Məhkəmə qərarları › İş №2(103)-192/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-192/2021

11.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-192/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 2516/2018 saylı qətnaməsindən cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-2516/2018, hakim A.Ə.Rzayev) İddiaçı cavabdehlər X7, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X11” şirkətinə, Binəqədi rayon İcra Hakimiyyətinə və Binəqədi rayon Polis İdarəsinə qarşı iddiası təmin edilmiş, X6 tərəfindən alqı-satqı ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı hal-hazırda Gənclər şəhərciyi adlanan ərazidə 0,12 ha torpaq sahəsindən Cavabdeh2 və «xxxx» MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7037/2018, hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova, E.M.Həsənov) «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-642/2019, hakimlər S.F.Hacıyev, Q.A.Əsgərov, E.R.Vəliyeva) «xxxx» MMC-nin kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il il tarixli qətnaməsi ilə (iş № 2(103)-4783/2019, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov) «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı (hal-hazırda Gənclər şəhərciyi adlanan ərazidə) 12 sot torpaq sahəsindən Cavabdeh2 və “xxxx” MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-6098/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarıı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il il tarixli, 2(103)-4783/2019 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14485/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Kollegiya ilk öncə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)- 7037/2018, hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova, E.M.Həsənov) «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən «xxxx» MMC kassasiya şikayəti vermiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti verməmiş, MMC-nin kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından i/v 336 (Qərarın 3-cü səhifəsi, aşağıdan yuxarıya doğru 2-ci abzas) və həmin tarixli məhkəmə iclas protokolundan görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili X3 «xxxx» MMC-nin kassasiya şikayətinə etiraz etmiş, xxxx» MMC-nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətlərinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanması barədə Qərar qəbul edilməsini xahiş etmişdir.Beləliklə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xxxx» MMC-nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətlərinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə razılaşmışdır. Həmçinin, «X11» Şirkəti xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mübahisəli torpaq sahəsinin şirkətin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarından kənarda qaldığını bildirərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismindən çıxarımasını və onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh “xxxx» MMC-nin apellyasiya şikayətinə münasibətdə yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual qantinvericiliyin tələblərinin pozulmasıyla qəbul olunmuş, eləcə də iş üçün əhəmiyyətli olan hallar sübut olunmadan və işin hallarına uyğun gəlməyən dəlillər üzrə çıxarılmış 1-ci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı əsaslara görə ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi ilə əsaslandırıcı hissəsi tam ziddiyyətli olmaqla, nəticədə göstərilən hallar əsaslandırılmamış və araşdırılmamış sübutlar əsasında çıxarılmışdır. Qətnamənin nəticə hissəsində X6 tərəfindən alqı- satqı ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı (Hal-hazırda gənclər şəhərciyi adlanan ərazidə) 12 sot torpaq sahəsindən Cavabdeh2, “xxxx” MMC və digər üçüncü şəxslər çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməli olması göstərilsə də əsaslandırıcı hissədə məhkəmə bu qənaətə gəlməsi üçün sübutlarını göstərməmiş və qiymətləndirilməmişdir. Əksinə, əsaslandırıcı hissədə göstərilənlər iddianın Cavabdeh2 və «xxxx» MMC-yə (MTK-ya) qarşı hissədə təmin olunmaması üçün hüquqi əsas idi. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində ARDNŞ-nin (SOCAR) vitse prezidenti M.İsmayılov tərəfindən imzalanmış xx xxxx 2016-cı il tarixli SOCAR **********067X00152 saylı məktubda tədqiq olunan torpaq sahəsinin müəyyən hissəsinin (283.0 kv.m) Şirkətin ərazisi hüdudları daxilində olduğu "X12" Şirkəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 03/743 saylı məktubuna istinad olunaraq göstərilmişdir ki, tədqiq olunan İddiaçı məxsus 1200 kv/metr torpaq sahəsinin bütövlükdə Şirkətin ərazisi hüdudları daxilindən kənarda yerləşdiyi qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 23046 saylı, xx xxxxxx 2015-ci il tarixli ekspertizasının rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şıxəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı,xx.xx.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsi Binəqədi rayonunun hüdudlarında yerləşir. Bundan başqa, iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş seriya MA, JV90124972 saylı çıxarışa əsasən məlum olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5.65 ha torpaq sahəsi «xxxx» MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 ıaylı,xx xxxxx 2010-cu il tarixli sərəncamına əsasən məlum olur ki, “xxxx” MMC-nin mülkiyyətinə ayrılmış torpaq sahəsi Binəqədi rayon ərazisində deyil, Abşeron rayon ərazisində yerləşir, İddiaçı ayrılmış torpaq sahəsi isə Binəqədi rayon ərazisində yerləşir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, «xxxx» MMC-yə ayrılmış torpaq sahəsi ilə İddiaçı oğlıına ayrılmış torpaq sahələri müxtəlif rayonlarda yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi istisna olunur. Belə olan halda, X6 tərəfindən alqı-satqı ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu Binəqədi-Novxanı yolundakı 12 sot torpaq sahəsi necə olur kı, Abşeron rayonu ərazisində yerləşən gənclər şəhərciyi adlanan ərazidə mövcud olur? Bundan əlavə, birinci instansiya məhkəməsi həmin 12 sot torpaq sahəsinin koordiantalarını da göstərməmişdir, yəni, iddiaçıya X6 tərəfindən alqı-satqı ilə verilmiş torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşən Gənclər şəhərciyi adlanan ərazidə konkret olaraq harada yerləşir bilinmir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəlillərinə istinad edərək, həmçinin, xx.xx.2021-ci il tarixdə Bakı apellyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əlavəyə uyğun olaraq mübahisəli sahənin mülkiyyətçisi olan X2 cavabdeh qismində cəlb olunaraq onun adına verilmiş **********01 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini, eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-2516/2018 saylı qətnaməsindən cavabdeh «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə X1 cavabdeh qismində cəlb olunaraq onun adına verilmiş **********01 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddiaçının ərizəsini ərizə apellyasiya mərhələsində verildiyindən təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh «xxxx» MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Polis İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti («X11» Şirkəti xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək mübahisəli torpaq sahəsinin şirkətin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarından kənarda qaldığını bildirərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismindən çıxarımasını və onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi «xxxx» MMC-yə münasibətdə mübahisələndirilən hissədə ləğv olunmalı, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon X6nin 1280 saylı, xx xxxxxx 2006-cı il tarixli sərəncamına əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi ərazisində olan 1200 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır və həmin torpaq sahəsinin cizgisi sərəncama əlavə olunmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş Seriya MA, JV9 ******* saylı arayışa əsasən məlum olur ki, Abşeron r-u, Mehdiabad qəsəbəsində yerləşən 5.65 ha torpaq sahəsi «xxxx» MMC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 saylı, 29 aprel 110-cu il tarixli sərəncamına əsasən məlum olur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003- cü il 13 yanvar tarixli, 843 nömrəli Fərmanın 2-ci bəndinin ikinci abzasna əsasən, Abşeron rayonunun Mehdiabad bələdiyyəsinin ehtiyacı üçün Abşeron rayonun ehtiyat fondu torpağından 5.65 hektar şərti yararsız torpaq sahəsinin Mehdiabad bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23046 saylı, xx xxxxxx 2015-ci il tarixli ekspertizanın rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu torpaq Kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şıxəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerdə və elektron bazada dəqiq sərhədləri yoxdur, nişanları təxminidir, hazırlanmış sxem şərtidir,rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respulikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şixəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, AR ƏMDK yanmda DƏDRX təfındən xx.xx.2010-cu il tarixdə verilmiş Seriya MA 124972 saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq hədləri qeyd olunan ölçülərə uyğundur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası DƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Rejestri Xidmətinin Yerqurluşu torpaq kadastrı və torpaqların montorinqi şöbəsinin məsləhətçisi Ayaz Şıxəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********448 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncamına əsasən İddiaçı oğlına ayrılmış torpaq sahəsinin şərti sxeminə əsasən təxmini sərhədlərinin bir hissəsi AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cü il tarixdə verilmiş SERİYA MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin hüdudları daxilinə nüfuz edir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şixəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, mübahisələndirilən ərazidə yerləşən bir-birinə bitişik inşa olunmuş ictimai iaşə obyektlərinin (kafe) bir hissəsi X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış ərazi sxemə əsasən ayrılmış torpaq sahəsində yerləşir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin Yerqurluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi Ayaz Şıxəliyev tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli, **********48 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsi Binəqədi rayonunun hüdudlarında yerləşir. .Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16840 saylı, xx xxxxxx 2017-ci il tarixli ekspertizanın rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ARDNŞ-nin (SOCAR) vitse pdenti M.İsmayılov tərəfindən imzalanmış xx xxxx 2016-cı il tarixli SOCAR 11İ**********7X00152 saylı məktubda tədqiq olunan torpaq sahəsinin müəyyən hissəsinin 83.0 kv.m) Şirkətin ərazisi hüdudları daxilində olduğu, «xxxx» Kompani Şirkəti tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, 03/743 saylı məktubunda isə tədqiq olunan İddiaçı məxsus 1200 kv/metr torpaq sahəsinin, bütövlükdə Şirkətin ərazisi hüdudları daxilindən kənarda yerləşdiyi qeyd olunmuşdur. Bununla yanaşı, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini M.Həsənov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********93 saylı mütəxəssis rəyində Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 1200 kv,m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan «xxxx» şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi və Dövlət mülkiyyəti torpaqlarına aid olduğu göstərilmişdir. Yuxarıda qeyd olunan məktublarda göstərilən məlumatlar arasında ziddiyyət olduğundan, tədqiq olunan İddiaçı məxsus 1200 kv/metr torpaq sahəsinin 901-İİ-QD saylı, xx xxxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatının pay bölgüsü haqqında» Sazişlə Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin coğrafi koordinatları və ya Binəqədi rayonu, X6nin inzibati ərazisinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məhkəmə tərfindən müəyyən edilə bilər. İşə apellyasiya qaydasında yenidən baxılarkən Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14485/2019 saylı qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizasının nəticəsi olaraq xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2608 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspertiza rəyinin tədqiqatın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********37 sayh xx xxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə: X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli Sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma apanlaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından, (aidiyyəti orqanlar tərəfindən hazırlanıb rəy verilməli idi), mövcud baza məlumatlarında İddiaçı adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyindən, müraciətə əlavə edilmiş X6nin mütəxəssisi tərəfindən hazırlanmış sxemdə miqyas və koordinatın olmaması səbəbindən İddiaçı ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə, həmin sxemə əsasən mübahisələndiriiən ərazi ilə üst üstə düşür. 2-ci sual üzrə: Məhkəmə müraciətinə əlavə edilmiş AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı reyestr nömrəsi **********89 çıxarış ve reyestr nömrəsi **********2 plan-ölçü sənədinin koordinatlarına əsasən (elektron kadastr məlumat bazasında aşkar edilmədi) «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin dəqiq sərhədlərinin harada yerləşməsini müəyyən etmək mümkündür.Bu koordinatlar mübahisələndiriiən ərazinin naturada müəyyən edilmiş koordinatları, «xxxx» MM-nin reyestr nömrəsi **********2 plan-ölçü sənədinin koordinatları da X2 adına olan **********01 reyestr nömrəli çıxarışın bazada yerləşmə mövqeyi ilə üstüstə düşür (sxem əlavə edilir). 3-cü sual üzrə: X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006- cı il tarixli Sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi müraciətə əlavə edilmiş X6nin mütəxəssisi tərəfindən hazırlanmış sxemdə ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə və «xxxx» MMC-yə məxsus olmuş halhazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsi ust-ustə düşür (Yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür). 4-cü sual üzrə: Cavabdeh «xxxx» MMC tərəfindən tikilməsi iddia olunan kafe X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus olmuş, hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsində inşa edilmişdir (şxem əlavə edilir). 5-ci sual üzrə: Mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrinin ərazi hüdudlarında olmaqla, Binəqədi rayonu, X6nin hüdudları daxilində yerləşir. 6-cı sual üzrə: Mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrinin ərazi hüdudlarında yerləşir. İş üzrə xx.xx.2021-ci il tarixli apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və Cavabdeh2 təqdim etdiyi **********01 reyestr nömrəli çıxarışa əsasən «xxxx» MMC-yə məxsus olmuş 0,23 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, cavabdeh «xxxx» MMC tərəfindən tikilməsi iddia olunan və İddiaçı sökülməsini tələb etdiyi kafe X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus olmuş, hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsində inşa edilmişdir .Həmçinin, müəyyən edilmişdir ki, X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006- cı il tarixli Sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi müraciətə əlavə edilmiş X6nin mütəxəssisi tərəfindən hazırlanmış sxemdə ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, yuxarıda qeyd edilən əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyinə görə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə və «xxxx» MMC-yə məxsus olmuş hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsi ust-ustə düşür (Yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür). Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Binəqədi rayon İcra Hakimiyyəti, X6 və Binəqədi rayon Polis İdarəsinə qarşı X6 tərəfindən alqı-satqı ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolundakı hal-hazırda Gənclər şəhərciyi adlanan ərazidə 0,12 ha torpaq sahəsindən Cavabdeh2 və «xxxx» MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi ilə bağlı hazırkı tələbini irəli sürdüyü halda, iddia verilən vaxt və sonradan (hal-hazırda da) mübahisəli torpaq sahəsinin «xxxx» MMC-nin mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirməmişdir.Yalnız Apellyasiya məhkəməsində icraat zamanı İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı apellyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əlavə ilə mübahisəli sahənin mülkiyyətçisi olan X2 cavabdeh qismində cəlb olunaraq onun adına verilmiş **********01 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini, eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-2516/2018 saylı qətnaməsindən cavabdeh «xxxx» MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Halbuki, Kollegiya bir daha qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2608 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspertiza rəyinin tədqiqatın nəticə hissəsinə əsasən müəyyən edilir ki, cavabdeh «xxxx» MMC tərəfindən tikilməsi iddia olunan və İddiaçı sökülməsini tələb etdiyi kafe X6 tərəfindən alqısatqı yolu ilə 1280 saylı, xx.xx.2006-cı il tarixli sərəncama əsasən İddiaçı ayrılmış, AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus olmuş, hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsində inşa edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, X6 tərəfindən alqı-satqı yolu ilə 1280 saylı, xx.xx.2006- cı il tarixli Sərəncama əsasən İddiaçı ayrılmış torpaq sahəsi AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş seriya MA ******* saylı çıxarışa əsasən «xxxx» MMC-yə məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə və «xxxx» MMC-yə məxsus olmuş hal-hazırda **********01 reyestr nömrəli çıxarışla X4 məxsus torpaq sahəsi ust-ustə düşür (Yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür). Eyni zamanda nəzərə alınır ki, iddiaçı mübahisəli torpaq sahəsinin «xxxx» MMC-nin mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirməməklə yanaşı, hazırda mübahisəli torpaq sahəsinin mülkiyyətçisi X5r (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan və Cavabdeh2 təqdim etdiyi **********01 reyestr nömrəli çıxarışa əsasən «xxxx» MMC-yə məxsus olmuş 0,23 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir.) və ona qarşı 1-ci instansiya məhkəməsində icraat qaydasında iş üzrə cavabdeh qismində tələb irəli sürülməmişdir, «xxxx» ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)-2516/2018 saylı qətnaməsi cavabdeh “xxxx” MMC-yə münasibətdə ləğv olunmalı, iddia ona münasibətdə mübahisələndirilən hissədə rədd olunmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən birinci instansiya və apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 200 (iki yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(001)- 2516/2018 saylı qətnaməsi cavabdeh «xxxx» MMC-yə münasibətdə mübahisələndirilən hissədə ləğv olunsun. İddia cavabdeh “xxxx” MMC-yə münasibətdə mübahisələndirilən hissədə rədd olunsun. Birinci instansiya və apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 200 (iki yüz) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova Hakimlər: Emin Mehdiyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar