Məhkəmə qərarları › İş №2(103)-1933/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1933/2021

03.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1933/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Hüseynov Rasim Əfsər oğlunun iştirakı ilə, İddiaçı Rzayev Elnur Əlisalam oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə “intizam tənbehinin götürülməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3606/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Rzayev Elnur Əlisalam oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin K-889 №li, xx xxxxxx 2020-ci il tarixli əmrlə onun üzərinə qoyulmuş töhmət növündə intizam tənbehinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3606/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “Müəllimlərin etik davranış qaydaları”na əməl etməmiş, direktorun fəaliyyətini tənzimləyən maddi hüquq normalarını pozmuş, lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan əsassız olaraq iddia tələbini təmin etmişdir. Bununla belə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyin nümayəndəsi apellyasiya baxışı zamanı ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3606/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin verdiyi apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3606/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və Azərbaycan Respublikası Təhsil Nazirliyinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar