Məhkəmə qərarları › İş №2(103)-1891/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1891/2025

15.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1891/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X12 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(011)-5781/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. Cavabdeh X1 İstismarı İdarəsinin 03 iyul 2023-cü il tarixli, 14-2-2-12/3-1K- 119/2023 nömrəli əmrinə əsasən Cavabdeh X1 İstismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsində işləyən işçi İddiaçı 20 fevral 2015-ci il tarixli, 246 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 2902 nömrəli rəyə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F07.0 diaqnozu qoyulmuş, AR NKnın 15 fevral 2003-cü il tarixli 23 saylı qərarına əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” nda təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül rejimli işlərdə işləyə bilməsi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 7740 nömrəli rəyə əsasən İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, işləməyə əks göstərişin olmadığı qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 8367 nömrəli rəyə əsasən İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, yüngül işlərdə işləməsinə əks göstərişin olmadığı qeyd edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 03 iyul 2023-cü il tarixli və 02 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı İİ dərəcəli əlilliyi olmaqla, ona mərkəzi sinir sisteminin üzvi xəstəliyinin qalıqları psixopatobənzər davranışla diaqnozu qoyulmuşdur.

6. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 07 yanvar 2008-ci il tarixdə 09 №-li əmr ilə Şamaxı rayonu Telekommunikasiya qovşağı 1 saylı TXS-nə 5-ci dərəcəli rabitə montyoru işinə qəbul edilmiş, 03 may 2010-cu il tarixdə 72 nömrəli əmr ilə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 21 iyun 2010-cu il tarixdə 950/k nömrəli əmr ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh Şamaxı X17 QK avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcı vəzifəsinə təyin edilmiş, 16 iyul 2010-cu il tarixdə 01/K nömrəli əmr ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Şamaxı X23 QDX- nə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinə və avadanlıqlarının istismarı üzrə çilingər peşəsinə keçirilmiş, 20 fevral 2015-ci il tarixdə 82/k nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) tutduğu vəzifədən azad edilmişdir. 23 fevral 2015-ci il tarixdə 246/k nömrəli əmr ilə Ağsu X18 İdarəsi Şamaxı rayonu üzrə təmir-bərpa xidmətinə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, 01 iyul 2021-ci il tarixdə SOCAR********************0081 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən (başqa işə keçirilmə ilə əlaqədar) əmək müqaviləsinə dəyişiklik edilməklə idarənin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. 03 iyul 2023-cü il tarixdə 14-2-2-12/3-1K-119/2023 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasılarını yerinə yetirə bilməməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, tutduğu peşədən azad edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(107)- 259/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavadbeh Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlərin həqiqəti əks etdirməməsi, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməli olması, iddiaçının hazırkı tələb üzrə iddia müddətini ötürməməsi, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı istinad etdiyi halın əsassız olması, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin, 79-cu maddəsinin 3-cü bəndinin tələblərini kobud şəkildə pozması, birinci instansiya məhkəməsinin iddiaçının əmək hüququnu pozmasına dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Cavabdeh isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirmələsi doğru hesab edilə bilməz.

8. Cavabdeh Ağsu Regional İstismar İdarəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli Ağsu X15 İdarəsinin Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Kürdəmir, Ucar, Göyçay rayonları üzrə) gözətçisinin peşə təlimatında əsas və vəzifə borcu və işin xüsusiyyətləri sırasında aşağıdakılar qeyd edilmişdir: 2.1. Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasının, siqnalizasiyanın, telefonun sazlığının, işıqlanmanın olmasının təmin edilməsi; 2.2. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa (sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında) özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verilməsi və polis nümayəndəsi gələnə qədər izin qorunmasının təmin edilməsi; 2.3. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərə və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi; 2.4. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işçilərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə təşkilatın ərazisinə və lazımı sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət edilməsi; 2.5. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması; 2.6. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi; 2.7. Giriş-çıxış sahəsinin lazımı sanitariya vəziyyətində saxlanılması.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi, Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin gözətçi vəzifəsinə bərpa edilməsi və 03 iyul 2023-cü il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, 03 iyul 2023-cü il tarixli, 14- 2-2-12/3-1K- 119/2023 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “c” bəndinə (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyalarını yerinə yetirə bilməmək) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışmışdır. Çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdə qeyd olunanlar isə həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X16 verdiyi 02 may 2023-cü il tarixli 2902 nömrəli Rəyə əsasən "Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısında təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməyi təsdiq olunmuşdur. Cavabdeh iddiaçının altı aydan artıq işləyə bilmədiyimi əsas göstərsə də, bu həqiqəti əks etdirmir, çünki iddiaçı hər gün işdə olmaqla əmək funksiyalarını icra etmiş və müvafiq olaraq əmək haqqını almışdır. Odur ki, əmrdə qeyd olunanların əsası yoxdur. İddiaçı hesab etmişdir ki, cavabdeh o, İİ qrup əlil olduğu üçün onu işdən çıxarmışdır. Cavabdeh iddiaçının razılığı olmadan onun əmək müqaviləsinə xitam vermişdir. İddiaçı işdən çıxarıldığı vaxtdan işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. İddiaçı cavabdehlə dəfələrlə əlaqə yaratsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, onu işə bərpa etməkdən boyun qaçırmışdır. Həmçinin iddiaçı hesab etmişdir ki, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə ona işdən çıxarıldığı günün sonrakı günündən yəni 04 iyul 2023cü il tarixdən başlayaraq, işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.

11. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 03 iyul 2023-cü il tarixdə işdən azad olunmuşdur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışda əmək qabiliyyətsiz olduğu qeyd edilmişdir, iddiaçı işlədiyi dövrdə heç bir nöqsanı olmamışdır, həmin diaqnoz 2012-ci ildə qoyulmuşdur. İddiaçı işdən azad edilməsinə dair 14-2-2-12/3-1K-119/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli əmri və özünə aid əmək kitabçasını elə həmin gün, yəni 03 iyul 2023-cü il tarixdə almışdır. 27 iyul 2023-cü il tarixdə isə Mediasiya prosesinin tətbiqi barədə Ağsu X18 İdarəsinə təklif göndərmişdir. xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı X3 prosesinin keçirilməsi üçün müraciət etmiş və xx.xx.2023-cü il tarixə təyin edilmiş Mediasiya sessiyasında ona ilkin Mediasiya Prosesinin baş tutmamasına dair arayış təqdim edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə işdən azad edilməsinə dair əmrini və əmək kitabçasını alması, həmin tarixdən sonrakı 24-cü günü mediasiyaya müraciət etdiyi və xx.xx.2023-cü il tarixdə ilkin Mediasiya Prosesinin baş tutmamasına dair arayışı əldə etməsini də nəzərə alınsa əgər, iddiaçının iddia ərizəsi artıq xx.xx.2023-cü il tarixdə aidiyyatı Məhkəməyə daxil olmalı idi. Lakin iddia ərizəsi Ağsu rayon Məhkəməsinə xx.xx.2023-cü il tarxdə daxil olaraq qeydiyyata alınmışdır. Belə olduğu halda iddiaçının iddia müddətini 4 gün ötürmüş olduğu aydın şəkildə görünür. Bundan başqa iddiaçı X4 xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “əmrin ləğvi və işə bərpa “tələbinə dair iddia ilə müraciət etmiş Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Xətai Rayon Məhkəməsinə də müraciət edərkən iddia müddətini buraxmışdır. Nəzərə alınsa ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edib Xətai Rayon Məhkəməsinin 2(011)- 4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Sonradan iddiaçı Xətai Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təkrar müraciət etmişdir. Xətai Rayon Məhkəməsinə də müraciət edərkən 6 gün iddia müddətini buraxmışdır. Yuxarıda qeyd olunanlara əsasən hazırkı iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı X2 tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(011)- 5781/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

13. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh X1 İstismar İdarəsinin rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2-2=12/3-1K119/2023 nömrəli əmri ilə eyni gün tanış olmuş, X19 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Mediasiya Prosesinin tətbiqi barədə təklif 27 iyul 2023-cü il tarixdə Cavabdeh Ağsu Regional İstismar İdarəsinə göndərilmiş, X19 1 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 23 avqust 2024-cü il tarixdə verilmişdir. İddiaçı Cavabdeh Ağsu Regional İstismar İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(016)-973/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-259/2024 saylı 12 mart 2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia tələbi həmin tələbə cavab verməli olmayan idarəyə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Cavabdeh isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirmələri doğru hesab edilə bilmədiyindən, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. İddiaçı sonradan əsl Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur və iddiaçı X19 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etmişdir, iddiaçı iddia müddətini ötürməmişdir, odur ki, iddia müddəti ötürülmədyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 20 fevral 2015-ci il tarixdə bağlanmış 246 nömrəli əmək müqaviləsi və onun əsasında verilmiş 20 fevral 2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. İddiaçı 01 iyul 2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə Cavabdeh İB Ağsu X18 İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cül dərəcəli gözətçi peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz Mərkəzi sinir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilməsi nəzərə alınaraq, Cavabdeh X1 İstismar İdarəsinin rəisinin 03 iyul 2023-cü il tarixli, 14-2- 2=12/3-1K-119/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilməklə xitam verilmiş və sonuncu işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işlədiyi müddətdə həmişə işdə olduğunu və iş vəzifələrini qüsursuz yerinə yetirdiyini inkar etməmiş, lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışda əmək qabiliyyətsiz qeyd olduğuna görə onunla əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli 8367 nömrəli rəydən görünür ki, İddiaçı üzvi emosional labil pozuntu F06.6 diaqnozu qoyulmuş, yüngül işlərdə işləməsinə əks göstərişin olmadığı qeyd edilmişdir. Göründüyü kimi İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən qanunsuz olaraq ləğv edilmişdir. Halbuki qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi müəyyən edilməli idi, başqa sözlə, cavabdehin həmin normaya istinadən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi üçün işçinin əmək qabiliyyətsizliyi ilə əlaqədar olaraq altı ay əmək müqaviləsi üzrə öz əmək funksiyalarını icra edə bilməməsi sübut olunmalı idi. Hazırkı işdə isə belə mötəbər sübutlar mövcud olmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 istismarı İdarəsinin 14-2-2-12/3-1K- 119/2023 nömrəli 03 iyul 2023-cü il tarixli əmri əğv edilməli, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 11, 46, 74, 76, 83, 292, 296-cı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 22.1, 22.2-ci, 22.3, 22.4, 22.5, 24.1, 24.2, 24.4-cü maddələrinə, “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2003-cü il tarixli Qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 4.1, 24.7-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. 23 iyul 2023cü il tarixdə 14-2-2-12/3-1K-119/2023 saylı əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi – Sosial Komissiyasının sonuncu müayinəyə dair məlumat verilməsi haqqında arayışı olmuşdur. Həmin arayışda əmək qabiliyətsizdir qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli arayışda isə təkrar olaraq isə Kənar şəxslərinin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər qeyd olunmuşdur. Lakin Xətai rayon Məhkəməsi tərəfindən qeyd olunan hallar düzgün araşdırlmamış, cavabdehin təqdim etdiyi sənədlər araşdırlmamışdır. İddiaçı barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu muayinəyə dair məlumata əsasən müddətsiz əlillik təyin olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları adlı 74-cü maddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hal kimi əmək müqaviləsinə xitam verilə bilər. Başqa sözlə, işçinin əmək qabiliyyətsizliyi və bununla əsaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi ayrıayrılıqda araşdırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi X14 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 10.1. Dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. Maddə 21.3. Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Maddə 22.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Maddə 22.4. Bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Maddə 22.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. Maddə 24.1. İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Maddə 24.2. Bu Qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir. Maddə 24.4. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Mübahisələndirilən 03 iyul 2023-cü il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin “ç” bəndi ilə əsaslandırılır. Həmin bəndin məzmunu isə aşağıdakı kimidir: “qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə”

26. Bu bəndə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün “əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilməməsi” şərti mövcud olmadlıdır. Lakin işin mübahisələndirilməyən halıdır ki, iddiaçı əmr verilən son günə kimi işdə olmaqla əmək funksiyalarını yerinə yetirmişdir. Yəni, əmrin verilməsi üçün normada nəzərdə tutulmuş dispozitiv şərt mövcud olmamışdır.

27. Əmrin verilməsi üçün əsas olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 2902 nömrəli rəyə əsasən İddiaçı üzvi şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F07.0 diaqnozu qoyulmuş, AR NK-nın 15 fevral 2003-cü il tarixli 23 saylı qərarına əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı” nda təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül rejimli işlərdə işləyə bilməsi qeyd edilmişdir. Həmin siyahıda isə iddiaçının tutduğu gözətçi vəzifəsi qeyd olunmamışdır.

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsində də qeyd olunur ki, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.

29. Göründüyü kimi mübahisələndirilən əmr həm Əmək Məcəlləsinin, həm də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla verilmişdir.

30. Hazırkı iş üzrə iddia müddəti ilə bağlı cavabdehin arqumenti onunla əsaslandırılır ki, iddiaçı X4 xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək “əmrin ləğvi və işə bərpa “tələbinə dair iddia ilə müraciət etmiş Xətai Rayon Məhkəməsinin 2(011)-4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Təkrar olaraq xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Xətai Rayon Məhkəməsinə də müraciət edərkən iddia müddətini buraxmışdır. Nəzərə alınsa ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə müraciət edib Xətai Rayon Məhkəməsinin 2(011)- 4870/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadla iddia ərizəsi iddiaçıya qayıtmışdır. Sonradan iddiaçı Xətai Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə təkrar müraciət etmişdir. Xətai Rayon Məhkəməsinə də müraciət edərkən 6 gün iddia müddətini buraxmışdır.

31. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddia müddətinin ötürülməməsi qənaətinə gəlsə də, bununla bağlı düzgün əsaslandırma aparmayaraq qeyd etmişdir ki, iddiaçı X19 1 saylı Mediasiya Təşkilatına 27 iyul 2023-cü il tarixdə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir. Lakin cavabdehin qətnamənin 30-cu bəndində qeyd olunan, yəni, hazırkı iddia ərizəsi məhkəməyə müraciət olunarkən iddia müddətin ötürülməsi barədə dəlillərinə hər hansı münasibət bildirilməmiş və bu istiqamətdə əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tələbin əsl olmayan cavabdehə qarşı irəli sürülməsi əsası ilə əvvəlki iddianın rədd olunması apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə təsdiqini tapır və hazırkı tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilərkən müddət ötürülmüşdür.

32. Qeyd olunan xüsusatlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əvvəl eyni tələblə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən iddia müddətin ötürülməsi əsası ilə rədd edilsə də, yuxarı instansiya məhkəmələri tərəfindən gəlinən mövqe ondan ibarət olmuşdur ki, tələb əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür, yəni, iddia əsassız olduğundan və ya müddətin keçməsi əsası ilə deyil, əsl olmayan tərəfə qarşı irəli sürüldüyünə görə rədd edilmişdir. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı hazırkı tələblə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərkən Mülki Məcəllənin 382-ci maddəsində qeyd olunduğu kimi onun şəxsiyyəti (səhhəti və savadsızlığı) ilə bağlı hallar, yəni, tələbin əsl olmayan cavabdehə qarşı irəli sürülməsi, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanlarının nəzərdə tutulmamaması müddətin ötürülməsi üçün üzrlü səbəb hesab olunmalıdır. Həmçinin, qeyd edilməlidir ki, əmrin Cavabdeh İB tərəfindən deyil, Ağsu X15 İdarəsinin möhürü ilə təsdiq edilməsi, həmin idarənin rəisi tərəfindən imzalanması da iddiaçını həmin idarəyə qarşı iddia irəli sürməsini şərtləndirmişdir.

33. İddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən müddətlərin ötürülməsi barədə arqumentlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi ilə 12 iyun 2024-cü il tarixdə müraciət olunarkən kassasiya instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilməmiş və buna görə işin icraatı dayandırılmış, 16 iyul 2024-cü il tarixdə yekun məhkəmə aktı çıxarılmış və bundan sonra 27 avqust 2024-cü il tarixdə iş üzrə icraat təzələnmişdir. Yəni, iddiaçı əvvəlki qətnamədən kassasiya şikayəti verdiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə yuxarıda göstərilən tarixdə müraciət etmişdir. Buna görə də cavabdehin qeyd olunan əsasları iddia müddətinin buraxılması qənaətinə gəlməyə əsas vermir və məhkəmə kollegiyası iddia müddətinin üzrlü səbəbdən ötürülməsi qənaətinə gəlir.

34. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunmaqla qətnamənin ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia müzakirə olunan qaydada təmin edilməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(011)- 5781/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(011)- 5781/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh X1 İstismarı İdarəsinin 14-2-2-12/3- 1K-119/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli əmri ləğv edilsin, İddiaçı Cavabdeh X1 istismarı İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətində İV dərəcəli gözətçi vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar