Məhkəmə qərarları › İş №2(103)-1876/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1876/2024

06.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1876/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1876/2024 (Açar sözlər: əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3891/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Dillər Universiteti” X10 xx.xx.2023-cü il tarixli 1/236 saylı əmrinin ləğv edilməsi, "Azərbaycan Dillər Universiteti” X10 Filologiya fakültəsinin X18 dilçilik kafedrasının professoru vəzifəsinin tutulması üzrə xx.xx.2023-cü il tarixli müsabiqənin İddiaçı aid hissədə nəticələrinin ləğv edilməsi, İddiaçı "Azərbaycan Dillər Universiteti” X11 Ümumi dilçilik kafedrasının tam ştat professoru vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, İddiaçı ödədiyi 60 manat mediasiya xərci, 1000 manat vəkil xidməti xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Azərbaycan Dillər Universiteti” X11 ümumi dilçilik kafedrasının professoru vəzifəsindən xx.xx.2023-cu il tarixdən azad edilməsi və onunla bağlanmış əmək muqaviləsinə xitam verilməsi barədə cavabdeh "Azərbaycan Dillər Universiteti” X10 xx.xx.2023-cü il tarixli 1/236 saylı Əmri qəbul edilmişdir. Cavabdeh "Azərbaycan Dillər Universiteti” X19 xx.xx.2023-cu il tarixli 1/236 saylı Əmrini “seçki müddətinin bitməsi ilə əlaqədar səsvermə nəticələrinə görə müsabiqədən keçməməsi" ilə əsaslandırmışdır. Cavabdeh "Azərbaycan Dillər Universiteti” X10 xx.xx.2023-cü il tarixli 1/236 saylı Əmrini qanunsuz və əsassız hesab etmişdir. Belə ki, İddiaçı ilə cavabdeh "Azərbaycan Dillər Universiteti” X19 arasında bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ümumi dilçilik kafedrasında 0.5 ştat professoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü ilədək bağlanmışdır. Cavabdeh "Azərbaycan Dillər Universiteti” X12 xx.xx.2019-cu il tarixli 1/279 saylı Əmri ilə İddiaçı ümumi dilçilik kafedrasında tam ştat professoru vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin muddəti xx.xx.2023-cü ilədək olmasına baxmayaraq, İddiaçı ümumi dilçilik kafedrasında tam ştat professoru vəzifəsini xx.xx.2023-cu ilədək icra etməkdə davam etmişdir. Bunu əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "Azərbaycan Dillər Universiteti” X12 xx.xx.2023-cü il tarixli 1/236 saylı Əmri də subut edir, orada qeyd edilir ki, İddiaçı “Azərbaycan Dillər Universiteti" X11 Ümumi dilçilik kafedrasının professoru vəzifəsindən xx.xx.2023-cü il tarixdən azad edilsin". xx.xx.2023-cü ildə əmək müqaviləsinin muddətinin qurtarmasına baxmayaraq, bundan sonrakı 1 həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh müqaviləyə xitam verilməsini tələb etməmişlər, buna ğörə də əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmalıdır. Bundan başqa, əmək müqaviləsinin xitamına əsas kimi qeyd edilmiş "Azərbaycan Dillər Universiteti” X11 ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqə qanunvericiliyin tələblərini pozmaqla baş vermişdir. İlk növbədə, bildirmişdir ki, İddiaçı 2006-cı ildən, yəni 20 ilə yaxın müddətdə "Azərbaycan Dillər Universiteti” X11 işləmiş və müxtəlif vəzifələr, o cümlədən müsabiqə ilə seçilən vəzifələr tutmuşdur. Hazırda mubahisə predmeti olan müsabiqədən əvvəl, 2018-ci ildə "Azərbaycan Dillər Universiteti” X13 ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqədən uğurla keçmiş və indi xitam verilən əmək müqaviləsi bağlanmışdır. Necə ola bilər ki, demək olar ki, eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvü 2018-ci ildə müsabiqədə İddiaçı leyhinə səs verirlər, 2023-cü ildə isə Elmi Şuranın həmin 15 üzvü artıq İddiaçı əleyhinə səs verirlər? Həm də necə ola bilər ki, İddiaçı işləyəcəyi Ümumi dilçilik kafedrası xx.xx.2023-cü il tarixli iclasında musabiqədə onun seçilməsi leyhinə rəy verir, xx.xx.2023-cü ildə isə artıq Elmi Şuranın səsverməsində onun seçilməsinin əleyhinə səs verirlər? Necə ola bilər ki, Elmi Şuranın üzvləri İddiaçı çoxsaylı monoqrafiyalarını, tədris vəsaitlərini, proqramlarını, elmi məqalələrini, beynəlxalq və ölkə miqyaslı elmi, praktik konfranslarda məruzələrini, beynəlxalq nəşrlərdə elmi məqalələrini, onun İndoneziya və Malayziya dili üzrə ölkədə yeganə azsaylı, bəlkə də yeganə mütəxəssis olmasını nəzərə almamışlar? Bundan başqa, müsabiqə zamanı "Ali Təhsil Muəssisələrində Professor-Müəllim və X2 X3” Əsasnamənin tələbləri də pozulmuşdur. Həmin Əsanamənin 2.6-cı bəndinə əsasən, bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. İddiaçı isə özünün seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ təmin edilməmişdir. Bütün bunlar müsabiqənin qeyri-obyektiv keçirildiyini göstərir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3891/2023 saylı qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26.1, 35.2-ci maddələrinə, Əmək Məcəlləsinin 2.1, 11.1, 45.1, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73.1, 73.2, 146, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 81, 89.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü ilədək olmasına baxmayaraq, İddiaçı Ümumi dilçilik kafedrasında tam ştat professoru vəzifəsini xx.xx.2023-cü ilədək icra etməkdə davam etmişdir. Bunu əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli 1/236 saylı Əmri də sübut edir. Həmin əmrdə qeyd edilir ki, “İddiaçı Cavabdehndə Ümumi dilçilik kafedrasının professoru vəzifəsindən xx.xx.2023-cü il tarixdən azad edilsin”. xx.xx.2023-cü ildə əmək müqaviləsinin müddətinin qurtarmasına baxmayaraq, bundan sonrakı 1 həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh müqaviləyə xitam verilməsini tələb etməmişlər, buna görə də əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmalıdır. İş materiallarında əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsini tələb etməsi barədə heç bir sübut yoxdur. Bundan başqa, əmək müqaviləsinin xitamına əsas kimi qeyd edilmiş Cavabdehndə Ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqə qanunvericiliyin tələblərini pozmaqla baş vermişdir. Müsabiqə zamanı“ Ali Təhsil Müəssisələrində Professor-Müəllim və X4 X3” Əsasnamənin tələbləri də pozulmuşdur. Həmin Əsanamənin 2.6.-cı bəndinə əsasən, bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. İddiaçı isə özünün seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ təmin edilməmişdir. Bundan başqa, hazırki işin məhkəmədə baxılmağa hazırlanması xx.xx.2023-cü il tarixdə yekunlaşmış və xx.xx.2023cü il tarixə məhkəmə baxışı təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh nümayəndəsi və vəkili bildirmişdir ki, Elmi Şuranın mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli 10 saylı Protokolu mövcud deyildir. Amma xx.xx.2023cü il tarixdə yeni sübutlar siyahısında əlyazma formasında "xx.xx.2023-cü il tarixli 10 saylı Protokol" sənəd təqdim edilmişdir. Buna görə "xx.xx.2023-cü il tarixli 10 saylı Protokol" adlı sənəd mötəbər sübut hesab edilə bilməzdi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, iddiaçının özünün seçilməsi ilə bağlı Elmi Şuranın keçirdiyi yığıncaqdan şifahi xəbəri olsa da, ona bu barədə ona rəsmi bildiriş göndərilməmişdir və şifahi xəbərinin olması həmin yığıncağın nəticəsində tərtib edilən protokolun qanuniliyinə əsas vermir. Buna dair şahid də dindirilmişdir. Həmin yığıncaqda iddiaçının imic reytinqinin əsasları qeyd olunmayıb.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, “Təhsil haqqında” Qanuna əsasən iddiaçı 5 il ərzində müsabiqədən keçməli idi. İddiaçı həmin vəzifə vakantı üzrə yenidən müsabiqə keçirilməsi zamanı iştirak edə bilər, onun bu hüququ məhdudlaşdırılmamışdır. Elmi Şuranın komissiya üzvlərini səsverməyə heç kəs məcbur etməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

10. Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

11. Maddə 2-3 və 2-3.3. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir.

12. Maddə 11.1, “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

13. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

14. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

15. Maddə 47, “ə” bəndi. Bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır.

17. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

27. Belə ki, iş materiallarında olan, Azərbaycan Dillər Universiteti ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı həmin tarixdən 5 il müddətinə Ümumi dilçilik kafedrasında 0.5 ştat professor vəzifəsinə işə qəbul edilmişdir.

28. Azərbaycan Dillər Universitetinin xx.xx.2019-cu il tarixli 1/279 saylı əmrinin surətindən görünür ki, həmin əmr Ümumi dilçilik kafedrasının 0.5 ştat f.e.d professoru İddiaçı 15 may 2019-cu il tarixdən Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri və “Dil və ədəbiyyat” jurnalının baş redaktoru vəsifəsindən azad edilməklə həmin tarixdən Ümumi dilçilik kafedrasında tam ştat f.e.d. professor vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəli üzrə ödənilməsi haqqında verilmişdir.

29. ADU-nun Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı rektora ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixli “525-ci” qəzetdə dərc olunmuş elana əsasən Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrası üzrə boş elan edilmiş tam ştat professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməyə icazə verilməsini xahiş etmişdir.

30. Azərbaycan Dillər Universitetinin xx.xx.2023-cü il tarixli 1/236 saylı əmrinin surətindən görünür ki, həmin əmr seçki müddətinin bitməsi ilə əlaqədar səsvermə nəticələrinə görə müsabiqədən keçməmiş Ümumi dilçilik kafedrasının professoru fil.e.d İddiaçı, Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əməkdaşın istifadə etmədiyi əmək məzuniyyətinə görə 42 gün pul əvəzinin qanunvericiliyə uyğun şəkildə ödənilməsini mühasibatlıq şöbəsinə tapşırılması haqqında verilmişdir.

31. Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin Elmi Şurasının xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi Elmi Şurasının sədri fil.f.d dos.V.E.Ağabəyli Ümumi dilçilik kafedrasının fil.e.d professoru İddiaçı təqdim etdiyi sənədlər haqqında məlumat verdi. Çıxış edən Elmi Şura üzvləri namizəd haqqında müsbət rəy söyləyərək professor vəzifəsinə yenidən seçilməsini tövsiyə etmişlər. Səsvermənin nəticələri leyhinə-16 nəfər, əleyhinəyoxdur, bitərəf-yoxdur. Qərar: Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının fil.e.d professoru İddiaçı xx.xx.2018-ci il tarixli “Xalq qəzeti”ndə dərc olunmuş elana əsasən kafedra üzrə boş elan edilmiş professor vəzifəsinə yenidən seçilmişdir.

32. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Elmi Şurasının xx.xx.2023-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı 29 aprel 2023-cü il tarixli “525-ci” qəzetdə dərc olunmuş elana əsasən boş elan edilmiş tam ştat professor vəzifəsini yenidən tutmaq üçün müsabiqədə iştirakı barədə. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi Elmi Şurasının sədri fil.e.d., prof. X6 Filologiya fakültəsi nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı 29 aprel 2023-cü il tarixli “525-ci” qəzetdə dərc olunmuş elana əsasən boş elan edilmiş tam ştat professor vəzifəsini yenidən tutmaq üçün müsabiqədə iştirakı ilə bağlı müvafiq sənədlərinin kafedra iclasında müzakirəsi baş tutduqdan sonra X16 daxil olduğu haqqında məlumat verdi. Səsvermənin nəticələri: Lehinə - 2 nəfər, Əleyhinə - 15 nəfər, Bitərəf yoxdur. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı 29 aprel 2023-cü İl tarixli "525-ci" qəzetdə dərc olunmuş elana əsasən boş elan edilmiş tam ştat professor vəzifəsini yenidən tutmaq üçün müsabiqədən keçə bilmədiyinə görə həmin vəzifəyə seçilməmiş hesab edilmişdir.

33. Kollegiya ilk növbədə iddiaçının cavabdehlə əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü ildə bitməsinə baxmayaraq heç bir tərəfin müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüsünün olmaması səbəbindən müqavilənin həmin müddətə uzadılmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

34. “Ali təhsil müəssisələrində professor-müəllim və X4 X3 Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. İddiaçı hazırda Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsaslanaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinin əvvəlki müddətə uzadılmalı olduğu tələbi ilə çıxış etsə də, nəzərə almamışdır ki, onun cavabdeh müəssisədə tutduğu vəzifəyə qəbulu hər hansı digər yollarla deyil, həmin Məcəllənin 47-ci maddəsi və yuxarıda qeyd edilən Əsasnamənin tələblərinə əsasən müsabiqə yolu ilə həyata keçirilmişdir və yalnız yenidən həmin müsabiqədən keçməklə müddətli əmək müqaviləsi bağlamaqla həmin vəzifəyə təyin olunması mümkündür. İddiaçı isə istinad etdiyi hüquqdan istifadə etməsinə cəhd göstərməsinə, onun bu hüququnun məhdulaşdırılmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

35. Kollegiya iddiaçının apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixli müsabiqənin İddiaçı aid hissədə nəticələrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin iclas protokolunun nəticələrinin ləğvinə dair əsaslar mövcud deyildir. Belə ki, iddiaçı həmin müsabiqənin keçirilməsi ilə bağlı ona rəsmi xəbər verilmədiyini qeyd etmişdir. "Ali təhsil müəssisələrində professor-müəllim və X4 X3” Əsasnamənin 2.6.-cı bəndinə əsasən, bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. Göründüyü kimi, Əsasnamənin qeyd edilən bəndində ali təhsil müəssisəsinin və ya elmi şuranın üzərinə namizədlərin məcburi iştirakını təmin etmək vəzifəsi deyil, namizədin iştirak etmək hüququnun olduğu təsbit edilmişdir və hər hansı aktla cavabdeh qurumun üzərinə iddiaçıya rəsmin xəbərdarlıq məktubunuhn göndərilməsi kimi bir öhdəlik qoyulmamışdır. Namizədlərin bu hüquqdan istifadə etməməsi isə elmi şura iclaslarının legitimliyini və ya həmin şurada qəbul edilən qərarların mötəbərliyini şübhə altına almaq üçün əsas ola bilməz.

36. Həmçinin, diqqət yetirilməlidir ki, iddiaçı hələ 2018-ci ildə “Xalq Qəzeti”ndə dərc olunmuş elana əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsini yenidən tutması ilə bağlı sənədlərini təqdim edərkən və Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Elmi Şurasının 25 may 2018-ci il tarixli, 9 saylı Protokoluna əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsinə yenidən seçilərkən də onun tərəfindən ərizə verilmədiyindən namizəd kimi iclasda iştirak etməmiş, o zaman da bu halı mübahisələndirməmişdir.

37. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə “525-ci” qəzetdə dərc olunmuş elana əsasən Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrası üzrə boş elan edilmiş tam ştat professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməyə icazə verilməsini xahiş etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən məlumatlı olmuşdur.

38. Kollegiya iddiaçının eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvünün 2018ci ildə müsabiqədə iddiaçını leyhinə səs verdiyi hala, 2023-cü ildə isə Elmi Şuranın həmin 15 üzvünün artıq iddiaçının əleyhinə səs verməsinə şübhə ilə yanaşılması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, qeyd edilənlər komissiyanın iradəsindən asılı bir məsələdir və sadəcə daxili şübhə ilə komissiyanın qərarının mübahisələndirilməsi yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, əgər iddiaçının yenə də komissiyanın şəffaf keçirilməsi ilə bağlı əsaslı şübhələri mövcuddursa, bununla bağlı Azərbaycan Dillər Universitetinin rektoru tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin X20 haqqında” Əsasnamənin 8-ci bəndinə əsasən X14 qərarından universitetin rektoru və ya Azərbaycdan Respublikasının Təhsil Nazirliyinə şikayətlə müraciət edə bilərdi.

39. Yuxarıda qeyd olunanlardan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin əsaslı sayılmaması iddiaçının “Ali təhsil müəssisələrində professormüəllim və X4 X3 Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən yenidən müsabiqədən keçərək həmin vəzifəyə (bir ildən çox olmamaq şərtilə) qəbul olunması ilə bağlı müraciət etmək hüququnu istisna etmir və nə cavabdeh, nə də digər bir orqan tərəfindən məhdudlaşdırılmamışdır.

40. Kollegiya həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.

41. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3891/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar