Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1907/2025 28.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(001)-1125/2023 saylı qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı xx.xx.2005-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən aldığı Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajın ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1125/2023 saylı qərardadı ilə iddia ərizəsinə qiyabi icraat qaydasında baxılması qərara alınmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1125/2023 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh MTK-ya xx.xx.2005-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300 keçid ünvanında yerləşən 3 nömrəli binanın 1-ci girişində ümumi sahəsi 27 kv.m. olan qarajın İddiaçı təhvil verməsi vəzifəsinin həvalə edilməsi, Cavabdeh MTK-dan dövlət rüsumuna görə 100 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş üzrə qiyabi qətnamə xx.xx.2023-cü il tarixində Cavabdeh MTK-nın və onun nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh MTK-nın sədri Nümayəndə ərizəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1125/2023 saylı qiyabi qətnaməsinin surətinin fəaliyyət göstərdiyi ünvana göndərilmədiyini, bu səbəbdən də məhkəmə iclasları barədə məlumatı olmadığını iddia edərək məhkəməyə müraciət etmiş, qətnamənin surəti ona xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsində təqdim edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1125/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1125/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh MTK-nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1125/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh MTK tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(001)-1125/2023 saylı qərardadı ilə təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 243.2-ci maddəsində qeyd olunan hüquqi normasında qiyabi qətnamənin çıxarıldığı vaxtdan 10 (on) gün müddətində işdə iştirak edən şəxslərin elektron kabinetlərində yerləşdirilməsi tələbi təsbit olunmuş və bu prsosessual qaydanı məhkəmə (hakim) üçün müəyyən etmişdir. Məhkəmə aktlarının çatdırılması və rəsmi qaydada verilməsi təsbit olunmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s.vasitəsilə) çatdırılır. Qeyd olunan prosessual hüquq normanın tələbinə əsasən məhkəmə sənədinin rəsmi təqdim edilməsi onun yalnız məhkəmə elektron kabinetində yerləşdirilməsi ilə deyil, yerləşdirilməsi barədə tərəflərə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s.vasitəsilə) çatdırılıması təmin edilməlidir. Çünki qanunvericilikdə iş üzrə cavabdeh olan Cavabdeh MTK-nın “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinetlərini mütəmadi nəzarət etməsi ilə bağlı prosessual məcburiyyət müəyyən edilməmiş və üzərinə belə bir vəzifə təyin edilməmişdir. Lakin qiyabi qətnamə ilə bağlı, elektron kabinetində qeyd olunan telefon nömrəsinə SMS və elektron poçtona məlumat (gəlməmişdir) göndərilməmişdir. Ona görədə şikayət olunan qərardadın əsası kimi istinad edilmiş“qiyabi qətnamənin elektron kabinetdə yerləşdirilməsi ilə onun cavabdehə çatdırılması” hesab edilməsi barədə məhkəmənin gəldiyi qənaət qeyd olunan prosessual hüquq normaların tələblərinə uyğun deyildir. Qiyabi qətnamənin ləğvinə dair ərizəyə baxılarkən, nəzərəalınmalıdır ki, məhkəmə iclasları və qiyabi qətnamə barəsində iş üzrəcavabdeh şəxs olaraq Cavabdeh MTK-nın elektron kabinetində qeydə alınmış telefon nömrəsinə və elektron poçt ünvanına SMS və ya məlumatlar göndərilməmiş, fəaliyyət göstərdiyi ünvana məhkəmə bildirişləri çatdırılmamışdır. Bu səbəbdən də məhkəmə iclasları və qiyabi qətnmə barəsində məlumatı olmamışdır. Adı çəkilən qiyabi qətnamənin mövcudluğu barədə Cavabdeh MTK-nın sədri xəbər tutuandan sonra qətnamə sonuncuya rəsmən xx.xx.2024-cü il tarixdə, Binəqədi rayon İcra şöbəsində təqdim olunmuşdur. Ona görə də qiyabiqətnamədən şikayət vermə müddətinin axımı, onun elektron kabinetində yerləşdirilməsi tarixindən deyil, məhz xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə qiyabi qətnamənin ləğvinə dairməhkəməyə ərizə təqdim etmişdir. Bu baxımdan qiyabi qətnamənin əldə etdiyixx.xx.2024-cü il tarixə nisbətdə, 10günlük müddət təsbit olunmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinin tələbinə əsasən, qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə vaxtında verilmiş hesab olunur. Ona görə də qərardada qiyabi qətnamənin ləğvinə dair cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı qeyd olunan hallar, məhkəmə sənədinin çatdırılması faktiki hallara və qeyd olunan prosessual normaların tələblərinə uyğun deyildir və qiyabi qətnamənin ləğvinə dair ərizənin təmin edilməməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Lakin məhkəmə qərardadı qəbul edərkən, bu halları nəzərə almamış və tətbiq etməli olduğu prosessual hüquq normasının tələblərinə riayyət etməmişdir. Qeyd olunan prosessual hüquq normanın tələbindən göründüyü kimi məhkəmə sənədinin rəsmi təqdim edilməsi onun yalnız məhkəmə elektron kabinetində yerləşdirilməsi deyil, yerləşdirilməsi barədə tərəflərə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Lakin qiyabi qətnamə, eləcə də onunla bağlı məhkəmə iclasları ilə bağlı, cavabdehin elektron kabinetində qeydolunan telefon nömrəsinə SMS və elektron poçtona məlumat (gəlməmişdir) göndərilməmişdir. Ona görə də şikayət olunan qərardadın əsası kimi istinad edilmiş“qiyabi qətnamənin elektron kabinetdə yerləşdirilməsi ilə onun cavabdehə çatdırılması” hesab edilməsi barədə məhkəmənin gəldiyi qənaət qeyd olunan prosessual hüquq normaların tələblərinə uyğun deyildir. Qiyabiqətnamənin ləğvinə dair ərizəyə baxılarkən, nəzərə alınmalıdır ki, adı çəkilən qiyabi Qətnamənin mövcudluğu barədə Cavabdeh MTK-nın sədri xəbər tutuandan sonra qətnamə sonuncuya rəsmən xx.xx.2024-cü il tarixdə, Binəqədi Rayon İcra şöbəsində təqdim olunmuşdur. Ona görə də qiyabi qətnamədən şikayətvermə müddətinin axımı, onun elektron kabinetində yerləşdirilməsi tarixindən deyil, məhz xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cavabdehxx.xx.2024-cü il tarixdə qiyabi qətnamənin ləğvinə dair məhkəməyə ərizə təqdim etmişdir. Bu baxımdan qiyabi qətnamənin əldə etdiyi xx.xx.2024-cü il tarixə nisbətdə, 10 günlük müddət qiyabi qətnamənin ləğvi üçün məhkəməyə ərizə vaxtında verilmiş hesab olunur. Lakin, məhkəmə qərardadı qəbul edərkən, bu halları nəzərə almamış və tərbiq etməli olduğu prosessual hüquq normasının tələblərinə riayyət etməmişdir. Ona görədə şikayət olunan qərardad qeyd olunan prosessual hüquq normasının tələbinə ziddir və qərardan ləğv üçün yetərli əsasdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(001)-1125/2023 saylı qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, Cavabdeh MTK-nın və onun nümayəndəsi Nümayəndə elektron kabinetinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1125/2023 saylı qiyabi qətnaməsi xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab olunur. Qanunvericiliyin tələblərinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Hazırkı ərizə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur, yəni qanunla müəyyən edilmiş ərizə vermə müddəti ötürülməklə verilmiş, müddətin bərpası barədə ərizə də verilməmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, qeyd olunan qərardad qəbul edilərkən, Mülki Prosessual Qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydad verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 133.3-ü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İş materiallarından görünür ki, Cavabdeh MTK tərəfindən müddətin bərpası barədə ərizə verilməmişşdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi müddət bərpası barədə ərizə olmadığından, ərizəni geri qaytarmalı olduğu halda, ərizəyə baxmışdır. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(001)-1125/2023 saylı qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılmaq üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(001)-1125/2023 saylı qərardadı ləğv edilsin, ərizəyə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1907/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1907/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver