Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1927/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı Hüseyn qızının və vəkili Nümayəndə, Cavabdeh1 və nümayəndəsi X2, Cavabdeh2 və vəkili Muradov Bəxtiyar İbrahim oğlunun iştirakı ilə, İddiaçı Hüseyn qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər: “xxxx” MTK və Bakı şəhəri 5 saylı Notariat Kontoru) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Hüseyn qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseyn qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər: “xxxx” MTK və Bakı şəhəri 5 saylı Notariat Kontoru) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilə mülkiyyət hüquqları tanınmaqla, adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nə həvalə edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 5 saylı DNK-nın xx.xx.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Hüseyn qızının Bakı şəhəri, Yasamal rayonu, X11 Naxçıvani küçəsi, ev 22, 10 saylı mənzilə mülkiyyət hüquqları tanınmaqla, onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, Cavabdeh2 mülkiyyətində olan mübahisəli Bakı şəhəri, Yasamal rayonu, X11 Naxçıvani küçəsi,ev 22, 10 saylı mənzilin boşaldılması və İddiaçı Hüseyn qızına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Hüseyn qızı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və ədalətsiz qətnamə qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-7941/2019 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə iddia tələblərinin rədd edildiyi hissələrdə ləğv edilərək həmin hissələrdə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 5 saylı DNK-nın xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriyalı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X11 Naxçıvani küçəsi, ev 22, 10 saylı mənzilin Cavabdeh2 tərəfindən boşaldılması və mənzilin İddiaçı Hüseyn qızına təhvil verilməsi, Bakı şəhəri 5 saylı X5 Gülrux Sənhan qızı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən notariusun bankda olan depozit hesabına ödənilmiş 113.025 manat pulun Cavabdeh1 tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7941/2019 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi – “İddiaçı Hüseyn qızının Bakı şəhəri, Yasamal rayonu, X11 Naxçıvani küçəsi, ev 22, 10 saylı mənzilə mülkiyyət hüquqları tanınmaqla, onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilərək mülki işin icraatına həmin hissədə xitam verilmişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti verərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 7941/2019 saylı qətnaməsinin ləğv edilərək İddiaçı Hüseyn qızının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Muradov Bəxtiyar İbrahim oğlu kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-7941/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7499/2019 saylı qərarı ilə qeyd olunan kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-7941/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apelyasiya baxışına qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı İddiaçı Hüseyn qızı və vəkili Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini, Cavabdeh1, nümayəndəsi X6, Cavabdeh2 və vəkili Muradov Bəxtiyar İbrahim oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(103)-7941/2019 nömrəli qərardadı ilə iddianın “İddiaçı Hüseyn qızının Bakı şəhəri, Yasamal rayonu, X11 Naxçıvani küçəsi, ev 22, 10 saylı mənzilə mülkiyyət hüquqları tanınmaqla, onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi” hissəsində mülki işin icraatına xitam verilmiş, həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddianın “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilərək yenidən baxılması üçün göndərildiyindən, hazırda apelyasiya baxışının hədlərini qətnamənin həmin hissədə (yəni, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsinə aid hissədə) qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının əri X8 xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş, əri sağlığında Bakı şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 622 ünvanda “xxxx” MTK-nın inşa etmiş olduğu binanın 2 otaqlı, 10 saylı mənzilini həmin vaxt order əsasında həmin mənzilin sahibindən pulunu ödəyərək almış, lakin həmin vaxt mənzilin orderi hazırda cavabdeh olan doğma bacısının qızı Cavabdeh1 adına rəsmiləşdirilmiş və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sonuncuya xx xxxxxx 2006-cı il tarixli, 016065 saylı order verilmişdir. Lakin Cavabdeh1 və onun ailə üzvləri bir gün də olsun həmin mənzildə yaşamamışlar. Qeyd edilən mənzil alınan vaxtdan iddiaçı və onun ailəsinin sahibliyində olmuş, həmin mənzil kirayə müqavilələri əsasında kirayəyə verilmiş və kirayə haqları da onların tərəfindən alınmışdır. İddiaçının əri xx xxxxxx 2009-cu il tarixdə vəfat etdikdən 23 gün sonra, yəni xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 notariat qaydada təsdiq edilmiş ərizə ilə “xxxx” MTKya müraciət edərək mənzilin və kooperativdəki payının iddiaçının adına keçirilməsini xahiş etmişdir. Mənzilin iddiaçının adına keçirilməsi üçün Cavabdeh1 ərinin də razılığı tələb olunduğundan, sonuncu müxtəlif bəhanələrlə razılıq ərizəsi yazmaqdan yayınmışdır. Sonradan Cavabdeh1 bildirmişdir ki, mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün heç bir hərəkət etmək niyyətində deyil, tezliklə mənzili özgəninkiləşdirmək niyyətindədir. Buna görə də, iddiaçı “əqdin yalan əqd hesab edilməsi, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsi barədə” iddia ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(004)-79/2012 saylı qətnaməsi ilə İddiaçı Hüseyn qızının Cavabdeh1 və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iddiası təmin edilmiş, Bakı şəhəri C.Cabbarlı küçəsi, məhəllə 622 ünvanda yerləşən binanın 2 otaqlı, 10 saylı mənzilinə dair verilmiş xx xxxxxx 2005-ci il tarixli 018065 saylı orderin etibarsız hesab edilməsi, “xxxx” Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi iclasının xx xxxxx 2005-ci il tarixli 34 saylı protokolununn qismən-Cavabdeh1 həmin Kooperativə payçı qəbul edilməsi hissəsində etibarsız hesab edilməsi, xx xxxxx 2005-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, X3 vərəsəsi olan İddiaçı Hüseyn qızının “xxxx” MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı Hüseyn qızının adına verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2351/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(004)-79/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3892/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli, 13(102)-51/14 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, 2(102)- 3892/2012 saylı qərarına əsasən yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsinə dair” iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2015-ci il tarixli 13(102)-7(k)/2015 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin xx xxxxx 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ləğv edilmiş və İddiaçı ərizəsinə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yeni açılmış hal üzrə xx xxxx 2016-cı il tarixli 13(102)-1/2016 saylı qərardadı ilə İddiaçı yeni açılmış hal barədə ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 2(102)-3892/12 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli 2(102)-2602/2016 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2351/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, müəyyən olunmuşdur ki, mübahisəli mənzilə Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alındığından xx.xx.2013-cü il tarixdə, 5 saylı Notariat Kontorunda 4Ə-01-231 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh2 113025 manata satılmış və sonuncunun adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı İddiaçı 5 saylı DNK-da Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil xx.xx.2013-cü il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmış, o da mülkiyyət hüquqlarından istifadə edərək həmin mənzili xx.xx.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 113025 manata satmışdır. X1 birinci dərəcəli vərəsəsi olan İddiaçı Hüseyn qızının “xxxx” MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı Hüseyn qızının adına verilməsinə dair hazırda qanuni qüvvəsini almış məhkəmə aktı olsa da, bununla bağlı məhkəmə çəkişmələri gedən dövrdə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və İddiaçı Hüseyn qızının iddiasının rədd edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarı qəbul edilənə kimi qüvvədə olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, alıcı Cavabdeh2 mənzili satan Cavabdeh1 və mənzilə iddia edən İddiaçı Hüseyn qızını əvvəllər tanımamış, onların arasında məhkəmə mübahisələrinin olmasını bilməmiş və mənzili Cavabdeh1 mülkiyyətinə dair hüquq müəyyənedici sənədləri ilə tanış olaraq onların mötəbərliyinə şübhə olmadığı, eləcə də, mənzil satıldıqda mənzilin üzərində hər hansı bir həbs və ya digər məhdudiyyət olmamasına dair rəsmi sənəd notariata təqdim olunduğu üçün sərbəst qaydada həmin mənzili əvəzli qaydada alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir, hazırkı vaxta kimi mülkiyyətçisidir. Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin alqı-satqıya dair müddəalarının pozulması halları müəyyən edilməmişdir. Yekunda isə birinci instansiya məhkəməsi Cavabdeh2 hazırkı iş üzrə vicdanlı əldə edən kimi qiymətləndirmiş və hesab etmişdir ki, o, mübahisəli mənzili əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 ilə Sura Ababsova arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olub-olmaması hissəsinə qiymət verərkən ilk növbədə İddiaçı həmin mənzillə bağlı iddiasının rədd edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli iş üzrə yekun qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il qərarı ilə ləğv edilənə qədər qüvvədə olmasına və mübahisəli mənzilə dair mülkiyyət hüquqları xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alındığından xx.xx.2013- cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılarkən mənzilin özgəninkiləşdirilməsinə dair hər hansı bir qadağa olmamasına və onun hər hansı bir şəkildə yüklü edilməməsinə diqqət yetirməmiş, işin bu halına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, Cavabdeh1 adına verilmiş orderin saxtalaşdırılması faktının mövcudluğu və onun mənzilə dair mülkiyyət hüququnun saxta olduğu müəyyən edilən sənədlər əsasında qeydə alınması cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, sonuncu bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 vicdanlı alıcı olub-olmaması ilə bağlı qiymətləndirmə apararkən işin bu halı üzrə düzgün hüquqi mövqe nümayiş etdirməmiş, ilk növbədə işin ən əsas və diqqətəlayiq məqamı olan Cavabdeh2 İddiaçı və ya Cavabdeh1 ilə əvvəllər bir-birilərini tanıyıb-tanımamalarını, onların arasında mənzillə bağlı məhkəmə mübahisələrinin olmasını bilib-bilməməsini, bilmiş olsa belə müqavilə bağlanan zaman həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının mövcud olmasını, mənzilin Cavabdeh1 mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından bu qeydin mötəbərliyinə şübhə etmək üçün hansı əsasların olub-olmamasını təhlil etməyərək, onun mübahisəli alqı-satqı müqaviləsini bağlayarkən hansı formada ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməli olmasını açıqlamamışdır. Kollegiyanın qənaətinə görə Cavabdeh1 mənzili öz adına rəsmiləşdirərək, xx.xx.2013-cü il tarixdə çıxarış əldə etdikdən cəmi 10 gün sonra xx.xx.2013-cü il tarixdə mənzili Cavabdeh2 satmasına sonuncunun nəyə görə diqqət yetirməli olmasına və hansı əsaslara görə sadalanan hərəkətlərin gedişatı ona məlum olsa belə, bu halları şübhə altına alıb hansı formada sayıqlıq və ehtiyat nümayiş etdirməli olmasına dair apelyasiya instansiyası məhkəməsinin mövqeyi anlaşılan deyil. Həmçinin apelyasiya instansiyası məhkəməsi qətnaməsində daşınmaz əmlaka dair vicdanlı alıcı ilə bağlı qanunvericilik normalarına, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında nümayiş etdirdiyi hüquqi mövqelərə istinad edərək, hətta bəzi məqamlar üzrə müəyyən şərhlər versə də, bu normaları düzgün təfsir etməmiş, istinad etdiyi hüquqi mövqelərə, qanunvericilik normalarına zidd olaraq alıcı Cavabdeh2 mənzili vicdanlı şəkildə əldə etməsi halının həmin müqavilənin etibarsız sayılmasına mane olmaması, qanunvericilikdə vicdanlılıq daşınmaz əşyalarla bağlı əqdin etibarsızlığına mane olan hal kimi müəyyən edilməməsi, Cavabdeh2 mənzil üzərində mülkiyyət hüququnun saxlanmasının iddiaçının ev üzərində mülkiyyət hüququnu pozması kimi qənaətə gəlmişdir. Məhkəmə kollegiyası bununla bağlı məhkəmənin analogiya üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182-ci maddəsinin hazırkı mübahisəyə tətbiqini və həmin Məcəllənin 149.2-ci maddəsinin təfsirini də düzgün saymamış, bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzili əldə edərkən həqiqətən də həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mənzilə dair reyestrə hər hansı etiraz daxil edilməmişdir. Cavabdeh2 iddiaya etirazının əsası da ondan ibarətdir ki, o, mənzil satıldıqda mənzilin üzərində hər hansı bir həbs və ya digər məhdudiyyət olmamasına dair rəsmi sənəd notariata təqdim olunduğu üçün sərbəst qaydada həmin mənzili əvəzli qaydada alqısatqı müqaviləsinə əsasən əldə etmişdir. Kollegiyanın qənaətinə görə iddiaçı mübahisəli mənzilə dair hüquqlarının pozulmasını iddia etdiyi halda, ilk növbədə bu hüququnu pozan şəxsə, yəni, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013cü il tarixli çıxarışı mübahisələndirməli olduğu halda, bunu etməyərək birbaşa onun adına verilən, alqı-satqı müqaviləsi bağlanan vaxt hüquqi qüvvəsi olan çıxarışa əsasən həyata keçirilmiş alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki və həqiqi araşdırılmış halları baxımından iddiaçının Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli çıxarışı məhkəmə qaydasında mübahisələndirmək hüququnu da istisna etməməsini qeyd etmək əvəzinə, onun hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü mötəbər sübutlar əsasında Cavabdeh1 daşımalı olmasına, mübahisəli əmlakı isə qanuni əsaslarla əldə etmiş şəxsin (cavabdehin) hüquqlarının xələl görməli olmamasına hüquqi qiymət verilməsi daha məqsədəuyğun və ədalətli olardı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə özünə məxsus olan mübahisəli mənzili notariat qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında 113025 manata Cavabdeh2 satmış, əmlakın dəyəri alıcı tərəfindən tam ödənilmiş və ev ona təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alıcı mübahisəli əmlakı almamışdan əvvəl Cavabdeh1, həmçinin İddiaçı tanımamış, eləcə də, onun adı çəkilən şəxslər arasındakı məhkəmə çəkişməsindən məlumatı olmamışdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən, həmçinin Ali Məhkəmənin mülki kollegiyasının mövqeyindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmişdir. Bununla da vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. İşin faktiki hallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi qanuni hesab edildiyindən bu əqd nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması, habelə əmlakın sahibliyə qaytarılması barədə tələb təmin oluna bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin, o cümlədən apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” hissələrində ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlər ləğv edilsə də, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməmiş, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı müddətdə mənzillə bağlı hər hansı məhdudiyyət və ya yüklülük qeydə alınmamış, reyestrə qeydə dair etiraz daxil edilməmiş, eləcə də mənzil mülkiyyətçisi barədə dövlət reyestrində aparılmış qeydiyyatda mübahisə olmamışdır. İş materiallarında Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar (məlumatlar) mövcud deyildir. Belə ki, Mülki Məcəlləyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140). Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası yekun hüquqi dəyərləndirmə aparmaqla apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə tələblərin rədd edilməsi hissələrində dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı Hüseyn qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə tələblərin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1927/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1927/2020
10.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver