Məhkəmə qərarları › İş №2(103)-1914/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1914/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1914/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, adına yeni çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında Bakı şəhəri Cavabdeh2 bağlanmış xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alı-satqı müqaviləsinin ləğv edilməsi, ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən “xxxxxxxxxxxxx” MMCnin adına verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Yeni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 9, mənzil 124 ünvanında yerləşən ümumi sahəsi 75.23 kv.m olan mənzilə dair onun adına yeni çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4931/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6244/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfinən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6814/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin vəkili X6 şifahi vəsatət verərək “iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər İddiaçı, X3, X4, X2 və X5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6259/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apelyasiya şikayətinə əsasən mülki işin Bakı Apelyasiya Məhkəməsində hakim Şeyda Məhərrəmovanın icraatında olduğunu bildirərək, işlərin bir icraatda birləşdirilməsini xahiş etdi. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iclasda iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə digər proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 3817/2019 saylı qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, adına yeni çıxarışın verilməsi” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər İddiaçı, X3, X4, X2 və X5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işin icraatı dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, hazırda apelyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə,bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər “xxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi, adına yeni çıxarışın verilməsi” tələbinə dair 2(103)- 1914/2020 saylı mülki işlə Bakı Apelyasiya Məhkəməsinin hakimi Şeyda Məhərrəmovanın icraatında olan iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər İddiaçı, X3, X4, X2 və X5 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair 2(103)- 191/2020 saylı mülki iş bir icraatda birləşdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar