Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1889/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankına qarşı "hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3554/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Məmmədov Ələşrəf Əlsafa oğlu ilə QSC “Bank Standard” KB arasında bağlanmış 06 mart 2015-ci il tarixli 160/00/351/15 saylı ipoteka müqaviləsinə əsasən “İpoteka qoyan” Məmmədov Ələşrəf Əlsafa oğlu “Borc alan” X3 "xxxx" QSC “Bank Standard” Kommersiya Bankı qarşısında 04 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evini "xxxx"ın xeyrinə ipoteka ilə yüklü etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-758/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 14 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051,40 ABŞ dolları əsas borc, 11232,18 ABŞ dolları faiz borcu, ümumilikdə 55283,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 30 manat məhkəmə, 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada Məmmədov Ələşrəf Əlsəfa oğlu, X7 və İddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 120.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir.
3. Məmmədov Ələşrəf Əlsafa oğlu xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür.
4. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 63/20 saylı, xx.xx.2019-cı il tarixli sifariş məktubuna əsasən borclu X4 məxsus ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 16-cı mikrorayon, 141 a ünvanında yerləşən fərdi yaşayış evin satışı üzrə təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 76.500 (yetmiş altı min beş yüz) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
5. ünvan 1 ünvanda, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evi İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ilkin satış qiymətinin 25% aşağı olan qiyməti 76.500 manat qiymətlə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən əldə edilmişdir.
6. “FM Express” məktub və bağlama daşınması xidmətinin qəbzlərinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Məmmədov Ələşrəf Əlsəfa oğlu və X1 hərracın vaxtı və yeri barədə bildirişlər göndərilmişdir və həmin bildirişlər xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Məmmədova Ayşən adlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankı qarşı hərracın yekunlarının və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, həmin protokolun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbini onunla əsaslandırmışdır ki, 04 mart 2015-ci il tarixdə cavabdeh QSC “Bank Standard” KB ilə İddiaçı arasında 50.000 ABŞ dolları məbləğində kredit verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. 06 mart 2015-ci il tarixdə isə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilən ev İddiaçı atası Məmmədov Ələşrəf Əlsəfa oğlunun xüsusi mülkiyyətində olduğu üçün ipoteka müqaviləsi onunla QSC “Bank Standard” KB arasında bağlanmışdır. İddiaçı atası Məmmədov Ələşrəf Əlsəfa oğlu kreditin bir hissəsini ödədikdən sonra müəyyən səbəblərdən ödənişi davam etdirə bilməmiş və barəsində kreditin ödənilməsinə dair qətnamə verilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 14 mart 2015-ci il tarixli 160/00/351/15 saylı kredit müqaviləsi üzrə 44051,40 ABŞ dolları əsas borc, 11232,18 ABŞ dolları faiz borcu, ümumilikdə 55283,58 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, 30 manat məhkəmə, 30 manat ipatekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada Məmmədov Ələşrəf Əlsəfa oğlu, X7 və İddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında, ümumi sahəsi 191,4 kv.m-dən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 79 000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə ediləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 24 aprel 2019-cu il tarixli, 63/20 nömrəli məktubuna əsasən açıq hərracın keçirilməsinə dair sifariş edilmiş, 10 iyun 2019-cu il, 01 iyul 2019-cu il tarixlərdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evin satılmadığından "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fonduna təklif edilmiş və ev həmin qurum tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac qanunsuz keçirilmişdir. Belə ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Məmmədov Ələşrəf Əlsəfa oğlu 14 mart 2019cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən yuxarıda göstərilən icra sənədi üzrə icraat dayandırılmamış və hərrac keçirilmişdir. Halbuki, “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. Habelə, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2217/2018 saylı 12 fevral 2018-ci il tarixli qətnaməsi üzrə cavabdeh olmasına baxmayaraq, Azərbaycan Respublikası Respublika Xammal və X14 və Daşınmaz Əmlakın Satışı X17 "xxxx" MMC İddiaçı açıq hərracın keçirilməsinə dair bildiriş göndərməmişdir. X8 icra vərəqəsi üzrə borclu olmasa da, ona açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. İddiaçı vərəsəlik hüququ pozulmuş və hərrac qanunsuz keçirilmişdir. Buna görə də hərracın nəticələri ləğv edilməlidir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3554/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi ipoteka predmeti olmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Azərbaycan Xammal və X16 Mərkəzi Cavabdeh2 tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Azərbaycan Xammal və X16 Mərkəzi Cavabdeh2 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, borcluya və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka saxlayan, borclu və ipoteka qoyana bildirişlər göndərilmiş, borclu və onun ailə üzvləri hərracla bağlı kifayət qədər məlumatı olmuşlar. İddiaçı iddia ərizəsinin əsası kimi Məmmədov Ələşrəf Əlsəfa oğlunun xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində öldüyü və hərracın onun ölümündən sonra keçirildiyini əsas gətirərək, hərracın keçirilməsinin qanunsuz olduğunu iddia edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iş üzrə borclu və Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsə olmaqla, hərracın keçirilməsindən məlumatlı olmuşdur. İddiaçı hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3 və 46.1-ci maddələrinə əsasən ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququna malik idi. Lakin iddiaçı və onun ailə üzvləri hərracdan məlumatlı olduqları halda bu hüquqdan istifadə etməmiş, iddiaçı Məmmədov Ələşrəf Əlsəfa oğlunun vəfat etməsi ilə bağlı hərrac təşkilatına məlumat verilməmişlər.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərrac qanunsuz keçirilmişdir. Belə ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 141A ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Məmmədov Ələşrəf Əlsəfa oğlu 14 mart 2019-cu il tarixdə vəfat etmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən yuxarıda göstərilən icra sənədi üzrə icraat dayandırılmamış və hərrac keçirilmişdir. Halbuki, “İcra Haqqında” qanunun tələbinə görə borclu öldüyü halda, vərəsələr müəyyən edilənədək icra sənədi üzrə icraat dayandırılmalıdır. Lakin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3554/2022 saylı qətnaməsində “Məmmədov Ələşrəf Əlsəfa oğlu və X4 hərracın keçirilməsinə dair bildirişlərin göndərildiyini” qeyd edilmişdir. Fərdi evin mülkiyyətçisi vəfat etdiyinə görə həmin şəxsə bildirişin göndərilməsi və məhkəmənin bildirişin çatması kimi qəbul etməsi absurddur. Habelə, qətnamədə “iddiaçı və onun ailə üzvləri hərracdan məlumatlı olduqları halda bu hüquqdan istifadə etməmiş, Məmmədov Ələşrəf Əlsəfa oğlunun vəfat etməsi ilə bağlı hərrac təşkilatına məlumat verməmişdir”. Qeyd edir ki, İddiaçı atasının vəfat etməsi ilə bağlı Sumqayıt şəhər İcra Şöbəsinə məlumat vermişdir. Bununla yanaşı, elektron icra sistemində şəxsin vəfat etməsi ilə bağlı məlumat dərhal yerləşdirilir. Buna görə də, icra məmurunun şəxsin vəfat etməsindən məlumatsız olması mümkün deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "Bank Standard" Kommersiya Bankının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilərək iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
“İpoteka haqqında” AR Qanununun:
21. Qanunun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
22. 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
23. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
24. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
26. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
27. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“İcra Haqqında” qanunun:
28. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
29. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
30. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
35. Belə ki, iş materiallarından göründüyü kimi, ipoteka predmeti olmuş ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilmiş, qətnamə icra edilməsi üçün Sumqayıt şəhər İcra İdarəsinə göndərilmiş, İcra idərəsinin sifarişi əsasında Azərbaycan Xammal və X16 Mərkəzi Cavabdeh2 tərəfindən əmlakın hərrac vasitəsilə satışı təşkil edilmişdir.
36. Hərrac təşkilatçısı olan Azərbaycan Xammal və X16 Mərkəzi Cavabdeh2 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görmüş, kuryer xidməti vasitəsilə onlara keçiriləcək hərracla bağlı zəruri məlumatların əks olunduğu bildirişləri göndərmiş, həmçinin bu barədə kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir.
37. Poçt göndərişlərinə dair qəbzlərin surətindən görünür ki, hərracın keçirilməsinə dair bildirişlər ipoteka saxlayanın yaşadığı ünvanda onun ailə üzvü tərəfindən qəbul edilmişdir. Deməli, ipoteka qoyanın ailə üzvləri hərracın keçirilməsindən məlumatlı olmuşlar.
38. Belə olan halda, cavabdeh tərəfindən hərracın qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyinə dair iddia əsaslı hesab edilə bilməz.
39. İddiaçı iddia ərizəsinin əsası kimi və apellyasiya şikayətində Məmmədov Ələşrəf Əlsəfa oğlunun xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində öldüyü və hərracın onun ölümündən sonra keçirildiyini əsas gətirərək, hərracın keçirilməsinin qanunsuz olduğunu iddia edir.
40. Bununla bağlı kollegiya qeyd edir ki, “İcra Haqqında” qanunun 17.1.1-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraatın məcburi qaydada dayandırılmalı olması müəyyən edilmişdir.
41. Hazırkı işin hallarından da görünür ki, ipoteka saxlayan öldükdən sonra miras əmlak onun birinci növbəli vərəsəsi olan hazırkı iddiaçı tərəfindən qəbul edilmişdir.
42. Deməli, qanunun formal tələbinə uyğun olaraq, hərracın keçirilməsi ilə bağlı hərəkətlərin dayandırılması üçün əsas olmuşdur.
43. Bununla yanaşı qeyd edilməlidir ki, ipoteka qoyanın ölməsi ilə bağlı maraqlı şəxslər tərəfindən icra qurumuna məlumat verilməsi iş materiallarından müəyyən edilmir. Əksinə, iş materiallarından göründüyü kimi, ipoteka qoyanın ölümündən sonra ona göndərilmiş bildirişlər onunla bir ünvanda yaşayan ailə üzvləri tərəfindən qəbul edilmiş, lakin yenə də onun ölməsi ilə bağlı qəbzlərdə hər hansı qeyd aparılmamışdır.
44. Hərracın keçirilməsinə dair bildirişlərin mərhum ipoteka qoyan Məmmədov Ələşrəf Əlsəfa oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvana göndərilməsi və onun ailə üzvü tərəfindən qəbul edilməsi, habelə İddiaçı mübahisəli ünvanda yaşaması (iddia ərizəsində yaşadığı ünvan kimi ünvan 4llegiya hesab edir ki, İddiaçı iş üzrə borclunun hüquqi varisi olmaqla, elə ilk gündən hərracın keçirilməsindən məlumatlı olmuşdur.
45. Deməli, o, ipoteka predmetinin hərracda satışına (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.3 və 46.1-ci maddələrinə əsasən ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək imkanına malik olmuş, lakin bu imkandan istifadə etməmişdir.
46. Bu səbəbdən kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə riayət etməklə həyata keçirilmiş hərracın nəticələrinin formal əsaslardan çıxış etməklə mübahisələndirilməsi həmin hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsas vermir.
47. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir və bu qənaətə gəlir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
48. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3554/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.