Məhkəmə qərarları › İş №2(103)-1902/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1902/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1902/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1372/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQnin xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli və xx.xx.1999-cu il tarixli, 19/299 nömrəli bildirişlərinin, MN MHH-nın xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1372/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilməsi, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçi şikayət verərək onun ləğv edilməsini və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qərardadla ərizəsini heç bir normativ hüquqi akta əsaslanmadan, MPM-in 153.2.2ci maddəsini səhv tətbiq etməklə, geri qaytarıb. Bu qərardad qanunsuzdur, MPM-in 229cu, Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 15.4-cü maddəsinə ziddir, məhkəmə müdafiəsi hüququna qadağadır, ona görə ləğv olunmalıdır. 1cisi, MPM-in 153.2.2-ci maddəsi düzgün tətbiq və təfsir olunmayıb. O, MPM-in 229-cu maddəsinə əsasən, əlavə qətnamə çıxarılmasına ərizə vermişdir, baxılmayıb. Bakı Apellyasiya Məhkəməsi isə əlavə qətnamə çıxarılmasından imtina edib. Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 15.4-cü bəndinə görə, əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Məhkəmə 153.2.2-ci maddəsini əsassız tətbiq etməklə bu hüququna qadağa qoyub. 2-cisi, MPM-in 229.2-ci maddəsinə görə, əlavə qətnamə və ya əlavə qərardad çıxarılması qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Yəni 153.2.2-ci maddəsinin tətbiq edilməsinin yanlışlığı bu maddədən də görünür. Qətnamə qanuni qüvvəyə mindi-minmədi, onun baxılmayan, qətnamə çıxarılmayan sübutları, sənədləri üzrə məhkəməyə ümumi qaydada müraciət etmək hüququ MPM-in 229-cu, Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarının 15.4-cü bəndi ilə təsbit olunub. Plenum konkret göstərib ki, maraqlı şəxsin eyni tələblə məhkəməyə müraciət etmək hüququ var. İlkin qətnamənin qanuni qüvvəyə minib-minməməsinin isə heç bir önəmi yoxdur. Çünki MPM-in 229.2-ci maddəsinə görə, əlavə qətnamənin çıxarılması qətnamənin qanuni qüvvəyə minməsini təxirə salmır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1372/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadının olması) istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan ərizə və ona əlavə edilmiş sənədlər ərizənin yolverilməzliyinə görə qəbul edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, həqiqətən də, Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi AR DİN Daxili Qoşunlar Baş İdarəsi və AR Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4483/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, icraata qəbul edilməmişdir. Bu da o deməkdir ki, hazırki tələbə artıq məhkəmə tərəfindən qiymət verilmiş, ərizəçinin qeyd etdiyi sənədlərin ona məxsusluğu yoxlanılmış və bu barədə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni MPM-in 153.2.2-ci maddəsinə əsasən yolverilməzliyinə görə qəbul edilməkdən imtina etməklə və ərizəçiyə geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və onları qərardadın ləğvi üçün əsas hesab etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1372/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar