Məhkəmə qərarları › İş №2(103)-1920/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1920/2023

02.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1920/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində çəkilən hasarın cavabdehin hesabına sökülməsi və həmin sökülən torpaq sahəsinin cavabdehin hesabına təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı daş hasarın İddiaçı hesabına sökülməklə torpaq sahələrinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, boşaldılaraq geri qaytarılması, inşa edilən hasarlarların tikintisi ilə bağlı çəkilən xərclər maddi ziyan kimi qiymətləndirilərək, dəymiş maddi ziyanın, mənəvi ziyanın və dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətanməsi ilə ilk iddia təmin edilərək Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində çəkilən hasarın onun hesabına sökülməsi və həmin sökülən torpaq sahəsi onun hesabına təmizlənməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə müraciət edərək qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə o, məhkəmə qəbzini imzalamaqla qətnaməni şəxsən qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır (Apellyasiya şikayətinin verilməsi Mülki-Prosessual Məcəllə ilə müəyyən olunmuş formada və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməməsi əsası ilə). Adıçəkilən məhkəmə qərardadı ilk iddia üzrə cavbdeh, qarşılıqlı iddia üzrə iddiaçıya poçt vasitəsilə göndərilmiş və onun tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək “Elektron Məhkəmə” İnformasiya Sistemində hazırki mülki iş üzrə onun tərəf kimi daxil edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:04-də Cavabdeh 2(008)- 1354/2022 nömrəli mülki iş üzrə tərəf kimi qeydə alınmışdır (“Elektron Məhkəmə” İnformasiya Sistemində 2(008)- 1354/2022 nömrəli mülki iş üzrə texniki əməliyyatlar bölməsi). Cavabdeh xx.xx.2022-ci il tarixli qərardadda göstərilən qüsurları aradan qaldıraraq xx.xx.2022-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdehn Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək onun sosial təqaüdçü, ahıl və hüquqi savada malik olmadığını üzürlü səbəblər sırasında nəzərə almaqla həmin 2(008)-1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qətanməsindən apellyasiya şikayətinin «Elektron Məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməsinin hüquqi əsasda təmin edilməsi, eyni zamanda Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinin tələbləri əsasında apellyasiya şikayəti üzrə üzürlü səbəbdən ötmüş müəyyən edilən müddətin bərpa edilməsi barədə məhkəmə qərarının çıxarılmasını mövcud qanunvericiliyin tələbi əsasında qanuni hüquqda əsaslı sayılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1354/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1354/2022 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 1354/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və şikayət Cavabdeh geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar