Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1921/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 2(001)- 1361/2022 saylı qərardadından verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 2(001)-1361/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmaqla iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 2(001)- 1361/2022 saylı qərardadından şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1361/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət rədd olunmuş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti iş materialları ilə birgə yoxlayaraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; İstinad olunan prosessual normaların tələblərindən müəyyən olunur ki, iddiaçı cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəməyə müraciət etməli, hakim isə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən ərazi aidiyyəti qaydalarına əməl etməyən iddiaçının iddia ərizəsini geri qaytarmalıdır. Bu hakimin hüququ deyil, vəzifəsidir. Cavabdehin Kommersiya qrumlarının dövlət reyestrinə daxil etdiyi məlumatdan müəyyən olunur ki, Bazarstore MMC hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu Babək pr. ev 1129-cu məhəllədir. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 2(001)-1361/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1921/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1921/2022
09.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver