Məhkəmə qərarları › İş №2(103)-1941/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1941/2022

10.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1941/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı arvadı X1 ilə birlikdə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 44 saylı evin 6 nömrəli mənzilə köçürülməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəsatət verərək, bildirdi ki, qətnamədən 25.01.2022-i il tarixdə apellyasiya şikayəti verib, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı hazırkı məsələni Kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1941/2022 saylı, 07.02.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4768/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar