Məhkəmə qərarları › İş №2(103)-1935/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1935/2020

07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1935/2020 07.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxxxxx katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4286/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11760 manat və 2620 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4286/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 11760 (on bir manat yeddi yüz altmış) manat və 2620 (iki min altı yüz iyirmi) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı köhnə tanışıdır və onunla əvvəllər münasibəti çox yaxşı olmuşdur. O, qızıl alveri və pul faizə verməklə məşğul olmuşdur. Münasibəti yaxşı olduğuna görə onunla alış-veriş etmiş, borc alıb borc vermişdir. Müxtəlif vaxtlarda ondan çoxda böyük olmayan məbləğlərdə 300, 500 və ya 600 manat məbləğində qızıl-ziynət əşyaları almış və faizə pul götürmüşdür. Sonra isə borclarını və faizi hissə-hissə ödəyib qaytarmışdır. Aralarında münasibətlər yaxşı olduğuna görə heç vaxt qəbz və ya müqavilə yazmamışlar. Sevda ilə aralarında olan borcları verərkən bir çox hallarda gecikmələr olmuşdur. Sevda ona bildirmişdir ki, faizələri gecikdirdiyinə görə ondan əlavə pul alacaqdır. Ona borcu ödədikdən sonra Sevda ondan faizləri tələb etməyə başlamışdır. Əvvəl bunu ciddiliyə almasa da sonra Sevdanın fikrində ciddi olduğunu gördü. Buna görə də münasibətləri korlandı. Sonra isə Sevda onu hədələməyə və şantaj eləməyə başladı. Aralarında olan narazılıqlar polisdə araşdırılmış və ona xəbərdarlıq edilmişdir ki, ona hədə-qorxu gəlməsin. Bundan sonra, Sevda ona hədə-qorxu gəlməyi saxlamış və yalançı iddia ilə məhkəməyə şikayət etmişdir. İddiada göstərilən məbləği ona borclu deyil. İddiaya əlavə olanmış kağızlardakı imza və xətt onun deyildir və o, heç vaxt belə bir qəbz yazmamış və imza etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi və adından yazılmış qəbzlərə və məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsaslanaraq iddianı tam təmin etmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, iddiaçının təqdim etdiyi qəbzləri yazmamış və imza etməmiş, ekspertin rəyi ilə razı deyil və təkrar ekspertizanın təyin olunması haqqında vəsatət vermişdir. Lakin birinci instansiya məhkəməsi heç bir əsas gətirmədən vəsatətini rədd etmişdir. Məhkəmənin qəbul etdiyi qərardadda nə üçün bu qənaətə gəlməsini əsasını və səbəbini göstərməmiş, vəsatətində göstərdiyi halları və xüsusatları araşdırmamış və onlara diqqət verməmiş, ancaq MPM-in 102.2-ci maddəsinə istinad etməklə işini bitmiş hesab etmişdir. Aşağıdakı hallara görə hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin olunmalı və keçirilməlidir. Belə ki, rəyin tədqiqat hissəsindən görünür ki, ekspert imzada olan hərflər üzrə tədqiqat apararkən V, s,d,ç,k,u, o həriflərində uyğunluğu müəyyən olunması qənaətinə gəlmişdir. Halbuki, imzası ilə dama-dama kağızdakı imza arasında kifayət qədər qeyridəqiqliklərin olması açıq-aydın görünür və hətta buna görə ekspert olmağa ehtiyac yoxdur. O, adətən yazını tələsmədən və səliqəli yazır. Eləcədə imzanı tam, təmiz və tələsmədən icra edir. Ekspert isə imzanı surətlə icra edildiyini yazmışdır. Hərflərin quruluşu və təsviri ilə bağlı da kiayət qədər uyğunzuzluqlar vardır. Tədqiqatın xətt hissəsinə aid isə heç bir araşdırma və müqayisə aparılmamışdır. İmza nümunəsinin tədqiqatı zamanı ekspert yuxarıda sadaladığı hərfləri bir-bir analiz etmiş və onların uyğun formaya görə qiymətləndirmişdir. Ancaq çoxlu sözlərdən və hərflərdən ibarət olan yazı mətnində isə hərflər imzadakı hərflər kimi uyğunluq baxımından tədqiq edilməmişdir. Xətt nümunəsinə aid hissədə ekspert ümumi sözlərlə kifayətlənmiş və məhz nə üçün mətndəki xəttin dəqiq ona aid olması üçün heç bir tutarlı əsas gətirməmişdir. Hətta rəydə «C» hərfinə aid müxtəlif fikirlər vardır. Belə ki, rəyin imza hissəsində «C- hərfinin bir hərəkətlə icra olunması yazılsa da, yazı hissəsində hərfin uzadılmaqla yazılması göstərilmişdir. Eyni zamanda rəydəki ifadələr aydın və başadüşülən deyildir. O, imza-xətt sahəsi üzrə mütəxəssis olmasa da rəydəki çatışmamazlıqları açıqaydın görür. Buna görə də iş üzrə təkrar ekspertiza təyin olunmalı və işə daha çox təcrübəsi olan ekspert cəlb olunmalıdır. Rəydən görünür ki, ekspert 3-cü dərəcəli ədliyyə qulluqçusu X3 aşağı rütbəli şəxsdər və yəqin ki, təcrübəsi də müvafiq olaraq çox azdır. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, onun iddiaçıya borcu yoxdur. Ekspert rəyi ilə də razı deyil. Onun imzasını oxşadıb çəkiblər. Çünki, şəxsiyyət vəsiqəsinin surəti iddiaçıda var idi. Qəbzi qarşı tərəf iddia edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, qaytarılan pulları iddia ərizəsində və izahatlarında götərmişlər və onları tələb etmirlər. Hazırda cavabdehin məqsədi müddəti süni uzatmaqdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2016-cı il tarixli qəbzlərdən müəyyən olunur ki, Cavabdeh iddiaçıdan 4000 manat və 7260 manat pul vəsaitini, həmçinin “Access” bankdan iddiaçının adına 3100 ABŞ dolları, “TBC” bankdan (iddiaçının adına) 880 ABŞ dolları və 1536 manat məbləğində borc pul götürmüş və götürdüyü borcu hissə-hissə ödəyəciyini qeyd etmişdir. Əlavə olaraq bu qəbzləri heç kim tərəfindən məcbur edilmədən, özünün razılığı ilə yazdığını qeyd etmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 21143 nömrəli rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 44-cü vərəqəsində olan dama-dama qeyd dəftərçəsi vərəqəsinin üz tərəfində olan qırmızı rəngli rəngləyici maddə ilə icra olunmuş yazılar və həmin yazıların aşağı sol hissəsində olan imza; 45-ci vərəqəsində olan dama-dama qeyd dəftərçəsi vərəqəsinin üz tərəfində olan qırmızı rəngli rəngləyici maddə ilə olunmuş yazılar və həmin yazıların aşağı orta hissəsində olan imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən iddiaçının izahatı, cinayət işinin başlanmasının rədd qərarına, keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni Cavabdeh şikayəti üzrə yoxlanılmalı, digər hissədə və digər şəxs(lər)ə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, cavabdeh şikayətində iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara, yəni borc qəbzlərində olan yazıların və imzaların ona məxsus olmaması və bununla bağlı onun tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı verilmiş vəsatətə hüquqi qiymət verilməməsini bildirsə də, təkrar məhkəmə xətşünaslıq ekspertizanının zəruriliyi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi borc qəbzləindəki yazıların və imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən də, istifadə etmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə işin 44-cü vərəqində olan dama-dama qeyd dəftərçəsi vərəqəsinin üz tərəfində olan qırmızı rəngli rəngləyici maddə ilə icra olunmuş yazılar və həmin yazıların aşağı sol hissəsində olan imza; işin 45-ci vərəqində olan dama-dama qeyd dəftərçəsi vərəqəsinin üz tərəfində olan qırmızı rəngli rəngləyici maddə ilə olunmuş yazılar və həmin yazıların aşağı orta hissəsində olan imzanın- Cavabdeh məxsus olması müəyyən edilmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur və buna görə də təkrar məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə əsas yoxdur. Ona görə də bu rəyin mötəbər sübut kimi qəbul edilməməsi üçün də əsas olmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4286/2019 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov İmza Xəyal Sarıyev Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar