Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1883/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə daxil olmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5293/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə daxil olmasına qadağa qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 5293/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə daxil olmasına qadağa qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-5293/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5293/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, şikayətin geri qaytarılması qərara alınmışdır (Sədrlik edən: Ceyhun Tağıyev). İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5293/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayət ərizəsi rus dilində tərtib edildiyindən və Azərbaycan dilinə tərcümə olunmadığından şikayətin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən əsasla qəbul etdiyi qərardad Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 11.2-ci maddəsinə görə, işdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. Qyed edilən maddənin mətnindən görünür ki, hazırki iş üzrə İddiaçı rus dilində şikayət verməsi Mülki Prosessual Məcəllənin tələblərinə zidd deyildir və həmin şikayət qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılmasına dair qərardadı ləğv edilməli və iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5293/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1883/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1883/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver