Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1895/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(001)- 7996/2021 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli qərardaddan iş üzrə Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin naturada bölünməsi, payların ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun onunla cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi qəbul etdiyi 10.11.2021-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə tikinti-texniki və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin etmiş və ekspertiza rəyləri alınanadək iş üzrə icraatı dayandırmışdır. Cavabdeh həmin qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən şikayət verərək, qərardadı həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hissədə qərardad əsassızdır. Belə ki, mülki işin icraatının başlanmasına əsas olmuş iddia ərizəsi əsassızdır, lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmişdir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 30.12.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə iş üzrə ekspertizanı təyin etmiş Rayon Məhkəməsi qanunla ona verilmiş “iş üzrə icraatın dayandırılması” səlahiyyətdən istifadə etmişdir ki, qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Qərardaddan verilmiş şikayətin dəlilləri ilə bağlı isə Məhkəmə bildirir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsaslı deyil, həmin dəlillər işə mahiyyəti üzrə baxılan zaman birinci instansiya və ya apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alaraq dəyəndirilə bilər. Odur ki yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 noyabr 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1895/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1895/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver