Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1936/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X16 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-502/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X11 05 avqust 2020-ci il tarixli, **********2 saylı Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur.
2. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli Razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinin “işçi əsas iş yeri üzrə X5 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilir” redaksiyasında verilməsi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 10 noyabr 2022-ci il tarixli **********0 saylı Əmrinə əsasən X5 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı 10 noyabr 2022-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X2rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsi Lənkəran X10 Filialının işsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis karyera məsləhətçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində xx.xx.2020-ci il tarixli **********2 nömrəli əmri ilə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasında olan qeydə əsasən xx.xx.2022-ci il tarixli **********9 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbləri kobud surətdə pozulmaqla razılığı olmadan və yeni əmək müqaviləsi bağlamadan başqa işə yəni X1 Filialının işsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. Bundan başqa cavabdeh X8 mövcud olmayan əmək müqaviləsinə istinad edərək əmək müqaviləsinin müddətinin qurtarmasına (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi) əsasən xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmrlə onu işdən azad etmişdir. İşdən azad olunmağı barədə əmrin surəti sonuncu iş günü ona verilməli olduğu halda verilməmişdir. Xeyli yazışmadan sonra işdən azad olunmağı barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmrin surətini xx.xx.2023-ci ilin oktyabr ayında almışdır. Lakin yenə sonuncu əmək müqaviləsini ona göndərməmişlər. İşdən azad olunduqdan sonra müraciətlərinə əsasən bildirmişlər ki, şikayətlə əlaqədar onu qəbul edib, dinləyəcəklər. 2023- cü ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirinin Müavini cənab Vüsal Nəsirli tərəfindən qəbul olunmuş, şikayəti dinlənilmiş, Göstəriş verilmişdir ki, əsassız işdən çıxarılıb, işinə qaytarılsın. Bundan əlavə sədr müavini Cəmaləddin də ona vəd vermişdir ki, işinə qaytarılacaq. Məhz bu səbəblərdən müəyyən olunmuş müddətdə məhkəməyə müraciət edə bilməmişdir. Hesab edir ki, müddət üzürlü səbəblərdən buraxılmışdır. Həmçinin 45-ci maddənin 5-ci bəndində qeyd edilir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşə götürən cavabdeh X8 qeyd edilən qanunun tələblərini pozmuş, əmək müqaviləsi bağlanarkən razılığı alınmamışdır. İşlədiyi vəzifə daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Bundan başqa həmin idarədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi fasiləsiz işləməyini nəzərə almamış “bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. Müddətli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallarda bağlana bilər. İşlədiyi vəzifə qeyd edilən hüquq normasında nəzərdə tutulmamışdır. Belə halda onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. İşəgötürən bu tələblərə əməl etməyibdir. Belə ki, işəgötürənin adından Agentliyinin 15 mart 2022-ci il tarixli xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli razılaşmasındakı imza onun deyildir. Əmək müqaviləsinə dəyişiklik edilməsinə razılığı alınmamışdır. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Hesab edir ki, işəgötürən əmək qanunvericiliyinin bu tələblərinə əməl etməmişdir.
6. Daha sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 nümayəndəsi “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, iddiaçı Zaidov X6 05 avqust 2020-ci il tarixli **********2 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuş və Agentliyin 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İddiaçıyla əmək münasibətlərinin rəsmiləşdirildiyi zaman olduğu kimi, xitam verildiyi halda da Agentlik tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2- ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədi ilə işçinin hüquqlarının pozulduğu anı da müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296.3- cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekınin) verildiyi həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin 10 noyabr 2022-ci il tarixdə xitam edilməsi hazırki məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verildiyi gündən 1 ildən artıq müddət keçmişdir və iddiaçı özü də iddia ərizəsində iddia müddətini ötürdüyünü etiraf etmişdir. Göründüyü kimi, iddiaçı üzrlü səbəb olmadan iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi faktını nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-502/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3, 296.6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4, 218.3cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiamın rədd edilməsini iddia müddəti ilə əsaslandırmışdır.Həmin əsası qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, sonuncu müqavilədə imza iddiaçı tərəfindən icra edilməmişdir. Sübut kimi ekspert rəyi olmadığı halda məhkəmənin iddia müddətinin ötürülməsi dəlilinə əsaslanması iddianın rədd edilməsinə əsas hesab edilə bilməz. Bunlara əsasən apelyasiya məhkəməsi tərəfindən həmin xüsusata görə ekspertiza təyin edilməsi və ekspert rəyindən sonra həmin xüsusata əsaslanması qanuni və əsaslı hesab edilə bilər. İddiaçının işdən azad olunmağı barədə əmrin surəti oktyabr 2023-cü il tarixdə təqdim edilmiş, həmin müddətdən sonra iddiaçının işə bərpa ediləcəyini bildirmişlər. Bu təminatı iddiaçıya AR Əmək və Əhalinin Sosial müdafiəasi nazirinin müavini cənab Vüsal Nəsirli vermiş, iyun 2023-cü ildə qəbulunda iddiaçını işə bərpa edəcəklərinə dair onu arxayın etmişdir. Məhkəməyə vaxtında müraciət etməməyinin əsaslarından biri də nazir müavininin təminatı hesab edilməlidir.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X16 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin
13. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
14. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
15. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
16. 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
17. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
18. 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
19. 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır.
21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
22. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
23. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin axımının başlanğıcı həm obyektiv, həm də subyektiv anla bağlıdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-502/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X11 05 avqust 2020-ci il tarixli, **********2 saylı Əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur.
38. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 X19 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi işçi İddiaçı tərəfindən imzalanmışdır.
39. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 3 nömrəli Razılaşmaya əsasən işçi İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinin “işçi əsas iş yeri üzrə X5 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilir” redaksiyasında verilməsi müəyyən edilmişdir.
40. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 10 noyabr 2022-ci il tarixli **********0 saylı Əmrinə əsasən X5 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı 10 noyabr 2022-ci il tarixindən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
41. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, o, 01 mart 2017-ci il tarixdə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Astara rayon X9 məşğulluq tədbirləri sektorunda böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Nazirliyin tabeliyində X5 05 avqust 2020-ci il tarixli **********2 nömrəli əmri ilə 3 ay müddətinə Agentliyin 15 saylı Ərazi Məşğulluq Filialının Məşğulluq tədbirləri şöbəsində baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək funksiyalarının icrası zamanı bilik və bacarıqlarınızı zəif nümayiş etdirdiyinə görə Agentliyin 29 dekabr 2021-ci il tarixli **********5 nömrəli əmri ilə ona yazılı xəbərdarlıq elan edilmiş və Agentliyin 15 mart 2022-ci il tarixli əmri ilə X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə keçirilmişdir. Ona əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə Agentliyin 14 sentyabr 2022-ci il tarixli **********3 nömrəli əmri ilə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Agentliyin 10 noyabr 2022-ci il tarixli **********0 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar müqaviləyə xitam edilmişdir.
42. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, İddiaçı tərəfindən ******* nömrəli əmək kitabçasını təhvil alması və ya bu mümkün deyilsə əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razılıq verməsi xahiş olunmuşdur.
43. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya son haqqhesab 2022-ci ilin dekabr ayının sonunda ödənilmişdir. Bundan əlavə iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2023-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra müraciət etmişdir. Odur ki, X5 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində baş mütəxəssis-karyera məsləhətçisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 10 noyabr 2022-ci il tarixdə xitam verilmiş, son haqq-hesab ona 2022-ci ilin dekabr ayında ödənilmiş və İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir.
45. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
50. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
51. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
53. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
54. Kollegiya hesab edir ki, işçi işəgötürənə qarşı maddi ziyan vurulması məsələləri ilə əlaqədar iddia müddəti ziyanın vurulmasını aşkar etdiyi gündən başlandığından, 1 il müddətində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdən işdən çıxmış, həmin tarixdən öz hüququnun pozulduğunu bilməli olduğu gün sayılmalıdır. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.
55. Kollegiya bildirir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-502/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.