Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1923/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Yusifov Ülvi Rövşən oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(008)-670/09 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əvəzinə zaminlik müqaviləsi üzrə ödədiyi 22960 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2006-cı il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə kredit müqaviləsi bağlayaraq bankdan 17000 ABŞ dolları məbləğində kredit götürmüş, xx xxxxxxxx 2006-cı il tarixdə İddiaçı həmin bankla zaminlik müqaviləsi bağlayaraq xx xxxxxx 2006-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında götürdüyü kredit öhdəliklərinin yerinə yetirilməsinə görə zamin durmuşdur. Eyni zamanda xx xxxxxx 2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 270” markalı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə o, cavabdehin banka olan 18300 ABŞ dolları məbləğində borcunu ödəmişdir. Buna görə də iddiaçı cavabdehdən ödədiyi 18300 ABŞ dolları məbləğində pulun, Mülki Məcəllənin 473-cü maddəsinə uyğun olaraq zaminin xidmətləri üçün ödənilmiş pulun 10 faizi məbləğində 1830 ABŞ dolları məbləğində muzd haqqının və mənəvi ziyanın əvəzi kimi 1000 ABŞ dolları məbləğində pulun, cəmi 22960 ABŞ dolları məbləğində pulun tutulmasını tələb edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(008)- 670/09 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə əsas borcun ödənilməsi məqsədi ilə 18300 ABŞ dolları, muzd olaraq həmin məbləğin 10 faizini təşkil edən 1830 ABŞ dolları, cəmi 20130 ABŞ dolları məbləğində pulun, qətnamənin icra olunacağı tarix üçün müəyyən olunacaq məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bankdan götürdüyü kredit borcunun qaytarılmasına zamin durması üçün iddiaçıya müraciət etməmişdir. O, avtomobil almaq istəmiş, avtomobilin qiyməti 27000 ABŞ dolları olmuşdur. Avtomobilin satıcısı olan İlham adlı şəxs ona ödəyə bilmədiyi hissəni kreditlə ödəyə biləcəyini və ona köməklik edəcəyini bildirmişdir. İddiaçı orada bank işçisi kimi tanımışdır. Onun zamin olmasından xəbəri olmamışdır. Onunla bank arasında xx xxxxxx 2006-cı il tarixli kredit və ipoteka müqavilələri bağlanmışdır. Sonradan o, “Mercedes Benz 270” markalı Az **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilini bir gün müddətinə tanışı X1 istifadəsinə vermiş, lakin həmin şəxs avtomobili ona qaytarmamışdır. Həm bankın, həm də iddiaçının avtomobilin oğurlanması barədə məlumatı olmuşdur. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etsə də, nəticəsi olmamışdır. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 2(103)- 3531/2011 saylı qətnaməsi ilə cavabdeh X3 apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 2(103)- 3531/2011 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Yusifov Ülvi Rövşən oğlu apelyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən götürdüyü 17000 ABŞ dolları məbləğində puldan heç bir ödəniş etmədiyini, müxtəlif bəhanələrlə ödənişdən yayındığını, buna görə İddiaçı məcbur olub onun əvəzinə həm əsas kredit borcunu, həm də faizləri ödədiyini, hal-hazırda isə Cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayındığını, birinci instansiya məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsindən 1 il 10 ay sonra, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən isə 7 il 7 ay sonra kassasiya şikayəti verdiyini, hal-hazırda da apelyasiya məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməyərək prosesi uzatmağa çalışdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(008)-670/09 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan sübutlardan görünür ki, Cavabdeh ilə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın “Xaçmaz” Filialı arasında xx.xx.2006-cı il tarixdə 627/06 №-li kredit müqaviləsi bağlanmış, qeyd olunan kredit müqaviləsinə əsasən ona aylıq 23 faiz dərəcəsi ilə 18 ay müddətinə qaytarmaq şərtilə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2006-cı il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh 17000 ABŞ dolları məbləğində krediti imza etməklə almışdır. Həmin kredit müqaviləsi üzrə götürdüyü borc öhdəliklərinin təminatı olaraq Cavabdeh ilə xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın “Xaçmaz” Filialı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 627/06 №-li ipoteka müqaviləsinə əsasən, Cavabdeh məxsus “Mersedes Benz 270” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq İddiaçı cavabdehə zamin durmuş və bu barədə iddiaçı ilə Bank arasında xx.xx.2006-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın “Xaçmaz” Filialının xx.xx.2008-cı il tarixli 257 №li arayışına əsasən, cavabdehin banka olan 18300 ABŞ doları məbləğində borcunu iş üzrə iddiaçı olan zamin ödəmişdir. Apelyasiya icraatı zamanı verilmiş sorğuya Azərbaycan Respublikası DİN BDYPİnin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən “Mercedes Benz 270” markalı Az **- SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2006-cı il tarixdən Cavabdeh adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzinin reqres qaydada borcludan tam həcmdə ödənilməsini tələb edə bilər. İşdə olan sübutlar iddianın təmin edildiyi hissədə əsaslı olduğunu təsdiq edir. İşin faktiki hallarından görünür ki, Cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın “Xaçmaz” Filialı ilə bağladığı xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə banka heç bir ödəniş etməmiş, onun banka olan borcunu zamin ödəmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunanlar formal mülahizələrdən ibarətdir. Belə ki, İddiaçı heç bir qohumluq və tanışlıq münasibəti olmadığı Cavabdeh zamin durması həmin zaminlik müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir. Bundan əlavə, Cavabdeh bank qarşısında ipoteka ilə yüklü etdiyi avtomobilin oğurlanması onu bank qarşısında olan öhdəliklərdən azad etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə iclaslarına gəlməyərək apelyasiya şikayətini müdafiə etməkdə maraqlı olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(008)- 670/09 saylıqətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1923/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1923/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver