Məhkəmə qərarları › İş №2(103)-1928/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1928/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1928/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3681/2021 saylı işi üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.020 manatın, ekspert rəyinə görə ödənilmiş 200 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin yay aylarında Babək prospektində yerləşən avtomobil təkər bazarında tanışı Adışirin adlı şəxsə satmaq üçün ümumi qiyməti 5000 manat olan dörd komplekt 18-20-lik disk və təkərlər vermişdir. Mütəmadi olaraq disk və təkərlərin satılıb-satılmamasını yoxlamışdır. 17.04.2019-cu il tarixdə yenidən bazara gedərək disk və təkərlərin satılıb-satılmaması yoxladıqda, nə disk və təkərlərin satıldığını, nə də, həmin yeri işlədən Adışirin adlı şəxsin olduğunu görmüşdür. Dərhal Adışirininlə əlaqə saxlamış, disk və təkərlərin satılıb-satılmaması soruşduqda, ona bildirmişdir ki, onu tapa bilmədiyi üçün dörd komplekt 18-20-lik disk və təkərləri üzbəyüz təkər təmiri yerində işləyən (Qaqaş ləğəbli) Məzahir adlı şəxsə onun icazəsi olmadan vermişdir. (Qaqaş ləğəbli) Məzahir adlı şəxsin mobil nömrəsinə zəng etmiş, sonradan şəxsiyyəti bəlli olan, Cavabdeh1 bildirmişdir ki, dörd komplekt 18-20-lik disk və təkərlər ona Adışirin tərəfindən verilib və o, onları satıb. Disk və təkərlərin mənimsənmiş pullarını qaytarmasını tələb etmiş, Cavabdeh1 cavabında bildirmişdir ki, nə dörd komplekt 18-20-lik disk və təkərləri, nə də onların pulunu xərclədiyinə görə qaytara bilmir. Dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq, dörd komplekt 18-20-lik disk və təkərlərin mənimsəməsi barədəşikayətini bildirmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən zəng gəlmiş və ərizə yazmaq üçün bölməyə dəvət olunmuşdurÜstündən bir ay keçdikdən sonra, 26.04.2019-cu il tarixli, 088 3804Ə-3219 nömrəli məktuba əsasən, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən ərizəsinə cavab olaraq bildirilmişdir ki, mülki məsələdir, məsələnin həlli məqsədi ilə məhkəmyə müraciət etməyim məsləhət görülmüşdür. Bakı şəhəri Nizami rayon Prokurorluğuna şikayət yazmış, Prokurorluğun 17.01.2020-ci il tarixli, №700-Ş-19 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciətinə baxılmış, məlum edilmişdir ki, eyni məzmunlu müraciəti əsasında Bakı şəhəri, Nizami rayon RPİ-nin sahə rəisi, polis moyoru Lətif Əliyev tərəfindən araşdırma aparılmış, toplanmış materiallarda cinayət tərkibi olmadığından material 26.04.2019- cu il tarixdə işə alınmaqla, ərizəsində qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Bakı şəhəri Nizami rayon polis İdarəsinin 23-cü polis bölməsində RPİ-nin sahə rəisi, polis moyoru Lətif Əliyevə Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlarında avtomobilə dair disk və təkərin götürərək satdıqlarını boynuna alaraq təsdiq edirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlar etiraf izahatı kimi qəbul edilməli və bu da, iddianın təmin edilməsi üçün əsasdır. Avtomobilə dair disk və təkərlərin qiymətləndirilməsi üçün Hüquq Torpaq Məcələləri və Ekspertiza Mərkəzinə rəsmi müraciət etmiş, 17.05.2021-ci il tarixli rəyə əsasən dair disk və təkərlərə 5.020 manat qiymət müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi üçün 200 manat ödəniş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3681/2021 saylı işi üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 1440 (bir min dörd yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməsi, Qiymətləndirmə xərci olan 200 (iki yüz) manat pulun 60 (altmış) manat hissəsi Cavabdeh1, 140 (bir yüz qırx) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilməyən hissələrdə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxaralmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxan zamanı işin həqiqi hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə əsaslandırılmış hallarla uyğunluq təşkil etməmişdir. Digər tərəfdən məhkəmə öz qətnaməsi ilə maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. İşə baxan birinci instansiya açıq aydın işə bir tərəfli baxmış, işi tam araşdırmamış, qanunsuzluğa yol verməklə qismən əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, o, 2018-ci ilin yay aylarında Babək prospktində yerləşən avtomobil təkər bazarında tanışı Adışirinirin adlı şəxsə satmaq üçün dörd komplekt 18-20-lik disk və təkərlər vermiş, həmin 18-20-lik disk və təkərlərin ümumi qiyməti 5000 (beş min) manat təşkil etmişdir. Mütəmadi olaraq yolu bazar tərəfə düşəndə həmin disk və təkərlərin satılıb-satılmamasını yoxlamışdır. 17.04.2019-cu il tarixdə yenidən bazara gedərək disk və təkərlərimin satılıb-satılmamasını yoxladıqda, görmüşdür ki, nə disk və təkərləri, nə də, həmin yeri işlədən Adışirin adlı şəxs var. Dərhal Adışirinin (055) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, disk və təkərlərinin satılıb-satılmamsını soruşduqda, ona bildirmişdir ki, onu tapa bilmədiyi üçün ona məxsus dörd komplekt 18-20-lik disk və təkərləri üzbəüz təkər təmiri yerində işləyən (Qaqaş ləqəbli) Məzahir adlı şəxsə onun heç bir icazəsi olmadan vermişdir. O, Adışirinlə telefon vasitəsi ilə danışarkən, bildirmişdir ki, nə üçün icazəsi olmadan ona məxsus dörd komplekt 18-20-lik disk və təkərləri vermişdir. Cavabında ona bildirmişdir ki, bir səhvdir edib. O, məcbur olaraq təkər bazarı ilə üzbəüz təkər təmiri yerində işləyən (Qaqaş ləqəbli) Məzahir adlı şəxsi soruşmuş, Məzahir adlı şəxs orda olmadığından, onun mobil nömrəsini alıb dərhal Məzahir adlı şəxsin (070) ***-**-** mobil nömrəsi zəng vurmuşdur. Sonradan şəxsiyyəti tam ona olan, Cavabdeh1 ona bildirmişdir ki, dörd komplekt 18-20-lik disk və təkərlər ona Adışirin tərəfindən verilib və onları satıb. Cavabdeh1 cavabında ona bildirmişdir ki, nə dörd komplekt 18-20-lik disk və təkərləri, nə də onların pulunu xərclədiyinə görə qaytara bilmədiyini bildirmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Bakı şəhəri Nizami rayon polis İdarəsinin 23-cü polis bölməsində RPİ-nin sahə rəisi, polis moyoru Lətif Əliyevə Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlarında avtomobilə dair disk və təkərin götürərək satdıqlarını boynuna alaraq təsdiq edirlər. Beləliklə, Bakı şəhəri Nizami rayon polis İdarəsinin 23-cü polis bölməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun verdikləri izahatlar etiraf izahatı kimi qəbul edilməli və bu da, iddianın tam təmin edilməsi üçün əsasdır. Bundan başqa, məhkəmə iclasında onun tərəfindən təqdim olunmuş Hüquq Məsələləri və Eksperiza Mərkəzi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli rəyindən görünür ki. İddiaçı sifarişi ilə qiymətləndirilmiş «Mitsubishi Galant» minik/sedan markalı avtomobilə aid 4 ədəd 215/60/R16 ölçülü disk və təkərlər, «Mazda CX9» avtomobilə aid 255/60/R20 ölçülü 1 ədəd işlənmiş halda olan təkər disk ilə birlikdə, «Porche Cayenne» markalı avtomobilə aid işlənmiş halda olan 4 ədəd təkərlərin dikləri ilə birlikdə və 235/40/R18 ölçülü 4 ədəd universal (Momo) disk və təkərlərin 2018-ci ilə olan qiyməti 5.010 (beş min on) manat müəyyən edilmişdir. Göründüyü kimi, qanuni əsaslarla və tam obyektiv Hüquq Məsələləri və Eksperiza Mərkəzi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli rəyi olduğuna baxmayaraq, birinci instansiya məhkəməssinin hakiminin marağı olduğundan, rəy ola-ola yenidən qiymətləndirmə ekpertiza təyin etmişdir. Məhkəmə qətnaməsində onun tərəfindən olan ekspertizasına yox, öz tərəfindən təyin edilmiş ekspertizanın rəyinə qiymət vermişdir. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəmsinin qəbul etdiyi qətnamə ilə razı deyil. Belə ki, məhkəmə qəbul etdiyi qətnamədə guya onun iddianın etiraf etməyini qeyd etmişdir. Bunu sübut edən heç bir yazılı dəlil iş materiallarında müəyyən edilməmişdir. Əslində isə o, iddianı qəbul etməmişdir. Onun ifadələri təhrif olunaraq məhkəmə qətnaməsində qeyd olunmuşdur. O, heç kimdən hər hansı bir diski və ya təkər almamışdır. Məhkəmənin ekspert rəyi əsasında qəbul etdiyi qətnamə də işin həqiqi halları ilə tam uyğunsuzluq təşkil edir. Belə ki, məhkəmə qətnamədə ekspert rəyinə əsaslanaraq təkərlərin hər biri üçün 40 manat, diksilərin hər biri üçün 80 manat olmaqla qiymət müəyyən etmiş, ona görə də iddianın ümumi qiymətini 1440 manat olması qənətinə gəlmişdir. Ekspert rəyində isə təkərlərin qiyməti 20-120 manat aralınığında, diskilərin qiymətləri isə 50-500 manat aralığında olması qeyd olunduğu halda, iş materiallarında guya ona verilmiş diskilərin və təkərlərin vəziyyətləri barədə heç bir sübut olmadığı halda məhkəmənin öz mülahizəsi əsasında diskilərin və təkərlərin qiymətlərinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə daban-dabana ziddir. Digər tərəfdən ekspert tərəfindən təkərləri görmədən on un qiymətininmüəyyən edilməsi isə heç bir hlda ağlabatan ola bilməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafəi edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafəi edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3681/2021 saylı işi üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi, polis mayoru Lətif Əliyevin ərzəyə baxılmasının nəticəsinə dair 26.04.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı AR-nın DİN-nin 102 xidmətinə və Nizami RPİ-nin 23-cü PBnə ərizə və izahat verərək bildirmişdir ki, bir neçə il bundan əvəl təkər bazarında Şirin adlı şəxsə satmaq üçün 4-6 komlekt disk-təkər vermiş bir neçə gün əvəl bazara gəlmiş Şirinin işləmədiyini bilib ona zəng edib təkər və diskilərinin harada olmasını soruşduqda dostu Qaqaşa verdiyini bildirmiş, Qaqaşla əlaqə saxladıqda məhrum dosdu İbrahimə verdiyini bildirmişdir. Ərizə əsasında Cavabdeh2 izahatında bildirmişdir ki, 2016-cı ildə tanışı Qaqaş Ruslanla onun iş yerinə gəlmiş və orada Ruslanla tanış etmiş, sonradan Ruslan satdıq üçün bir komplekt diskitəkər və 8 ədəd əlavə diski-təkəri olmasını bildirdikdə Adışirin bildirib ki, “gətir qoy yanıma nə vaxt satılsa puluvu verərəm”, Ruslan dis-təkərləri gətirib ona vermiş, Adışirin 2018-ci ilin sentyabr ayında işdən çıxdığı üçün diski-təkərləri götürmək məqsədi ilə Ruslanla əlaqə saxlaya bilməmiş, ona görə Qaqaşla əlaqə saxlamış və diski-təkərləri ona vermişdir. Cavabdeh1 eyni məzmunlu izahat verərək Cavabdeh2 izahatını təsdiq edərək əlavə izah etmişdir ki, məhrum qonşusu İbrahim onu Ruslanla tanış etmiş, Ruslanla əlaqə saxlaya bilmədiyi üçün İbrahimə demiş, təxminən 10-15 gündən sonra İbrahim Məzahirə bildirmiş ki, Ruslanla əlaqə saxlamış, Ruslan hal-hazırda Türküyədədir. Demişdir ki, Qaqaşdan təkər-diskiləri götür, Cavabdeh1 təkər və diskiləri İbrahimlə birlikdə daşıyıb İbrahimgilin həyətlərinə yığdıqlarını bildirmişdir. Göründüyü kimi, ərizədə göstərlən məsələ mülkü mübahisəlidir və bu səbəbdən AR DİN-nin 23.11.2011-ci il tarixli 680 N-li əmrinə əsasən şikayətçiyə məsələnin həlli məqsədilə məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. İş materiallarında olan Hüquq Torpaq Məcələləri və Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.05.2021-ci il tarixli rəydən görünür ki, İddiaçı sifarişi ilə qiymətləndirilmiş «Mitsubishi Galant» minik/sedan markalı avtomobilə aid 4 ədəd 215/60/R16 ölçülü disk və təkərlərin, «Mazda CX9» avtomobilə aid 255/60/R20 ölçülü 1 ədəd işlənməmiş halda olan təkər disk ilə birlikdə, «Porche Cayenne» markalı avtomobilə aid işlənməmiş halda olan 4 ədəd təkərlərin diskləri ilə birlikdə və 235/40/R18 ölçülü 4 ədəd universal (Momo) disk və təkərlərin 2018-ci ilə olan qiyməti 5.010 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05.10.2021-ci il tarixli rəydən görünür ki, Mitsubishi Galant minik markalı nəqliyyat vasitəsinə aid 4 ədəd 215/60/R16 ölçülü disklərin (işlənməmiş halda) 2016-2018-ci illərə uyğun orta bazar qiyməti 1 ədədi - 150 manat, 4 ədədi - 600 manat, Mitsubishi Galant minik markalı nəqliyyat vasitəsinə aid 4 ədəd 215/60/R16 ölçülü təkərlərin (işlənməmiş halda) 2016-2018-ci illərə uyğun orta bazar qiyməti 1 ədədi -100 manat, 4 ədədi - 400 manat, ümumilikdə müxtəlif növ avtomobillər (sedan, hetçbek, suv, universal və.s.) üçün 1 ədəd işlənmiş vəziyyətdə olan diskin hazırkı vaxta orta bazar qiyməti 50-500 manat, ümumilikdə müxtəlif növ avtomobillər (sedan, hetçbek, suv, universal və.s.) üçün 1 ədəd işlənmiş vəziyyətdə olan təkərin hazırkı vaxta orta bazar qiyməti 20-120 manat manat arasında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə İddiaçı məxsus 12 ədəd disktəkərin iş üzrə Cavabdeh1 tərəfindən satılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, 12 ədəd disk-təkərə görə, diskin 1 ədədinin qiyməti 80 manat, təkərin bir ədədinin qiyməti 40 manatdan hesablanmaqla, 1440 manat pul (12x120=1440) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətlərinə ümumlikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla, iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iş materiallarında göründüyü kimi, iddiaçı 2018-ci ildə cavabdehlərə ümumilikdə 5020 manatlıq mal verdiyini iddia etsə də, iddiaçının bu iddiası qismən əsaslıdır. Belə ki, cavabdehlər həm 23-cü PB-də, həm də məhkəmədə verdikləri izahatlarında iddiaçı tərəfindən onlara 12 ədəd işlənmiş disklərin verildiyini etiraf etmiş, bu halın təkzib olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Həmçinin, Cavabdeh1 qeyd olunan disk-təkərləri İbrahim adlı şəxsə verdiyini göstərsə də, buna dair sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya həmçinin cavabdehin apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh qətnamədə izahatının təhrif edildiyini qeyd etsə də, qanunvericiliklə ona verilmiş protokola qeyd vermək hüquqdan istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 5.020 manatın, ekspert rəyinə görə ödənilmiş 200 manat məbləğində pulun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə Cavabdeh1 1440 (bir min dörd yüz qırx) manat pulun tutulmasını qət etmişdir. Hazırda iddiaçı iddiaının təmin edilməyən hissəsini, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsini mübahisələndir. Göründüyü kimi, hər iki tərəfin ayrı-ayrılıqda mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3681/2021 saylı işi üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3681/2021 saylı işi üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar