib, miras əmlakdan ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bundan sonra, vərəsələr arasında miras əmlakın qəbulu ilə bağlı mübahisə yarandığından 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisində açılmış vərəsəlik işi üzrə notariat hərəkətləri davam etdirilməmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
36. Ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum X28 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir.
37. X28 xx.xx.2020-ci il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix həmin tarixdir. Hazırkı iş üzrə tərəf olan iddiaçı və cavabdeh hər ikisi miras qoyanın uşaqları olmaqla onun birinci növbədə, bərabər pay hüquqlu vərəsələri olmuşdur.
38. İş üzrə İddiaçı atasının ölümündən qısa bir müddət sonra – xx.xx.2020-ci il tarixdə atasından qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə ilə notariusa müraciət etmiş, onun ərizəsi əsasında atasından qalmış miras əmlakla bağlı vərəsəlik işi açılmışdır. İddiaçı eyni zamanda, atasının ölümündən sonra ondan miras qalmış mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam etməklə atasından miras qalmış mənzil üzərində payını faktiki olaraq da qəbul etmişdir.
39. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən, mübahisəli əmlak X28 ilə X3 birgə nikah dövründə əldə edilmiş əmlakıdır. Belə olduğu təqdirdə, Mülki Məcəllənin 225-ci maddəsinə əsasən X3 həmin əmlaka 2/1 pay hüququnun olması mübahisəsizdir.
40. Əmlakın yerdə qalan 2/1 hissəsinə isə Zərbiyev Eldarın qanun üzrə vərəsələri olan övladları Cavabdeh, İddiaçı, Nərgiz Eldar qızı və arvadı X3 pay hüququ vardır. İş materiallarından görünür ki, X5 və X17 notariusa ərizə ilə müraciət edərək miras əmlakda olan həmin paylarından İddiaçı xeyrinə imtina etmişlər. Belə olduğu halda, İddiaçı miras əmlaka 8/3, X3 8/4 pay hüququ vardır.
41. Hazırk iş üzrə cavabdeh olan digər vərəsə Cavabdeh isə atasının vəfatından tam 7 ay sonra – xx.xx.2021-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət edərək atasından miras qalmış mənzil üzərində miras payını qəbul etdiyini bildirib ona payına uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir.
42. Cavabdeh özünün apellyasiya şikayətində də qeyd etdiyi kimi 2017-ci ildən etibarən bu mənzildə heç vaxt yaşamamışdır. Hətta atası X2 oğlu Cavabdeh və ailə üzvlərinin bu mənzildən istifadə hüquqlarına 9000 manat məbləğində kompensasiya verilməsi ilə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək həmin mənzildə üç ildir ki yaşamadığını bildirib 9000 manat kompensasiya müqabilində mənzildən istifadə hüququna xitam verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Həmin qətnamə hazırda tam icra edilmiş, müvafiq kompensasiya məbləği tam ödənilmiş, Cavabdeh və ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxarılması təmin edilmişdir.
43. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh miras payını mənzildə faktiki yaşayaraq qəbul etməmiş və qanunla mirasın qəbulu müddətini ötürmüşdür.
44. Kollegiya bununla bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş 6 aylıq müddət mirasın qəbulunun notariat qaydada rəsmiləşdirlməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
45. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin son hüquqi mövqeyinə və Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən hazırki iş üzrə Cavabdeh mirasdan yazılı şəkildə imtina etmədiyi üçün onun vərəsəlik hüququna, vərəsə statusuna xitam verilə bilməz. O, atası X16 miras əmlak kimi qoyduğu evlə bağlı vərəsədir və həmin mirasda 8/1 pay hüququ vardır.
46. Başqa sözlə, Cavabdeh mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi ilə bağlı 6 aylıq müddəti ötürməsi onu payından məhrum etmir.
47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə olan halda Cavabdeh qanun üzrə vərəsə kimi mirası vaxtında qəbul edə bilməmişdir.
48. Kollegiya qeyd edir ki, Cavabdeh mübahisəli miras əmlakla bağlı pay hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırda İddiaçı olduğundan, məhkəmə iddia tələbindən kənara çıxmayaraq yalnız onun payını müəyyən etməyi zəruri hesab edir.
49. Kollegiya işin hallarına və sadalanan hüquq normalarının tələblərinə əsasən vurğulayır ki, İddiaçı miras əmlakda 8/3 pay hüququ tanınmalıdır. Birinci instansiya məhkəməsi onun 2/1 pay hüququnun olması qənaətinə gəlməklə mərhumun digər oğlu Cavabdeh hüquqlarını pozmuşdur.
50. Bu səbəbdən də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və İddiaçı 8/3 hissədə pay hüququ tanınmalı, Cavabdeh isə 8/1 hissədə payı açıq saxlanılmalı, ona yenidən notariat orqanına həmin payın rəsmiləşdirilməsindən ötrü müraciət etmək hüququnun olduğu izah edilməlidir.
12. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
13. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
14. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
15. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
16. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
17. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5067/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində 3/8 hissədə miras payını qəbul etmiş hesab edilsin və mənzil üzərində onun 3/8 hissədə pay hüququ tanınsın. Cavabdeh isə 8/1 hissədə payı açıq saxlanılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev