Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1941/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X9 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-2601/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Cavabdeh MMC-yə, qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” 06 aprel 2018-ci il tarixli, 39/3 saylı protokolunun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülülkdən azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-in cavabdehlər İddiaçı, X2, X6 və X13 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzi olan tutmanın, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılmasına, habelə, satışdan borcun ödənilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İddiaçı, X12 və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, X3 və X7 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X5 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılmasına dair hissədə təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Narazı qalan tərəf apelyasiya və kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-737/2016 saylı həmin iş üzrə 03.03.2016-cı il tarixli qərarı ilə məhkəmə qərarları dəyişdirilmədən saxlanmış, həmin andan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı həmin iş üzrə 10 mart 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bu səbəbdən hərrac təşkilatı olan Cavabdeh MMC, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı, 10 mart 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Maraqlı şəxs2 17/70-4849/14 saylı, 12.12.2017-ci il tarixli məktubuna uyğun olaraq, 06 aprel 2018-ci il tarixdə hərrac keçirilmişdir. Lakin, Cavabdeh MMC 06 aprel 2018-ci il tarixdə keçirilmiş hərracın- “Hərracın yekunları barədə” 39/3 saylı protokolunu Maraqlı şəxs2 vasitəsilə ona 03 iyul 2018-ci il tarixdə təqdim etməklə mülki hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, onun hüquq və mənafelərinə ziyan vurmuşdur. Halbuki, həmin müddətdən hal-hazıradək, yüklü edilmiş cavabdehlərə məxsus əmlaklar bizə ziyan vurulmadan daha münasib və sərfəli qiymətdə satıla, eləcə də onun əmlaklarından məhrum edilmədən borc öhdəliklərinin təmin edilməsinə imkan yarana bilərdi. Bu səbəbdən o, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” 06 aprel 2018-ci il tarixli, 39/3 saylı protokolunun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülülkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-2601/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Sədirlik edən: Vüqar Quliyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-2601/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi faktiki halları araşdırarkən nəzərə almamışdır ki, hərrac əməliyyatlarının həyata keçirilməsi konkret prosedur normaları ilə müəyyənləşdirilir və həmin qaydaların təmin edilməsi ilk növbədə tərəflərin konstitusion normalarla nəzərdə tutulmuş imperativ tələbdir. Cavabdeh MMC 06.04.2018-ci il tarixdə keçirilmiş hərracın- “Hərracın yekunları barədə" 39/3 saylı protokolunun qanunla müəyyən edilmiş müddətlərdə iddiaçıya təqdim edilməməsi ciddi qanun pozuntusu olması ilə yanaşı mənim hüquqlarpımı pozmaqla ləğvinə hüquqi əsaslar yaranmışdır. Hərrac təşkilatı nəzərə almamışdır ki, mülki hiiquq münasibətlərində tərəflər ayrı-ayrı fərdlərlə yanaşı konkret subyekt hüquqları əldə etmiş şəxslərdir və onların mülki hüquq normaları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla birinin digəri qarşısında yaranmış öhdəliklərinə görə cavabdehlik daşımırlar. Məhkəmə isə həmin halların zəruri olduğunu nəzərə almamışdır. İddiaçı apellyasiya şikayətində Ali Məhkəmə Mülki Məcəlləsinin 157, 139, 281, 293, 294, 296, 319, 415, 421, 422, 423, 424, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42, 48-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Mahmudova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi N.İbrahimov iddiaçının apellyasiya şikayəinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı 10 mart 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı, X2, X6 və X13 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılması, habelə tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, Mahmudov İlqar Məhəmmədnəbi oğlu, Mahmudova Zülfiyə Vaqif qızı və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, Mahmudova İlhamə Məhəmmədnəbi qızı və X11 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X6 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3138/2019 saylı 01.05.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya məhkəməsi Mülki Kollegiyasının 1 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 06 aprel 2018-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 39/3 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında, 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin ilkin satış qiyməti 85000 AZN, ipoteka predmetinin qiyməti 54187(əlli dörd min yüz səksən yeddi) manat, Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin ilkin satış qiyməti 87000 AZN , ipoteka predmetinin qiyməti 55 462 (əlli beş min dörd yüz altmış iki manat 50 qəpik) manat olmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin 29 oktyabr 2010-cu il tarixli qiymətləndirmə və sığorta ekspertizası aktından (hesabatdan) görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin bazar qiymətinin dəyəri 75.000 (yetmiş beş min) manat, likvid dəyəri 68000 (altmış səkkiz min) manat dəyərləndirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X13 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 29.11.2017-ci il tarixli 03/124 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli 10.03.2015-ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 29.01.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X13 göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X13 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 29.11.2017-ci il tarixli 122 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli 10.03.2015-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 29.01.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X13 göndərilmişdir. İş materiallarında olan 29 dekabr 2017-ci il tarixli 224 (3974) tirajlı “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X13 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 08.02.2018-ci il tarixli 03/124-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli 10.03.2015-ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 09.03.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X13 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 87000 (səksən yeddi min) manat, 15 % endirimli satış qiyməti 73950 (yetmiş üç min doqquz yüz əlli) manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X13 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 08.02.2018-ci il tarixli 03/122-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli 10.03.2015-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 09.03.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X6 və X13 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 85000 (səksən beş min) manat, 15 % endirimli satış qiyməti 72250 (yetmiş iki min iki yüz əlli) manat müəyyən olunmuşdur. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və X13 göndərilmiş, hər ikisi 19.02.2018-ci il tarixdə bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 08 fevral 2018-ci il tarixli 025 (3400) tirajlı “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, 09 mart 2018-ci il tarixdə keçirilən hərrac zamanı əmlakların qiyməti 15% endirimlə həyata keçirilmişdir. İş materiallarında olan hərracın yekunları barədə 06 aprel 2018-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(006)-58/2015 nömrəli icra vərəqəsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı, X2, X6 və X13 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə, 10 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılması, habelə tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, Mahmudov İlqar Məhəmmədnəbi oğlu, Mahmudova Zülfiyə Vaqif qızı və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, Mahmudova İlhamə Məhəmmədnəbi qızı və X11 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X6 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılması müəyyən edilmişdir. Cavabdeh 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 5 nömrəli evin, 12 nömrəli mənzili 85.000 manat, Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsi 87.000 manat məbləğinə ləğv prosesində olan Maraqlı şəxs1 Açıq Səhmdar Cəmiyyəti əldə etmişdir. İş materiallarında olan İddiaçı oğunun etibarnamə üzrə nümayəndəsi X4 müraciəti əsasında “X15 Mərkəzi” MMC tərəfindən verilmiş 11.03.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 5 nömrəli evin, 12 nömrəli mənzilin bazar dəyəri 112.547 manat, likvid dəyəri isə 90 000 manat təşkil edir. Kollegiya qeyd edir ki, hərracın keçirilməsi barədə bildirişin iddiaçıya göndərilməsi və iddiaçının həmin bildirişi almasını təsdiq edən sənəd iş materiallarında olmadığından, keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İş materiallarına Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X6 və X13 ünvanlanmış açıq hərracın keçirilməsinə dair 29.11.2017-ci il tarixli 03/124 nömrəli, 29.11.2017-ci il tarixli 122 nömrəli, 08.02.2018-ci il tarixli 03/124-1 nömrəli, 08.02.2018-ci il tarixli 03/122-1 nömrəli bildirişlərin müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilsə də, həmin bildirişlərin onların ünvanlandığı şəxslər tərəfindən əldə edilməsini təsdiq edən mötəbər sübut iş materiallarında aşkar edilməmişdir. İş materiallarına qeyd edilən bildirişlərin alındığını göstərən poçt xəbərnamələrinin kserosurətləri (i.v. 48, 53) əlavə edilmişdir ki, iddiaçı tərəf həmin bildirişləri almadığını bildirmişdir. cavabdeh tərəf isə qeyd edilən sənədlərin nə əslini, nə də müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmişdir, belə olan halda birinci instansiya məhkəməsi həmin sənədləri sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.3-cü maddəsinə görə hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, ipoteka qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. (İpoteka haqqında Qanunun 46.1-ci maddəsi). İddiaçı iddia ərizəsində əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbini irəli sürsə də, kollegiya qeyd edir ki, əmkalın ipoteka yüklülüyündən azad edilməsi üçün qanunvericiliyin sadalanan normalarında ehtiva olunan əsaslar mövcud deyildir. Kollegiya əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyünə xitam verilməsi tələbini irəli sürsə də, işin halları və tərəflərin izahatları əsasında məlum olmuşdur ki, iddiaçı hərrac protokolunun ləğvi və əmlakın ipoteka yüklülüyünə xitam verilməsi tələbi ilə yanaşı, eyni zamanda hərracın nəticəsinin də etibarsız hesab edilməsini istəmişdir. Kollegiya hesab edir ki, hərracın nəticəsi olan 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi tərəfindən isə hərracın təşkilatçısı olan Cavabdeh MMC-nin qanunvericiliyin tələblərinə əməl edib-etməməsinə əhəmiyyət verilmədən, yuxarıda göstərilən hallar yetərincə araşdırılmadan, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız olaraq iddia tələbi rədd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hərracın keçirilməsi barədə lazımi qaydada məlumat verilmədiyindən, həmçinin həmin məlumatın iddiaçıya verilməsi barədə əsaslı sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə hərrac protokolunun ləğv edilməsi hissəsində ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qeyd olunan Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 5 nömrəli evin, 12 nömrəli mənzili və Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə dair Cavabdeh MMC-nin 06 aprel 2018-ci il tarixli, 39/3 nömrəli potokolu və Cavabdeh 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-2601/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, 5 nömrəli evin, 12 nömrəli mənzili və Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə dair “Cavabdeh MMC-nin 06 aprel 2018-ci il tarixli, 39/3 nömrəli potokolu və Cavabdeh 06 aprel 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. Qətnamə əmlakın ipoteka yüklülüyünə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1941/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1941/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver