Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1946/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2101/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət X2rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə prosesi zamanı cavabdehdən hər bir ərizə və sorğularının tam, ətraflı və dəqiq cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi və bu cavabdehlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində göstərilmiş qaydada məsuliyyət məsələsinin həll edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixində ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan Kamran faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək ondan və digər işçilərdən işə qəbulla bağlı ərizələr istəmişdir (Quliyeva Hicriyyə, Mahmudov Rövşən). Eyni zamanda onlardan tarix qoymadan işə girmə və işdən çıxma barədə ərizələrini təqdim etməklərini bildirmişdir. Onunla əlavə olaraq 7 saylı atelye üzrə maddi-məsul şəxs olması haqqında müqavilə bağlanacağı bildirmişdir. Kamran adlı şəxs sexdə əvvəlcədən hazırlanmış müqavilələri onlara təqdim edərək, bu şərtlərlə razılaşmayan şəxslərin atelyedə işləyə bilməyəcəyini demişdir. İşçilər və o, məcburiyyət qarşısında qalaraq atelyedə onlara təqdim edilmiş ərizələrə qol çəkərək Kamrana təqdim etmişlər. Fevral ayının 18-də bir sıra şəxslər obyektə gələrək sexi boşaltmağı əmr etmiş, ona işdən çıxması barədə məlumat həmin gün verilmişdir. Daha sonra o, məlumatın dəqiqliyini öyrənmək üçün ərizə ilə müraciət etmiş və idarə xx xxxxxx 2019-cu il tarixdə ona verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini də əlavə edərək təqdim etmişdir. Həmin arayış onun idarəyə verdiyi sorğuya əsasən elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi xx xxx 2016-cı ildə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim etdiyi arayışda göstərilir ki, 7 saylı atelye xx.xx.2016-cı il tarixdə açıq hərraca çıxarılıb və xx.xx.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. xx.xx.2019-cu il tarixdə o, əmək və xidmət müqaviləsinin surətlərini verilməsi barədə sorğu göndərmiş, xx.xx.2019-cu il tarixdə idarə ona əmək müqaviləsinin surətini təqdim etmişdir. xx.xx.2019-cu il tarixidən etibarən, müntəzəm olaraq onun tərəfindən idarəyə ünvanlanan ərizələrə cavab verilməmişdir. Vəkil tərəfindın 3 ədəd sorğulara da düzgün cavab verilməmişdir. X5 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2019-cu il tarixli vəkil sorğusu rüsum (11 manat) ödənilərək göndərilməsinə baxmayaraq sorğuya aidiyyatı olmayan cavab verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən İddiaçı xx.xx.2020-ci tarixində iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, təqdim edilən iki ədəd ərizələrin də düzgün, lokanik, dürüst və konkret cavablarını Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən tələb edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2101/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət X2rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2101/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini əsassız, qanunazidd və qeyri-obyektiv, o, cümlədən də kifayət qədər araşdırılmamış hesab edir. Belə ki, məhkəmədə iddia ərizəsinin əsası olan cavabdehə verdiyi sorğuların məhkəmədən və inzibati icraatdan qabaqkı dövrü əks etdirdiyini sübuta yetirsə də, hakim cavabdehin şifahi dediklərinə əsaslanıb, heç bir sübuta yetirən dəlillər təqdim edilməməsinə baxmayaraq, əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2101/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin tam təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2101/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X5 Komitəsinin İstehsal və Xidmət X1vericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasına məktub ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsədə, sonuncu məhkəmə iclasına da gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia tələbinin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim etməmiş (məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq) və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə dair hissədə təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət X2rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi tələbinə dair” iddiası qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verilmiş **********61 saylı, xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, ərizəyəçiyə, əmək-hüquq münasibətləri çərçivəsində İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (İXMİM) ünvanladığı müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsi nəzərə alındıqda, cavab vermək öhdəliklərinin olmamasına baxmayaraq, cavab verilsə də, onlara guya cavab verilməməsi səbəbindən məhkəmədə iddia qaldırdığı, ddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən mümkünsüz sayıldığı bildirilmişdir. İş materiallarında olan, İddiaçı ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il (2 ərizə) tarixli ərizələrin surətlərindən görünür ki, İddiaçı müqavilə, qərar, aktlar və digər məsələlər barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan illər ərzində onun orta aylıq əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna nə qədər məbləğin yönəldilməsi barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq ƏMDKnin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********41 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətində qeyd edilir ki, İddiaçı göstərilən obyektdə işlədiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək dövr üzrə hesablanmış əmək haqqından bütün sosial ayırmalar hesablanmış, aidiyyəti üzrə köçürülmüş və **********718 saylı dövlət sosial sığorta şəhadətnasinə yüklənmişdir. İş materiallarında olan, İddiaçı ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə idarəyə ünvanladığı 8 ədəd ərizələrə rəsmi cavab verilməsini tələb etmişdir. İş materiallarında olan, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq ƏMDKnin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********68 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ərizəyə cavabda göstərilir ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı və baxılması İXMİMin səlahiyyətinə aid olan bütün müraciətlərə cavab verilmiş və digər məsələlərə dair məlumatlar İddiaçı olduğu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan, İddiaçı ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il ərizəsinin surətindən görünür ki, o, əmək müqaviləsinin, işdən çıxma ərizəsinin, nə qədər əmmək haqqı alması barədə, idarəyə nə qədər xidmət haqqı ödənilməsi, 7 saylı atelyeyə ümumilikdə nə qədər kommunal, məişət, texniki və təmir üçün xərclənən məvacibin miqdarı, atelyeyə hər hansı inventarın verməsi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq ƏMDKnin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********96 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ərizəçiyə, müraciətdə toxunulan məsələlərlə əlaqədar İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə (İXMİM) ünvanladığı və baxılması İXMİM-in səlahiyyətinə aid olan bütün müraciətlərə cavab verilməsi və digər məsələlərə dair məlumatların iddiaçı olduğu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar məhkəməyə təqdim olunması bildirilmişdir. İXMİM-in arxivində və mərhum atası X3 şəxsi işində işə qəbul olunmasına dair kadr əmri yoxdur və onun işdən azad olunmasına dair əmrin təsdiq olunmuş surətini təqdim etmişlər. Həmçinin atasının əmək kitabçası qardaşı X4 tərəfindən götürülməsi bildirilmişdir. İş materiallarında olan, X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 111M saylı, xx.xx.2014-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin ünvan 1 ünvanında yerləşən “7 saylı atelye”-nin dərzisi X3 vəfat etməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi xx xxxxxx 2013-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ərizəyə verilmiş **********96 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ilə razı deyil, ərizədə qeyd olunan hər bir suala rəsmi cavab tələb etmişdir. İş materiallarında olan, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq ƏMDKnin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********04 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətində qeyd edilir ki, “7 saylı atelye”nin ƏMDK İXMİM-in balansına qəbul olunmasının əsasları haqqında sizə xx.xx.2019-cu il tarixli, **********67 nömrəli məktubla məlumat verilmişdir. Mərhum atanızın və sizin işlədiyiniz maliyyə və hesabat illəri ərzində ünvan 2 ünvanında yerləşən “7 saylı atelye”nin hər il əmlak və torpaq vergisini, hər ay yaratdığı ƏDV-ni ƏMDK İXMİM hesablayıb bəyan edərək, dövlət büdcəsinə ödəmişdir. ƏMDK İXMİM özünümaliyyəşdirmə və təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərdiyindən, bütün xərclərini özü ödəyir, maliyyə mənbəyi isə balansında və tabeliyində olub, fəaliyyət göstərən və hüquqi statusunu müəyyənləşdirən normativ sənədlərə və kommersiya sirrinə aid olan daxili əmrinə uyğun olaraq obyektlərdən ödənilən cüzi vəsait hesabınadır. “7 saylı atelye” tərəfindən ödənilən vəsait onun büdcə və sosial sığorta üzrə öhdəliklərinə dair yaratdığı xərcləri ödəməyə imkan vermədiyindən, ərizənizdə göstərilən konmunal və digər xərclərin ƏMDK İXMİM tərəfindən ödənilməsi birmənalı şəkildə mümkün deyildir. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun 314 və 317 saylı, xx.xx.2019-cu il tarixli sorğularına cavab olaraq ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********69 saylı, xx.xx.2019-cu il tarixli məktubun surətində qeyd edilir ki, sorğunuzda istinad etdiyiniz şəxslə İXMİM məhkəmə çəkişməsinə cəlb olunmuş və buna dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə bağlı müvafiq materiallar təşəbbüsümüzlə və məhkəmənin sorğusuna əsasən adı çəkilən məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İşin faktiki hallarından görünür ki, İddiaçı X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu, xx.xx.2019cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il tarixli 3 ədəd, xx.xx.2019-cu il tarixli 3 ədəd, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli 2 ədəd ərizələr ünvanlayaraq müvafiq sənədlərin təqdim edilməsini və müvafiq məlumatların verilməsini xahiş etmiş, lakin sözügedən orqan iddiaçının sadalanan müraciətlərinə cavab verməmişdir. Həmin orqana ünvanlanmış xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müraciətlərə isə natamam, dəqiq olmayan cavablar verilmişdir. Bundan başqa İddiaçıla bağlanmış hüquqi yardım göstərilməsi ilə bağlı müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən ƏMDK-nə xx xxxxx 2019-cu il tarixli iki ədəd 314 və 317 saylı ərizələr ünvanlanmış və həmin müraciətlərə natamam cavab verilərək qeyd edilmişdir ki, sorğunuzda istinad etdiyiniz şəxslə İXMİM məhkəmə çəkişməsinə cəlb olunmuş və buna dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə bağlı müvafiq materiallar təşəbbüsümüzlə və məhkəmənin sorğusuna əsasən adı çəkilən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş yeri və əmək haqqı ilə bağlı məlumatlar olmaq və sənədlərin surətini əldə etmək hüququ olduğu kimi, cavabdehə yazılı müraciət etmək və müraciətinə cavab almaq hüququ da vardır. Eyni zamanda iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından hansından istifadə etməsi onun seçim hüququ ilə bağlı olmaqla, digər hüquqlarının həyata keçirilməsinə mane olmamalıdır. Belə ki, iddiaçının sorğuları üzrə müvafiq araşdırmalar aparılmalı, hər bir halda qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməli, sorğuda tələb edilmiş məlumatların verilə bilməsi məsələsi müzakirə olunmalı, həmin məlumatların sorğu əsasında verilməli olduğu halda, həmin məlumatlar verilməli, əks halda müvafiq məlumatlarla tanış olması üçün hüquq və vəzifələri ona izah olunmalıdır. Ünvanlanmış sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməməsi iddiaçının hüquqlarının pozulmasına əsas olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli, № 1308-İVQ saylı Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır (maddə 1.1). Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır (maddə 1.2). İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır (maddə 1.3). Həmin Qanunun 6.1-ci maddəsinə görə vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.9-cu maddəsinə görə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. Həmin Qanunun 7.10-cu maddəsinə görə müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası xx xxxxxxxx 2005-ci il tarixli, № 1024-İİQ saylı Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəinə əsasən informasiya sahibinə müraciət edən hər kəs 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən cavabdeh təşkilat tərəfindən İddiaçı konkret hansı müraciətlərinə cavab verilmədiyini göstərə bilməməsinə və iddia tələbinin əsaslı olmasına dair hər hansı mötəbər sübut təqdim etməməsinə istinad etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı informasiya sorğusu ilə cavabdeh təşkilata müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun ərizələrinə cavab verilməsini xahiş etmiş, cavabdeh X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi hərəkətsizlik göstərərək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il tarixli 3 ədəd, xx.xx.2019-cu il tarixli 3 ədəd, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli 2 ədəd ərizələr ünvanlayaraq müvafiq sənədlərin təqdim edilməsi və müvafiq məlumatların verilməsini xahiş edilmiş, lakin sözügedən orqan iddiaçının sadalanan müraciətlərinə cavab verməmişdir. Həmin orqana ünvanlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müraciətlərə isə natamam, dəqiq olmayan cavablar verilmişdir. Eyni zamanda işdən məlum olur ki, İddiaçı tərəfindən və onunla bağlanmış hüquqi yardım göstərilməsi ilə bağlı müqaviləyə əsasən Bakı şəhəri 12 saylı Vəkil Bürosu tərəfindən ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx xxxxx 2019-cu il tarixli iki ədəd 314 və 317 saylı ərizələr ünvanlanmış, lakin həmin ərizələrə mahiyyəti üzrə cavab verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, işin müəyyən edilmiş hallarına tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün hüquqi qiymət verməmişdir. Ona görə də apelyasiya şikayətinin göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş materiallarında iddiаçı İddiaçı iddia tələbi təkzibolunmaz sübutlarla təsdiq olunduğundan iddiaçının apelyasiya şikayəti və iddiası qismən təmin edilməlidir. Eyni zamanda, məhkəmə kоllegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi işdə olan sübutlara düzgün qiymət verilməməklə çıxarılmış və bu səbəbdən də tam əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kоllegiyası iş üzrə tоplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları, İddiaçı apelyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və оbyektiv araşdırıb, tərəflər arasındakı hazırki mülki hüquq münasibətlərinə tətbiq edilməli оlan maddi hüquq nоrmalarına uyğun оlaraq qiymət verərək, hesab edir ki, iddiaçının apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə dair hissədə təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh X5 Komitəsinin İstehsal və Xidmət X2rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi tələbinə dair” iddiası qismən təmin edilərək, İddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il tarixli 3 ədəd, xx.xx.2019-cu il tarixli ərizələrinə öz səlahiyyəti çərçivəsində tam, ətraflı və dəqiq cavab verilməsi vəzifəsi X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollеgiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2101/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv еdilsin. Mülki iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət X2rşı “ərizə və sorğulara cavab verilməsinə məcburetmə qaydasında tədbir görülməsi tələbinə dair” iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli 2 ədəd, xx.xx.2019-cu il tarixli 3 ədəd, xx.xx.2019-cu il tarixli ərizələrinə tam, ətraflı və dəqiq cavab verilməsi vəzifəsi öz səlahiyyəti çərçivəsində Azərbaycan Respublikası X5 Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1946/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1946/2021
30.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver