Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1901/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: mənzillə təmin olunma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (oğlu) X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli ürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzillə təmin olunma tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(005)-2484/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı anadangəlmə gözdən əlildir və 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən təmin edildiyi ünvan 1 ünvanında ikiotaqlı 35 nömrəli mənzildə yaşayır və qeydiyyatdadır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2015-ci tarixli 2(005)-2010/2015 nömrəli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə 1-ci qrup gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 347 nömrəli Sərəncamı ləğv edilmiş və o, xx.xx.1992-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsinin 2.1-ci bəndinə əsasən, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin əsas məqsədi gözdən İ və İİ dərəcəli əlilləri öz ətrafında birləşdirib onlara hərtərəfli xidmət göstərmək üçün hüquq və mənafelərini müdafiə etmək, gözdən əlillər barədə dövlət siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində fəal iştirak etmək, sosial-reabilitasiya və cəmiyyətə inteqrasiya ilə məşğul olmaq, əmək, təhsil, tibb, peşə hazırlığı, idman və mədəni həyat tərzinə əlilləri cəlb etməklə sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdir. 18 may 2010-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/10387 arayışa və xx.xx.1999-cu il tarixdə verilmiş 1016 kitab, 152652 səhifə, 30/152652 qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 küçəsi, 4 nömrəli binada yerləşən bir otaqlı, 16.59 kv.m yaşayış sahəsi 31,89 kv.m ümumi sahəsi olan 128 mənzili X4 bağışlamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 4, 128 saylı mənzil X1 mülkiyyətindədir. Cavabdeh İddiaçı ünvanladığı 23 may 2014-cü il tarixli məktubundan görünür ki, AZGƏC bütün üzvlərinin mənzil problemlərinin həlli üçün bütün gücünü səfərbər etmişdir. Hər bir gözdən əlilin sosial rifahı AZGƏC-in maraqları çərçivəsindədir. Lakin qanunvericliyin tələbi daim yüksəkdədir. Bu baxımdan onun mənzili probleminin həlli yalnız qanunvericiliyin tələbinə uyğun şəkildə öz həllini tapmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin İddiaçı ünvanladığı 15 oktyabr 2014-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış gözdən əlillər şəxslər barədə Nazirliyə təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 1/254 nömrəli məktubda onun xx.xx.2009-cu il tarixdən növbəyə dayandığı qeyd edilmişdir. Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir. İnşası başa çatdırıldıqdan sonra mənzil növbəsinə dayanmış digər gözdən əlil şəxslərlə yanaşı onun da yaşayış binasından mənzillə təmin olunması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. Cavabdeh 16 aprel 2015-ci il tarixli məktubundan görünür ki, Mənzil Məcəlləsinə əsasən növbəyə duran vətəndaşların otaq sayına görə deyil, ailə ailə üzvlərinin sayına əsasən mənzil sahəsinin təyin edilməsi nəzərdə tutulur. Bu baxımdan İ.Əsgərovun ailə tərkibi nəzərə alınaraq öz razılığı ilə ona 33,60 kv.m mənzil verilmişdir. İ.Əsgərovun mənzil uçot sənədləri bütövlükdə qanuna uyğun olaraq Nərimanov rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2015 saylı, 01 may 2015ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi xx.xx.1992-ci il tarixdən hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. 116 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, İddiaçı Bakı şəhəri, F.Yusifov küçəsi, ev 45, 35 saylı mənzil də pasport qeydiyyatındadır və yaşayır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2015-ci tarixli 2(005)-2010/2015 nömrəli qətnaməsinin icrasını təmin məqsədilə 1-ci qrup gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 347 nömrəli Sərəncamı ləğv edilmiş və o, xx.xx.1992-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, 1-ci qrup gözdən əlil Əskərov X6 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2015-ci il tarixli, 2(005)-210/2015 saylı qətnaməsinə əsasən xx.xx.1992-ci il tarixli Sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə mənzil növbəsindədir. Bakı şəhəri Nərimanov RİHBA-in xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, F.Yusifov küçəsindəki, 45A nömrəli evin 35 nömrəli mənzilində 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, gəlini, nəvəsi) qeydiyyatda olan vətəndaş İddiaçı ondan ötrü ki, o həqiqətən 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu Tural) xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən yaşayış yeri üzrə 1-ci qrup gözdən əlil kimi mənzil növbəsindədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin İddiaçı ünvanladığı 20 aprel 2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış gözdən əlil şəxslər barədə Nazirliyə təqdim edilmiş 24 noyabr 2014-cü il tarixli 469 nömrəli məktubda onun 16 sentyabr 2010-cu il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Bu məktub və növbəlilik siyahısı 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internət səhifəsində yerləşdirilmişdir. O, 2008-ci ildə gözdən əlil şəxs kimi dövlət tərəfindən 3 otaqlı mənzillə təmin edildiyi üçün Komissiyanın qərarı ilə həmin yaşayış binasında mənzillə təmin olunmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 22 avqust 2016-cı il tarixli Sərəncamından görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İçtimai Birliyinin xx.xx.2016-cı il tarixli 06/083 saylı müraciətini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016-cı il tarixli, **********17 saylı, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli, **********97 saylı razılıq məktublarını, Cavabdehilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləni nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus qeyri-yaşayış tikililərinin yerləşdiyi 1,0100 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisini layihələndirilməsi üçün həmin İçtimai Birliyə icazə verilmişdir. 01 noyabr 2019-cu l tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh ilə "xxxx" MMC yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında xx.xx.2015-ci il tarixli müqaviləyə dair əlavə razılığa gəlinmişdir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mənzil məsələsinə dair müvafiq köməkliyin göstərilməsi barədə Nərimanov rayon sakinləri ilə təşkil edilmiş səyyar görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinə təqdim etdiyi müraciətə baxılmış və istəyi nəzərə alaraq tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq qaydada müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı birinci dərəcə əlilliyi – (hər iki gözü tam və ya əməli korluğu yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,05-dən az olması və ya görmə sahəsinin 10-dərəcədəyək konsentrik daralması) müəyyən edilmişdir. Ona görmə itiliyinin enməsi diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən Sosial Xidmətlər Agentliyinə ünvanlanan 25 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Az.GƏC-in rəhbərliyi İddiaçı vəziyyətinin qanunvericiliyə uyğun araşdırlaraq ona dəstək göstərilməsi və mənzil uçot sənədlərinə əsasən mənzil şəraiti ilə təmin edilməsinə dəstək göstərilməsini xahiş edir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 182 nömrəli Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2015 nömrəli iş üzrə 01 may 2015-ci il tarixli qətnaməsini icrası təmin edilmiş və onun güzəştli şərtlərlə olan mənzil növbəliliyi xx.xx.1992-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S nömrəli Sərəncamlarının tələbləri qaydasında vətən müharibəsi və X11 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Həmin şəxslərin Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin edilməsi bilavasitə həmin qurumun səlahiyyətlərinə aiddir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanan 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2008-ci il tarixli mənzil məişət komissiyasının protokoluna əsasən ünvan 7 ünvanında ümumi sahəsi 68 kv.m olan 2 otaqlı mənzil şəraiti ilə təmin olunmuşdur. Eyni zamanda vaxtilə AZ.GƏC tərəfindən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal qəsəbəsində 4 saylı yaşayış evinin 128 saylı mənzili tərəfindən verilmiş notarial təsdiqli razılıq ilə mənzil növbəsində olan digər Cəmiyyət üzvü X4 verilmişdir. Mənzil sayının az olması onun ailə tərkibinə görə mənzil şəraiti ilə təmin edilməsinə imkan verməmişdir. Bu baxımdan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən o yenidən əvvəlki tarix qalmaq şərti ilə (xx.xx.1992-ci il) genişləndirilmə üzrə mənzil növbəsinə götürülmüşdür. AZ.GƏC tərəfindən göstərilən dəstəklə mənzil uçot sənədlərini aidiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş lakin mənzil şəraiti ilə təmin olunduğuna görə mənzil ala biləcəyi barədə məlumat verilmişdir. Halbuki AZ.GƏC tərəfindən SXA ünvanlanmış məktubda da onun ailə tərkibi böyük olduğu və yaşadığı mənzilin ailə tərkibinə uyğun olmadığı bildirilir. Ona genişləndirmə üzrə iki dəfə AZ.GƏC tərəfindən mənzil verilib. Cəmiyyətin minlərlə mənzil şəraitinə ehtiyacı olan və növbədə olan üzvü vardır. Ona görə də onun mənzil şəraiti ilə təmin edilməsi AZ.GƏC-in imkanları xaricindədir. Ona mənzil verilməsindən 14 ildən çox zaman ötmüşdür. Mənzil şəraitinin genişləndirilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etməsi və ailə tərkibinə əsasən mənzil şəraiti ilə təmin edilməsi daha məqsəduyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiysının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2686/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-2420/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) mənzillə təmin olunma tələbinə dair iddiası üzrə iddiaçının apellyasiyasından imtinası qəbul edilərək apellyasiya icraatına xitam verilmişdir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 182 nömrəli Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2015 nömrəli iş üzrə 01 may 2015-ci il tarixli qətnaməsini icrası təmin edilmiş və onun güzəştli şərtlərlə olan mənzil növbəliliyi xx.xx.1992-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S nömrəli Sərəncamlarının tələbləri qaydasında vətən müharibəsi və X11 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Həmin şəxslərin Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin edilməsi bilavasitə həmin qurumun səlahiyyətlərinə aiddir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanan 01 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2008-ci il tarixli mənzil məişət komissiyasının protokoluna əsasən ünvan 7 ünvanında ümumi sahəsi 68 kv.m olan 2 otaqlı mənzil şəraiti ilə təmin olunmuşdur. Eyni zamanda vaxtilə AZ.GƏC tərəfindən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal qəsəbəsində 4 saylı yaşayış evinin 128 saylı mənzili tərəfindən verilmiş notarial təsdiqli razılıq ilə mənzil növbəsində olan digər Cəmiyyət üzvü X4 verilmişdir. Mənzil verilərkən ailə tərkibi 4 nəfərdən ibarət olduğuna görə mövcud qanunvericiliklə adambaşına düşən yaşayış norması əsas tutularaq ona ümumilikdə 68 kv.m mənzil sahəsi verilmişdir. Ailə tərəkibində artım olduğuna və yaşayış sahəsi verilərkən tərəfindən gözdən əlil vətəndaşa mənzil verildiyinə görə eləcə də mənzil fondu olmadığından Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən o yenidən əvvəlki tarix qalmaq şərti ilə (xx.xx.1992-ci il) genişləndirilmə üzrə mənzil növbəsinə götürülmüşdür. AZ.GƏC tərəfindən göstərilən dəstəklə mənzil uçot sənədlərini adiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə təqdim etmiş, lakin mənzil şəraiti ilə təmin olunduğuna görə mənzil ala biləcəyi barədə məlumat verilmişdir. Ona genişləndirmə üzrə iki dəfə AZ.GƏC tərəfindən mənzil verilib. Cəmiyyətin minlərlə mənzil şəraitinə ehtiyacı olan və növbədə olan üzvü vardır. Ona görə də onun mənzil şəraiti ilə təmin edilməsi AZ.GƏC-in imkanları xaricindədir. Məktubda qeyd edilən Sevinc MMC ilə AZ.GƏC arasında bağlanmış müqaviləyə əsasən bildirilir ki, bu cəmiyyətin şəxsi maraqlarında olan məsələdir və hal-hazırda müqavilə üzrə öhdəliklərin tam yerini yetirilməsi mümkün görünmədiyi üçün mənzil bölgüsü barədə də heç bir məlumat verilmir. Belə ki, müqavilədə nəzərdə tutulan yaşayış binalarından biri və tikilməkdə olan binalardan yuxarı mərtəbələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq razılıq verilmədiyi üçün inşası dayandırılmışdır. Bu səbəblə də mövcud müqavilə tələb və öhdəliyinin dəyişdirilərək, yaşayış sahələri əvəzində qeyri-yaşayış sahələrinin AZ.GƏC-ə verilməsi üçün danışıqlar aparılmadıqdadır. Lakin vahid nəticə əldə olunmamışdır. Lakin ona mənzil verilməsindən 14 ildən çox zaman ötmüşdür. AZ.GƏC üzvlərinin mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. Cəmiyyət yalnış aidiyyəti üzrə müvafiq dövlət orqanları qarşısında üzvlərinin sosial rifahı üçün məsələ qaldıraraq vəkillik siyasəti yürüdür. Cəmiyyət büdcədən maliyyələşməyən və kommersiya fəaliyyəti olmayan İçtimai Birlikdir. Cəmiyyətin vaxtilə mümkün instansiyalara müraciət edilərək onun mənzil şəraitini təmin etməsi ilə o Nərimanov rayon ərazisində mənzil şəraiti ilə təmin edilmişdir. Hal-hazırda AZ.GƏC-in təşəbbüsü ilə Sosila Xidmətlər Agentliyi tərəfindən mənzillər verilir. Mənzil şəraitinin genişləndirilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət edilməsi və ailə tərkibinə əsasən mənzil şəraiti ilə təmin edilməsini daha məqsədəuyğundur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanladığı 14 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim edilmiş növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 15 may 2015-ci il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılarkən 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 9 ünvanında iki otaqlı 35 nömrəli mənzillə təmin edildiyi aşkar edilmişdir. Bu səbəbdən, sosial məişət şəraitinin Nazirlik tərəfindən yenidən yaxşılaşdırılması mümkün deyildir. Nazirliyin sifarişi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmişdir. Həmin yaşayış binasındakı mənzillərin bölgüsünü həyata keçirmək məqsədilə Nazirliyin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış şəxslərin növbəlilik siyahısı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq araşdırılmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gözdən əlilliyi müəyyən edilmiş şəxslər növbəlilik qaydasında mənzillə təmin edilmişdir. "xxxx" MMC-nin 19 mart 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh sifarişi əsasında "xxxx" MMC tərəfindən ünvan 10 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarından Cavabdehnə ümumilikdə 19 ədəd 1 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 02 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-14/2-52/2024 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış gözdən əlilliyi olan şəxslərin siyahısında İddiaçı məhkəmə qətnaməsinə əsasən ehtiyacı olan qismində uçotda olduğu göstərilmişdir. Nazirliyin arxiv balansında İddiaçı mənzil verilibverilməməsinə dair əsas olmuş hər hansı məlumat aşkar edilməmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərin ünvan 11 ünvanlarında yerləşən 12 mərtəbəli 132 mənzilli yaşayış binasında mənzillə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S nömrəli Sərəncamının tələbləri qaydasında şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində xx.xx.2021-ci il tarixindən mənzil növbəsinə götürülmüş gözdən əlil şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. "xxxx" MMC-nin 24 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdehnə verilməsi nəzərdə tutulmuş mənzillərin sayı 57 mənzilə endirilmişdir. Hazırda tikinti işləri davam etdirilir. Müqavilə üzrə Cavabdehnə verilməsi nəzərdə tutulmuş 57 ədəd mənzilin sonuncu hissəsi 2024-cü ilin may ayında Cavabdehnə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 12 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi 7 nəfər ailə tərkibi (iki ailə) nəzərə alınmaqla, mənzillə təmin olunma öhdəliyinin cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X14 qeyd etdiyi ünvanda 7 nəfər ailə üzvü ilə birlikdə ümumi sahəsi 60.2 kv m, yaşayış sahəsi 33,6 kv.m, yardımçı sahəsi 26,6 kv.m olan 2 otaqlı mənzildə 2008-ci ildən hal-hazıradək yaşayır və uşaqlıqdan 1-ci qrup gözdən əlildir. Hazırda yaşadığı mənzil ailə tərkibi üzrə yetərli olmadığından, “mənzil şəratinin yaxşılaşdırılması” üçün növbəyə götürülməyi barədə onu səlahiyyətli orqanlara müraciətlər etməyə vadar etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2015-ci il tarixli, 2(005)-2010/2015 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Nərimanov rayon İcra hakimiyyəti Başçısının 15 may 2015-ci il tarixli 182 nömrəli Sərəncamı ilə 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci il tarixdən hesab edilmişdir. Həmin sərəncamın surəti aidiyyəti üzrə cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə və üçüncü şəxsə göndərilmişdir. 2015-ci ildən hal-hazıradək etdiyi müraciətlərə cavabdeh və üçüncü şəxslər tərəfindən müxtəlif səpkili cavablar verilmişdir. Verilmiş cavablardan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər kabinetinin 16 avqust 2021-ci il tarixli 492 S nömrəli Sərəncamlarının tələbləri qaydasına Vətən Müharibəsi və X11 şəhid ailələrinin və qazilərinin, Çernobıl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayş sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qürumları tərəfindən keçirilir. Həmin şəxslərin Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin edilməsi bilavasitə həmin qürumun səlahiyyətlərinə aiddir. Mənzil şəraitinin yaxşılaşdırılması barədə növbəliliyi xx.xx.1992-ci ildən hesab olunmasına baxmayaraq cavabdeh və 3-cü şəxs dolayısı yollarla onun 15 may 2015-ci il tarixdən növbədə dayanmasını gündəmə gətirməklə hazırda inşa olunmuş və bölgüsü gedən ünvan 13 ünvanında inşa edilmiş cavabdeh Azərbaycan Gözdən Əlillər X12 məxsus olan çoxmənzilli binadan növbəlilik əsasında mənzilin ayrılmasının mümkün olmayacağını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 1-ci qrup gözdən əlil kimi Respublikada, o cümlədən yaşadığı Nərimanov rayonu üzrə güzəştli şərtlərlə mənzillə təmin olunması siyahı üzrə təsdiq olunmuş və növbədə 1-ci sıradadır. Növbəlilik barədə ərazi üzrə Bakı şəhəri Nərimanov RlH-i tərəfindən müvafiq siyahı cavabdeh Gözdən Əlillər Cəmiyyətinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olur ki, onun mənzil şəraiti 7 nəfərin yaşaması üçün yetərli deyil və birinci növbədə mənzillə təmin olunmalıdır. Azərbaycan GƏC İB-i 2 otaqlı mənzillə təmin olunduğu zaman onun əlilliyindən istifadə edərək aldadılma nəticəsində 1 otaqlı mənzili bağışlama yolu ilə (əvəzsiz) ondan alınmış, əvəzində 3 otaqlı mənzil vermək adı ilə hazırda yaşadığı 2 otaqlı mənzili verilmişdir. Daha sonra söz verilmişdir ki, həmin ünvana yaxın sifariş əsasında yeni tikiləcək çoxmərtəbəli yaşayış evindən yeni mənzil veriləcəkdir. Buna baxmayaraq, cavabdeh Cəmiyyət hal-hazırda 2008-ci ildə başına açdığı oyunları təkrarlayaraq, o müxtəlif cavablarala yola verir və bildirir ki, iki dəfə gözdən əlil kimi ona mənzil verilmişdir, qanunla yeni mənzil verilməsi mümkün deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət edilməsi bildirilmişdir. Həmin qurum da onun mənzil növbəsində durmağını 2015-ci ildən gündəmə gətirərək, Əlillər Cəmiyyətinə müraciət edilməsini tövsiyə etmişdir. Cavabdeh və 3-cü şəxslərin hərəkətlərinin nəticəsi olaraq konkret şəkildə onun mənzillə təmin olunmamasına qanunla tənzimlənən səbəblər göstərilmir. Müraciətləri əsasında cavabdeh eyni məzmunda, eyni formada dəfələrlə müraciətlərinə cavab vermiş, konkret olaraq mənzillə təmin etməyəcəyini bildirir. İstər cavabdeh, istərsə də üçüncü şəxslər onu çıxılmaz vəziyyətə salmışlar. Məcbur olub mənzillə təmin olunması üçün məhkəməyə müraciət edir. Məhkəməyə məlum edir ki, cavabdeh Cəmiyyət tərəfindən gözdən əlillərin mənzillə təmin olunması üçün tikinti şirkəti “Sevinc" MMC ilə müqavilə bağlanmış və Cəmiyyətin sifarişi əsasında ünvan 14 ünvanında inşa edilən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasından 75 mənzil tikilib sifarişçiyə təhvil verilmiş, cavabdeh də hal-hazırda mənzillərin bölgüsünü, siyahıdan kənar şəxslərə paylanması işləri ilə məşğuldur. Cavabdeh Cəmiyyət rəhbərliyinin qəbulunda dəfələrlə olması heç bır nəticə verməmiş, konkret olaraq bildirilmişdir ki, həmin ünvanda inşa edilən binadan ona mənzil verilməyəcəkdir. Cavabdehin hərəkətlrərinə, ədalətsizliyə artıq dözümü və səbri çatmır, apardığı mücadilə onu yenidən məhkəməyə müraciət etməyə vadar etmişdir. Hesab edir ki, uzun illər Nərimanov rayonu ərazisində yaşadığından,1-ci qrup gözdən əlil kimi bu ərazidə yerləşər poliklinikada işlədiyindən, ailə tərkibimndə digər əlillərin olması səbəbindən, güzəştli şərtlərlə mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərə alınmaqla ünvan 13 ünvanında inşa edilmiş gözdən əlillər və digər imtiyazlı şəxslər üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binasından 7 nəfər ailə üzvü (həyat yoldaşı, 2 oğlu, 1 gəlin, 2 nəvə, 2 ailənin 2 otaqlı mənzildə yaşaması mümkün deyildir) nəzərə alınmaqla qanuna müvafiq yaşayış sahəsinin ayrılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və bu barədə məhkəmə qərarı qəbul edilməlidir. Ona görə də ünvan 15 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi 7 nəfər ailə tərkibi (iki ailə) nəzərə alınmaqla, mənzillə təmin olunma öhdəliyinin cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzərinə qoyulmasını istəyir. Cavabdeh ərizə təqdim edərək, bildirmişdir ki, AZ.GƏC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən AZ.GƏC-ə 57 mənzil təhvil verilmiş və təhvil verilən mənzillər artıq Bakı şəhəri üzrə mənzil növbəsində olan gözdən əlil vətəndaşların istismarına verilmişdir. Müqaviləyə əsasən bu mənzillərdən bəziləri Bakı şəhəri Nərimanov rayon ərazisində, bəziləri Bakı şəhərində "xxxx" MMC tərəfindən tikilən digər yaşayış komplekslərindən verilmişdir. İddiaçı AZGƏC-in xx.xx.2008ci il tarixli mənzil məişət komissiyasının protokoluna əsasən ünvan 16 ünvanda ümumi sahəsi 68 kv.m olan iki otaqlı mənzil şəraiti ilə təmin olunmuşdur. İddiaçı təkrarən mənzil növbəsinə aidiyyəti üzrə Nərimanov rayon İcra Hakimiyyətində dayanmışdır. AZGƏC hər hansı bir üzvü qarşısında onu mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. AZGƏC özünü maliyyəşdirən içtimai birlikdir və mənzil fondu yoxdur. Bu səbəbdən mənzil növbəliliyi də AZGƏC-də yoxdur. AZGƏC-nin üzvlərini mənzil şəraiti ilə təmin etmək öhdəliyi heç bir qanunverici orqan tərəfindən müəyyən edilməmişdir. AZGƏC humanizm prinsiplərinə əsaslanaraq İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində tikilən mənzillərdən verilməsini təklif etmişdir. Lakin İddiaçı təklifi rədd edərək inadla Nərimanov rayon ərazisində mənzil tələb etmişdir. İddiaçı AZGƏC tərəfindən yuxarıda qeyd edildiyi kimi 2008-ci ildə Nərimanov rayon ərazisində mənzil şəraiti təmin edilib. AZGƏC-in hər dəfə eyni üzvünü Nərimanov ərazisində mənzil şəraiti ilə təmin etmək başqa üzvlərə qarşı diskriminasiya kimi qiymətləndirilə bilər. Bundan əlavə Cəmiyyət İddiaçı ümumiyyətlə mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. Hal-hazırda mənzil növbəsində olan gözdən əlil vətəndaşların mənzil şəraiti ilə təmin edilməsi səlahiyyəti ƏƏSMMN tabeliyində Sosial Xidmətlər Agentliyi daşıyır. İddiaçı Sosial Xidmətlər Agentliyindən Nərimanov rayon ərazisində mənzil tələb etdiyi üçün həm Sosial Xidmətlər Agentliyi tərəfindən həm də Bakı İnzibati Məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(005)- 2484/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzillə təmin olunma tələbinə dair iddia ərizəsinin rədd edilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı geri qaytarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, gözdən əlilliyi olan şəxslərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2014-cü il tarixli, 492s nömrəli sərəncamı ilə Vətən müharibəsi və X11 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsindən görünür ki, birliyin əsas məqsədlərindən biri gözdən əlillərin mənzillə təmin edilməsi deyil, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, işin mübahisəsiz hallarına əsasən gözdən əlilliyi olan şəxslərə mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna (Sosial Xidmətlər Agentliyinə) tapşırıldığından və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin olmaması müəyyən edildiyindən, iddiaçının hazırkı iddia tələbi ilə təmin edilə bilməz. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Belə olan təqdirdə aydın olur ki, iddiaçı hazırki iddianı subyektiv cavabdehlik daşımayan şəxsə qarşı qaldırmışdır, bu səbəbdən də onun iddiası təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 95-ci maddəsinə, Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli sərəncamına, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2484/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən edilən hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiṣ etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, məhkəmənin gəldiyi nəticəni qəbul etmir və qətnamədən apellyasiya şikayəti verməklə hesab edir ki, qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının mübahisə predmetinə düzgün tətbiq edilməməsi, işin həqiqi və faktiki halları üzrə düzgün nəticəyə gəlinmədiyi səbəbindən ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə məhkəmə kollegiyası tərəfindən yeni qətnamə qəbul edilməlidir. Bəzi məqamları məhkəmə kollegiyasının nəzərinə çatdırır: İddiaçı İ qrup gözdən əlildir, Cəmiyyətin üzvüdür, xx.xx.1992-ci ildən mənzil növbəsindədir və yaşayış yeri üzrə birinci sıradadır. 1991-ci ildə gözdən əlil kimi bir otaqlı mənzillə təmin olunmuş, ailə tərkibi dəyişildiyi üçün, Cəmiyyətin təkidi ilə bir otaqlı mənzili əvəzsiz olaraq Cəmiyyətin digər üzvünə bağışlamış, 2008-ci ildə üç otaqlı mənzillə təmin olunma vədi ilə aldadılmış, lakin Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 45A ünvanında yerləşən 35 saylı iki otaqlı mənzil verilmişdir. Ailə tərkibi 7 nəfərdən ibarətdir. 2 ailənin bir mənzildə yaşaması mümkün deyildir. Cəmiyyət Nizamnaməsinə uyğun fəaliyyət göstərir və Nizamnamənin 2.2.3, 2.2.6, 2.2.7, 2.2.14 və 2.2.17-ci bəndlərinə müvafiq olaraq Cəmiyyət üzvlərini mənzilə təmin etmək üçün podratçılarla bağlanmış müqavilə əsasında mənzil tikintisinə sifarişlər verir və tikilib təhvil verilmiş mənzilləri qəbul edib Cəmiyyət üzvlərinə paylayır. 2008-ci ildən hal-hazıradək Cəmiyyət tərəfindən müxtəlif vədlərin verilməsi lakin verilmiş vədin yerinə yetirilməməsi nəticəsində çətinliklərlə qarṣılaşmış, bu isə maddi və mənəvi cəhətdən ziyanla nəticələnmişdir. Hazırda da bu hərəkətlər davam etdirilir. Cəmiyyət hazırda da balansında olmuş qeyri-yaşayış sahələrinin sökülərək yerində tikilən hündürmərtəbəli binalardan ayrılmış mənzillərin bölüşdürülməsi ilə məşğuldur, lakin müxtəlif bəhanələr gətirməklə onu mənzillə təmin edə bilməyəcəyini bildirir. Məhkəmə Cəmiyyətin Nizamnaməsini öz mülahizəsi əsasında təhrif edərək hazırki qətnaməni qəbul etməklə mənzilə olan hüququnu məhdudlaşdırmışdır. Cəmiyyət tərəfindən iddia tələbinə qarşı verilmiş etiraz əsassızdır, ona Kürdəxanı qəsəbəsində tikilmiş mənzil təklif edilməmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını sadalasa da, sonda düzgün nəticəyə gəlməmiṣdir. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Dövlətin bu yönümdə gördüyü xüsusi tədbirlərdən yararlanan Cəmiyyətin, (yarandığı gündən) balansında bir sıra qeyri-yaşayış sahələri olmuş, zaman etibarı ilə həmin ərazidə, Nərimanov rayonunda qeyri-yaşayış sahələrinin yerində Cəmiyyət üzvləri üçün sifariş əsasında yaşayış evləri inşa edilmiş və Cəmiyyət sifariş əsasında əldə etdiyi mənzilləri öz üzvlərinə paylamış, son vaxtlar isə bu paylanma mənzillərin satışı ilə əvəzlənmişdir. Bu fakt hal-hazırda da davam edir. Məhkəmə isə belə qənaətə gəlir ki, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüququa malik deyildir. Cavabdeh mənzil paylayır, yanız üzvlərinin mənzilə olan ehtiyaclarını yaxşlaşdırmaq üçün xidmət göstərir. Onun insan kimi mənzil hüququ nəinki gerçəkləşir, əksinə gündən-günə pisləşməkdə davam edir. "Əliliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Mənzil Məcəlləsi ilə müəyyən edilir. Normanın məzmununa əsasən, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Mülki işin mübahisəsiz hallarından məlum olur ki, xx.xx.1992-ci ildən gözdən əlil kimi mənzil uçotunda durması təsdiq olunmuş və yaşadığı Nərimanov rayonu üzrə təqdim olunmuş siyahıya əsasən növbədə 1-ci sıradadır. Bununla yanaşı, Cəmiyyət üzvü olmaqla Cəmiyyətin də Respublika üzrə təsdiq olunmuş Siyahısında mənzil növbəliliyi qeydiyyatdan keçmiş, hazırda mübahisəsi gedən ünvanda inşa olunmuş hündürmərtəbəli yaşayış binasından Cəmiyyətin sifarişi əsasında tikilib təhvil verilmiş binadan mənzil almaq hüququ yaranmışdır. Məhkəmə isə, dolayı yolla mülki işə əlavə olunan sənəd, sübutlar üzrə belə nəticəyə gəlmişdir ki, Cəmiyyət üzvlərini mənzillə təmin etmək öhdəliyi daşımır. Bu nəticəni belə əsaslandırmışdır ki, İctimai Birlik müəyyən sosial layihələr həyata keçirə, üzvlərinin sosial rifahının yaxşlaşdırılması üçün müəyyən xidmətlər göstərə bilər, lakin cavabdeh ictimai birlik gözdən əlillərin mənzil təminatı ilə bağlı hər hansı öhdəlik daşımır. Belə ki, bu sahədə dövlət siyasətini həyata keçirən konkret inzibati orqan var və həmin inzibati orqan gözdən əlillərin təminatını həyata keçirir. Cəmiyyət öz Nizamnaməsi əsasında fəaliyyət göstərir və öz üzvlərinin mənzilə olan ehtiyaclarını təmin etməyə xidmət göstərir. Məhkəmənin gəldiyi nəticə qəbul edilməzdir, hündürmərtəbəli yaşayış binasından Cəmiyyətin sifarişi əsasında tikilib təhvil verilmiş binadan mənzil almaq hüququ yaranmışdır. Məhkəmə isə, dolayı yolla mülki işə əlavə olunan sənəd, sübutlar üzrə belə nəticəyə gəlmişdir ki, Cəmiyyət üzvlərini mənzillə təmin etmək öhdəliyi daşımır. Bu nəticəni belə əsaslandırmışdır ki, İctimai Birlik müəyyən sosial layihələr həyata keçirə, üzvlərinin sosial rifahının yaxşlaşdırılması üçün müəyyən xidmətlər göstərə bilər, lakin cavabdeh İctimai Birlik gözdən əlillərin mənzil təminatı ilə bağlı hər hansı öhdəlik daşımır. Belə ki, bu sahədə dövlət siyasətini həyata keçirən konkret inzibati orqan var və həmin inzibati orqan gözdən əlillərin təminatını həyata keçirir. Cəmiyyət öz Nizamnaməsi əsasında fəaliyyət göstərir və öz üzvlərinin mənzilə olan ehtiyaclarını təmin etməyə xidmət göstərir. Məhkəmənin gəldiyi nəticə qəbul edilməzdir. AGƏC-in Nizamnaməsi əsasında sifarişçi funksiyalarından istifadə edərək üzvlərini mənzillə təmin etmə, onların maraqları, mənafelərini gerçəkləşdirmək baxımından mənzillərə sahib olması, həmin mənzillərin bölüşdürülməsi hallarına düzgün hüquqi qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2484/2024 saylı, 13 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilən hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (oğlu) X7 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli ürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X8 izahatında Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya Ümid qəsəbəsində ev təklif edildiyini, lakin iddiaçının imtina edərək, yalnız Nərimanov rayonu ərazisindən ona mənzil verilməsini tələb etməsini, Sosial Xidmətlər Agentliyinin balansında Nərimanov rayonunda yerləşən mənzilin olmadığının iddiaçıya bildirilməsini göstərmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib izahatında Cavabdeh təşkilati-hüquqi formasına görə ictimai birlik olduğundan heç kəsi mənzillə təmin etmək öhdəliyi daşımadığını, gözdən əlilləri mənzil növbəsinə götürmədiyini, Cavabdeh olaraq balanslarında olan mənzillərin üzvlərinə paylandığını və artıq ev qalmadığını bildirərək, iddiaçının Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilə biləcəyini qeyd etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilmiş, lakin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 95. Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbrlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamı Bənd 1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin şifarişi əsasında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri Qaradağ rayonu Ümid qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abçeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə istifadə edilsin. Bənd 3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olarq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia rədd edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, İ qrup gözdən əlil olan İddiaçı ünvan 12 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında İ qrup gözdən əlil kimi 7 nəfər ailə tərkibi (iki ailə) nəzərə alınmaqla, mənzillə təmin olunma öhdəliyinin cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə həvalə edilməsini xahiş edir. Bu tələblə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-2420/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi üçüncü şəxs qismində cəlb edilməklə) mənzillə təmin olunma tələbinə dair iddiası üzrə iddiaçının apellyasiyasından imtinası qəbul edilərək apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı əvvəllər mənzillə təmin olunmuş, belə ki, o, 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən təmin edildiyi ünvan 1 ünvanında iki otaqlı 35 nömrəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda iddiaçı ailə üzvlərinin sayı artdığından mənzil şəraitinin ailə üzvlərinin sayı nəzərə alınmaqla yaxşılaşdırılmasını istəyir. O, xx.xx.1992-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüş, gözdən əlillərin mənzil növbəsi siyahısında 1-ci şəxsdir. İddiaçıya Sosial Xidmətlər Agentliyi tərəfindən Səngəçal qəsəbəsində yerləşən Ümid yaşayış kompleksində mənzil təklif olunsa da, o, bu təkliflə razılaşmayaraq, yalnız Nərimanov rayonunda yerləşən mənzillə təmin edilməsini xahiş etmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, AZ.GƏC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən AZ.GƏC-ə təhvil verilmiş mənzillər Bakı şəhəri üzrə mənzil növbəsində olan gözdən əlil vətəndaşların istismarına verilmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-cü il tarixli, 492s nömrəli sərəncamına əsasən, gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları, yəni Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirildiyindən, həmin qrum tərəfindən təklif olunan mənzili qəbul etməyib, həmin qruma qarşı iddia tələbini geri götürən iddiaçının onu və ailə üzvlərini mənzillə təmin etmək öhdəliyi olmayan şəxsə qarşı mənzillə təmin edilməsi tələbini irəli sürməkdə haqlı deyildir. Bu səbəbdən iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(005)- 2484/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1901/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1901/2025
13.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver