Məhkəmə qərarları › İş №2(103)-191/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-191/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-191/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dаir mülki iş üzrə Açar sözlər: (özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh iştrakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(010)-276/2023 saylı qətnaməsindən iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh fərdi yaşayış evini tikdiyi torpaq sahəsi iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsindədir. Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində yerləşən fərdi yaşayış evi üzərində heç bir mülkiyyət hüququ yoxdur. 2.İddiaçı “X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Avtodəstə küçəsi 39 T 414720.39 m B 4472301.38 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiаçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Avtodəstə küçəsi 39 T 414720.39 m B 4472301.38 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, “X9 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-nə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Hımin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X9 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər bizim haqlı tələblərimizə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X9 Kompani S.A” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Avtodəstə küçəsi 39 T 414720.39 m B 4472301.38 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur”. 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək bildirmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən komissiya yaradılaraq cavabdehin zəbt etdiyi əraziyə baxış keçirilmiş, bundan sonra cavabdeh həmin ərazidə apardığı tikintini bir müddət dayandırmışdır. Lakin sonradan o, tikintini davam etdirdiyindən məcbur qalıb müxtəlif instansiyalara, eləcə də həmin ərazidə yerləşən torpaq sahəsinə hansısa xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmamasının müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişlər. Xidmətdən onlara verilmiş rəsmi cavabdahəmin ərazidə yerləşən torpaq sahəsinin heç kimin xüsusi mülkiyyətində olmadığı, torpaq sahəsi üzərində aparılmış tikintinin qanunsuz olduğu bildirilmişdir. Bundan sonra Xidmət tərəfindən bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə cinayət işinin açılması üçün müraciət etmişlər. Digər tərəfdən, cavabdehin özbaşına tikinti apardığı torpaq sahəsi iddiaçının istifadəsində olan kontrakt sahəsi hüdudlarında yerləşir. Bu hal iddia ərizəsinə əlavə edilmiş xəritədən də açıq-aydın görünür. Həmin ərazi neft hasilatı ilə əlaqədar müvəqqəti olaraq iddiaçının istifadəsinə verilmişdir və iddiaçı bu ərazinin qorunub-saxlanması, sonra lazımınca təhvil verilməsi üçün məsuliyyət daşıyır. Bu səbəbdən ərazidə aparılmış tikintinin sökülməsi və tikintinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılmasına dair tələblə məhkəməyə müraciət edilmişdir. Həmin tikili əvvəlcə yaşayış üçün yararsız kiçik bir tikili (daxma) olmuş, cavabdeh orada məskunlaşmış, sonradan qanunsuz olaraq, heç bir orqandan icazə almadan tikinti apararaq böyük bir fərdi yaşayış evi tikmişdir. Bundan sonra iddiaçı tikintinin dayandırılmasını tələb etməyə başlamışdır. Bu tikintinin aparılması zamanı cavabdehə tikintinin qanunsuz olduğu və dayandırılmalı olması barədə xəbərdarlıq edilmiş, bundan əlavə Əmlak Məsələləri Dövlət Xidməti də Baş Polis İdarəsinə həmin ərazidə qanunsuz tikinti aparılması ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh barəsində heç bir tədbir görülməmişdir. Onlar da mülki qaydada hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Onu da qeyd edir ki, əgər cavabdehin apardığı tikinti nisbətən kiçik, əvvəlki tikinti kimi olsa idi, iddiaçı tərəfindən buna müdaxilə edilməyə bilərdi. Lakin cavabdeh çox böyük, kənardan gözəgəlimli bir ev tikdiyindən onlar məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. 6.Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddiada qeyd etdiyi ünvanda 30 ildir ki, yaşayır. Orada heç bir əlavə tikinti aparmamışdır. Sadəcə evində vacib olan təmir işləri etmişdir. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 30 yanvar 2023-cü il tarixli, 2(010)-276/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səlimə Miriyeva) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 8.“X9 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X9 Kompani S.A” Şirkəti fəaliyyət göstərir. 9.xx.xx.2022-ci il tarixli, 30 nömrəli aktdan görünür ki, 414720.39; 4472301.38 koordinatı üzrə nümayəndəliyin 2 saylı neft-qaz çıxarma sexinin ərazisində olan Qaraçuxur qəsəbəsi, Aftodəstə küçəsi ünvanında X7 tərəfindən tikinti işləri aparılması aşkar edilmişdir. 10.Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “X9 S.A” Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində torpaq sahələrinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. Qeyd edilən torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi), həmçinin qanunvericilikdə nəzərdə tutulmayan qaydada tikinti işlərinin aparılması halının qarşısının alınması məqsədilə həmin şəxslərin müəyyən edilərək barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tədbirin görülməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktublar göndərilmişdir. 11.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etimşdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Avtodəstə küçəsi 39 T 414720.39 m B 4472301.38 m C koordinatlar üzərində yerləşən torpaq sahəsi həmin sahədə neft-qaz əməliyyatlarının aparılması üçün “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır. Cavabdeh isə həmin ərazidə özbaşına tikili (fərdi yaşayış evi) tikmişdir. İşin bu hallarını hər iki tərəf mübahisələndirmədən qəbul edir. 12.Hazırda iddiaçı “X9 Kompani S.A” Şirkətinin nümayəndəliyi məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən tikilmiş həmin tikilinin sökülməsi və tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh isə iddianı qəbul etməmiş, həmin ünvanda otuz ildir ki, yaşadığını bildirmişdir. 13.Məhkəmə iddianın rədd edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh fərdi yaşayış evi tikdiyi torpaq sahəsi iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsindədir. Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində yerləşən fərdi yaşayış evi üzərində heç bir mülkiyyət hüququ yoxdur. İşin bu hallarını məhkəmə iclasında iştirak etmiş tərəflər də mübahisələndirməmişdir. Eyni zamanda, iş materiallarına daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən iddiaçıya ünvanlanmış məktub əlavə edilmişdir ki, həmin sənəddə də Cavabdeh tərəfindən sözügedən ünvanda özbaşına tikinti aparıldığı göstərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində özbaşına tikili tikmişdir. 14.Bununla belə məhkəmə qeyd etmişdir ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, cavabdeh tərəfindən mübahisəli ərazidə tikilmiş tikili məhz fərdi yaşayış evidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, ərazidə fərdi yaşayış evi tikintisi aparılmışdır. Belə olan halda məhkəmə bu tikilinin sökülməsinin cavabdehin evinə hörmət hüququna müdaxilə təşkil edib-etməməsi, əgər edərsə bu müdaxilənin qanuniliyi, güddüyü məqsəd və bu məqsədə mütənasibliyi, demokratik cəmiyyətdə zəruriliyi kimi məsələlərə münasibət bildirməlidir. 15.Məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən tikilmiş bu ev dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və milli hüquqa görə bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin ev üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, evin tikintisinin cavabdehin vəsaiti hesabına baş tutması, evə dövlət tərəfindən kommunal xidmətlərin göstərilməsi, yaxud müəyyən bir müddət evin tikintisinə dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə ev üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh bu evi tikərkən, təmir edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir. 16.Lakin mübahisəli tikili cavabdehin yaşayışını təmin edən fərdi yaşayış evi olduğundan və cavabdeh bu evdə uzun müddətdir yaşadığından həmin ev cavabdehin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından “evi” hesab olunur. 17.Ona görə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd etdiyi kimi 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu, milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır (X3rşı, no. 66610/10, § 30, 14 mart 2017). 18.Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh həmin ünvanda otuz ildir yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də qəbul etmişdir ki, cavabdeh həmin ünvanda əvvəlcə kiçik bir “daxma”da yaşamış, sonradan həmin “daxma”nı böyüdərək orada yaşamağa davam etmişdir. Bundan əlavə, iddiaçı tərəf iddia etməmişdir ki, cavabdehin bu özbaşına tikilidən başqa bir mənzili (evi) var və o, mübahisəli tikilidən öz yaşayışını təmin etmək üçün istifadə etmir. İş üzrə məhkəmə araşdırması gedişində də belə bir hal aşkar edilməmiş, cavabdehin özbaşına tikdiyi bu evə yaşayışını təmin etmək baxımından ehtiyacı olmadığı müəyyən edilməmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bir bağı var və ölçüsündən asılı olmayaraq həmin ev Konvensiyanın 8-ci maddəsinin mənası baxımından cavabdehin evi olmuşdur. Bunun məntiqi davamı olaraq qəbul edilməlidir ki, bu evin sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. 19.Belə olan halda məhkəmə hesab etmişdir ki, bu müdaxilənin qanuniliyi, güdülən məqsədə mütənasibliyi, eləcə də “demokratik cəmiyyətdə zəruriliyi” kimi məsələlərə münasibət bildirilməlidir. Ona görə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən şəxsin evini itirməsi evə hörmət hüququna ən kəskin müdaxilə olduğuna görə bu risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupadaxil olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilmiş prinsiplər fonunda müstəqil məhkəmə tərəfindən görülən tədbirlərin mütənasibliyinin araşdırılmasına nail olmalıdır. 20.Məhkəmə qeyd etmişdir ki, cavabdehin evinə hörmət hüququna olunan (olunması tələb edilən) bu müdaxilə qanunidir. Bunun səbəbləri bu qərarın 19-cu bəndində əsaslandırılmışdır. Lakin bu müdaxilənin tətbiqi ilə güdülən məqsəd, müdaxilənin güdülən məqsədə mütənasibliyi, eləcə də “demokratik cəmiyyətdə zəruriliyi” kimi məsələlər müəyyən edilməmiş qalır. 21.İddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Suraxanı rayonu ərazisində neft hasilatı ilə məşğul olduğundan və cavabdehin evinin yerləşdiyi ərazi də iddiaçının istismarına verilmiş sahəyə daxil olduğundan iddiaçının cavabdehin evini sökdürməkdə məqsədi həmin ərazidə neft əməliyyatları həyata keçirilməsi zərurəti ilə izah oluna bilər. Hansı ki, iddia ərizəsi də əsasən bu halla əsaslandırılmış, ərizədə göstərilmişdir ki, Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. 22.Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin evinə hörmət hüququna müdaxilə etməkdə məqsədi neft əməliyyatlarının həyata keçirilməsi ehtiyacı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bu əməliyyatların ölkənin iqtisadi rifahı maraqları naminə, dövlət və ya ictimai ehtiyac üçün təcili olaraq lazım olduğu iddia edilməmiş, belə bir təcili ehtiyacla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu vəziyyətdə məhkəmə cavabdehin evinə müdaxilənin daha çox iddiaçı “X9 Kompani S.A” Şirkətinin torpaq sahəsindən istifadə hüququnun qorunması qanuni məqsədini güddüyü nəticəsinə gəlir. 23.Bunun davamı olaraq məhkəmə cavabdehin evinə hörmət hüququna bu məqsədlə müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığı məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, görülən tədbirlərin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən edərkən Məhkəmə həmin tədbirlərə haqq qazandırmaq üçün gətirilən əsasların münasib və yetərli olub-olmadığını və həmin tədbirlərin qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib olub-olmadığını işin bütün hallarının fonunda nəzərdən keçirməlidir (Avropa İnsan Hüquqları Məhkəməsi, Z Finlandiyaya qarşı iş, § 94). 24.Məhkəmə hesab etmişdir ki, hazırkı iş kimi işlərdə mütənasiblik cavabdehin yaşayış yerindən məhrum edilməsi bahasına əldə edilmiş torpaq sahəsinin iddiaçı tərəfindən nə kimi istifadə ediləcəyi ilə ayrılmaz bağlıdır. Hazırkı iş üzrə iddiaçı “X9 Kompani S.A” Şirkətinin nümayəndəliyi iddia etməmişdir ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili olaraq lazımdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh həmin ərazidə özbaşına tikili tikən yeganə şəxs deyil. Əksinə, həmin ərazidə əhali kütləvi şəkildə özbaşına tikililər tikərək məskunlaşmışdır və iddiaçı “X9 Kompani S.A” Şirkətinin nümayəndəliyi həmin tikililərin sökülməsinə dair müxtəlif cavabdehlərə qarşı onlarla iddia qaldırmışdır. Bu vəziyyətdə cavabdehin yaşadığı evin sökülməsi ilə dərhal həmin ərazidə neft əməliyyatlarının həyata keçiriləcəyinə inanmaq çətindir, xüsusən ona görə ki, cavabdehin evi iddiaçının bu ərazidə neft əməliyyatları həyata keçirməsinə yeganə əngəl deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də qəbul etmişdir ki, cavabdeh tərəfindən bu ərazidə tikilmiş ev əvvəlcə kiçik bir “daxma” olmuş, cavabdeh həmin kiçik evdə məskunlaşmış, həmin vaxtlar iddiaçı Şirkət bu evin mövcudluğuna göz yummuşdur. Lakin cavabdeh evi böyütdükdən və ev kənardan “gözəgəlimli” olduqdan sonra iddiaçı Şirkət əvvəlcə tikintinin dayandırılmasını, daha sonra isə sökülməsini tələb etməyə başlamışdır. Buradan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının evin sökülməsini tələb etməkdə məqsədi məhz həmin evin yerləşdiyi ərazidə neft əməliyyatları aparmaqdan daha çox həmin ərazidə diqqət cəlb edən, dəbdəbəli tikintilərin qarşısını almaqdır. 25.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının nə dərəcədə zəruri və təcili olduğu məlum olmayan neft əməliyyatları həyata keçirmək marağı cavabdehin yaşayışını təmin edəcək yeganə evdən məhrum olmasına mütənasib deyil. Bu səbəbdən iddia təmin edilə bilməz. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 33, 71-ci; “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8.1 və 8.2-ci; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolun 1-ci; X3rşı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin no. 66610/10, § 30, 14 mart 2017-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 180.1, 180.2, 180.4, 241.2-ci; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 1, 111.1-111.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 185.5, 217.3, 217.4, maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, lakin cavabdeh nə torpaq sahəsinə nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisinin hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması və həmin ərazinin ARDNŞ-nin istifadəsində olması ƏMDX-nin məktubu ilə təsdiqlənmişdir. “X9 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005ciil tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqacür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 31.İddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 33.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 34.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 36.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 37.Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 38.Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 39.Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ. 1.Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 40.Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması. 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 43.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığınıntam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. 49.Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Cavabdeh fərdi yaşayış evi tikdiyi torpaq sahəsi iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsindədir. Cavabdeh nə bu torpaq sahəsi, nə də onun üzərində yerləşən fərdi yaşayış evi üzərində heç bir mülkiyyət hüququ yoxdur. İşin bu hallarını məhkəmə iclasında iştirak etmiş tərəflər də mübahisələndirməmişdir. Eyni zamanda, iş materiallarına daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən iddiaçıya ünvanlanmış məktub əlavə edilmişdir ki, həmin sənəddə də Cavabdeh tərəfindən sözügedən ünvanda özbaşına tikinti aparıldığı göstərilmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsində özbaşına tikili tikmişdir. 50.Göründüyü kimi Cavabdeh tərəfindən tikilmiş bu ev dövlət mülkiyyətində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan, torpaq sahəsi və həmin ev üzərində cavabdehin hər hansı mülkiyyət hüququ mövcud olmadığından, eyni zamanda qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi “X9 Kompani S.A” Şirkətinin qanuni istifadəsində olan torpaq sahəsində yerləşdiyindən iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. 51.Belə ki, “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarınının məzmunundan müəyyən olunur ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilmədi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. 52.Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. 53.Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. 54.Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər. 55.İş materiallarından göründüyü kimi iddiaçının cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi ilə bağlı tələbi Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X11Zeİ və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 20 sentyabr 2005-ci il tarxili Azərbaycan Respublikasının Qanunun icrası ilə bağlıdır. 56.Həmin Qanunundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2005-ci il 1 iyul tarixli 875 nömrəli Sərəncamına uyğun olaraq, 2005-ci il avqustun 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə X2 X11Zeİ ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. 57.Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 58.Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005ci il tarixli, №875 saylı Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X2 X11.Ze.İ şirkəti arasında Sazişin hazırlanması və imzalanması səlahiyyəti verilmişdir. 59.Həmin Sərəncamın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə Azərbaycan Respublikasında Suraxanı neft-qaz yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə X2 X11.Ze.İ şirkəti arasında Sazişin qüvvədə olduğu müddət ərzində həmin Saziş üzrə dövlətin səlahiyyətlərinə aid olan məsələlər üzrə funksiyaları həyata keçirməsi həvalə edilmişdir. 60.İş materiallarından görünür ki, “X9 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. 61.Həmin Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. 62.Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X9 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. 63.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir.

64. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. 65.Göründüyü kimi, "X9 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqi mövcuddur. 66.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9947 nömrəli, 12 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 330.0 kv.m təşkil edir. Torpaq sahasinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Faktiki olaraq göstərilən 330.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunmuşdur. -Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azarbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Suraxanı Oyl).

67. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 68.Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan (“X9 Kompani S.A”-Şirkətinə aid) ərazinin hüdudları daxilində yerləşir. 69.Kollegiya qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən qeyri-qanuni tikili inşa edilmişdir. İddiaçının istifadəsinə verilmiş torpaqlar sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan və həmin torpaqların təyinatının dəyişdirilməsi, habelə hər hansı bir şəxsin istifadəsinə verilməsi barədə heç bir sənəd mövcud olmadığından iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmişdir. 70.Digər tərəfdən, Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli qərarına əsasən, neft və qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu baxımdan həmin ərazidə məskunlaşma cavabdeh tərəf üçün də təhlükəlidir. 71.Həmçinin iddiaçı həmin ərazidə neft və qazın hasilatı ilə məşğuldur. İddiadan göründüyü kimi, Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. İddiaçının zəbt etdiyi torpaq sahəsində tikdiyi tikili hal-hazırda həmin proqramın yerinə yetirilməsində çətinliklər yaradır. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. 72.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı rədd edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 73.Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. 74.Beləliklə məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Avtodəstə küçəsində yerləşən özbaşına tikili sökülməli, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. 75.Məhkəmə kollegiyası “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarında nəzərdə tutulmuş, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələnin məhkəmələr tərəfindən müzakirə edilməsi ilə bağlı göstərişə əsasən, cavabdeh tərəfindən tikilmiş tikilinin hazırda cavabdehin yaşayışını təmin edən fərdi yaşayış evi olmasını nəzərə alaraq hesab edir ki, tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamənin icrası həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlidir. 76.Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilini tələblərinə əsasən iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 77.Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirlməlidir. 78.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(010)-276/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Avtodəstə küçəsi 39 T 414720.39 m B 4472301.38 m C koordinatları üzrə yerləşən özbaşına tikili sökülsün, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qaytarılsın. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X9 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar