Məhkəmə qərarları › İş №2(103)-1889/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1889/2020

27.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1889/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X16 və X5 ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi-vəkil X22, İlk iddia üzrə cavabdeh X14 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair ilk iddia, Cavabdeh X2 və X11 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6368/19 saylı xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzildə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı və X11 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçul rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzili vərəsəlik qaydasında xx.xx.2009-cu il tarixli, MH № ******* seriyalı Çıxarış ilə onun mülkiyyətindədir və həmin evdə hazırda ailəsi ilə birlikdə yaşayır, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdehlə oğlu X17 arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin 2(008)-4900/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh artıq bir neçə aydır ki, mənzili özü tərk edərək valideynlərinin yanına getmişdir və onlarla yaşayır. Cavabdeh 2013-cü il tarixindən mülkiyyətində olan Bakı şəhəri, Sabunçul rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzilində pasport qeydiyyatındadır. Lakin cavabdehlə artıq ailə münasibətlərinə xitam verilmişdir və hesab edir ki, cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncan vermək səlahiyyətinə maneə yaradır. Ona görə də cavabdeh ona məxsus evdən qeydiyyatdan çıxarılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Öz növbəsində Cavabdeh İddiaçı və X11 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı evdə qeydiyyatdadır və uzun illərdir ki, orada yaşamışdır. Həmin evə mülkiyyət hüqququ mövcud olmasa da, istifadə və sahiblik hüququ mövcuddur. Lakin hazırda həmin hüquqlardan da məhrum edilmişdir. Cavabdeh X24 ilə aralarında olan Sabunçu rayon Məhkəməsində xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur. Cavabdeh bugünə qədər uşaqların saxlanılmasana görə aliment ödəmir.Belə ki, o, cavabdeh X24 ilə xx.xx.2008-cu il tarixdən rəsmi olaraq ailə həyatı qurmuş, cavabdehdən iki övladı var. Onlar həmin uşaqları böyüdüb başa çatdırmış və üç nəfərdən ibarət tərkibdə mübahisəli evdə yaşamışlar. Buna baxmayaraq son vaxtlarda cavabdehlər Baba- zadə X18, X12 ona qaşı münasibəti tamamilə dəyişmişdir. Ona mənəvi əzablar verməyə, təhqiramiz hərəkətlər etməyə başlamışlar. Dəfələrlə cavabdeh X7 övladlarının ona qarşı etdikləri hərəkətlərdən çəkindirməyi xahiş etmişdir. Cavabdehlər təkrarən ona qarşı haqsız hərəkətlər etdiklərinə görə buna tab gətirməyib qəflətən səhhəti pisləşmişdir. Cavabdehlər onu incidərək əziyyət verirdilər. Onu evə buraxmadıqlarına görə məcburən atası evinə gəlməli olmuşdur. Dəfələrlə yaşadığı ünvana qayıtmış, amma cavabdehlər evi bağlayarq onu və iki azyaşlı övladlarını evə buraxmamışlar, cavabdehlər həmin vaxtdan onunla maraqlanmamışlar. Hazırda o, atası ilə birlikdə yaşayır. Cavabdehlər onu öz evinə buraxmırlar, cavabdehlərlə yaşamaq mümkün deyildir. Digər tərəfdən onu da qeyd etdi ki, cavabdehlər ona qarşı qeyri-qanuni hərəkətlərinə son qoymurlar. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən tətbiq edilməli olan qanun norrmaları tətbiq edilməmiş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, ilk iddia üzrə cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş qarşılıqlı iddia üzrə cavabdeh X17 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən ilk iddia üzrə cavabdehin nümayəndəsi-vəkili, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən ilk iddia üzrə iddiaçının nümayəndəsi-vəkili dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən xx.xx.2009-cu il tarixli, seriya MH № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh və qeyriləri xx xxxxxx 2010-cu il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4900/2019 saylı, xx xxxxxx 2019- cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X17 arasında Bakı şəhər Yasamal rayonu Qeydiyyat şöbəsində xx.xx.2008-ci ildə bağlanmış və 579 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2012-ci il təvəllüdlü X20 boşanmadan sonra anası Cavabdeh yanında qalması, X6 xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil 4 yaşayış otağından, mətbəxdən, sanitar qovşağından ibarətdir. Həmin yaşayış mənzilinin sol tərəfində yerləşən 2 otaqda Cavabdeh məxsus əmlaklar (mebel dəstləri və digər əmlaklar) mövcuddur. Həmin otaqlar daha öncəsindən Cavabdeh istifadəsində olmuşdur. Bundan əlavə həmin yaşayış mənzilinin digər 2 otağında isə X4 və onun digər oğlu və ailəsinın əmlakı yerləşməklə onların istifadəsindədir. İlk iddia üzrə iddiaçının səlahiyətli nümayəndəsi tərəfindən kollegiyanın iclasında təqdim etdiyi vəsiyyətnamənin və qeydiyyat vəsiqəsinin surətlərindən müəyyən edildi ki, iddia predmeti olan Bakı şəhəri, Sabunçul rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzili vərəsəlik qaydasında xx.xx.2009-cu il tarixli, MH № ******* seriyalı Çıxarış ilə ilk iddia üzrə İddiaçı mülkiyyətindədir və həmin evdə hazırda ailəsi ilə birlikdə yaşayır. İlk iddia üzrə Cavabdeh onun keçmiş gəlinidir, 2013-cü il tarixdən həmin mənzildə qeydiyyatdadır. Cavabdeh ilə X17 arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4900/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan Cavabdeh azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzildən köçüb getmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzil 4 yaşayış otağından, mətbəxdən, sanitar qovşağından ibarətdir. Həmin yaşayış mənzilinin sol tərəfində yerləşən 2 otaqda Cavabdeh məxsus əmlaklar (mebel dəstləri və digər əmlaklar) mövcuddur. Həmin otaqlar daha öncəsindən Cavabdeh istifadəsində olmuşdur. Bundan əlavə həmin yaşayış mənzilinin digər 2 otağında isə X4 və onun digər oğlu və ailəsinın əmlakı yerləşməklə onların istifadəsindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin evdə yaşamadığından, qarşılıqlı iddia üzrə cavabdehlərlə birgə təsərrüfat aparmadığından, mübahisə predmeti olan mənzildə formal olaraq, qeydiyyatda olduğundan və qarşılıqlı iddia üzrə cavabdehlərin ailə üzvləri olmadığından qarşılıqlı iddia tələbi əsaslı ola bilməz. Digər tərəfdən Cavabdeh həmin mənzildə qeydiyyatda qalması ilk iddia üzrə İddiaçı mənzil üzərindəki hüquqlarını pozur və onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzildə istifadə hüququnun olmamasını müəyyən etməklə məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, mənzilə dair münasibətlər 2008-ci il tarixində yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş) müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ..Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Belə olan halda qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsində yerləşən 1 saylı mənzilin hazırki mülkiyyətçisi İddiaçı ailə üzvü olmadığından, onun mənzilə köçürülməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı və X11 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilən prosessual hüquq normalarnın tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün hüquqi əsaslar olmadığından, verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar