Məhkəmə qərarları › İş №2(103)-1906/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1906/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1906/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili Vüqar Xasayevin iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbinə dair“ ilk və Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması tələbi barədə” qarşılıqlı iddia ərizələrinə dair 2(005)- 2096/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən "xxxx" MMC, eyni zamanda Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMCyə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehin mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə yazılı əlavə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən Cavabdeh1 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə cavabdehlərin təmin edilməsi və "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Ağa-Neymətulla və F.Yusifov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin təmin etmək məqsədilə, Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 454 nömrəli xx.xx.2017-ci il tarixli Sərəncam vermişdir. Sərəncama əsasən Ağa-Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1,082 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncama əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həval edilmişdir. Sərəncama əsasən İddiaçı MMC-yə ünvan 2 ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Qeyd olunan sərəncamla İddiaçı MMCyə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş plana işlənilməzdən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Ağa- Neymətulla 32,34 və Faiq Yusifov 9,11,13,15 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 14 fevral 2018-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndis Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələləri üzrə müdür müavini Toğrul Əliyev və Nərimanov rayon 30 saylı Mənzil Kommunal İstismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X4 Agentliyinin 25 yanvar 2018-ci il tarixli, 36\00594 saylı tapşırığına əsasən ünvan 3 ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt tərtib etmişlər. Göstəilən akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur, evlərin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olunmuş, həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlüləsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. "xxxx" MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdeh istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Faiq Yusifov küçəsi 11 saylı binanın sakini olan cavabdeh ailə üzvləri ilə (özü və 2 oğlu) "xxxx" MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdeh bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirili mənzilin verilməsi şərtilə, onun mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onun mülkiyyətində olan 2 otaqlı ümumi sahəsi 40,9 kv.m. olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzlli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə "xxxx" MMC-nin təkliflərindən - iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə etməklə tam təmirli mənzilin verilməsi təklifindən imtina etmişlər və iddiaçının təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat-qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdeh yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdeh iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək, icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan normativ hüquqi və inzibati aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və İddiaçı MMC ciddi maliyyə itkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan normativ aktların icrasının təmin edilməsi məqsədi ilə “Araz 2011” məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər, istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada yerləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Həmçinin, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu) ev 11, 15 saylı mənzilin əvəzində cavabdeh ‘Araz-2011A" MMC tərəfindən yeni tikiləcək binanın birinci mərtəbəsində sahəsi 65 kv.m olan, tam təmirli qeyri-yaşayış sahəsinin verilməsinə dair müqavilənin bağlanması, mənzilini təhvil verdiyi gündən tam təmirli qeyri-yaşayış sahəsini təhvil alacağı günədək hər ay üçün 700 (yeddi yüz) manat məbləğində kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh «Araz-2011A” MMC-yə həvalə edilməsi, cavabdehlər “Araz-2011A" MMC və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən sökuntü işləri nəticəsində ona dəymiş 10000 (on min) manat məbləğində mənəvi zərərin müştərək qaydada tutulması və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi (köhnə adı Xuluflu), ev 11, mənzil 15 xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzil 1-ci mərtəbədə, yol kənarında yerləşməklə 3 pəncərəsi yola baxır. Mənzildə iddiaçı və yetkinlik yaşına çatmış 2 oğlu qeydiyyatda olmaqla yaşayırlar. Mənzilləri yol kənarında əlverişli məkanda yerləşdiyindən onu qeyri-yaşayış sahəsi qiymətinə satmaqla 2 ayrı-ayrı mənzil almaq qərarına gəlmişdir. Lakin, sonradan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin və “Araz-2011A “MMC-nın nümayəndələri onlarda daxil olmaqla sakinlərə binanın söküləcəyini, əvəzində sakinlərlə razılaşdırılmaqla yeni tam təmirli mənzillərin veriləcəyini və mənzillər hazır olanadək kirayə haqqı veriləcəyini bildirmişlər. Cavabdehlərin etdiyi təklif onlar üçün əlverişsiz və ədalətsiz olduğundan razılığa gələ bilməmişlər. Buna görə də, iddiaçıya özünə məxsus olan mənzildə yaşamağa davam etmişdir. Bundan sonra cavabdehlər onların həyat və sağlamlığını təhlükəyə ataraq mənzildə yaşadıqları halda binanı ağır texnika və işçi qüvvəsi ilə uçurmağa başlamışlar. Söküntü zamanı mənzilləri titrəməyə və uçmağa başlamış, divarları çatlamış, ətraflarında olan bütün mənzillər sökülməyə başlamış, binanın damı tamamilə sökülmüşdür. İkinci mərtəbədə yerləşən mənzil və binanın damı tamamilə söküldüyündən evlərini su basmış, yağış yağarkən bütün yağış suları tavandan mənzilə daxil olmaqdadır. Bütün kommunikasiya xətləri, qaz və işıq xətləri kəsilmişdir. Hüquq mühafizə orqanlarına edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Etdikləri bütün müraciətlər cavabdehlərə yönləndirilmişdir. Bütün bu proseslər bu günkü gündə davam etməkdədir. Cavabdehlərin məqsədi onları təhlükəyə ataraq onları mənzildən çıxmağa məcbur etməkdir. Bundan əlavə cavabdeh "xxxx" MMC-nin istinad etdiyi Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarı xx.xx.2019-cu il tarixli, 482 nömrəli qərarla ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(005)- 2096/2020 saylı tqətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən ilk iddia üzrə iddaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh1 qəzalı və yaşamaq üçün yararsız olan mənzilə mülkiyyət hüququnun olması həmin qəzalı binada yaşayan və qəzalı mənziləri müqavilə əsasında sökülərək yeni mənzil gözləyən onlarla vətəndaşın konstitusion hüquqlarını kobud şəkildə pozulmasına yol verir. Ş.Həsənov isə mülkiyyət hüquqlarında sui-istifadə edərək qəzalı mənzilinə görə ağlasığmayan kompensasiya tələb etmiş, bu da öz növbəsində digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına səbəb olmuşdur. Həmin qətnamədən həmçinin Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin – qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(103)- 5977/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2096/2020 saylı iş üzrə qəbul etdiyi 03 noyabr 2020-ci il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017- ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 4 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, həmin yaşayış sahəsinin ilk iddiaçının vəsaiti hesabına sökülməsi, Cavabdeh1 həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində ümumi sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və cavabdehlər "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "xxxx" MMC tərəfindən Cavabdeh1 verilməsi, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(102)-6420/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5977/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə hər bir halda mütənasiblik prinsipi baxımından, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyətində olan mənzilin sökülməli olmasını və buna müvafiq kompensasiya müəyyən edərkən mülkiyyətçinin “gözləntilərinin” olmasını (mənzilin yerləşdiyi yer, mərtəbəsi, sahəsi, ondan digər təyinat üzrə (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin mümkünlüyü, həmin binanın yuxarı mərtəbəsində yaşayan sakinlərlə fərqləndirilməli olmasını) nəzərə almalıdır. Məhz bu halların araşdırılmasının nəticəsi olaraq əldə edilən əmlak üçün təklif olunan kompensasiyanın həcminin eyni (digər sakinlərə münasibətdə) və fərqli meyarlara əsasən hesablanmalı olması, cavabdehin hərəkətlərində sui-istifadə hallarının olubolmaması, ədalət prinsipinin pozulub-pozulmaması qiymətləndirilə bilər. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamış yalnız formal hallardan çıxış edərək ilkin iddianın təmin olunmalı olması nəticəsinə gəlmiş, lakin bu zaman isə qarşılıqlı iddia tələbi üzrə hər hansı araşdırmanın aparılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışı zamanı iştirak edən ilk iddia üzrə iddiaçının təmsilçisi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh1 başqa bütün sakinlər mübahisəli binadan köçürülmüşdür, qonşuluqdakı sökülmüş binanın yerində çoxmənzilli binanın artıq 14 mərtəbəsi tikilmişdir. Cavabdehə məxsus olan mənzil əsas küçədən kənarda, həyətlərarası binada yerləşir və mənzilin pəncərələri arxa həyətə açılır. Nazirlər Kabinetinin Qərarına əsasən söküntü işləri aparılan zaman yaşayış sahələrinə münasibətdə əlavə 20% sahənin verilməsi nəzərdə tutulmuşdur, buna baxmayaraq cavabdehə 60 faizdən artıq sahə, 66 kv.m təmirli mənzil təklif edilmiş, lakin o bundan imtina etmiş, hər uşağına görə ayrı-ayrılıqda 87 kv.m olan mənzil verilməsini əsassız olaraq tələb etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən ilk iddia üzrə Cavabdeh1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və əlavə etdi ki, mənzilin yerıəşdiyi bina cavabdeh tərəfindən yararsız hala salındığı üçün hazırda qəzalı vəziyyətdədir və orada yaşamaq mümkün deyildir. Ona görə də həmin mənzilindən köçərək hazırda başqa ünvanda yerləşən evdə kirayədə yaşayır. O, birinci mərtəbədə yerləşən mənzilində ailəsi ilə birlikdə daimi yaşamış, oradan heç vaxt qeyri yaşayış sahəsi kimi istifadə etməmişdir. Həmin mənzilini gələcəkdə qeyri-yaşayış sahəsinə çevirmək üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməsini təsdiq edə biləcək sübutlar təqdim edə bilmir. Apellyasiya baxışı zamanı iştirak edən ilk iddia üzrə Cavabdeh1 vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, ilk iddia ərizəsi tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamına əsasən Ağa Neymətulla küçəsi 32,34 və Faiq Yusifov küçəsi 9,11,13,15 saylı ünvanda yerləşən 1,082 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilmiş, "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmiş, İddiaçı MMC-yə ünvan 2 ünvanlarda qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. İşdə olan Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 130 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, “Araz-2011A" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1. 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1758 nömrəli razılaşma məktublarını, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 və xx.xx.2018-ci il tarixli, 128 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25025 nömrəli ekspertiza rəyi nəzərə alınaraq, Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda sökülmüş qəzalı binaların yerində "Araz-2011A” MMC-yə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmışdır. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 4 nömrəli “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın surətinə əsasən Bakı şəhəri Nərimanov RİH layihəçi "Araz-2011A” MMC-yə Ağa Neymətulla 32, 34 və Faiq Yusifov 9, 11, 13, 15 saylı ünvanlarda 10820,0 kv.m və 5879,2 kv.m olan çoxmərtəbəli yaşayış binalarında tikintisi aparılmasına icazə verilmişdir. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 30/0641 saylı arayışından görünür ki, ünvan 5 ünvanda Cavabdeh1 (1992-ci il tarixdən), Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadır. İşdə olan Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli rəyin surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, münəndisi Akif İbrahimov, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 30 saylı Mənzil Kommunal istismar Sahəsinin baş mühəndisi Asif Hüseynov ilə birlikdə Tikintidə X4 Agentliyinin 25 yanvar 2018-ci il tarixli 36/00594 saylı tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Ağa Nemətulla 32, 34 və Faiq Yusifov 9,11,13,15 ünvanlarında yerləşən yaşayış binalarına vizual texniki baxış keçirmiş, Ağa Nemətulla 32 ünvanda üçmərtəbəli yaşayış binası 1962-ci ildə kürsülü, üçgirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina üç hissədən ibarətdir, ölçüləri 13,2 x 9,7; 14,0 x 9,7; 13,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,8 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, arakəsmələr çilləkən üzrə suvaq, damı ağac konstruksiyaları üzrə dalğalı metal vərəqələrlə örtülmüşdür. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda və tavanda nəmişlik əlamətləri mövcuddur Pilləkən qəfəsələrində pillələrin sınması, qopması, müşahidə olundu. Pilləkən qəfəsəsinin meydançalarının altından su çənləri asılmışdır. Bu isə sakinlərin təhlükəsiz hərəkətini məhdudlaşdırır və təhlükəli hesab edilir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması insanların həyatı üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bunlar yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Ağa Nemətulla 34 ünvanda üçmərtəbəli yaşayış binası 1965-ci ildə kürsülü, dördgirişli inşa olunub. Bina bir-birinə perpendikulyar tikilmiş iki hissədən ibarəldir, ölçüləri 27,2 x 9,7; 27,2 x 9,7 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir.Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Mərtəbəarası örtük çoxboşluqlu dəmir-beton plitələrdən, damı yastı tipli olub, üçqat ruberoidlə izolyasiya olunmuşdur. Binanın divarlarında suvaq qatının aşınması, tökülməsiı, divarlarda nəmişlik əlamətləri, pilləkən qəfəsələrində pillələrin sınması, qopması, navalçaların və dam örüyünün nasaz olması mövcuddur. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Elektrik naqillərinin açıq vəziyyətdə olması həyat üçün təhlükə mənbəyidir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatı qismən qopub tökülmüş, həmin yerlərdə açıq qalan armaturlar korroziyaya uğramışdır. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər (metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Binanın baş fasad tərəfində birinci mərtəbənin bütün otaqları ticarət və iaşə obyektləri kimi istismar olunur. Binanın yükdaşıyan divarlarında əlavə qapı-pəncərə boşluqları açılmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 9 ünvanda ikimərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bina bir-birinə bitişik beş hissədən ibarətdir. Binanın ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialındandır. Pilləkən qəfəsələ-rinin bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə suvanmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında şaquli və pilləvari, eni 2- 4 mm olan keçici çatlar, suvaq qatının aşınması, tökülməsi, qapıpəncərə boşluqları ətrafında müxtəlif istiqamətli, eni 2-3 mm olan birtərəfli çatlar, tavanda və divarlarda nəmişlik əlamətləri, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin nasaz vəziyyətdə olması müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Balkon tavalarının alt hissəsində beton mühafizə qatının tökülməsi, həmin hissələrdə açıq qalan armaturların korroziyaya uğraması mövcuddur. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükə mənbəyi dir. Evlərin örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 11 ünvanda üçmərtəbəli yaşayış binası 1953-cü ildə kürsülü, ikigirişli inşa olunmuşdur. Bir-birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,7 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşından ibarətdir. Birinci mərtəbənin döşəmələri monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirəmit vərəqələrlə örtülmüşdür. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, divarlarda nəmişlik əlamətləri, çardaq konstruksiyalarının elementlərində sınma və köhnəlmə müşahidə olundu. Binanın hündürlüyü boyunca balkon tavalarının möhkəmlik və dayanıqlığını artırmaq məqsədi ilə qoyulmuş dirəklər(metal borilar) konsol kimi işləyən balkon tavalarının işinə mənfi təsir göstərir. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bunlar isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) və digər inşaat elementləri köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insan həyatı üçün təhlükəlidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 13 ünvanda ikimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir- birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsülərin hündürlüyü 0,6 metrdir. Divarların qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyü ağac materialından, pilləkən qəfəsələrində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvnmışdır. Damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə metal-kirənit vərəqələrlə örtülmüşdür. Binanın fasadında üfüqi və şaquli elementlərindən ibarət gücləndirmə işləri aparılmışdır. Binanın fasadında təmir işləri aparılmasına baxmayaraq, daxilində müxtəlif çatışmazlıqlar mövcuddur. Binanın daxili divarlarında suvaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarlarır dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Dəhlizdə naqillərin açıq olması insanların həyatı üçün təhlükə mənbəyidir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Faiq Yusifov 15: İkimərtəbəli yaşayış binası 1953-cü ildə zirzəmili, kürsülü, ikigirişli inşa olunmuşdur. Bir- birinə bitişik tikilmiş bina beş hissədən ibarətdir, ölçüləri 17,2 x 12,0; 16,2 x 11,6; 7,4 x 13,6; 4,2 x 2,7; 2,0 x 1,2 metrdir. Kürsünün hündürlüyü 0,6 metrdir. Divarları qalınlığı 0,4 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Birinci mərtəbənin döşəməsi monolit betondan, mərtəbəarası örtüyüı, pilləkən qəfəsəsində bütün elementləri ağac materialından, tavanı çilləkən üzrə süvaq, damı çardaq tipli olub, ağac konstruksiyalar üzrə asbest-şifer vərəqələrlə örtülmüşdür. Binanın yükdaşıyan divarlarında pilləvari və şaquli ikitərəfli, eni 2- 4 mm olan çatlar, su-vaq qatının aşınması, tökülməsi, divarlarda nəmişlik əlamətləri, dam örtüyünün və atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin nasaz olması, inşaat elementlərinin köhnəlməsi müşahidə olundu. Sakinlər tərəfindən yaşayış sahəsini artırmaq məqsədi ilə bəzi balkonlar hörülərək bağlanmışdır. Bu isə yükdaşıyan divarların dayanıqlılığına mənfi təsir edir. Binada istismar olunan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmişdir. Binanın örtük və digər konstruksiyalarının ağac materialından olması, gələcəkdə yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Binanın texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir). İş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ilk iddia üzrə cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi bina qəzalı, istismara yararsız vəziyyətdədir. Həmin ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən "xxxx" MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. "xxxx" MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin ilkin iddia tələbi barədə gəldiyi nəticəni əsaslı saymır. Belə ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilkin iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Hazırda ilk iddia üzrə iddiaçı digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə mülkiyyətlərinə müdaxilənin qanuniliyini, əsaslılığını, yəni qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq ödənilən kompensasiyanın məbləği ilə və ona yaşayış sahəsi deyil, qeyri yaşayış sahəsinin verilməli olmasını bildirmiş, bununla belə, alternativ olaraq ona kirayə haqqı olaraq 400 manat deyil, 700 manat verilməli olmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehə mənzillərinin sahəsinə daha artıq əlavə sahə olmaqla yeni mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün ayda 400 manat məbləğində kirayə haqq ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehə edilən həmin təklif, Sərəncamla "xxxx" MMC-nin üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. İş materiallarından görünür ki, mübahisəli mənzilin yerləşdiyi bina hazırda qəzalı və istismara yararsız vəziyyətdədir. Kollegiya hesab edir ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. İddiaçı "xxxx" MMC-nin irəli sürdüyü təklifdən də görünür ki, həmin təklif kifayət qədər ədalətli və ağlabatandır, onun icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MMC tərəfindən hər hansı maneə yoxdur. İlk iddia üzrə iddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər. Bundan əlavə Sərəncamı icra edən iddiaçı "xxxx" MMC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. İddiaçı tərəfindən cavabdehə söküləcək binadakı mənzilinin əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzil təklif olunur. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli Qərarında Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Səbail Rayon İcra Hakimiyyətinin, Pirallahı Rayon İcra Hakimiyyətinin və Xəzər Rayon İcra Hakimiyyətinin bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirmələləri qərara alınmışdır: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi. Həmin qərarla “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli Qərarı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 yanvar tarixli 8 nömrəli Qərarı, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarı ləğv edilmişdir. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Yeni tikiləcək yaşayış binasında mənzillərin verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Kollegiya qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10,10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının qeyd olunan tələblə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarındakı göstərişlər ilə bağlı qeyd edir ki, ilk iddia üzrə cavabdeh mübahisəli mənzilindən heç vaxt qeyri yaşayış sahəsi kimi istifadə etməməsini, həmin mənzildə ailə üzvləri ilə birgə yaşadığını bildirmişdir. Ona mənzilindən digər təyinat üzrə (qeyri-yaşayış sahəsi kimi) istifadəsinin mümkünlüyünə dair gözləntilərinin olmasını tədiq edən sübutlar təqdim etməsi təklif olunmuş, lakin cavabdeh gələcəkdə yaşayış sahəsini qeyri yaşayış sahəsinə çevirmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməsini, bu gözləntilərin real olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0, 10.0.18-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia ərizəsi üzrə iddiaçı tərəfindən cavabdehin mənzilinin yerləşdiyi mərtəbəsi nəzərə alınaraq digər mərtəbədə yaşayan sakinlərlə müqayisədə təklif olunan 20 faiz əlavə yaşayış sahəsindən xeyli artıq, ümumi sahəsi 40,9 kv.m olan mənzilə görə 60 faiz əlavə yaşayış sahəsi hesablanan 66 kv.m tam təmirli mənzil təklif olunur. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehin mənzilinin yerləşdiyi yeri və mərtəbəsi nəzərə alınaraq onun həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış evində yaşayış sahələri üçün nəzərdə tutulmuş ilk mərtəbəsində ümumi sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi mütənasiblik prinsipi baxımından mülki hüququ münasibətinin iştirakçısı kimi cavabdehin maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasına xidmət etmiş olar. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehdən başqa qalan bütün sakinlər mübahisəli binadan köçürülmüş, cavabdeh isə hazırda başqa ünvanda yaşasa da qəzalı vəziyyətdə və uçmaq təhlükəsi olan evin sökülərək həmin ünvanda inşa ediləcək çoxmənzilli yaşayış evində ona daha artıq sahəsi olan yeni təmirli mənilin verilməsinə etiraz edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin razılıq üçün qeyd etdikləri tələblər, İddiaçı MMC-nın kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçı MMC MTK tərəfindən ərazidə yerləşən sahələrinin yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 60 faiz artıq sahəsi olan mənzil, habelə mənzil hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən İddiaçı MMC ilə razılaşmamaları onların hüquqdan suiistifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzilə görə MMC-dən əsassız olaraq şərtlər irəli sürmələrində ifadə olunur. Həmçinin, bu sui-istifadə nəticəsində mübahisəli yaşayış evinin digər mülkiyyətçilərinin hüquqları da pozulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinə dair işin faktiki hallarına düzgün qiymət verməmiş, ilk iddiaçının tələbinin mülkiyyət hüquqlarına müdaxilə kimi münasibət bildirmişdir. Halbuki yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki iddia tələbi məhz cavabdehlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti əsaslı olmaqla təmin edilməli, qətnamə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməklə ilk iddia təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılqlı iddia tələbi “müqavilə azadlığı” prinsipinə zidd olmaqla “Araz-2011 A" MMC-ni müqavilə bağlamağa məcbur etdiyindən qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmçinin qarşılıqlı iddia tələbi “mənəvi zərərin tutulması” hissəsində də əsassızdır, çünki qarşılıqlı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində «Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.» X6 əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. O, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti isə təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizələri və apellyasiya şikayətlərinə görə dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2096/2020 saylı iş üzrə qəbul etdiyi 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 454 nömrəli Sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən 11 saylı evin 15 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılsın, həmin yaşayış sahəsi ilk iddiaçının vəsaiti hesabına sökülsün, Cavabdeh1 həmin ünvanda tikiləcək çoxmərtəbəli yaşayış evində yaşayış sahələri üçün nəzədə tutulmuş ilk mərtəbəsində ümumi sahəsi 66 kv.m olan 2 otaqlı tam təmirli yaşayış sahəsi ilə təmin edilsin və cavabdehlər "xxxx" MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yaşayış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqı "xxxx" MMC tərəfindən Cavabdeh1 verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar