Məhkəmə qərarları › İş №2(103)-1901/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1901/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1901/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X3 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(005)- 324/2021 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, X8 və X19 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X12, X5, Bakı şəhəri 50 nömrəli notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin, əvəzsiz istifadə müqaviləsinin və çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, həmin daşınmaz əmlakların satılması ilə bağlı Bakı şəhəri 50 nömrəli notariat ofisində tərtib edilmiş alqı-satqı müqavilələri: İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh4 arasında bağlanmış reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh5 arasında bağlanmış reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş 09 fevral 2018-ci il tarixli ******* nömrəli, 12 fevral 2018-ci il tarixli ******* nömrəli, 29 yanvar 2020-ci il tarixli 574652 nömrəli, 27 dekabr 2019-cu il tarixli 574651 nömrəli və 30 yanvar 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, həmin daşınmaz əmlakların şirkətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus yaşayış və qeyriyaşayış sahələrinin aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq hazırda istintaq aparılır. Cinayət işinə görə Cavabdeh1, arvadı Cavabdeh2, onları təmsil edən qohumları Cavabdeh3 2011 -2012-ci illərdə onun rəhbəri olduğu "xxxx" MMC-yə müraciət edib bildirmişlər ki, onların Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi ev 12, korpus 7, mənzil 7 və 8 saylı evlərdə guya dəyəri 2.290.000 manat olan 320 kvadrat metr yaşayış, 330 kvadrat metr sahədən ibarət isə qeyri-yaşayış sahələri vardır. Həmin vaxtı qeyd edilən şəxslər bilirdilər ki, həmin ünvanları söküntüyə düşür və buna görə də həmin kvadrat sahədə yaşayış və qeyri yaşayış sahələrinin əvəzində onlara Atlant inşaat MMC-nin Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsində inşa etdiyi binalardan əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahəsi vermələrini istəyiblər. İddiaçı da onların verdiyi məlumatlara inanmış, yəni onların söküntüyə düşən yaşayış və qeyri-yaşayış sahələrinin həqqiqətən də onların dediyi qədər, yəni 650 kvadrat metr sahədən ibarət olduğuna inanmışlar, ona görə də həmin sahənin müqabilində əvəzləşdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşmışlar və müvafiq müqavilələrə əsasən "xxxx" MMC-yə məxsus daşınmaz əmlaklar Cavabdeh1 və yaxınlarına satılması notarial qaydada rəsmiləşdirilmişdir. Həmçinin Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə yerləşən 80 kvadrat metr sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı 3 yanvar 2018-ci il tarixdə müqavilə də bağlanmışdır. Həmin daşınmaz əmlaklarla bağlı alqı- satqı müqaviləsi tərtib edilsə də lakin həmin daşınmaz əmlakların satılmasına görə Cavabdeh1 və yaxınları tərəfindən şirkətə pul vəsaiti ödənilməmişdir. Sonradan Cavabdeh1 və yaxınlarının ünvan 1 ünvanında cəmi 130 kvadrat metr sahəsi olan iki ədəd 7 və 8 saylı mənzillərinin olduğunu bilmişlər və başa duşmüşlər ki, aldadılmışlar. Həmin faktla bağlı müraciətləri əsasında 03 sentyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası CMin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. İlk iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən 10.11.2020-ci il tarixdə ilk iddia üzrə iddiaçının iddia ərizəsinə və qarşılıqlı iddia tələblərinə mülahizələr verərək göstərmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 26.12.2019-cu il tarixli AN0822236 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı ünvan 2 ünvanında yerləşən 143,2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini 1/2 payla Cavabdeh1 və Cavabdeh2 satmağı, alıcılar isə bunun müqabilində 172.000 manat pul ödəməyi öhdələrinə götürmüşlər; "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 26.12.2019-cu il tarixli AN0822235 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı ünvan 3 ünvanında yerləşən 193,2 kvm sahəsi olan qeyri-yaşayış sahəsini 1/2 payla Cavabdeh1 və Cavabdeh2 satmağı, alıcılar isə bunun müqabilində 232.000 manat pul ödəməyi öhdələrinə götürmüşlər; "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 26.12.2019-cu il tarixli AN0822237 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı ünvan 3 ünvanında yerləşən 193,2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini 1/2 payla Cavabdeh1 və Cavabdeh2 satmağı, alıcılar isə bunun müqabilində 232.000 manat pul ödəməyi öhdələrinə götürmüşlər; "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 23.01.2018-ci il tarixli AN0663098 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı ünvan 3 ünvanında yerləşən 14206,8 kv.m sahəsi olan çox mərtəbəli yaşayış binasının sağ tərəfində olan 5 mərtəbənin 2-ci mərtəbəsində yerləşən 190,0 kvm sahəsi olan 80 saylı qeyriyaşayış sahəsini 1/2 payla Cavabdeh1 və Cavabdeh2 satmağı, alıcılar isə bunun müqabilində 285.000 manat puİ ödəməyi öhdələrinə götürmüşlər; “Atlant İnşaat'’ MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 23.01.2018-ci il tarixli AN0663099 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı ünvan 2 ünvanında yerləşən 14206,8 kv.m sahəsi olan çox mərtəbəli yaşayış binasının sağ tərəfində olan 5 mərtəbənin 2-ci mərtəbəsində yerləşən 190,59 kv.m sahəsi olan 79 saylı qeyri-yaşayış sahəsini 1/2 payla Cavabdeh1 və Cavabdeh2 satmağı, alıcılar isə bunun müqabilində 285.000 manat pul ödəməyi öhdələrinə götürmüşlər; “Atlant İnşaat“' MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 23.01.2018-ci il tarixli 3M-46 nömrəli əvəzsiz istifadə müqaviləsinə görə Bakı şəhəri, Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə yerləşən 4/6 saylı 14 mərtəbəli binanın 79 saylı qeyri-yaşayış sahəsi altında 80 kv.m qaraj tərəflərin əvəzsiz istifadəsinə verilmişdir; "xxxx" MMC ilə Cavabdeh5 arasında bağlanmış 13.11.2019- cu il tarixli AN-0808614 nömrəli alqı-satqı müqaviləsi əsasında satıcı ünvan 4 ünvanında yerləşən 85 kv.m olan 3 otaqlı mənzili satmağı, alıcı isə 42.500 (qırx iki min beş yüz) manat ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış 13.11.2019-cu il tarixli AN-0808615 nömrəli alqı-satqı müqaviləsi əsasında satıcı ünvan 4 ünvanında yerləşən 151.5 kv.m olan 5 otaqlı mənzili satmağı, alıcı isə 76.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, iddia tələbləri məhz bu müqavilələrin ləğv edilməsi və daşınmaz əmlakların şirkətə qaytarılmasına dairdir. İddia ərizəsinin ilkin variantında əvəzləşdirmə barədə müddəalar hazırki müqavilələrin ləğv edilməsinə mane deyildir. İlkin iddia üzrə cavabdehlər «özləri də müqavilələr bağlanarkən hər hansı məbləğdə pul ödənilməsini istisna edirlər, yəni pul ödəmədiklərini etiraf edirlər. Bu vəziyyəti əvəzləşdirmə ilə əlaqələndirsələr də bu hal alqı-satqı müqaviləsinin mahiyyətini və doğurduğu hüquqi nəticələri ləğv etmir. Mülki iş üzrə cavabdehlərin təqdim etdiyi etiraz və mülahizələrdə, eləcə də qarşılıqlı iddia ərizələrində ziddiyyətli məqamlar təsdiq edir ki, Cavabdeh5 və Cavabdeh4 da vicdanlı alıcılar sayıla bilməzlər. Çünki onların vicdanlı alıcı olması üçün əsaslar yoxdur. Mənzillərin Cavabdeh5 və Cavabdeh4 tərəfindən alınması üçün ödənilməli olan pul məbləğlərində fərqlər bir daha onların vicdanlı alıcı olmamasını göstərir. Belə ki, Cavabdeh5 etiraz və mülahizəsində bildirir ki, müqavilədə qiymət 42.500 manat göstərilsə də, faktiki olaraq 125.000 ABŞ dolları ödəmişdir, digər cavabdehlər Cavabdeh1 və ailəsi isə bildirir ki, guya həmin evi Cavabdeh5 115.000 manata satıblar. Bundan başqa Cavabdeh4 etiraz və mülahizəsində bildirir ki, evi almaq üçün müqavilədə 76.000 manat göstərilsə də 145.000 ABŞ dolları ödəmişdir, digər cavabdehlər Cavabdeh1 və ailəsi isə qarşılıqlı iddia ərizələrində bildirirlər ki, evi Cavabdeh4 100.000 manata satıblar. Göründüyü kimi rəqəmlər belə "xxxx" MMC-nin iddiasının əsaslı olduğunu, bütün müqavilələrinin ləğv edilməli olduğunu göstərir. Verilmiş qarşılıqlı iddialarının nəticə hissəsində alğı-satqı müqavilələrinin ləğv edilməsinin tələb edilməsi dolayısıyla hazırkı iddialarının əsaslı olmasını və iddianın etirafı kimi qiymətləndirilir. Qarşılıqlı iddianın nəticə hissəsində dəymiş ziyanın ödənilməsi tələbi ilkin iddiaçı Atlan İnşaat MMC-yə qarşı irəli sürülə bilməz. Çünki qarşılıqlı iddiada qeyd edilən dağıntı, söküntü kimi hərəkətlər Allan İnşaat MMC tərəfindən həyata keçirilməsini təsdiq edən heç bir sübut yoxdur və ola da bilməz, çünki Atlan İnşaat belə hərəkətlərə yol verməmişdir. Konkret olaraq iddia tələbi alıcılar (ilkin iddia üzrə cavabdehlər) tərəfindən satıcıya (Atlan İnşaat MMC-yə) hər hansı pul vəsaitlərinin ödənilməməsi səbəbindən ləğv edilməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, yəni mülkiyyətin Atlant İnşaat MMC-yə geri qaytarılmasıdır. Odur ki, ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X8 cavabdeh "xxxx" Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X4 xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər, 30.000 (otuz min) manat məbləğində yaxşılaşdırma xərcləri və 579.000 (beş yüz yetmiş doqquz min) manat məbləğində mənzilin qiyməti olmaqla, cəmi 709.000 (yedi yüz doqquz min) manat məbləğində pul vəsaitinin və X9 xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər, 15.000 (on beş min) manat məbləğində yaxşılaşdırma xərcləri və 429.000 (dörd yüz iyirmi doqquz min) manat məbləğində mənzilin qiyməti olmaqla, cəmi 544.000 (beş yüz qırx dörd min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X8 iddianı onunla əsaslandırmışlar ki, İddiaçı “Atlant-İnşaat" MMC tərəfindən geri tələb edilən və onun şikayəti əsasında, onların azyaşlı uşaqları ilə birlikdə çıxarıldığı, dağıdılan daşınmaz əmlaklardan: ünvan 5 ünvanında yerləşən mənzil Cavabdeh1 və Cavabdeh2 tərəfindən X5, Bakı şəhəri, M. Nağıyev kiiçəsi, 4/6, mənzil-78 ünvanında yerləşən mənzil Cavabdeh1 və Cavabdeh2 tərəfindən X12 bağışlanmış, bu barədə qanuni müqavilələr bağlanmış və iddiaçıların həmin daşınmaz əmlaklar üzərindəki mülkiyyət hüquqları qanunda nəzərdə tutulan qaydada qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" MMC özünün qanunsuz və əsassız şikayətləri, hərəkətləri ilə onlara xüsusilə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Onlar bütövlükdə qarşılıqlı iddiaya qoşulur, onu müdafiə edir və əlavə olaraq, onlara və azyaşlı uşaqlarına vurduğu mənəvi ziyanın qarşılığında hər birinə ayrı-ayrılıqda 100 000 (yüz min) manat ödənilməsini tələb edirlər. X4 qanunsuz və əsassız olaraq dağıdılan və məhrum edilidyi mənzilinin bazar qiyməti 579.000 (beş yüz yetmiş doqquz min)-193 kv.m. x 3000 manat= 579 000- manatdır. X9 qanunsuz və əsassız olaraq dağıdılan və məhrum edildiyi mənzilinin bazar qiyməti 429 000 (dörd yüz iyirmi doqquz min) -143 kv.m. x 3000 manat=429 000- manatdır. X4 ünvan 5 saylı mənzildə etdiyi yaxşılaşmaların dəyəri 30.000 (otuz min) manatdır. X9 Bakı şəhəri, M. Nağıyev küçəsi, 4/6, mənzil-78 saylı mənzildə etdiyi yaxşılaşmaların dəyəri 15 min manatdır. Əlavə olaraq, evlərinin dağıdılması və yağmalanması nəticəsində, eləcə də təcili köçmə nəticəsində X9 və X2 şəxsi ev əşyaları məhv edilmiş, mənzilə öz hesablarına etdiyi yaxşılaşmalar (eyvanların üstünün dəmirplastik materiallarla örtülməsi, evin daxilində arakəsmələrin tikilməsi, yeni qapıların qoyulması, pəncərələrin yenilənməsi, uşaq otaqlarının yenidən qurulması və dam örtüyünün təmiri və s.) dağıdılmış və ya onlardan məhrum olmuşdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçı "xxxx" Şirkətlər Qrupuna və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019- cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş 09 fevral 2018-ci il tarixli ******* nömrəli, 12 fevral 2018-ci il tarixli ******* nömrəli, 29 yanvar 2020-ci il tarixli 574652 nömrəli, 27 dekabr 2019-cu il tarixli 574651 nömrəli və 30 yanvar 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, cavabdehin (ilkin iddia üzrə iddiaçı) iddiasındakı, “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbinin, 05 sentyabr 2020-ci il tarixdə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) həmin daşınmaz əmlaklardan çıxarılmalarını nəzərə alaraq, rədd edilməsi (çünki o əmlaklar artıq iddiaçıların sahibliyində deyil), cavabdeh İddiaçındən və “Gilan Holding” Şirkətlər Qrupundan 2.935.897 (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları və 630.000 (altı yüz otuz min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 xeyrinə ödənilməsi, cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin 10.11-ci bəndində göstərilən məbləğin iddiaçı şəxslərə tam ödənilənədək icarə haqqı olaraq iddiaçılardan Cavabdeh3 xeyrinə 850 (səkkiz yüz əlli) manat və X9 xeyrinə hər ay 750 (yedi yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlər tərəfindən bu qarşılıqlı iddia ərizəsinin 10.11-ci bəndində bəndində göstərilən məbləğin iddiaçıların xeyrinə tam ödənilənədək, əldən çıxmış fayda kimi Cavabdeh2 bərabər paylarda olmaqla hər ay 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlərdən (qarşılıqlı iddia tələbi üzrə iddiaçılardan) Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 (beş yüz on) manat), dövlət rüsumu 30 (otuz) manat və bundan sonra da çəkiləcək xərclər) cavabdehdən (ilkin iddia tələbi üzrə iddiaçıdan) tutularaq iddiaçı şəxslərə (ilkin iddia tələbi üzrə cavabdehlərə) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı iddianı onunla əsaslandırmışlar ki, hansısa orqanda, hansısa “cinayət işinin qaldırılmasının müqavilənin ləğv edilməsi üçün əsas olması” barədə Azərbaycan Respublikasının mülki qanunvericiliyində heç bir norma nəzərdə tutulmayıb. Cinayət işinin qaldırılması hələ o cinayətin həqiqətən də baş verdiyini sübut etmir və “cinayət işinin qaldırlması haqqında qərar” qəbul edilməsi öz- özlüyündə heç bir mülki-hüquqi nəticələr doğurmur və Azərbaycan Respublikasının mülki və ya cinayət qanunvericiliyində, belə bir qərara əsaslanaraq hansısa mülki müqavilənin ləğvini tələb etməyin mümkünlüyü barədə hüquqi norma nəzərdə tutulmayıb. Cavabdehə lazım gəlir ki, o ya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183-cü maddəsinə uygun olaraq, həmin iddiasını cinayət mühakimə icraatı zamanı həmin maddədə nəzərdə tutulan qaydada versin, ya da həmin cinayət işi üzrə gələcəkdə çıxarılacaq məhkəmə qərarı qüvvəyə mindikdən sonra, ümumi əsaslarla mülki icraat qaydasında məhkəmədə iddia qaldırsın. İddiaçının “Cinayət işinə görə” sözləri ilə başlayan ikinci arqumenti, əvvəla, Azərbaycan dilində başadüşülən deyil, bununla iddiaçının nə demək istədiyi anlaşılmır, ikincisi isə, ilkin iddiada göstərildiyi kimi, “Cavabdeh1, arvadı Cavabdeh2, onları təmsil edən qohumları Cavabdeh3” heç vaxt cavabdehə (ilkin iddia üzrə iddiaçıya) belə bir müraciət etməmişlər və onların buna heç ehtiyacları da olmamışdır. Tam əksinə, 2011-ci ilin soyuq qış aylarında məhz cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı MMC-nin nümayəndələri iddiaçılardan (ilkin iddia üzrə cavabdehlərdən) və həmin ünvanda yaşayan onlarla başqa ailələrdən yaşadıqları mənzilləri boşaltmalarını tələb etmiş və boşaldılacaq mənzillərin yerində yeni çoxmənzilli hündür mərtəbəli binanın tikiləcəyini bildirmişlər. Bu işdə onlara Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavini yardım etmiş, sakinlərin hamısı ilə eyni şərtlər və qaydalarla danışıqlar aparılmış və onlar oradan müxtəlif üsullarla köçürülmüşlər. Yəni həmin ünvandakı evlərin alqı-satqı təşəbbüsü, sakinlərin köçürülməsinin təşəbbüskarı İddiaçı MMC-nin özü olmuşdur. Köçürmə zamanı cavabdehin (ilkin idia üzrə iddiaçı) və Nərimanov rayon İH-nin nümayəndəsi sakinlərə iki variant təklif etmişlər: Müvəqqəti olaraq, yəni həmin ünvanda yeni bina tikilənədək, kirayə mənzillərdə qalmaqla tikiləcək yeni binada sökülən evlərinin ümumi sahəsindən 30 faiz artıq mənzil və qeyriyaşayış sahələri ilə təmin olunmaq. Tərəflərin qarşılıqlı razılığı ilə, daha artıq yaşayış və qeyriyasayış sahələri verməklə başqa ünvanlarda hazır və ya tikilməkdə olan yeni binalarda mənzillərlə və qeyri -yaşayış sahələri ilə təmin edilmək. Cavabdehin (ilkin iddia üzrə iddiaçının) guya ”bizim ona verdiyimiz məlumatlara inanması, yəni bizim söküntüyə düşən yaşayış və qeyri-yaşayış sahələrinin həqiqətən də bizim dediyimiz qədər, yəni 650 kvadrat metr sahədən ibarət olduğuna inanması, ona görə də onun həmin sahələrin müqabilində əvəzləsdirmə qaydasında onlara yaşayış və qeyri- yaşayış sahəsi verməyə razılaşması və müvafiq müqavilələrə əsasən, Atlant-İnşaat" MMC-yə məxsus daşınmaz əmlakları Cavabdeh1 və yaxınlarına satması“ barədə gətirdiyi arqument tam əsasızdır. Çünki, köçürmə həyata keçirilən ünvanda bütün ölçmə- hesablama işlərini cavabdeh (ilkin iddia üzrə iddiaçı) özü, öz nümayəndələrinin vasitəsi ilə və Nərimanov Rayon İHnin, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi şəxslərinin nəzarəti altında aparmışdır. Sökülülən evlər və qeyri-yaşayış sahələri video və foto görüntülərə alınmş, ölçmə-hesablamaların nəticələri iddiaçının özünün şəxsən imzaladığı rəsmi müqavilələrdə əks etdirilmişdir. Bakı şəhəri Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 1927-ci məhəllədə yerləşən 80 kvadrat metr sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı 3 yanvar 2018-ci il tarixdə müqavilənin bağlanması" onunla bağlı olmuşdur ki, Cavabdeh1 və iddiaçılardan (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 köçürüldükləri ünvanda qaraj, maşın dayanacağı kimi istifadə etdikləri 6-7 maşınlıq faktiki sahələri var idi və haqqında söhbət gedən qaraj da qarşılıqlı razılıq əsasında bağlanan 25 yanvar 2012-ci il tarixli müqaviləyə uyğun olaraq, onların əvəzsiz və müddətsiz istifadəsinə verilməli idi. Cavabdehin (ilkin iddia üzrə iddiaçı) “həmin daşınmaz əmlaklarla bağlı alqısatqı müqaviləsi tərtib edilsə də, lakin həmin daşınmaz əmlakların satılmasına görə Cavabdeh1 və yaxınları tərəfindən şirkətimizə pul vəsaiti ödənilməmişdir" arqumenti isə. sadəcə, gülüş doğurur. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) özü ilkin iddianın yuxarıdan 3-cü cümləsində yazır: “Həmin vaxtı qeyd edilən şəxslər bildirdilər ki, həmin ünvanları söküntüyə düşür və buna görə də həmin kvadrat sahədə yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində onlara İddiaçı MMC-nin Bakı şəhəri, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalardan əvəzləsdirmə qaydasında yasayış və qeyri-yaşayış sahəsi verməyimizi istədilər. Onlar da onların verdikləri məlumatlara inanmış, yəni onların söküntüyə düşən yaşayış və qeyri-yaşayış sahələrinin həqiqətən də onların dediyi qədər, yəni 650 kvadrat metr sahədən ibarət olduğuna inandıq, ona görə də biz həmin sahələrin müqabilində əvəzləsdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşdıq”. Göründüyü kimi, cavabdeh (ilkin idcia üzrə iddiaçı)İddiaçı MMC-nin Bakı şəhəri, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalardan Cavabdeh1 və Cavabdeh2 verilən mənzillər və qeyriyaşayış sahələri onlara “alqı- satqı” yolu ilə yox, əvəzləşdirmə qaydasında verilib. Belə olan halda, hansı pul vəsaitinin ödənilməsindən söhbət gedə bilər? Belə çıxır ki, Cavabdeh1 və Cavabdeh2 həm, cavabdehin (ilkin iddia üzrə iddiaçı) özü tərəfindən 2 290 000 manat (o vaxtkı məzənnəyə uğun olaraq 2.935.897 ABŞ dolları) qiymətləndirilən yaşayış və qeyri-yaşayış sahələrini cavabdehə (ilkin iddia üzrə iddiaçı)pulsuz, əvəzsiz verməli, həm də yeni mənzillərə və qeyri-yaşayış sahələrinə, qaraja görə əlavə pul vəsaitimi ödəməli idilər? Belə bir öhdəliyin nəzərdə tutulduğu hansısa müqavilə varmı? Təbii ki, yoxdur və ola da bilməz. Cavabdehin (ilkin iddia üzrə iddiaçı) “sonradan Cavabdeh1 və yaxınlarının ünvan 1 ünvanında cəmi 130 kvadrat metr sahəsi olan iki ədəd 7 və 8 saylı mənzillərinin olduğunu bildik və başa düşdük ki, aldadılmışıq" arqumenti də əsaslandırılmayıb. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) “Cavabdeh1 və yaxınlarının ünvan 1 ünvanında cəmi 130 kvadrat metr sahəsi olan iki ədəd 7 və 8 saylı mənzillərinin olduğunu " hardan və necə bilib? Bu barədə ilkin iddia ərizəsində heç nə yazılmayıb və hansısa sübut təqdim edilməyib. Nəhayət, cavabdeh (ilkin iddia üzrə iddiaçı) cinayət işi qaldırılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edibsə və ilkin iddia ərizəsində göstərilən kimi, 03 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılıbsa, indiki iddianı hansı qanuni əsaslarla qaldırıb? Cavabdeh1, İddiaçılardan (ilkin iddia üzrə cavabdehlərdən) Cavabdeh2 və Cavabdeh3 cavabdehdən (ilkin iddia üzrə iddiaçıdan) ünvan 7 ünvanında yerləşən, cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən söküldüyü anda, 320 kv/m-i yaşayış sahəsi olmaqla, ümumi sahəsi 650 kv/m olan yaşayış və qeyri- yaşayış sahələrinin naturada bərpasını və ya bu mümkün olmayacağı təqdirdə (çünki cavabdeh artıq həmin ünvanda iddiaçılara məxsus mülkləri sökərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikib), tərəflər arasında imzalanmış 25 yanvar 2012-ci il tarixli “Mənzil alqı-satqısına və zaminliyə dair” 17/112 saylı Müqavilənin 2.2.1 -ci bəndində göstərilən məbləği -2 290 000 manatın müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun, yəni 2 290 000:0,78= 2 935 897 ABŞ dollarının onlara ödənilməsini tələb edirlər. Cavabdeh1 və İddiaçılardan (ilkin iddia üzrə cavabdehlərdən) Cavabdeh2 cavabdehin (ilkin iddia üzrə iddiaçının) əvəzləmə yolu ilə onlara verdikləri ünvan 8 ünvanında yerləşən obyektləri (birinci və ikinci mərtəbələri), aylıq icarə haqqı 1000 manat (son ay 1500 manata qaldırılacağı ilə bağlı razılaşılmışdı) olmaqla, icarəyə vermişdilər və bu da onların ailə büdcəsi üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) öz ilkin iddiasında göstərdiyi kimi, onun müraciəti əsasında 03 sentyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Azərbaycan Respublikası CM-nin 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış, bunun da nəticəsində 5 sentyabr 2020-ci ildə Cavabdeh1 və Cavabdeh2, eləcə də digər iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) yaşadıqları mənzillərdən, heç bir qanuni əsaslar və məhkəmə qərarı olmadan zorla, polis gücü ilə çıxarılmışlar və obyektlər dağıdılaraq istifadəyə yararsız hala salınmışdır. Ona görə də, cavabdeh (ilkin iddia üzrə iddiaçı) yuxarıdakı 1-ci bənddə göstərilən tələbi icra edənədək, əldən çıxmış fayda kimi, Cavabdeh2 ayda 1500 manat ödəməlidir. İddiaçılar (ilkin iddia üzrə cavabdehlər) X15 və Cavabdeh3 və digərləri qanuni əsaslarla onlara məxsus olan yaşayış və qeyri-yaşayış sahələrindən 5 sentyabr 2020-ci ildə zorla çıxarıldıqlarına görə, yaşamaq üçün icarə mənzillər tutmağa məcbur olmuşlar. Bu məqsədlə də, aylıq icarə haqqı biri 850 manat (İ.O.Haqverdiyev), digəri 750 manat (G.Cavabdeh1) olmaqla iki mənzil kirayəyə götürülmüşdür. Bu da onlara vurulmuş əlavə ziyandır və cavabdeh(ilkin iddia üzrə iddiaçı) tərəfindən, yuxarıda 1-ci bənddə göstərilən iddia tələbi icra edilənədək onlara ödənməlidir. Çıxarılma anında qanuni əsaslarla onlara məxsus olan mülklərdən zorla, çıxarıldıqları üçün iddiaçılar bir çox ev və şəxsi əşyalarını xilas edə bilməmiş və bununla da əlavə zərərə uğramışlar. Bu zərərin məbləği 30 000 (otuz min) manat dəyərləndirilir və bu məbləğ cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən, bərabər paylarla iddiaçılara (ilkin iddia üzrə cavabdehlərə) ödənməlidir. Mülklər dağıdılarkən, iddiaçılar tərəfindən sonradan onların öz hesablarına binada etdikləri yaxşılaşdırmalara: əlavə tikili və təmir işlərinə ziyan vurulmuş, qapı-pəncərələr, daxili arakəsmələr, hamam-tualet aksesuarları, şkaflar, rəflər, stol-stullar, mebellər, örtülü balkonlar vəhşicəsinə məhv edilmişdir. Bu zərər 100 000 (yüz min) manat dəyərləndirilir. Bu məbləğ cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən, bərabər paylarla iddiaçılara (ilkin iddia üzrə cavabdehlərə) ödənməlidir. Cavabdehin yalan, əsassız və böhtan xarakterli şikayəti əsasında mülklərin dağıdılması və iddiaçıların (ilkin iddia üzrə cavabdehlərini zorla yaşadıqları mənzillərdən çıxarılmaları, uşaqların psixolgiyasına, ömür boyu onları təqib edəcək sağalmaz yaralar vurulmuşdur. Bu mənəvi zərər iddiaçılar tərəfindən 500 000 (bes yüz min) manat məbləğində dəyərləndirilir və bu məbləğ cavabdeh(ilkin iddia üzrə iddiaçı) tərəfindən, bərabər paylarla olmaqla, hər bir iddiaçıya(ilkin iddia üzrə cavabdehlərə) ödənməlidir. ünvan 9 ünvanında yerləşən daşınmaz əmlak, ünvan 10 reyestrlə qeydə alınmaqla, 16 noyabr 1996-cı il tarixli, 004795 saylı Müqaviləyə əsasən, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən alınmışdır, İddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnu təsdiq edən MH seriyalı 058119 saylı, 20.12.1996-cı il tarixli “Qeydiyyat Vəsiqəsi” verilmişdir. ünvan 11 ünvanında yerləşən daşınmaz əmlaklar iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 tərəfindən alınarkən, yaşayış sahəsi 69.0 kv/m olmaqla, həmin mənzillərin ümumi sahəsi, 147 kv.m olmuşdur. Bakı şəhəri, 21 saylı Notariat Kontorunda, 4-Ə-370 saylı reyestrlə qeydə alınan dekabr 2003-cü il tarixli, 215655 saylı Müqaviləyə əsasən, ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaklar X1. ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində X10 mülkiyyət hüququ ÖM seriyalı 192147 saylı, 08.06.2004 tarixli “Qeydiyyat Vəsiqəsi” ilə qeydə alınmış və orada da həmin mülkün 5(beş) otaqlı, ümumi sahəsinin isə 147.1 kv.m olması göstərilmişdir. X16 27 fevral 2004-cü il tarixli “Mülkiyyət hüququnun tanınması barədə” iddia ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov rayon Məhkəməsinin 2- 659/2004 saylı, 31 mart 2004-cü il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaklara əlavə tikilmiş tikililər üzərində mülkiyyət hüququ tanınmış və ünvan 12 ünvanında yerləşən daşınmaz əmlaklara yeni texniki pasportun və Qeydiyyat Vəsiqəsinin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır. ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaklara edilən əlavə tikililərlə birlikdə X13, mülkiyyət hüququnu təsdiq edən, MH Seriyalı, ******* saylı (Reyestr nömrəsi: **********63-05101-093002, qeydiyyat nömrəsi: 1********), 28.02.2007-ci il tarixli yeni “Çıxarış” verilmişdir. Həmin “ÇİXARİŞ”da ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakların 5 otaqlı, yaşayış sahəsi 147,1 kv.m olmaqla, ümumi sahəsinin 284,5 kv.m olduğu göstərilib. X10 “cavabdehin imtinasının əsassız hesab edilməsi və cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan mənzilin texniki pasportunun tərtib edilməsi, dövlət reyestrində cari dəyişikliklərin edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli, 2in(82) -1178/2011 saylı qətnaməsi ilə təmin edilmiş, qətnamənin təsviri hissəsində göstərilmişdir ki, “Bakı səhəri Nərimanaov ravon İcra Hakimiyyətinin Başçısı Həsənoğlu kiicəsi, korpus-7. 12 nömrəli evin 7-8-ci mənzilinə dair RİH-nin Mənzil Məsələləri üzrə İctimai Komissiyasının 07.06.2011-ci il tarixli aktının təsdiq edilməsi həmin mənzilin ümumi sahəsi 459 kv.m, yasayış sahəsi 175.8 kv.m, köməkçi sahəsi isə 283.2 kv.m olmaqla 6 otaqlı hesab edilməsi, vətəndaş R.Behrudinin adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılmasının AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Səhər Ərazi İdarəsinə tövsiyə olunması barədə 16.06.2011-ci il tarixli 268 nömrəli Sərəncam vermişdir.” Yuxarıda 8-ci bənddə göstərilən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2011-ci il tarixli, 2in(82) -1178/2011 saylı qətnaməsi ilə bir daha sübut edilir ki, ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakların ümumi sahəsi 2011-ci ildə 459 kv.m olub. X16 ünvan 13 ünvanında yerləşən mülklər üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək və s. hüquqları həyat keçirmək üçün, 26.02.2034-cü ilədək qüvvədə olan 26 yanvar 2009-cu il tarixli, ƏN-İ seriyalı, 105063 nömrəli Etibarnamə vermişdir. İddiaçılardan(ilkin iddia üzrə cavabdehlərdən) Cavabdeh3 həyat yoldaşı X4 adına qeydiyyatda olan, ünvan 14 ünvanında olan daşınmaz əmlakı 23 dekabr 2016-cı il tarixli AN-İ seiyalı ******* saylı “Daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən X22 adlı adama satmışdır. Məhz həmin evin alqı-satqısından əldə edilən pulun və iddiaçılardan Cavabdeh1 əlavə maddi dəstəyi hesabına ünvan 11 ünvanında, tam mübahisəsiz və faktiki olaraq Cavabdeh1 istifadəsində olan boş torpaq sahəsində Cavabdeh3 və həyat yoldaşı X8 üçün 4 otaqlı ev inşa edilmişdir. ünvan 15 ünvanında Cavabdeh1 və iddiaçılardan Cavabdeh2 məxsus, biznes baxmından işlək halda olan 4 obyekt olmuşdur: Sahəsi 120 kv. m. Olan “Gözəllik Salonu’, Sahəsi 25-30 kv.m olan “Şirniyyat sexi”, sahəsi 30 kv.m olan “Hüquq məsləhətxanası” və sahəsi 20-24 kv. m olan “İnternet Salonu”. Cavabdehlə (ilkin iddia üzrə iddiaçı) və “Gilan Holding“ Şirkətlər Qrupu ilə Cavabdeh1 və Cavabdeh2 arasında “Mənzil alqı-satqısına və Zaminliyə dair” 17/112 saylı, 25 yanvar 2012 tarixli Müqavilə bağlanmışdır. 2012-ci ilin yanvar ayında cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən, həmin ünvandakı mülklər dağıdılaraq, əvvəl kirayə mənzillərə köçürüldülər, 3-4 aydan sonra isə ünvan 16 ünvanında yeni inşa edilən, tikintisi tamamlanmamış, cavabdehlərin artıq 5 sentyabr 2020-ci ildən çıxarıldıqları qeyri-yaşayış sahələrinə köçürüldülər. ünvan 16 ünvanında yerləşən daşınmaz əmlaklar üzərində İddiaçıların (ilkin iddia üzrə cavabdehlərin) mülkiyyət hüquqları qeydə alınıb. Cavabdeh1 və Cavabdeh2: -12.02.2018-ci il tarixli, ******* nömrəli, Qeydiyyat nömrəsi ********** (1-ci mərtəbə, sahəsi 184,1 kv.m.), 09.02.2018-ci il tarixli, ******* nömrəli. Qeydiyyat nömrəsi ********** (2-ci mərtəbə, sahəsi 190,1 kv.m.), 27.12.2019- cu il tarixli. Qeydiyyat nömrəsi ********** (4-cü mərtəbə, sahəsi 193,20 kv. m.), Cavabdeh3 həyat yoldaşı X5: 30.01.2020ci il tarixli. Qeydiyyat nömrəsi ********** (3-cü mərtəbə, sahəsi,193,20 kv.m.), 16.3 X12: 29.01.2020-ci il tarixli, Qeydiyyat nömrəsi ********** (5-ci mərtəbə, sahəsi 143,20 kv.m.) “ÇİXARİŞ”lar verilib. Cavabdeh1, İddiaçılar (ilikin iddia üzrə cavbdchlər) Cavabdeh2 və cavabdeh (ilkin iddia üzrə iddiaçı) arasında bağlanmış 25 yanvar 2012-ci il tarixli “Mənzil alqı-satqısına və Zaminliyə dair' Müqavilənin 1-ci bəndinə əsasən, ünvan 16 ünvanında yerləşən yeni binanın 51, 52 və 53-cü mənzilləri də iddiaçıların istifadə»inə verilmişdi və həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən, həmin mənzillər üzərində iddiaçıların mülkiyyət hüququnu rəsmiləşdirmək cavabdehin öhdəliklərinə daxil idi. Lakin yenicə inşa edilmiş, ara divarları hörülməmiş, qara suvağı belə çəkilməmiş sahələrin yaşayış üçün yararlı hala salınması üçün təmir xərci kimi iddiaçılara verilmiş 300 000 (üç yüz min) manat yetmədiyi üçün, iddiaçılar 51 və 52-ci mənzilləri iddiaçılardan Cavabdeh4 (100 000 manata) və Cavabdeh5 (115 000 manata) satmağa məcbur olmuşlar. Ona görə də tərəflər arasında, 25 yanvar 2012-ci il tarixli “Mənzil alqı-satqısına və Zaminliyə dair” Müqaviləsinin tərkib hissəsi olan, 17 sentyabr 2012-ci il tarixli 1 və 2 nömrəli “ƏLAVƏ”lər imzalanmış və həmin “ƏLAVƏ”lərdə nəzərdə tutulur ki, 51 və 52 saylı mənzillər cavabdeh tərəfindən birbaşa iddiaçılardan Cavabdeh4 və Cavabdeh5, oğlunun adlarına rəsmiləşdiriləcək. ünvan 11 ünvanında söküntü işlərindən qabaq yaşayış və qeyri-yaşayış sahələrinin ölçməhesablama işləri şəxsən cavabdehin (ilkin iddia üzrə cavabdehin) özünün nümayəndələri tərəfindən və Nərimanov Rayon İcra Hakimiyyətinin Müavininin nəzarəti altında aparılmışdır. Ölçmə zamanı sahənin 459.0 kv.m.-i yuxarıda, 7-10-cu bəndlərdə qeyd edilən rəsmi sənədlərlə, qalan 241 kv.m isə faktiki vəziyyətlə, yəni hüquqmüəyyənedici sənədlər olmasa da, mübahisəz və uzun müddət iddiaçıların faktiki istifadəsində olan əlavə sahələrlə müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7 və korpus 6-da olan digər sakinlər də eyni qaydalar, eyni prinsiplər, eyni qiymətlər və eyni hesablamalar əsasında köçürülüblər.Cavabdehin (ilkin iddia üzrə iddiaçının) əsassız şikayəti əsasında iddiaçılar (ilkin iddia üzrə cavabdchlər) öz mülklərindən məhrum olmuşlar, onların mülkiyyət hüquqları pozulmuş, onlara xüsusilə külli miqdarda maddi ziyan vurulmuş və onlara mənəvi ziyan dəymişdir. İddiaçılardan (ilkin iddia üzrə cavabdeh lərdən) Cavabdeh4 və Cavabdeh5 məxsus, ünvan 8 ünvanında yerləşən binanın 51-ci və 52-ci mənzilləri: 13 noyabr 2019-cu il tarixli, (reyestr N-si 40- 1379 ), AN-0808615 nömrəli “Alqı-satqı müqaviləsi” və 13 noyabr 2019|-cu il tarixli (reyestr N-si 40-1380), A\N-0808614 nömrəli “Alqı-satqı müqaviləsi” ilə onların qanuni sahibliklərində və mülkiyyətlərindədir. Həmin alqısatqı müqavilələri bağlanarkən heç bir qanunsuzluğa yol verilməyib və həmin müqavilələrin ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Şirkətlər Qrupuna və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019- cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 təmsilçisi Cavabdeh3 arasında bağlanmış reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh4 arasında bağlanmış reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh5 arasında bağlanmış reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, İddiaçı təmsilçisi X6 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-cu il tarixli əvəzsiz istifadə müqaviləsinin, həmin müqavilələrin əsasında verilmiş 09 fevral 2018-ci il tarixli ******* nömrəli, 12 fevral 2018-ci il tarixli ******* nömrəli, 29 yanvar 2020-ci il tarixli 574652 nömrəli, 27 dekabr 2019-cu il tarixli 574651 nömrəli və 30 yanvar 2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, cavabdehin (ilkin iddia üzrə iddiaçı) iddiasındakı, “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbinin, 05 sentyabr 2020-ci il tarixdə cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) həmin daşınmaz əmlaklardan çıxarılmalarını nəzərə alaraq, rədd edilməsi (çünki o əmlaklar artıq iddiaçıların sahibliyində deyil), cavabdeh İddiaçındən və “Gilan Holding” Şirkətlər Qrupundan 2.935.897 (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları və 630.000 (altı yüz otuz min) manat məbləğində pul vəsaitinin bərabər paylarda olmaqla Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməsi, cavabdehlər tərəfindən bu qarşlıqlı iddia ərizəsinin 10.11 bəndində göstərilən məbləğin iddiaçı şəxslərə tam ödənilənədək icarə haqqı olaraq iddiaçılardan Cavabdeh3 xeyrinə 850 (səkkiz yüz əlli) manat və X9 xeyrinə hər ay 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsi, cavabdehlər tərəfindən bu qarşılıqlı iddia ərizəsinin müvafiq bəndində göstərilən məbləğin iddiaçıların xeyrinə tam ödənilənədək, əldən çıxmış fayda kimi Cavabdeh1 və Cavabdeh2 bərabər paylarda olmaqla hər ay 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizələri icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh4 16.10.2020-ci il tarixdə ilk iddiaya etiraz və mülahizələr verərək bildirmişdir ki, o 13 noyabr 2019-cu il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayıb 145.000 pul ödəyərək qeyd olunan 5 otaqlı mənzili almışdır. Müqavilədə ödənilən məbləğ 76 000 manat kimi göstərilsə də, o qeyd etdiyi kimi mənziliə görə 145.000 dollar pul ödəmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında da daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarış almışdır. Hesab edir ki, ona qarşı qaldırılmış həmin iddia qanunsuz və əsassız olmaqla bərabər iddiaçı tərəfindən qanuni mülkiyyət hüququnu heç bir əsas olmadan şübhə altına alınmaqla, onun əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilməyi ilə iddiaçı tərəfindən ona külli miqdarda maddi və mənəvi ziyan vurulmuş olacaqdır. Ona görə də məhkəmədən iş üzrə iddiaçı "xxxx"MMC şirkətlər qrupunun tərkibinə daxil olan nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X23 tərəfindən qaldırılmış iddia tələbinin ona münasibətdə rədd olunmasına və ona qarşı əsassız iddia vermiş iddiaçıdan mübahisə ilə əlaqədar boş yerə itirdiyi iş vaxtlarına görə qanunla müəyyən olunmuş qaydada cərimə tutularaq ona və dövlətin nəfinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh5 21.10.2020-ci il tarixdə ilk iddiaya etiraz və mülahizələr verərək bildirmişdir ki, o, 13 noyabr 2019-cu il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayıb qeyd olunan 3 otaqlı mənzili almışdır. Lakin müqavilədə göstərilən məbləğ 42.500(qırx iki min beş yüz) manat kimi göstərilsədə həqiqi ödənilən məbləğ 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları olmuşdur. Bundan sonra isə həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlaka mülkiyyət hüququna dair “Dövlət reyestrindən ÇİXARİŞ” əldə etmişdir. Hesab edir ki, ona qarşı qaldırılmış həmin iddia qanunsuz və əsassız olmaqla bərabər iddiaçı tərəfindən qanuni mülkiyyət hüququnu heç bir əsas olmadan şübhə altına alınmaqla əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilməyi ilə iddiaçı tərəfindən ona külli miqdarda maddi və mənəvi ziyan vurulmuş olacaqdır. Ona görə də məhkəmədən iş üzrə iddiaçı "xxxx"MMC şirkətlər qrupunun tərkibinə daxil olan nizamnamə əsasında fəaliyyət göstərən "xxxx"MMC-nin direktoru X24 tərəfindən qaldırılmış iddia tələbinin ona münasibətdə rədd olunmasına və ona qarşı əsassız iddia vermiş iddiaçıdan mübahisə ilə əlaqədar boş yerə itirdiyi iş vaxtlarına görə qanunla müəyyən olunmuş qaydada cərimə tutularaq ona və dövlətin nəfinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3 10.11.2020-ci il tarixdə AR MM-nin 375ci maddəsinə əsasən iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, mübahisələndirilən, geri qaytarılması tələb edilən daşınmaz əmlaklar barəsində tərəflər arasında 17/112 saylı, “Mənzil alqı-satqısına və zaminliyə dair" Müqavilə 25 yanvar 2012ci il tarixdə bağlanmışdır. Həmin müqavilənin bağlanmasından artıq 8 il 8 ay keçib, mübahisələndirilən daşınmaz əmlaklar 8 il 8 aydır ki, mübahisəsiz və maneəsiz olaraq, ilkin iddia üzrə cavabdehlərin sahibliyində, istifadəsində və qanuni mülkiyyətindədir, onlar bu müddət ərzində həmin daşınmaz əmlaklara xidmət edir, onu yaxşılaşdırır və qoruyurlar, iddiaçı iddia hüququnu itirib. Ona görə də məhkəmədən indiki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 13.11.2020-ci il tarixdə məhkəməyə ərizə verərək ilk iddia üzrə cavabdehlər tərəfindən işə qoşulmasını, qarşılıqlı iddianı müdafiə etməsini və onun təmin olunmasını xahiş etmişdir. İlk İddiaçı "xxxx" Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında X15 və X8 ilk iddia üzrə cavabdeh qismində, Nərimanov Rayon İcra Hakimiyyəti müstəqil təlb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vəsatəti əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil təlb irəli sürməyən 3-cü şəxs qismində, "xxxx" Şirkətlər Qrupu cavabdeh kimi işə cəlb edilmişlər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil təlb irəli sürən 3-cü şəxslər X15 və X8 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil təlb irəli sürən 3-cü şəxslər X15 və X8 həmçinin məhkəməyə ərizə göndərərək hesab edirlər ki, qarşılıqlı iddia ərizələri və qoşmaları, bu günə qədər məhkəməyə təqdim etdikləri materiallar və vəsatətlər qərar çıxarılması üçün kifayətdir. Bundan sonra heç bir sənəd, material təqdim etməyəcəklər, qarşılıqlı iddia ərizəsində qeyd edilənlərdən başqa hər hansı yeni tələb irəli sürməyəcəklər. Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X33 oglu 27 iyul 2021-ci il tarixdə iddiaya rəy və mülahizələr verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı “ATLANT- İNŞAAT" MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsi üzrə" tərəbinə dair ilkin idddia üzrə cavabdehlərin nümayəndəsi Cavabdeh3 vəsatəti üzrə sualların cavablandırılması ilə bağlı bildirmişdir ki, Cavabdeh3 tərəfindən qaldırılmış bütün suallara tərəfindən həm yazılı, həm də şifahi formada mahiyyəti üzrə cavablar verilmişdir. İlk İddiaçı "xxxx" Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X21 18.11.2021-ci il tarixdə ilk iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhəri 50 saylı notariat kontorunda tərtib edilmiş alqı-satqı müqavilələrinin: İddiaçı MMCnin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMCnin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; "xxxx" MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin və alqı-satqı müqavilələrinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın İddiaçı MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X11 təhvil verilmiş, binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(005)- 324/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X14 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019- cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və İddiaçı MMC ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X15 və X8 arasında bağlanmış 29.01.2020-ci il tarixli bağışlama müqavilələrinin və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların İddiaçı MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X11 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Şirkətlər Qrupuna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, İddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Şirkətlər Qrupuna və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X4 cavabdeh "xxxx" Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 və Cavabdeh3 (ilkin iddia üzrə cavabdeh) əlavə qətnamə çıxarılması barədə eyni məzmunlu ərizələrlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(005)-324/2021 saylı qərardadı ilə qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh3 (ilkin iddia üzrə cavabdehlər) əlavə qətnamə çıxarılması barədə ərizələri təmin edilməmişdir. Eləcə də iddiaçı Cavabdeh1 və Cavabdeh3 (ilkin iddia üzrə cavabdeh) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.11.2021-cu il tarixli 2(005)-324/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə eyni məzmunlu ərizələrlə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(005)-324/2021 saylı qərardadı ilə qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh3 (ilkin iddia üzrə cavabdehlər) qətnaməyə izah verilməsi barədə ərizələri təmin edilməmişdir. Həmin qərardadlardan qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh3 şikayətlər vermiş, Bakı apelyasiya Məhkəməsinin mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli 2(103)-1296/2022 saylı qərardadı ilə şikayətlər təmin edilməmiş, qarşılıqlı iddiaçıların əlavə qətnamə çıxarılması, eləcə də qətnaməyə izah verilməsinə dair ərizələrinin təmin edilməməsi barədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(005)- 324/2021 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, X8 və X19 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, qarşılıqlı iddia tələblərinin dəlillərinə qanunamüvafiq qiymət verilməmiş, mübahisəni həll edərkən tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, bununla da iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəldiyindən, qətnamə tam olaraq ləğv edilməli, ilkin iddianın 51 və 52 saylı mənzillərə, yəni, Cavabdeh4 və Cavabdeh5 oğluna aid olan hissəsi istisna olmaqla, hər iki iddianın təmin edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, iddiaçıdan isə ******* (iki milyon doqquz yüz otuz beş min səkkiz yüz doxsan yeddi) ABŞ dolları və 630000 (altı yüz otuz min) manatın alınaraq bərabər paylar olmaqla, Cavabdeh1 və X11 ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək, apelyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçı Cavabdeh1 xarici ölkədə olması, məhkəməyə gəlməyə imkanının olmamasına əsaslanaraq, məhkəmə iclasına videokonfrans vasitəsilə qoşulması barədə vəsatət versə də, vəsatətdə göstərilən halları təsdiq edən sübutlar təqdim etməmiş, bu səbəbdən də vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilməyərək, mülki işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən, apelyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Kollegiya işin materiallarını apelyasiya şikayətinin dəlilləri və tərəflərin apelyasiya icraatında verdikləri izahatlarla əlaqəli yoxlayıb, qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin tədqiq edilmiş sübutları əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Həsənoglu küçəsi 12 saylı evin 7,8-ci mənzili ümumi sahəsi 459,0 kv.m, yaşayış sahəsi 175,8 olmaqla 6 otaqlı olmaqla mənzil X10 mülkiyyətində olmuşdur. X16 Bakı şəhəri Həsənoglu küçəsi 12 saylı evin 7,8-ci mənzillə bağlı sərəncam verməyi, bagışlamagı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 26.01.2034-cü il tarixə kimi etibar etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 50 saylı notariat kontorunda İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMCnin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh4 arasında reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh5 arasında reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN- ******* nömrəli alqısatqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqavilələri bağlanmışdır. Alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən satıcıya müqavilələrdə nəzərdə tutulmuş məbləglər ödənilməmişdir. Belə ki, notariat işləri nəzərdən keçirilərkən həmin işlərdə ödəniş qəbzləri mövcud olsada, həmin məbləglər satıcı, yəni İddiaçı MMC-nin özü tərəfindən hesaba yerləşdirilmişdir. Alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən pul vəsaitlərinin ödənilməməsi qarşılıqlı iddiaçıların da iddialarında öz etirafları ilə təsdiq olunur. Beləliklə bağlanmış müqavilələr pərdələnmiş əqd olmuş, müqavilə öhdəlikləri alıcılar tətəfindən yerinə yetirilməmiş, formal olaraq müqavilələr baglanmışdır. Bundan başqa müəyyən edilmişdir ki, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqısatqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil Cavabdeh1 və X11 təhvil verilmişdir. Yuxarıda sadalanan əmlaklar ilk İddiaçı MMC-nin mülkiyyətində olmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, müqavilələr üzrə öhdəliklər alıcılar tətəfindən pozuldugundan, Bakı şəhəri 50 saylı notariat kontorunda tərtib edilmiş İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; "xxxx" MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC-nin təmsilçisi X6 ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN- ******* nömrəli alqı-satqı müqaviləsi; "xxxx" MMC-nin təmsilçisi X6 ilə Cavabdeh1 və X7 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi ləğv edilməli, həmin müqavilələr əsasında verilmiş çıxarışlar və bağışlama müqavilələri etibarsız hesab edilməli, əmlak "xxxx" MMC-nin mülkiyyətinə qaytarılmalı, həmçinin 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X11 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu, M.Nagıyev küç. 1927-ci məhəllədə 14 mərtəbəli binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 14.2.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.1, 421.2, 421.3, 423.2, 424.1, 424.2, 424.3, 424.4, 424.5, 567, 598.1, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 158.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbləri və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların ilk tələbləri müqavilələrin və çıxarışların ləğvidir ki, ilk iddia tələbi ilə təmin olunduğundan, qarşılıqlı iddianın təmininə əsaslar qalmamışdır. Məhkəmə qarşılıqlı iddiaçıların digər tələbləri maddi (icarə haqqı, əldən çıxmış fayda və s.) və mənəvi zərər ödənilməsi barədə tələblərlə bağlı qeyd etmişdir ki, ilk iddiaçının cavabdehlərə, onların əmlaklarına hər hansı zərər yetirməsi sübuta yetirilməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddiaçı) tərəfindən əməlində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxslərin mənəvi sarsıntı keçirmələri ilə bağlı səbəbli əlaqə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbləri və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiası üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi proses iştirakçılarının məhkəməyə təqdim etdiyi çübutları tədqiq etmiş, qiymətləndirmiş və tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş hallarla bağlı gəldiyi nəticəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edib, qiymətləndirərək qeyd edir ki, apelyatorların birinci instansiya məhkəməsinin qətnaməsinin işin həqiqi hallarına uyğun olmaması, işin faktiki hallarının düzgün müəyyənləşdirilməməsi, işdəki sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməməsi,maddi hüquq normalarının düzgün tətbiq olunmaması, tətbiq edilməli olan maddi hüquq normalarının tətbiq edilməməsi barədə dəlilləri formal mülahizələrdən ibarət olduğundan, həmin dəlillərin ayrı-ayrılıqda qiymətləndirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası həmçinin apelyatorların qarşılıqlı iddia tələbləri tam nəzərə alınmadığından, “əlavə qətnamə çıxarılmasına dair” və “qətnaməyə izah verilməsi” barədə ərizələrinin təmin edilməməsinə dair dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillərin rədd edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərardadı olduğundan, həmin hallar yenidən qiymətləndirilə bilməz. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15, X8 və X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(005)-324/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar