Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1936/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5244/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
2. Təqdim edilmiş sənədlərdən görünür ki, X5 23 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra 26 yanvar 2021-ci il tarixdə Cavabdeh tərəfindən alğısatqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 25G, 9 saylı mənzil əldə edilmiş, sonra isə “Ford Focus” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı, “Toyota Prius (hibrid)” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı və “Chevrolet Cruze” minik markalı, 50-EX971 dövlət nömrə nişanlı avtomobillər əldə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 260.000 manat pulun və ödədiyi 565 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin mərhum həyat yoldaşı X5 ilə 10 may 2017-ci il tarixdə Bakı şəhərində 3 tərəfli müqavilə bağlamışlar. Həmin müqavilənin 3-cü tərəfi isə İddiaçı2 idi. X5, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasından gələn gəlir və qazancların müqavilədəki tərəflər üzrə düzgün bölüşdürülməsi və ona birgə nəzarəti həyata keçirmək üçün öz aralarında razılığa gələrək müqavilə bağlamışlar. Binanın tikiləcəyi yer olan torpaq sahəsi üçüncü tərəf İddiaçı2 istifadəsində olmuş və həmin torpağı şəxsən özü 360.000 manata almışdır. X1 bu işə hələlik heç bir pul yatırmamışdır. Şərtə görə torpağı İddiaçı2 təklif etmiş, İddiaçı1 8 mərtəbəli binanın 4 mərtəbəsinin tikilmə xərcini çəkmiş və son 4 mərtəbəsini isə mərhum X5 maliyyələşdirməli olmuşdur. 10 may 2017-ci il tarixdə 3 tərəfli müqavilə bağlanan zaman İddiaçı2 360.000 manata aldığı torpaqda binanın tikilməsi üçün razılıq verərək müqavilənin 3-cü tərəfi olmuşdur. İddiaçı1 həmin binanın 4-cü mərtəbəsini tikib başa çatdırandan sonra X4 bildirmişdir ki, artıq öz işlərini tamamlayır, 4-cü mərtəbədən 8-ci mərtəbəyə qədər tikintini yekunlaşdırmaq üçün maliyyə vəsaiti istəmişdir. X1 bəhanə gətirərək vaxtı uzatmışdır. İddiaçılar Cavabdeh mərhum həyat yoldaşı olan X3 yerinə pul vəsaiti qoyaraq binanın 8-ci mərtəbəsini tamamlamışlar. Bundan sonra da X5 heç bir vəsait xərcləməmiş, iddiaçılar binanın daxilini və xaricini binada yaşayış üçün və sakinlərə təhvil vermək məqsədilə öz hesablarına təmir etdirmişlər. Əlavə olaraq binaya qazın, suyun və işığın verilməsi üçün vəsait xərcləmişlər. Sonda isə mənzillərin kanalizasiya sisteminin qoşulmasını təmin etmişlər. İddiaçılar ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasına ümumilikdə torpağın alınmasından əlavə 1.260.000 manat pul xərcləmişlər. Həmin puldan 800.000 manatını İddiaçı2, qalan 460.000 manatını isə İddiaçı1 xərcləmişdir. Cavabdeh mərhum həyat yoldaşı olan X5 isə heç bir pul xərcləməmişdir. İddiaçılar artıq bütün mənzillər satıldıqdan sonra əldə olunmuş qazancdan 40.000 manat və 18.000 manatdan əlavə 198.000 manat X4 pul vermişlər və əlavə olaraq 105 kv.m olan 3 otaqlı tam əla təmirli mənzili də ona vermişlər. İddiaçılar tikdikləri binanın sağ hissəsində olan 0,13 ha torpaq sahəsini özəlləşdirə bilməmişlər. X5 onlara MTN-də yüksək vəzifədə işləyən qohumunun olduğunu və həmin torpaq sahəsini özəlləşdirə biləcəyini bildirərək onlardan 260.000 manat pul istəmişdir. İddiaçılar 26 yanvar 2020-ci il tarixdə razılaşaraq X4 260.000 manat pul vermişlər. Nurəddin Abdullayev iddiaçılara 3 ay müddətində torpağı onların adına özəlləşdirəcəyini bildirmişdir. Lakin 3 ay keçdikdən sonra ondan bir xəbər çıxmamışdır. İddiaçılar verdikləri pulu ondan geri tələb etmişlər. İddiaçılar pulu almaq üçün onun evinə getdikdə 25 dekabr 2020-ci il tarixdə qonşuları onun öldüyünü bildirmişlər. Onun ölümündən 10 gün sonra iddiaçılar onun evinə gedərək 260.000 manatı tələb etmişlər. Mərhumun həyat yoldaşı Cavabdeh bir neçə gün vaxt istəmiş, pulu evdən tapıb geri qaytaracağını bildirmişdir. Lakin üzərindən təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh həmin pulu iddiaçılara qaytarmamışdır. İddiaçılar Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmiş və 08 iyul 2021-ci il tarixli sorğuya cavabda 23 dekabr 2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsinin onun arvadı Cavabdeh kimi tanınması bildirilmişdir.
5. Məhkəmədə şahid qismində dinlənilən Şahid2 və Şahid3 izahatında bildirmişdir ki, izahatlarında göstərmişlər ki, onlar tərəflər arasında pulun alınıb verilməsi zamanı iştirak etmişlər. Şahidlərin hər ikisi pulun sayılmasında iştirak etmişlər və 260.000 manat vəsaitin İddiaçı1 tərəfindən Nurəddin Abdullayevə verilməsinin şahidi olmuşlar. Daha sonra Nurəddin Abdullayevə verilən vəsaitin külli miqdarda olduğu üçün Şahid2 onu öz avtomobili ilə yaşadığı evə aparmışdır.
6. Məhkəmə iclasında dinlənilmiş Şahid5 izahatında bildirmişdir ki, o, Xətai rayonu MKTB-də mühəndis vəzifəsində çalışır. Onun bildiyi qədərilə İddiaçı1 və İddiaçı2 mərhum Nurəddinlə birgə işləmişlər. Nurəddin birinci binanı tikib qurtarmış, ikinci binanı tikmək üçün uyğun yer axtaranda onunla məsləhətləşmişdir. Hacı adlı şəxs bu işlərdə Nurəddinə kömək etmişdir. Teymur vəfatından əvvəl Nurəddindən 6 min manat pul almışdır. Nurəddin pulu ona oğlu İsa vasitəsilə göndərmişdir. Pulu aldıqdan sonra o, bir neçə dəfə Nurəddinə zəng etsə də, o, telefonu açmamışdır. Daha sonra o, Nurəddinin vəfat etdiyini eşitmişdir. Nurəddinin vəfatından sonra oğlu İsa, bacanağı və ailə dostu Şahid4 ondan həmin pulu istəmişlər. Onlar Xətai rayonu ərazisində Mehmandarov küçəsində görüşmüşlər. O, Nurəddinin ona cəmi 6 min manat pul verdiyini, lakin birinci binanın tikintisində torpaq sahəsini tapdığı üçün Nurəddinin ona 700 manat borcunun olduğunu və həm də ona ev verməli olduğunu bildirmişdir. O, İsa ilə görüşdükdə İsa ondan atasının pulu kimə verdiyini bilib-bilmədiyini soruşmuşdur. O, pulu Hacı adlı şəxsə verdiyini bildirmişdir. Hətta Elman ona demişdir ki, İsa həmin şəxslə görüşmək üçün işlədiyi yerə gedib, 5-ci mərtəbəyə qalxıb. Həmin pul ona verilməmişdir. Nurəddin ona sadəcə vəfatından əvvəl 6 min manat vermişdir. İsa onu Mehmandarov küçəsində kafedə görməyə gəlmişdir. O, İsanı ilk dəfə həmin vaxt görmüşdür. İsa “Kapital Bank” yaxınlığında 6 min manat pulu onun sürücüsünə vermişdir. İsa onunla görüşəndə atasının baş daşını qaldırmaq üçün pulu istəmişdir.
7. Məhkəmə iclasında izahatı alınmış İsa Nurəddin oğlu bildirmişdir ki, o, Teymur adlı şəxsi tanımır. Heç vaxt onun yanına getməmişdir. Teymurun əlaqə nömrəsi onun telefonunda mövcud deyil və sonuncudan atası sağ ikən ona verdiyi borc vəsaitini tələb etməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5244/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin təmin edilməsi, Cavabdeh 260.000 (iki yüz altmış min) manat pul vəsaitinin və 565 (beş yüz altmış beş) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5244/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5244/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsinə “260.000 manat pul vəsaiti” sözlərindən sonra “hər birinə 130.000 (bir yüz otuz min) manat olmaqla” sözləri əlavə olunması qərara alınmışdır.
10. Məhkəmə gəldiyi nəticəni yalnız Azərbaycan Respublikasının MM-nin 739.1ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, heç bir mötəbərlilyi ilə tanınmayan, iddiaya əsas verməyən mənasız sübutları sadalayaraq, həmin sübutlar əsasında nəinki iddiaçıların istinad etdikləri halı, hətta işin hər hansı halını müəyyən etmədən iddiaçıların onun vəfat etmiş ərinə (X4) 260.000 manat pul verildiyini tanımış və iddia üçün məhkəməyə köçürülmüş 565 manat dövlət rüsumu ilə birlikdə tələb olunan məbləğlərin ondan alınıb iddia tərəfinə verilməsinə qət etmişdir. Halbuki hakim məhz sübutların qiymətləndirilməsinin nəticəsi olaraq iş üçün əhəmiyyəti olan halları müəyyən etməklə mübahisəyə hüquq normasının tətbiq etməlidir. Bu tələb MPM-in 218.1-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunu-bolunmadığını müəyyən edir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə bağlı olan faktlar və cavadeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi mülki qanunvericilikdə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Mülki işin materialları isə təsdiq edir ki, birinci instansiya məhkəməsi (hakim Aygün Həsənova) işə baxarkən tərəflərin hansı münasibətdə olmalarını düzgün müəyyənləşdirməmiş, tərəflər arasında olan münasibətə müvafiq olan hüquq normasını düzgün müəyyən etməmişdir. Əvvəla, iddiaçılar ondan tələb etdikləri 260.000 manat pulu onun vəfat etmiş ərinə verdiklərini təsdiq edən heç bir faktı, sübutu məhkəməyə təqdim edə bilməyiblər. Ona görə də hər hansı sübutun qiymətləndirilməsini barədə məhkəmə qeydlərini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hesab etmək olmaz. Hətta Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmamışdır. Fikir verin iddiaçılar ikinci dəfə məhkəməyə verilən iddia ərizəsində (birinci iddiada tək iddiaçı kimi İddiaçı1 çıxış edir) qeyd edirlər ki, guya onlar təzə obyektin sənədləşdirilməsi üçün, 20 yanvar 2020-ci il tarixdə Nurəddin Abdullayevə 260000 manat pul veriblər. Hətta məhkəmədə şahid qismində dinlənilən Şahid2 və Şahid3 izahatlarından görünür ki, onlar tərəflər arasında pulun alınıb verilməsi zamanı iştirak etmişlər. Şahidlərin hər ikisi pulun sayılmasında iştirak etmişlər və 260.000 manat vəsaitin İddiaçı1 tərəfindən Nurəddin Abdullayevə verilməsinin şahidi olmuşlar. Daha sonra Nurəddin Abdullayevə verilən vəsaitin külli miqdarda olduğu üçün Şahid2 onu öz avtomobili ilə yaşadığı evə aparmışdır. Eləcə də iddiaçılar ikinci iddia ərizələrində qeyd edirlər ki, - guya oğlu İsanın və Sahibin yanında onlara demişdi ki, X5 pulu evə qoyub yerini bilmir, müddət istəmiş ki, axtarıb tapsın və tapan kimi gətirib onlara verəcək. Məhkəmə araşdırması zamanı isə Şahid5 ifadələrində göstərir ki, o, İsa (oğlu) ilə görüşdükdə İsa ondan atasının pulu kimə verdiyini bilib-bilmədiyini soruşmuşdur. O da ona pulun Hacı adlı şəxsə verdildiyini bildirmişdir. Sual olunur, əgər o, oğlu İsanın, Sahibin yanında pulun evdə olduğlunu deyirdisə o halda oğlu pulun kimdə olduğunu niyə kimlərdənsə soruşur ?. Pulun verildiyi bildirilən Hacı kimdir? Bundan başqa İddiaçı1 Famil oğlu özünün adından məhkəməyə ünvanlandığı birinci iddia ərizəsində qeyd edir ki, “...müqaviləyə əsasən özünə düşən 100 (bir yüz min) manat qazanc və mənfəət ona çatmalı idi və əlavə olaraq da ayrı-ayrı şəxslərdən topladığı 160000 (bir yüz altımış min) manat pulu təzə obyektin sənədləşməsi üçün Nurəddin Abdullayevə verib...”. Sual olunur Bu şahidlər (Şahid2 və Şahid3) Nurəddin Abdullayevə 260.000 (iki yüz altımış min) manat pulun verildiyinə necə şahid olub. Həltta Şahid2 onu öz avtomobili ilə yaşadığı evinədə aparıb. Bundan başqa İkinci iddia üzrə İddiaçı2 Nəcməddin oğlunun tələbi nədən ibarət olmuş olur. Əgər tələb ümumilikdə 260000 manatdan və dövlət rüsumundan ibarətdirsə, onları da N.Allahverdiyevə İddiaçı1 veribsə?. Axı “İddiaçı1” Xətai Rayon Məhkəməsinə ünvanlandığı ilk idia ərizəsində (hakim Leyla xanım Talıbovanın icraatının baxış predimeti olmuş 2(011)- 3746/2021 №-li mülki iş üzrə iddia ərizəsində) qeyd edir ki, o, 160000 pulu, özü tək Abdullayev Nurəddinə verib, 100000 manat isə onun qazancı olmalı idi.(iddia ərizəsi və icraata götürldüyü barədə məhkəmə bildirişi şikayətə qoşma edilir). İkinci dəfə irəli sürülən iddia ərizəsində isə “bu şərik iddiaçılar” iddia ərizələrində göstərirlər ki, guya onlar Nurəddin Abdullayevə təzə obyektin sənədləşdirilməsi üçün, 20 yanvar 2020-ci il tarixdə 260000 manat pul veriblər. Məhz bu faktların (iki iddia ərizəsində İddiaçı1 iddia əsasları, ikinci iddia ərizəsində iddiaçıların iddiaları və onların qondarma şahidinin ifadəsi) özü məhkəmənin iş üzrə gəldiyi nəticəsinin, həqiqətlə əlaqəsi olmayan faktlara, uydurma şahidlərin yalan ifadələrinə, formal iddia tələbinə əsaslanmaqla çıxarıldığını təsdiq edir. Birinci instansiya məhkəməsinin işə tətbiq etdiyi norma düzgün olmayıb. Belə ki, əvvəla iddiaçıların ona qarşı iddialarına əsas verə biləcək subyektiv hüququn olmasını təsdiq edən hər hansı fakt, sübut yoxdur. (ərinə 260000 manat pul verildiyini təsdiq edən fakt, sübut.). İkincisi, fərz edilsə ki, belə bir hal olub o halda da onun həmin pulu qaytarmağıma imkan verən ərindən qalana mirasın olması, dəyəri (həmin əmlakda ərin, arvadın nikah tərəfi olaraq payı nəzərə alınmaqla), barədə hər hansı sənəd sübut məhkəməyə təqdim edilmədən tələb olunan məbləğin (260.000 manat pulun və dövlət rüsumunun) məndən tutulması qərarı qanuni sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, xx.xx.2022-ci il tarixli qətnamə əsassız olmaqla, iş üzrə tətbiq edilmiş maddi hüquq norması həqiqi hallara, iş üzrə tərəflərin qarşılıqlımünasibətinə uyğun deyil. İşin halları isə onu göstərir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymətini verə bilməyib və təqdim olunan sübutlar, eləcə də digər lazımıməqamlar araşdırılmayıb. Halbuki birinci instansiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin apelyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Etiraz iddia tələinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişir ki, apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, hazırkı məhkəmə araşdırmasından öncə iddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişlər. Məhkəmə tərəfindən tərəflərin istinad edilən qurumda olan izahatlarının surətlərinin və toplanmış iş materiallarının məhkəməyə təqdim olunması ilə bağlı sorğu edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparıldığı və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsinin tövsiyə olunduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh vəfat etmiş ərinin qanun üzrə vərəsəsi olaraq iddiaçılar tərəfindən ona verilmiş pul vəsaitinə yiyələnərək ərinin ölümündən sonra bir sıra əmlaklar əldə etmişdir. Məhkəmə araşdırması zamanı bu əmlakların hansı vəsait hesabına və hansı gəlirlərdən əldə olunmuş pullarla alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Sərbəst məhkəmə araşdırması nəticəsində məhkəmədə dinlənilmiş şahid ifadələrindən və formalaşan daxili inamdan irəli gələrək məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, cavabdehin apellyasiya şikayəti formal xarakterlidir. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmiş, həmçinin cavabdehə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmişdir. Beləliklə, göründüyü kimi, cavabdehin apellyasiya şikayəti formal xarakterli olmaqla yanaşı, dəlilləri tamamilə əsassızdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri formal xarakterlidir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18. Maddə 739.1 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Maddə 1246 vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
21. Maddə 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
22. Maddə 1243.3 vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
23. Maddə 1246 vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
24. Maddə 1306.1 vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5244/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Hazırki iddia tələbindən görünür ki, iddiaçılar Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mərhum həyat yoldaşı X4 verdikləri 260.000 manat pulun qaytarılmasını tələb edirlər.
36. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini yalnız şahid ifadələrinə və formalaşan daxili inamına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
38. Belə ki, əvvəla iddiaçıların Cavabdeh qarşı hazırkı iddia tələbi ilə çıxış etməsi üçün ilkin olaraq 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X4 verilməsini sübut etməli, daha sonra isə sonuncudan hazırkı iş üzrə cavabdehə keçmiş miras əmlakın həddi müəyyən edilməklə 260.000 manat pulun Cavabdeh tələb edilməsi məsələsi müzakirə edilməlidir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
40. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçılar iddia etdiyi 260.000 manatın cavabdehin mərhum həyat yoldaşı X4 verilməsini sübut etməlidirlər. İddiaçılar iddia tələbini şahidlər Şahid2, Şahid3 və Şahid5 ifadələri ilə sübut olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçılar pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 iddiaçıların işçisi olduğunu və onlardan maddi aslılığının olmasını, həmçinin 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X4 verilməsində bilavasitə iştirak etmədiklərindən, kollegiya hesab edir ki, onların ifadələrinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.
42. Əksinə iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
44. Məhkəmə kollegiyası onu da qed edir ki,, iddiaçılar 260.000 manat pulun cavabdehin mərhum həyat yoldaşı X4 verilməsini sübuta yetirə bilmədiklərindən iş üzrə digər halların, yəni Nurəddin Abdullayevdən Cavabdeh keçmiş miras əmlakın həcminin və onun qəbul etdiyi miras əmlak həcmi miqdarında borclu olub-olmaması üzrə əlavə araşdırma aparılmasına lüzum yoxdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki hallar aydınlaşdırılmadığından, iş üçün əhəmiyyəti olan halların sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
46. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçılar tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 565 manat dövlət rüsumu onların özünə aid edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5244/2022 saylı 13 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.