Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1907/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «qanunsuz sahiblikdə olan daşınmaz əmlakdan çıxarılma» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1199/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «qanunsuz sahiblikdə olan daşınmaz əmlakdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 A ünvanda yerləşən torpaq sahəsindən qanunsuz olaraq sahiblik etməsinə son qoyularaq, Cavabdeh həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz tikililərin onun hesabına sökülərək ərazinin təmizlənməsi, qazdığı quyunun (şambo) doldurulması və dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 39 A saylı sahə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır (səh.10); A seriyalı 495660 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 39 A saylı sahəyə dair qeyd olunan İdarə tərəfindən plan tərtib edilərək, zəruri göstəricilər əks edilmişdir (səh.8-9); Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/1747 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ÜRX Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və plan-ölçü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, 39 A saylı ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi ilə iddia olunan (Cavabdeh inşa etdiyi tikilinin yerləşdiyi) tikili və torpaq sahəsinin yerləşdiyi ölçülmüş ərazi İddiaçı adına verilmiş reyestr nömrəsi **********75 plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşür (iddia olunan tikili və torpaq sahəsi İddiaçı mülkiyyətindədir). Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir (səh.56). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1199/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «qanunsuz sahiblikdə olan daşınmaz əmlakdan çıxarılma» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3 A ünvanda yerləşən torpaq sahəsindən qanunsuz olaraq sahiblik etməsinə son qoyularaq, həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz tikililərin Cavabdeh hesabına sökülərək ərazinin təmizlənməsi, Cavabdeh qazdırdığı quyunun (şambo) doldurulması, 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq, Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilməsi, dənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissəsinin rədd edilmıəsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan sahə cavabdeh tərəfindən zəbt edilmişdir və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması haqda ədalətli qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində Azərbaycan Respublikası MPMnin 217.1, 389, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, torpaq sahəsini zəbt etməmiş, Bələdiyyənin sabiq sədirindən pulla almış, 4 ilə tikinti işləri aparmış və ev tikmişdir. Bu tikinti işləri gedən zaman iddiaçı bir dəfə olsun bu torpaq sahəsinin onun olması barədə bildirməmiş və onun ev tikdiyi torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə qonşuluq təşkil etsə də üst-üstə düşmür. mütəxəssislər onların ünvanına gəlməmiş və heç bir koordinat nöqtələrini yoxlamamış xidməti otaqlarında bu rəyi tərtib etmişlər. Onların evdə 24 saat adam olur, əgər onlara yoxlamağa gəlsəydilər mütləq onları görərdilər. Bundan başqa ekspertlər tərəflərin iştirakı ilə həyata keçirilir.Əfsuslar olsun ki, məhkəmə bu hallara qiymət verməmiş sonda əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, mübahisəli torpaq sahəsini Elman adlı şəxsdən aldığını, həmin şəxsin bədəliyyədən sənəd alacağını bildirdiyini, amma 3-4 ildir ki, Bələdiyyədən heç bir sənəd verilmədiyini, Elmana 12800 manat verdiyini, evin təmiri üçün isə 10000 manat pul ödədiyini, əvvəllər həmin ərazidə heç kimin yaşamadığını, iddiaçının çıxarış barədə heç bir söz demədiyini, başqa ünvan olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7, 7c saylı evə dair bələdiyə və kommunal xərclər üzrə ödənişlər apardığını, onun xəbəri olmadan ekspertiza keçirildiyini bildirmiş, şahidlərin dinlənilməsi və təkrar ekspertizanın keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. (Qeyd: şahidlərin dinlənilməsi barədə vəsatət rədd edilmişdir) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, ərazinin hasarın içində olduğunu, tikilinin iddiaçının evinə bitişik olduğunu bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-181; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının pozulması hesabına cavabdehin mövcud olmayan hüquqlarının təmin edilməsi üçün heç bir hüquqi normativ üstünlük müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, cavabdehin rəsmi reyestrdə qeydə alınmalı olan hüquqlarınına dair heç bir sübut təqdim edilməmişdir. Apellyasiya əsassız olduğundan ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onu ödəyən cavabdehə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, torpağa (tikiliyə) hüquqlarının yaranması üçün müvafiq icra hakimiyyətində mülkiyyət və ya istifadə hüquqları qeydə alınmalıdır, müvafiq reyestrdə qeydə alınmamış əmlaka (şahidlərin ifadəsinə, bələdiyyə və kommunal ödənişlərə əsasən, əlavə və ya təkrar ekspertiza tədqiqatının aparılması yolu ilə) məhkəmə tərəfindən hər hansı qiymət verilməsi səlahiyyətlərdən (dispozitiv imkandan) kənar sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1199/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1907/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1907/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver