Məhkəmə qərarları › İş №2(103)-1924/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1924/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1924/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı1, onun vəkili və nümayəndəsi X20 və X2, Cavabdeh X13, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-8102/2018 saylı qətnaməsindən cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh X15 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun məbləği olan 59000 ABŞ dolları (əlli doqquz min) miqdarında vəsaitin tutularaq onun hesabına (xeyrinə) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qızı Əsmər Bəşirova xx xxxxxxx 2014-cü il cavabdehlə ailə quraraq nigaha daxil olmuş, nigaha daxil olduqdan sonra qızı soyadını dəyişərək Sadıqova soyadını qəbul etmişdir. Onların nigahdan xx.xx.2015-ci il təvəllüdlü övladları Elmir dünyaya gəlmişdir. Ailə kimi yaşadıqları müddətdə heç bir əsas olmadan cavabdeh X18 Sadıqovanı mütəmadi olaraq təhqir edib döyərək, ona sairə zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztibablar vermiş, hətta qızını hamilə olduğu müddətdə döyməsi nəticəsində qızı xəsarət alaraq vaxtından əvvəl doğum etmək məcburiyyətində qalmış, belə ki, həmin doğum gerçəkləşmədiyi halda həm uşağın, həm də özünün tələf olma təhlükəsi mövcud olmuşdur. X21rşı döyülmə, psixi iztirablara məruz qalma və sairə xarakterli hallar bir neçə dəfə təkrarlandıqdan sonra o, məcbur olaraq onlara müraciət etmiş və o, valideyn olaraq bu məsələyə müdaxilə edərək cavabdehdən bu hərəkətlərinə son qoymasını tələb etmiş, lakin müraciətləri də bir nəticə verməmiş, cavabdeh qızına qarşı əzab, işgəncə vermə hərəkətlərini davam etdirmişdir. Cavabdeh Sadıqov müxtəlif vaxtlarda X21rşı şiddət təbiq etmiş, 2015-ci ilin iyul ayında Gəncə şəhərində oteldə olarkən, x xxxxxx 2016-cı ildə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Süfrə" restoranında, x xxxxxx 2017-ci il tarixdə Türkiyənin Bodrum şəhərində oteldə olarkən, sonuncu dəfə isə 23-xx xxxxxx 2017-ci il tarixdə yaşadıqları ünvanda-ünvan 1 M 16, mənzil 2-də qızını döyərək, əzab verərək xəsarət yetirmişdir. Bu sadalananlar konkret tarixlərdə və məkanlarda baş verdiklərindən ayrılıqda qeyd edilmişdir, əslində isə bu cür hərəkətlər qızına qarşı saysız-hesabsız törədilmişdir. Hazırda qızının şikayəti əsasında Binəqədi rayon prokurorluğunda Cavabdeh Sadıqov barəsində cinayət təqibi aparılır. Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah ləğv olunmuş, nəvəsinin anasının yanında qalması və ona cavabdehdən aliment tutulması qət edilmişdir. Hələ qızıgilin ailələri dağılmamış onların mənzil şəraiti pis olduğundan və Cavabdeh Sadıqov yeni mənzil almaq üçün pulu olmadığından ona müraciət edərək, ona borc pul verməyini xahiş etmiş, o, onun xahişini nəzərə alaraq 2016-cı ilin oktyabr ayında ona 100 000 ABŞ dolları miqdarında borc pul vermiş və aralarındakı razılaşmaya əsasən Cavabdeh Sadıqov təxminən iki ay ərzində həmin borcu ona qaytarmağı öhdəsinə götürmüşdür, həmin müddətdə 1 ABŞ dollarının məzənnəsi təxminən 1 manat 80 qəpik olduğundan ona verdiyi borc pul milli manatla 180 000 manat təşkil etmişdir. Cavabdeh Sadıqov almaq istədiyi mənzilin qiymətinin 180 000 manat olduğunu iddia edərək ondan yuxarıda göstərdiyi məbləğdə borc almışdır. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr. Mir Cəlal küçəsi, ev 143a, mənzil 156-da yerləşən mənzil xx xxxxxx 2016-cı il tarixdə alınmış, mənzil qızı Əsmər Sadıqovanın adına rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* №-li xx.xx.2016cı İl qeydiyyat tarixli çıxarış verilmişdir, mənzil qızının xüsusi mülkiyyətindədir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh mənzili dediyi kimi 180 000 manata deyil, 160 000 manata almışdır, mənzilə görə həmin qiymətin verilməsini təsdiq edən şahid vardır. Aralarındakı razılaşmaya əsasən borc pul verildikdən təxminən bir-iki ay sonra tam şəkildə nağd yolla ona qaytarılmalı idi. Razılaşdırılmış müddət başa çatdıqdan sonra o cavabdehə verilmiş pul vəsatinin geri alınması üçün müraciət etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi ona qaytarılmamış, cavabdeh borc məbləğini ödəməkdən boyun qaçırır. Bundan başqa, cavabdehin ondan 100 000 ABŞ dolları miqdarında borc pul almasını və həmin borc puldan yalnız 41 000 ABŞ dollarını qaytarmasını təsdiq edən səs yazısı mövcuddur, həmin səs yazısı onunla cavabdeh arasında aparılmış və səs yazısında cavabdeh açıq mətnlə olan borcunu etiraf edərək yaxın müddətdə borcun qalan hissəsini qaytaracağını bildirir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-8102/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X9 qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 59 000 ABŞ dolları (əlli doqquz min) miqdarında pul vəsaitinin tutularaq, İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh X24 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-8102/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, Yasamal rayon Məhkəməsində borc almadığı, yəni qızı üçün vermiş olduğu pulun tərəfindən qaytarılmasını sübut etmək üçün Respublika Banka sorğu verilməsini və İddiaçı1 göstərişi ilə arvadı Püstəxanımın hesabına 34000 ABŞ dolları bir, 26000 ABŞ dolları da bir ödədiyimi bildirsə də vəsatətinə heç bir münasibət bildirilməmişdir. Səs yazısı gizli yolla əldə edildiyindən sübutlar siyahısından çıxarılması və AR Konstitusiyanın 32-ci maddəsinə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qnunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumat sirrini saxlamaq hüququa dövlət təminat verir. Bundan başqa səs yazısının İddiaçı1 evinə ailəsini bərpa etmək üçün getdiyi zaman yazıldığını və səs yazısından da sezildiyi kimi ona danışmağa imkan vermədiyini, mənı psixi təzyiqlər edərək əvvəlcədən planlaşdırılmış qaydada gizli şəkildə guya pulu ona borc kimi verdiyini sübut etməyə çalışmış və xəbəri olmadan səsini yazmışdır. Bildirir ki, ailəsini bərpa etmək, borc aldığı pulu qaytaracağına və deyilənlərə məcburiyyət qarşısında alaraq razılaşmışdır ki, təki ailəsi bərpa edilsin və övladına sıx bağlı olduğundan, övladı ilə yenidən birlikdə ola bilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-3736/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi pul vəsaitinin məbləğ hissəsində dəyişdirilməsi, cavabdehdən tutulmalı olan məbləğin 29 500 ABŞ dolları müəyyən edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X24 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. İzahatlarında əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfindən verilmiş pul iddiaçının öz qızının ev şəraitinin yaxşılaşdırılması üçün verilmiş, iddiaçı ilə onun arasında hər hansı borc müqaviləsi bağlanmamışdır. Hətta borc kimi qəbul olunsa belə, o, 2015-ci ildə iddiaçının həyat yoldaşının hesabına 34000 ABŞ dolları bir, 26000 ABŞ dolları pul ödəmişdir. Buna görə də, onun borcu yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X13 nümayəndəsi və vəkili X16 cavabdehin izahatına uyğun məzmunda izahat verdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, o, evin alınması üçün borc pulun 2016-cı ildə cavabdehə vermişdir. Cavabdeh isə borcun qaytarılmasını 2015-ci ildə onun həyat yoldaşının hesabına ödədiyi pulla izah edir. 2015-ci ildə həyat yoldaşının hesabına ödənilən pulun, 2016-cı ildə onun tərəfindən verilən borca nə aidiyyatı var. Əgər cavabdeh iddia edirsə ki, onun həyat yoldaşına pul verib, gedib ondan pulunu istəsin. O, diskdə 9000 ABŞ dollarını bağışladığını bildirsə də, həmin məbləği bağışlamır və pulunu tələb edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili və nümayəndələri X20 və X3 iddiaçının izahatına uyğun məzmunda izahat verdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin və onların nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)- 8102/2018saylı qətnaməsi Sadıqov Cavabdeh tutulan pul vəsaitinin məbləğ hissəsində dəyişdirilməlidir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)- 1930/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək X17 arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsində 854 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü Sadıqov Elmir Cavabdeh oğlunun anası X6 yanında qalması (saxlanılması) müəyyən edilməsi, xx.xx.2015-ci il təvəllüdlü Sadıqov Elmir Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh X7 qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X10 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2018-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon prokurorluğundan təqdim edilmiş məhkəmə fonoskopik ekspertizasının 22719 nömrədi xx.xx.2018-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olumuş 1 ədəd “SONY” markalı diktofonda olan istintaqı maraqlandıran və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunun tədqiqi hissədə verilən yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı diktofonda olan istintaqı maraqlandıran və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunun tədqiqi hissədə verilən yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Sadıqov Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı diktofonda olan istintaqı maraqlandıran və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunun tədqiqi hissədə verilən yazılı mətnində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – İddiaçı1 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 1xx.xx.2016-cı il tarixli seriya RX № ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən “Çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küç. ev 143a, m.156 X6 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, iddiaçı xalasının yoldaşıdır. Cavabdeh isə xalası qızının keçmiş yoldaşıdır. İddia ilə bağlı onu deyə bilər ki, pul verilən vaxt Əsmər ona zəng edib bildirdi ki,atası onlara ev almaq üçün 100 000 dollar pul verib. O, pulun verilməsində iştirak etməmişdir. Bir neçə gün sonra o, onlarda qalmışdı. Onlar yəni, o, Elmir və Əsmər üçü bir yerdə 9-cu mikrorayonda yerləşən evə baxmağa getmişlər. 160 000 manatı Elmir evin yiyəsinə sayıb vermiş, o da Elmirin xahişi ilə bunu kameraya çəkmişdir. Elmir ondan xahiş etdi ki, pulun verilməsini kameraya çəksin. Elmir İlqar müəllimə evin qiymətinin 180 000 manat olduğunu demişdi, lakin evi 160 000 manata aldı. Əsmər ona dedi ki, atama evin qiymətini nəyə görə 180 000 manat demisən. Elmir isə ona cavabında demişdiri ki, “sənin nə işinə qalıb, mən atandan 100 000 dollar almışam, onu da qaytaracam.” Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X22 ifadəsində göstərmişdir ki, iddiaçı xalasının yoldaşıdır. Cavabdeh isə xalası qızının keçmiş yoldaşıdır. İddia ilə bağlı onu deyə bilər ki, o xalasıgildə olanda İlqar müəllim xalasına zəng edərək ona, 100 000 dollar pulun Şəmsəddinə verilməsini tapşırdı. Xalası da 100 000 dollar pulu Şəmsəddinə verməsi üçün ona vermiş, o isə Şəmsəddin gələndə həmin pulu Şəmsəddinə vermişdir. Pulun verilməsində məqsəd xalası qızıgilə ev alınması idi. Xalası qızı Əsmər xalasına bəyəndikləri evin şəkillərini göndərirdi ki, bu evi bəyənmişlər. O, pulun verilməsində iştirak etməmiş, lakin sonralarda aralarında mübahisə olan zaman Elmir dəfələrlə onunla telefonda danışmiş və danışıq zamanı Elmir İlqar müəllimə borcu oldugunu etiraf edərək, borcunu danmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı İlqar müəllimin yanında texnik işləyir. Bir gün İlqar müəllim ona zəng edib dedi ki, bağ evləinə get yoldaşı Püstə xanım pul verəcək onu götür gəl. O, da İlqar müəllimin bağ evinə getdi, pulu Püstə xanımdan götürdü. İlqar müəllimlə bir yerdə Əsmər xanımın evinə getdilər. O, maşında gözləmiş, İlqar müəllim isə pulu götürərək yuxarı qalxmış, pulu verərək geri gəlmişdir. İlqar müəllimin danışdıqlarından bilirdi ki, qızı Əsmər xanımın ev şəraiti yaxşı deyildi. Ev H.Aslanovda yerləşirdi. Deyirdi ki, «mənim nəvəm belə evdə yaşamamalıdır.». Pulu da, Cavabdeh ev alması üçün verirdi. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya kollegiyası səs yazısının sübut kimi qiymətləndirilməli olması ilə bağlı cavabdehin dəlili üzrə qənaətini, həmçinin “borcun birgə nikah dövründə alınması səbəbindən birgə borc kimi bölünməli olması” ilə bağlı dəlili üzrə qənaətini düzgün formada əsaslandırmış olsa da, cavabdehin tələb edilən pul məbləği ilə bağlı izahatını ziddiyyətli hesab etməklə səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi əslində “xxxxxxxxxxxxxxx” ASC-nin sorğuya cavabına istinad edərək pul məbləğinin iddiaçıya ödənilməməsi qənaətinə gələrkən, əldə etdiyi qeyd edilən sübuta istinad etmiş olsa da, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə kimi, cavabdehin iddiaçıya borcu olmadığı barədə izahatı üzrə, həmçinin təqdim edilmiş səs yazısında iddiaçının vermiş olduğu 100000 ABŞ dollarının 41000 ABŞ dollarının qaytarıldığını, 9000 ABŞ dollarını iddiaçının qızına bağışladığını iddiaçının özünün göstərməsi, bunun məntiqi nəticəsi olaraq ödənilməli olan məbləğ 50000 ABŞ dolları təşkil etməli olduğu halda 59000 ABŞ dollarının hansı səbəbdən tələb edilməsi istiqamətində araşdırma aparılmamışdır. Həmçinin kassasiya şikayətinə əlavə edilmiş “xxxxxxxxxxxxxxx” ASC-nin X27 tərəfindən E.Sadıqova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktub da təsdiq edir ki, əslində cavabdehin izahatı tam olaraq zidiyyətli olmamış, işə isə həqiqətə nail olmaq üçün müəyyən halların məhkəmə baxışı zamanı araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, qeyd edir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh Sadıqov ilə iddiaçının qızı Əsmər Sadıqova (Bəşirova) xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Elmir adını verdikləri uşaqları anadan olmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Əsmər Sadıqovanın iddiası təmin olunaraq onların nikahlarının pozulması, uşağın anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Sadıqovun qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh Sadıqovla Əsmər Sadıqova birgə nikahda olduqları dövrdə ünvan 2 a ünvanında yerləşən 156 saylı mənzil sonuncunun adına qeydiyyata alınmaqla əldə olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin mənzil üzərində onların bərabər (1/2) hissədə mülkiyyət hüquqları tanınmış, sözügedən qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12897/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən); iş materiallarından və tərəflərin izahatlarından Əsmər Sadıqovanın bölgünün nisbəti ilə razılaşmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsindəndə kassasiya şikayəti verdiyi müəyyən edilmişdir. İddiaçı məhz sözügedən mənzilin alınması məqsədi ilə cavabdehə 100 000 ABŞ dolları borc pul verdiyini, cavabdehin həmin puldan 41 000 ABŞ dollarını qaytardığı halda, qalan məbləği ödəmədiyini iddia etməklə müvafiq tələbi irəli sürmüş, cavabdeh isə, mənzilin həmin pulla alındığını mübahisələndirməsə də, bir tərəfdən pulun borc olaraq deyil, iddiaçının qızının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (yəni, əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini, digər tərəfdən isə pulu qaytardığını bildirmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının cavabdehə (həmçinin qızına) mənzil almaq üçün 100 000 ABŞ dolları pul verdiyi işin mübahisələndirilməyən halıdır; cavabdeh bu faktı etiraf etməkdədir, eyni zamanda işin bu halı iş materialları ilə də təsdiq olunur. Bu o deməkdir ki, iddiaçı iddia tələblərini əsaslandırdığı faktiki hallardan biri olan həmin hal üzrə sübutetmə vəzifəsindən azad olmaqla onun həmin vəsaiti geri tələb etmək hüququna sahib olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, tərəflər arasında anlaşmazlıq həmin pul vəsaitinin verilməsinin hüquqi mahiyyəti ilə bağlıdır; yuxarıda da qeyd edildiyi kimi, iddiaçı cavabdehə pulu mənzil almaq məqsədilə borc olaraq verdiyini iddia etsə də, cavabdehin mövqeyi pulun bağışlama müqaviləsi çərçivəsində həmin dövrdə nikahda olduğu arvadı Əsmər Sadıqovaya (iddiaçının qızı) verildiyinə dairdir. Kollegiya cavabdehin, iddiaçı tərəfindən mənzil almaq üçün verildiyi mübahisəsiz olan pul vəsaitinin onun keçmiş arvadına (iddiaçının qızına) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə əvəzsiz olaraq hədiyyə kimi (bağışlama müqaviləsi çərçivəsində) verildiyi ilə bağlı izahatlarını ağlabatan hesab etməməklə, bu arqumentin həm də iş materialları ilə təkzib edildiyini vurğulayır; birincisi, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və onunla cavabdeh arasında baş tutan telefon danışığının səs yazısının məzmunundan cavabdehin ev alınmasına görə 100000 ABŞ dolları aldığını və pulu qaytaracağını etiraf etdiyi müəyyən edilir. Cavabdeh həmin səs yazısındakı danışığın onunla iddiaçı arasında aparıldığını təkzib etmir, onun etirazı gizli yolla və qanunsuz olaraq yazılmış səs yazısının sübut əhəmiyyətinə malik olmaması ilə əlaqədardır. Cavabdeh barəsində olan cinayət işi üzrə keçirilmiş ekspertizanın 22719 nömrəli xx.xx.2018-ci il tarixli rəyi ilə də “K1” kimi işarə olunmuş diktorun səsinin və nitqinin Cavabdeh Sadıqova, “K2” kimi işarə olunmuş diktorun səsinin və nitqinin isə İddiaçı1 məxsus olduğu müəyyən edilmişdir. İkincisi, cavabdeh barəsində olan cinayət işi üzrə aparılan araşdırma zamanı dindirilmiş Afət Sadıqova (cavabdehin anası) da izahatında, Binəqədi rayonunda yerləşən üç otaqlı evin İddiaçı1 alınmış borc pulla alındığını göstərmişdir. Üçüncüsü, iddiaçının verdiyi pulla alındığı mübahisəsiz olan ünvan 2a ünvanında yerləşən 156 saylı mənzil üzərində məhkəmə qətnaməsi ilə cavabdehin və keçmiş arvadının bərabər (1/2) hissədə mülkiyyət hüquqları tanınmışdır. Bu isə iddiaçı tərəfindən mənzil almaq üçün verilən pul vəsaitinin qızına əvəzsiz olaraq hədiyyə kimi verildiyini istisna edir (Əks halda mənzil onların ümumi birgə mülkiyyəti hesab edilməzdi. Çünki Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, ...nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur). Göründüyü kimi, cavabdeh bir tərəfdən sözügedən pul vəsaitinin borc olaraq deyil, iddiaçı tərəfindən öz qızının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (əvəzsiz olaraq, hədiyyə kimi) verildiyini, digər tərəfdən isə pulu qaytardığını bildirmiş, hətta pulun qaytarılmasını sübut etmək üçün banka sorğu verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdehin “gizli yolla yazılmış səs yazısının sübut əhəmiyyətinə malik olmaması” ilə bağlı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı Cavabdeh Sadıqovun CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü əsasında məhkum edildiyi, həmin hökmün aid olduğu işdə isə cavabdehin qanunsuz olduğunu irəli sürdüyü səs yazısınınsübut qismində qiymətləndirildiyi, hətta səs yazısının məhkəmə ekspertizasının da keçirildiyi müəyyən olunmuşdur. Bununla belə kollegiya, apellyatorun “borcun birgə nikah dövründə alınması səbəbindən birgə borc kimi bölünməli olması” ilə bağlı dəlilini əsaslı hesab edir; belə ki, qeyd edildiyi kimi ünvan 2a ünvanında yerləşən 156 saylı mənzilin iddiaçının verdiyi pulla alındığı mübahisə mövzusu deyildir və məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində Cavabdeh Sadıqovun və Əsmər Sadıqovanın (iddiaçının qızı) bərabər (1/2) hissədə mülkiyyət hüquqlarının tanındığı, Əsmər Sadıqovanın həmin qətnaməni yalnız payların nisbəti ilə bağlı hissədə mübahisələndirdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh Sadıqovun və Əsmər Sadıqovanın sözügedən mənzilə dair yaranmış mülkiyyət hüquqları İddiaçı1 tələb etdiyi borc pulla (başqa sözlə, iddiaçı qarşısında götürülmüş maliyyə öhdəliyiilə) birbaşa əlaqəlidir. Belə olan halda isə, iddiaçı qarşısında götürülmüş maliyyə öhdəliyindən irəli gələn vəzifələrin də bərabər payda bölünməli olması (həmin borc məbləğinin onların ümumi birgə əmlakının passivini təşkil etdiyi) qəbul olunmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi qalıq borcun – yəni, 59 000 ABŞ dollarının məhz ona aid hissəsinin (yarısının) cavabdehdən iddiaçını xeyrinə tutulması hazırkı mübahisənin halları baxımından daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1). “Əmlak” ifadəsi isə, sadəcə konkret bir əşyanı deyil, habelə pulla ölçülə bilən hüquq (əmlakın aktivi) və borcları (əmlakın passivi) də özündə ehtiva edir. Cavabdehin iddiaçıya qaytarmış olduğu 41 000 ABŞ dolları isə bu cür bölgü zamanı nəzərə alınmamalıdır; çünkü həmin vəsait cavabdehin Əsmər Sadıqova ilə nikahda olduğu dövrdə qaytarılmışdır və məhz bu səbəblə də ər-arvadın birgə qaytarmış olduqları borc kimi qəbul olunmalıdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Kollegiya qeyd edir ki, iddiaçı yazılı ərizə təqdim edərək, diskdə olan səs yazısında 9000 ABŞ dollarını qızına bağışladığını bildirsə də, hazırda həmin pul məbləğini tələb edir. Kollegiya hesab edir ki, pul məbləği iddiaçının mülkiyyəti olmaqla, sonuncu həmin məbləği tələb etdiyindən, qeyd olunan məbləğ ümumi məbləğdən çıxıla bilməz. Bundan əlavə məhkəmə kollegiyasının sorğusu əsasında “xxxxxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Sadıqov Cavabdeh tərəfindən X8 hesabına kreditin ödənişi kimi 34000 ABŞ dolları məbləğində pul ödənilmişdir. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Alızadə Cavabdeh Anar oğlu tərəfindən X8 hesabına tam kreditin ödənişi kimi 26276 ABŞ dolları məbləğində pul ödənilmişdir. X1 adına olan hesabdan çıxarışdan görünür ki, onun hesabına xx.xx.2015-ci il tarixdə kreditin ödənişi kimi 34000 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixdə tam kreditin ödənişi kimi 26276 ABŞ dolları məbləğində pul ödənilmişdir. Kollegiya tədqiq edilən ödənişlərlə bağlı qeyd edir ki, qeyd olunan pul məbləğləri 2015-ci ildə hazırkı iş üzrə tərəf olmayan X8 hesabına ödənilməklə, 2016-cı ildə iddiaçı tərəfindən verilən borcun ödənişi kimi qəbul edilə bilməz və cavabdeh ödənilmiş pul məbləğləri ilə bağlı X11 qarşı mülki məhkəmə icraatı qaydasında tələb irəli sürə bilər. Belə olan halda, qətnamə cavabdeh Sadıqov Cavabdeh tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilməli, cəmi borc 29 500 ABŞ dolları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X13 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)- 8102/2018 saylı qətnaməsi cavabdeh Sadıqov Cavabdeh tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh X9 tutulmalı olan pul məbləği 29500 ABŞ dolları müəyyən edilsin. Apellyasiya icraatı üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar